Məhkəmə qərarları › İş №2(005)-3013/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3013/2021

20.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3013/2021 20.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüquqlarının tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və azyaşlı uşaqlarının Cavabdeh2 verilmiş ünvan 1 ünvanda yeni inşa edilmiş binanın “E” girişində 46 kv.m mənzilinə istifadə hüquqlarının tanınması və iddiaçının azyaşlı uşaqları ilə birlikdə həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 14.09.2021-ci il tarixli iclasında tərəflər öz aralarında razılığa gəldiklərini bildirərək, məhkəməyə barışıq sazişi təqdim etmişlər və barışıq sazişinin təsdiq olmasını, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edərək, bu barədə ərizələri məhkəməyə təqdim etmişdilər. Məhkəmə tərəflərin təqdim etdikləri barışıq sazişi, ərizəni və ümumilikdə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər işi barışıq sazişi bağlamaqla qurtara bilərlər. Barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır.

1. Cavabdeh1 İddiaçı istifadə hüququnun pozulduğunu qəbul edir, pozulmuş hüququnun bərpa edilməsi və daha sonra qanunamüvafıq şəkildə istifadə hüququna xitam verilməsi məqsədi ilə iddiaçıya 12 000 (on iki min) manat məbləğində kompensasiya təklif edir.

2. İddiaçı təklif edilən kompensasiyanın məbləği ilə razılaşır. Tərəflər arasında saziş bağlandıqdan və məhkəmə tərəfindən təsdiq edildikdən sonra İddiaçı iddia tələbindən imtina edəcəyinə və gələcəkdə cavabdehlər Cavabdeh1 qızma və Cavabdeh2 qarşı mənzil mübahisəsi ilə bağlı hər hansı iddia və şikayətinin olmayacağmı bəyan edir.

3. Cavabdeh1 təklif olunan kompensasiya məbləğini (oğulları Elvin Xalidov və Malik Xalidovun köməyi ilə) hissə-hissə qısa müddət ərzində, lakin saziş bağlandığı andan 3 (üç) ildən artıq olmayan müddətə ödəməyi öhdəsinə götürür. İlkin razılığa əsasən saziş bağlandığı an kompensasiya məbləğindən 1800 (bir min səkkiz yüz) manat vəsaitin ödəniləcəyi vəd edilmişdir

4. Əgər Cavabdeh1 bu Sazişinin 1-ci maddəsində qeyd olunan öhdəlik və razılaşmanı pozarsa, bu halda İddiaçı “ pozulmuş istifadə hüququnun bərpa edilməsi və mənzilə köçürülmə” tələbi ilə məhkəməyə təkrar müraciət etməkdə haqlıdır. Barışıq sazişinin şərtləri hər iki tərəfə elan edildi, Mülki Prosessual Məcəllənin 191-ci maddəsinin tələbləri onlara izah edildi və barışıq sazişi hər iki tərəfin imzası ilə təsdiq edildi. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanunauyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməlidir. Məhkəmə iclasında, tərəflərə barışıq sazişini təsdiq edənə qədər müvafiq prosessual hərəkətlərin nəticələri izah edilmiş, tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılmış və protokol müvafiq surətdə iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52-ci, 191-ci, 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüquqlarının tanınması və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə 20 sentyabr 2021-ci il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır:

1. Cavabdeh1 İddiaçı istifadə hüququnun pozulduğunu qəbul edir, pozulmuş hüququnun bərpa edilməsi və daha sonra qanunamüvafıq şəkildə istifadə hüququna xitam verilməsi məqsədi ilə iddiaçıya 12 000 (on iki min) manat məbləğində kompensasiya təklif edir.

2. İddiaçı təklif edilən kompensasiyanın məbləği ilə razılaşır. Tərəflər arasında saziş bağlandıqdan və məhkəmə tərəfindən təsdiq edildikdən sonra İddiaçı iddia tələbindən imtina edəcəyinə və gələcəkdə cavabdehlər Cavabdeh1 qızma və Cavabdeh2 qarşı mənzil mübahisəsi ilə bağlı hər hansı iddia və şikayətinin olmayacağmı bəyan edir.

3. Cavabdeh1 təklif olunan kompensasiya məbləğini (oğulları Elvin Xalidov və Malik Xalidovun köməyi ilə) hissə-hissə qısa müddət ərzində, lakin saziş bağlandığı andan 3 (üç) ildən artıq olmayan müddətə ödəməyi öhdəsinə götürür. İlkin razılığa əsasən saziş bağlandığı an kompensasiya məbləğindən 1800 (bir min səkkiz yüz) manat vəsaitin ödəniləcəyi vəd edilmişdir.

4. Əgər Cavabdeh1 bu Sazişinin 1-ci maddəsində qeyd olunan öhdəlik və razılaşmanı pozarsa, bu halda İddiaçı “ pozulmuş istifadə hüququnun bərpa edilməsi və mənzilə köçürülmə” tələbi ilə məhkəməyə təkrar müraciət etməkdə haqlıdır. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüquqlarının tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar