Məhkəmə qərarları › İş №2(005)-3018/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3018/2023

21.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3018/2023 21.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Qurbanova Səkinə Nadir qızının katibliyi Ərizəçi AR ƏN Nərimanov Rayon Qeydiyyat şöbəsinin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi AR ƏN Nərimanov Rayon Qeydiyyat şöbəsinin maraqlı şəxs qisminda AR Maraqlı şəxs cəlb edilməklə “doğumun faktının müəyyən edilməsi və həmin fakt əsasında doğumun qeydə alınması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi AR ƏN Nərimanov Rayon Qeydiyyat şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək, X4 (milliyəti “azərbaycanlı") 23 noyabr 1997-ci il tarixdə Daşkəsən rayonunda doğulması, atasının X7, anasının X5 olması faktının müəyyən edilməsi; X4 doğum haqqında akt qeydində doğum tarixi qrafasında “23 noyabr 1997-ci il", doğum yeri qrafasında "Daşkəsən rayonu", atası qrafasında “X7", (milliyəti “azərbaycanlı"), anası qrafasında “X5", (milliyəti “azərbaycanlı") kimi qeyd edilərək doğum haqqında şəhadətnamənin verilməsinin Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə ehtiyatsızlıqdan adam öldürdüyü üçün X9 barəsində Azərbaycar Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq o, həbs edilmişdir və şəxsiyyətini təsdiq edən sənəd olmadığından Maraqlı şəxs onun doğumunun qeydə alınmasına köməklik göstərilməsi üçün müraciət etmişdir. Prokurorluq tərəfindən Daşkəsən rayon Mərkəzi Xəstəxanasının stasionar doğumun qeydiyyatı jurnalından verilmiş çıxarış və xx.xx.2022-ci ildə verilmiş ********* nömrəli doğum haqqında tibbi şəhadətnamə təqdim olunmuşdur. Tibbi şəhadətnamədə Sona Cəfərova adlı ananın xx.xx.1997-ci il tarixdə kişi cinsindən olan uşağının doğulduğu əks olunmuşdur. Məsələyə tam və hərtərəfli aydınlıq gətirilməsi məqsədilə Asim Əliyev həbs edildikdən sonra ötən ilin noyabr ayında beyin qan dövranının kəskin pozulması nəticəsində iflic olmuş anası X5 ilə yaşadığı mənzildə görüş keçirilərək bəzi məqamlar dəqiqləşdirilmişdir. Sona Cəfərova bildirmişdir ki, 1988-ci ildə Ermənistandan deportasiya olunduqdan sonra ailəsi ilə Daşkəsən rayonunun Quşçu kəndində yaşayıb, 1995-ci ildə Gürcüstan vətəndaşı X7 ilə faktiki nikah münasibətlərinə daxil olub və bu münasibətlərdən xx.xx.1997-ci il tarixdə Daşkəsən rayon Mərkəzi Xəstəxanasında övladı Asim Əliyev doğulmuşdur, xəstəxanadan çıxdıqda ona doğum haqqında tibbi şəhadətnamə verilməmişdir. Əri ilə nikahını isə xx.xx.1999-cu ildə Gürcüstanın Laqodexi rayon WAQ şöbəsində rəsmiləşdirmiş, lakin hazırda nikahı haqqında şəhadətnaməni təqdim edə bilmir. Asim Əliyev 5-6 yaşında olarkən əri ilə münasibətləri pozulduğundan o, övladı ilə birgə ünvan 1 ünvanında valideynlərinin yaşadığı mənzilə köçmüşdür, əri Məhəmməd Əliyevlə nikahı pozulmamış və hazırda onun harada olmasından məlumatsızdır. Övladı ümumiyyətlə təhsil almamış, hərbi xidmətdə olmamış, kiminləsə rəsmi və faktiki nikah münasibətlərində yaşamamış, ailənin dolanışığı çətinləşdiyi üçün yalnız COVİD-19 pandemiyasından sonra fərdi ev təmiri işləri ilə məşğul olan dayısına yardım etməyə başlamışdır. Beləliklə prokurorluq orqanının təşəbbüsü ilə 26 il sonra doğumunun qeydə alınması üçün müraciət edilmiş şəxsin həqiqətən məhz həmin cinayət törətmiş şəxs olmasının araşdırılması zərurətini yaradır, bu səlahiyyət isə qeydiyyat şöbələrinə aid deyil. Məhkəmə iclasında ərizəçi AR ƏN Nərimanov Rayon Qeydiyyat şöbəsinin nümayəndəsi X6 ərizə üzrə irəli sürülmüş tələbin və tələbin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs AR Maraqlı şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Daşkəsən rayon Mərkəzi Xəstəxanasının stasionar doğumun qeydiyyatı jurnalından çıxarışından görünür ki, Sona Cəfərova adlı ananın xx.xx.1997-ci il tarixdə kişi cinsindən olan uşağının doğulduğu əks olunmuşdur. Daşkəsən rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2022-ci ildə verilmiş ********* nömrəli doğum haqqında tibbi şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1997-ci il tarixdə Daşkəsən şəhərində doğulmuşdur. X1r. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü və 307.2.11-ci maddələrinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə, habelə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311 -ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 2.6-cı bəndinə əsasən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1 -ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmin Qaydaların 2.5.3-cü bəndinə əsasən doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd doğumun qeydə alınması üçün təqdim edilən sənədlərə aid edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4.3-cü bəndində bildirilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 -ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 119.2 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı X4 (milliyəti “azərbaycanlı") 23 noyabr 1997-ci il tarixdə Daşkəsən rayonunda doğulması, atasının X7, anasının X5 olması faktının müəyyən edildiliyindən ərizə təmin edilməli, X4 doğum haqqında akt qeydində doğum tarixi qrafasında “23 noyabr 1997-ci il", doğum yeri qrafasında "Daşkəsən rayonu", atası qrafasında “X7", (milliyəti “azərbaycanlı"), anası qrafasında “X5", (milliyəti “azərbaycanlı") kimi qeyd edilərək doğum haqqında şəhadətnamənin verilməsinin Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi qət edilməlidir. Məhkəməyə ərizə vermək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən ərizəçi X8 aid edilməlidir. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırmışdır. Qeyd olanlara və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311 -ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X4 (milliyəti “azərbaycanlı") 23 noyabr 1997-ci il tarixdə Daşkəsən rayonunda doğulması, atasının X7, anasının X5 olması faktı müəyyən edilsin. X4 doğum haqqında akt qeydində doğum tarixi qrafasında “23 noyabr 1997-ci il", doğum yeri qrafasında "Daşkəsən rayonu", atası qrafasında “X7", (milliyəti “azərbaycanlı"), anası qrafasında “X5", (milliyəti “azərbaycanlı") kimi qeyd edilərək doğum haqqında şəhadətnamənin verilməsi Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar