Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3068/2020 29.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 oğluna qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 oğluna qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 oğlunun Bakı şəhəri, Nərimanov rayonu, A.Məmmədov küçəsi, 21 nömrəli evin 2 nömrəli mənzilə dair istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, A.Məmmədov küçəsi, 21 nömrəli evin 2 nömrəli mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən ona xx xxxxxxxx 2014ci il tarixli, ******* nömrəli çıxarış verilmişdir. Hazırda qeyd edilən mənzil illərdir onun istifadəsində və sahibliyindədir. O, sözügedən mənzildə oğlunun ailəsi ilə birlikdə yaşayır. Yuxarıda adları qeyd edilən cavabdehlər onun övladlarıdır. Hər iki övladı təxmini olaraq 15 (on beş) ildən artıqdır ki, ailə həyatı quraraq gəlin köçmüşlər. Dəfələrlə övladlarından qeydiyyatdan çıxmalarını xahiş etsə də, bu günə qədər heç bir nəticə əldə etməmişdir. Onun özü də yaşlı və xəstə bir xanım olduğu üçün o öldükdən sonra övladları arasmda nifaq düşməsin deyə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabeh şəxslərin adlarının onun mənzilində qeydiyyatda olmaları onun mənafeyinə toxunaraq məlum mənzilə dair sərəncam vermək hüququnu məhdudlaşdırır. Beləliklə, həm daxili, həm də beynəlxalq qanunvericiliyin prinsipləri mülkiyyət hüququna müstəsna hüquq kimi yanaşaraq, mülkiyyətin toxunulmazlığına təminat verməklə onun kənar müdaxilələrdən qorunmasına istiqamətlənmişdir. Belə bir əlacsız vəziyyətdə olan bir insanın hisslərini düzgün başa düşüləcəyi ümidi ilə məhkəməyə müraciət edərək, cavabdeh şəxslərin onun mülkiyyətində olan məlum mənzilə istifadə hüququnun itirilməsininə dair iddia tələbini əsaslı hesab edir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 oğluna qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxslər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 oğlunun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin xx xxxxxx 2008-ci il tarixli 005948 nömrəli orderinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin xx xxxxxx 2008-ci il tarixli 518 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Asif Məmmədov küçəsi, 21 nömrəli evin 2 nömrəli mənzili İddiaçı verilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqalrın Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Asif Məmmədov küçəsi, 21 nömrəli evin 2 nömrəli bir otaqlı 40,3 kv.metr ümumi sahəsi olan (19,1 kv.metr yaşayış sahəsi və 21,2 kv.metr olan yardımçı sahəsi) mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2194 nömrəli reyestr kitabının 203992 nömrəli vərəqində xx xxxxxxxx 2014-cü il tarixdə qeydiyyata alınmışdır; Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli arayışının məzmunundan görünür ki, İddiaçı xx xxxxxx 2005-ci il tarixdən Bakı şəhəri, Nərimanov rayonu, Asif Məmmədov küçəsi, 21 nömrəli evin 2 nömrəli mənzildə qeydiyyatdadır. Ondan başqa həmçinin xx xxxx 1976-cı il təvəllüdlü Cavabdeh1, xx xxxxxx 1977-ci il təvəllüdlü Cavabdeh2 və xx xxxxxx 1999-cu il təvəllüdlü Cavabdeh3 oğlu qeydiyyatdadırlar; 38 nömrəli Mənzil Kommunal İstismar Sahəsinin xx xxxxxx 2020-ci il tarixli 051093 nömrəli arayışının məzmunundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Asif Məmmədov küçəsi, 21 nömrəli evin 2 nömrəli mənzili İddiaçı məxsusdur, onun özü ilə birlikdə yeddi nəfər, o cümlədən Cavabdeh1, X5 və Cavabdeh3 oğlu həmin mənzildə qeydiyyadadırlar; Nərimanov RPİ tərəfindən xx xxxxxx 2005-ci il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Asif Məmmədov küçəsi, 21 nömrəli evin 2 nömrəli mənzildə qeydiyyatdadır; xx xxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 228.2-ci maddəsində göstərilmişdir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər; Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, Asif Məmmədov küçəsi, 21 nömrəli evin 2 nömrəli mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən İddiaçı xx xxxxxxxx 2014-ci il tarixli, ******* nömrəli çıxarış verilmişdir. Cavabdeh şəxslər iddiaçının övladları və nəvəsidir. Beləliklə, cavabdeh şəxslərin həmin mənzilə istifadə hüquqları yaranmış, bu hüquq onlara müvafiq kompensasiya verilməsi yolu ilə itirilə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, İddiaçı mülkiyyətində olan mənzildə yaşamış ailə üzvlərinə bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə onların mənzildən istifadə hüquqlarına xitam verilmə tələbi ilə məhkəmədə iddia qaldıra bilər. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı iddia tələbinin hüquqi əsası olmadığından iddia rədd olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddia tələbi rədd edildiyindən onun özünə aid eidlməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 oğluna qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3068/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3068/2020
29.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver