Məhkəmə qərarları › İş №2(005)-3064/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3064/2020

05.10.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3064/2020 05.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X1iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “əmək münasibətləri tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işə məhkəmənin binasında açıq məhkəməiclasındabaxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı xx xxxxxxxx 2012-ci il tarixdən xx xxxxxxx 2017-ci il tarixə qədər Cavabdeh MMCdə işlədiyi müddətin iş (sığorta) stajı hesab edilməsi, həmin 5 il üçün hesablanmalı olan işdənçıxma müavinətinin son haqq-hesabının, istifadə edilməmiş məzuniyyət pulunun hesablanaraq iddiaçıya verilməsini təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı poçt vasitəsi ilə məhkəməyə rəsmi ərizə ilə müraciət edərəkyaranmış mübahisəni cavabdehlə qarşılıqlı razılaşma yolu ilə həll olunduğunu, və iddiadan imtina etdiyini bildirmişdir. Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X2 iddiaçı aralarında razılaşma olduğundan icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iddiaçının təqdim etdiyi ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan və iddiaçının iradəsini ifadə etdiyindən təmin olunmalı, iddiaçının iddia ərizəsindən imtinası qəbul edilərək, hazırkı mülki iş üzrə başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-191.2-ci maddələrinə əsasən iddiaçının iddiadan imtina etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizədə ifadə olunmalıdır. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə bu barədə məhkəmə qərardad çıxarır. İddiaçının məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, iddiaçı iş üzrə mübahisənin inzibati xarakterli olması səbəbindən iş materiallarına əlavə edilmiş sənədlərin əsillərinin qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.4-cü maddəsinə görə iddiaçının iddiadan imtinası qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə məhkəmə iş üzrə icraata xitam verir. HəminMəcəllənin 261.0.4-cümaddəsindəgöstərilirki, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd deyildir və ya hərhansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmağa yönəlməmişdir. Bu səbəbdən də İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək münasibətləri tələbi”nə dairiddia ərizəsi ilə bağlı mülki iş üzrə iddiaçının ərizəsi qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 261.0.4, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddia ərizəsindən imtinası qəbul edilsin. İddiaçı Cavabdeh MMC qarşı “əmək münasibətləri tələbi”nə dair iddia ərizəsinə əsasən başlanmış mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar