Məhkəmə qərarları › İş №2(005)-3066/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3066/2020

05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3066/2020 05.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, ev 22, mənzil 25-ə dair bağlanmış xx.xx.2019-cu il tarixli AN-İ seriyalı, ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh adına verilmiş çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2020-ci ilin iyul ayında iddiaçıya məlum olmuşdur ki, xüsusi mülkiyyətində olan ünvan 1-lə bağlı cavabdeh aralarındakı razılaşmanı pozaraq iddiaçıya külli miqdarda zərər vurmuşdur.Belə ki, Cavabdeh aldadaraq aralarındakı borc münasibətlərindən irəli gələn öhdəliyi təmin etmək üçün formal bağladığı alqı-satqı müqaviləsindən sui-istifadə edərək mənzili özünkiləşdirmişdir.İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmuşdur.2019-cu ilin yay aylarında iddiaçıya pul lazım olduğundan tanışlara müraciət etməli olub, cavab olaraq iddiaçıya bildirdilər ki, Mənsurə adlı bir xanım faizlə pul verir, ondan götürmək olar. İddiaçı ümumi tanışların vasitəsi ilə Cavabdeh müraciət etmiş və o, iddiaçıya faizləri də hesablamaqla borca 30.000 manat pul verdi, lakin təminat olaraq mülkiyyətimdəki ünvan 1-i borc qaytarılana kimi onun adına keçirilməsini şərt kimi qoydu. İddiaçı çox ciddi sıxıntıları olduğundan bu səbəbdən pula ehtiyacı olduğundan, məcbur olub mənzilimi xx xxxxxx 2019-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın alqı- satqı müqaviləsi əsasında Mənsurə Hüssynovanm adına keçirtmiş.Bildirirəm ki, sonradan aldığı borc pulla bağlı bir neçə dəfə cavabdehə faiz ödəmişdir. Götürdüyü borc məbləğini valideynlərinin köməyi ilə hazırlayıb mənzili qaytarmaq istəsə də, cavabdeh dələduzluq edib mənzili iddiaçıya qaytarmır.Onun bu hərəkətləri ilə bağlı anası X6 tərəfindən Bakı şəhər Baş Polis İdarəsinin şikayət olunmuş, hal-hazırda bu və digər xüsusatlar haqda Baş İdarənin Təhqiqat və İstintaq idarəsində araşdırma aparılır.Hesab edir ki, cavabdeh Mənsurə Hiiseynovanın mənzili iddiaçının mülkiyyətinə qaytarmaması nəticəsində konstitusion hüquqlarım kobudcasına pozmuşdur. Bildirir ki, iddiaçı, İddiaçı mülkiyətində olan ünvan 1-i heç kimə satmamışdır, ümumiyyətlə kiməsə satmaq fikri belə olmayıb. Aldatıldığını və mənzili ilə əlaqədar bağlanmış alqı-satqı müqaviləsinin qanunsuzluğunu aşağıdakı hallar təsdiq etmək olar. Belə ki,birincisi, mənzili ümumiyyətlə kiməsə satmaq fikri olmayıb, olsaydı bu haqda birinci anasının xəbəri olardı, sonra atası X3 məlumatı olardı və bu işlə özləri məşğul olardı. İkincisi, notariat işinə görə mənzil iddiaçının adından 30.000 manat məbləğində satılmışdır. Tamamilə absurddur ki, mülkiyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun HacıbəyÜ küçəsi, ev 22, mənzil 25-in bazar dəyəri 30.000 manat deyil, ən azı təxminən 100.000-120.000 manatdır. Belə olan halda əgər mənziln qiyməti ən azı 100.000 manat təşkil edirsə, niyə görə iddiaçı bu mənzili 30.000 manata satmalı idi. Bildirir ki, hələki iddiaçı, İddiaçı ağlını itirməmişdir. Əgər itirmişdirsə, bu halda əqdi bağlamış şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs tərəfindən bağlanmışdır ki, əqdin etibarsızlığından xəbər verir.Üçüncüsü, mənzilin satılması barədə hər hansı bir elan verilmədiyindən və ya daşınmaz əmlak bürolarına evin satılması ilə bağlı tapşırıq vermədiyindən Cavabdeh mənzilin satılmasını haradan öyrəndi və mənzili necə aldı?!Dördüncüsü, baxmayaraq ki, alqı-satqı müqaviləsi 2019-cu ilin avqust ayında bağlanmışdır, nədənsə Cavabdeh iddia qaldırılana kimi bir dəfə belə olsun mənzilin boşaldılması barədə iddiaçıya xəbərdarlıq etməmişdir.Hörmətli məhkəməyə bildirir ki, iddiaçının ev satmaq niyyəti olmayıb və ev satmamışdır.Göründüyü kimi xüsusi mülkiyyəti olan ünvan 1 dələduzluq yolu ilə Cavabdeh adına rəsmiləşdirilmişdir ki, qanunvericiliyə görə bağlanmış əqdin etibarsızlığına səbəb olur.Hesab edir ki, ünvan 1-ə dair bağlanmış xx xxxxxx 2019-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi aldatma nəticəsində bağlandığından etibarsızdır. Hesab edir ki, sözügedən alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə zidd olaraq bağlanıldığından, bağlandığı andan etibarən etibarsız əqd hesab olunmalıdır.Yuxarıda qeyd etdiyi kimi iddiaçının ümumiyyətlə mənzil satmaq fikri olmayıb və bu haqda heç kimə tapşırıq verməmişdir. Yəni iddiaçı, mənzillə bağlı müqavilə, əqd bağlamaq iradəsində olmamışdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, müvəkkiliMənsurə xanım mənzil almaq niyyətində olub. Bir gün Mənsurə xanıma deyirlər ki, bir nəfərin pula ehtiyacı var təcili evini ucuz qiymətə satır. Mənsurə xanımda ev almaq niyyətində olduğu üçün, həm də qiyməti münasib olduğundan evi almaq qərarına gəlir. Gedir evə baxır, əvvəlcə razılaşmır. Sonradan Kamran adlı şəxs Mənsurə xanıma telefonla zəng edərək, razılaşırlar evi alır. Gedirlər notariusda alqı-satqı müqaviləsi bağlayırlar. Bu proses bir neçə gün çəkdiyindən Kamran əl çəkmir pulun 15 000 manatını əvvəlcə alır. Sonra bank vasitəsi ilə ödəmə həyata keçirilərək 30 000 manatıda verilir. Cavabdeh evi aldıqdan sonra kirayə verməyi düşünür. Bu vaxtı Kamran deyir ki, “evi kirayə verirsənsə, mən kirayə qalaram”. Razılaşırlar Kamran evdə kirayədə qalır. İlk vaxtlar pulu vaxtlı-vaxtında ödəsə də sonralar kirayə pulunu ödəyə bilmədiyindən evdən çıxmalı olur. Bir müddət keçəndən sonra Mənsurə xanım evdə oturarkən, bir gün qapı döyülür. Qapını açıb görür ki, Kamran yanında bir qadın və kişi. Mənsurə xanım Kamrandan gələnlərin kim olduğunu soruşur. Məlum olur ki, gələn Kamranın atası və anasıdır və evlərini tələb edirlər. Onlar bildirirlər ki, Kamran evi satması barəsində bizə heç bir məlumat verməyib. Kamranda evi satanda cavabdehə məlumat verib ki, atası və anası burda yaşamır. Anası cavabdehə təklif edir ki, biz sənə sənin verdiyin pulu verək sən də bizim evi qaytar. Nəhayət razılaşırlar. Təxminən aprel aylarında Kamran yenə cavabdehə telefonla zəng edərək bildirir ki, evə bir alıcı tapıb və evi satsın. Kamran da özü evə alıcı tapır, qiymət danışır və evi satırlar. Kamran evi satıb üstündən yenə 15 000 manatı götürüb 50 000 manatı da cavabdehə verir. Yenə bir müddət keçəndən sonra Kamranın anası cavabdehə zəng edərək, evə alıcı tapdığını deyəndə cavabdeh bildirir ki, Kamran evi xeyli müddətdir ki, satıb. Bundan sonra Kamranın anası polis idarəsinə müraciət edir. Cavabdeh də polis idarəsinə gedib orda Kamran tam fərqli izahat verib. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb olunmuş X2 məhkəmə iclasında mübahisə ilə bağlı izahatında bildirmişdir ki, qeyd olunan iş üzrə mübahisə predmeti olan fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Həmin fərdi yaşayış evini bütün qanuni prosedurlara riayət edilməklə əldə etmişdir. Belə ki, alqısatqı müqaviləsi bağlanmamışdan əvvəl o, İddiaçıla alqı-satqı predmeti barəsində ondan məlumatlar əldə etdi. Sənədlər ilə tanış olduqdan sonra müəyyən etdi ki, həmin fərdi yaşayış evinin qanuni mülkiyyətçisi Cavabdehdır. Eyni zamanda həmin fərdi yaşayış evində kimlərin yaşadığını və gələcəkdə hər hansı bir şəxs tərəfindən həmin fərdi yaşayış evinə dair mübahisənin yarana biləcəyi ehtimalını İddiaçıla dəqiqləşdirərkən bildirdi ki, Cavabdeh dul qadındır və himayəsində azyaşlı uşağı var. Eyni zamanda qeyd edir ki, iddiaçı Cavabdeh barəsində danışdıqda ona xala deyə müraciət edirdi. O da zənn edirdi ki, aralarında həqiqətən qohumluq bağları var və bu da alqı-satqı aparılması üçün güvənverici amil kimi qəbul edilmişdir. Sonradan bildi ki, bu sadəcə müraciət formasıdır. Həmin fərdi yaşayış evinə dair bütün məlumatları dəqiqləşdirdikdən sonra şənbə günü Notariat Kontoruna getmiş və onun təkidi ilə Cavabdeh şəxsən iştirak etmişdir. Onların iştirakı ilə alqı-satqının həyata keçirilməsinin videoçəkilişi notariat kontorunda aparılmışdır. Əldə etdikləri razılığa əsasən fərdi yaşayış evinin alqı-satqı dəyərini 70000 manat məbləğində müəyyən etmişlər. Alqı-satqı aparılmamışdan əvvəl 1300 manat məbləğində beh pulu İddiaçı vermişdir. İlk öncə beh pulu vermək istəmirdi, lakin İddiaçı bildirdi ki, həmin fərdi yaşayış evinə alıcılar tapıb və beh ödənilmədikdə evi başqasına satacaq. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə teleqram vasitəsilə müraciət edərək, Xəzər Rayon Məhkəməsində cinayət işi üzrə baxış iclası olduğundan mülki işin başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsi mümkün hesab edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə dəvət edilmiş X4 ifadəsində bildirmişdir ki, o, makler fəaliyyəti ilə məşğul olur. İddiaçı ilə cavabdeh arasında alqı-satqı zamanı o da orda iştirak etmişdir. Mənsurə xanım ev axtarırdı. Bununla əlaqədar olaraq makler kimi Mənsurə xanıma köməklik göstərmişdir. Şahid Ş.Abdullayev ona verilən suallara cavab olaraq qeyd etmişdir ki, 15000 manatın nağd şəkildə cavabdeh tərəfindən iddiaçıya verilməsini görmüşdür. Cavabdehlə yalnız alqı-satqı ilə əlaqədar işgüzar münasibətləri olub. Bir tanıdığı şəxs vasitəsi ilə cavabdeh onunla əlaqə saxlayaraq ev axtarışında olduğunu bildirmiş, cavabdehin ev almaq istəyi ilə bağlı ona müraciətinin dəqiq tarixi yadında deyil. Cavabdeh müraciət etdikdən sonra ona Hərbi Prokurorluğun yanında olan binadan ev tapmış, həmin evin alqı-satqısına ümumilikdə cavabdeh 50000 manat xərc çəkmişdir. Mənzili cavan oğlan satırdı, adı dəqiq yadında deyil, onun adını Kənan deyə xatırlayır, Kənan notariusun depozit hesabına pulu yükləyəndə o etiraz etmiş, çünki ona təcili pul lazım idi. Bu səbəbdən kassaya 35000 manat pul ödənişi edildi, özü nağd şəkildə 15000 manatı götürdü. Nağd pul ona o səbəbdən lazım idi ki, müəyyən çətinlikləri var idi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, şahid ifadəsini dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil satıcı İddiaçı alıcı Cavabdeh mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MH № ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, , ünvan 1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 2114 nömrəli vərəqində xx.xx.2007-ci ildə qeydiyyata alınmışdır. xx.xx.2019-cu il tarixli xəzinə mədaxil orderinin surətinə əsasən Muğanbank ASC-nin depozit hesabı vasitəsilə Cavabdeh 30 000 manat ödənilmişdir. xx.xx.2020-ci il tarixli beh müqaviləsinin surətinə əsasən X2 ünvan 1 ünvanında yerləşən mənzilin alğı-satqısı ilə əlaqədar İddiaçı 1300 manat məbləğində beh verilməsi ilə bağlı razılığa gəlmişlər. xx.xx.2020-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil satıcı Cavabdeh alıcı X1 mülkiyyətinə vermişdir. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktının surətinə əsasən ünvan 1 ünvanında yerləşən mənzili icarəyəverən X2 icarəçi İddiaçı təhvil vermişdir. Beləliklə, məhkəmə araşdırması zamanı işin mübahisəsiz halı ondan ibarətdir ki, xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən mənzil satıcı İddiaçı alıcı Cavabdeh mülkiyyətinə vermişdir. Daha sonra həmin mənzili xx.xx.2020-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğısatqı müqaviləsinə əsasən satıcı Cavabdeh alıcı X1 mülkiyyətinə vermişdir. İddiaçı tərəfindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilmiş və iddia tələbini iddiaçı ərizəsində göstərdiyi xüsusatlarla əsaslandırmış, qeyd etdiyi əsaslara görə alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə iddiaçının mübahisələndirdiyi hal ondan ibarətdir ki, ünvan 1-ə dair bağlanmış xx xxxxxx 2019-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi aldatma nəticəsində bağlanmışdır. İddiaçı hesab edir ki, sözügedən alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə zidd olaraq bağlanıldığından, bağlandığı andan etibarən etibarsız əqd hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2019-cu il tarixli qərarında qeyd olunur ki, ... Nəzərə alınmalıdır ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Beləliklə, Mülki Məcəllənin 337 və 339-cu maddələrinə uyğun olaraq, aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; Bundan başqa qeyd olunur ki, məhkəmələrdə hər hansı müqavilənin aldadılma nəticəsində bağlanması məsələsinə baxılarkən tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri müəyyən edilməlidir. Belə ki, Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair xx xxxx 2019-cu il Qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə... çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır...Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir....Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır... Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir... Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə hesab edir ki, hazırki mübahisə ilə bağlı sübutetmə yükü İddiaçı üzərinə düşür. Məhkəmə qeyd edir ki, xx.xx.2019-cu il tarixdə müqaviləni imzalayan zaman iddiaçının qeyd etdiyi əsaslar üzrə, aralarındakı şifahi razılaşmanı pozması, həmin müqavilənin formal bağlanması, cavabdehin faizlə pul borca verməsi, bu səbəbdən iddiaçının mübahisəli mənzili cavabdehə daha ucuz qiymətə satması və.s halların olması, həmçinin iddiaçıya yalan vəd verilməsi, bu səbəbdən də xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinin formal olaraq, eyni zamanda aldatma nəticəsində bağlanmış əqd olması və başqa məqsədlər üçün bağlanması halları sübuta yetmir. Bundan başqa məhkəmədə müəyyən edilir ki, xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, hər hansı mülki hüquq pozuntusuna yol verilməmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən şahid X4 ifadəsi də işin müəyyən edilmiş halları ilə üst-üstə düşür, ifadəsində qeyd etdiyi halllar məhkəmə araşdırması zamanı sübut kimi qiymətləndirilir. Göstərilənlərə əsasən, məhkəmə sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsində istinad etdiyi hallar məhkəmə araşdırması zamanı sübuta yetmədiyindən, həmçinin əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, bununla bağlı tələb olmadığından, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar