Məhkəmə qərarları › İş №2(005)-3078/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3078/2023

04.11.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3078/2023 04.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK, Cavabdeh3 MTK, Cavabdeh1 qarşı protokoldan çıxarış və maliyyə arayışının təhvil verilməsi tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MTK, Cavabdeh3 MTK, Cavabdeh1 qarşı protokoldan çıxarış və maliyyə arayışının təhvil verilməsi tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu. H.Əliyev prospekti, 105. 1951 saylı məhəllədə tikilmiş yaşayış binasının 2-ci giriş 3-cii mərtəbəsində yerləşən 2 otaqlı 1 saylı mənzilə dair iclas protokolundan çıxarışın, mənzilin tam dəyərinin ödənilməsinə dair maliyyə arayışının İddiaçı təhvil verilməsi öhdəliyinin cavabdeh “Euro Tikinti" MTK-nin və Cavabdeh1 üzərinə qoyulması öhdəliyinin İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 2012-ci ildə mənzil almaq məqsədilə cavabdeh “Euro Tikinti" MTK-ya müraciət etmişdir. xx.xx.2012-ci il tarixdə cavabdeh "xxxx" MTK ilə İddiaçı arasında mənzilin alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən Nərimanov rayonu, H.Əliyev prospekti, 105. 1951 saylı məhəllədə tikilmiş yaşayış binasının 2-ci giriş 3-cü mərtəbəsində yerləşən 2 otaqlı 1 saylı mənzil İddiaçı satılmışdır. Müqavilə cavabdeh “Euro Tikinti" MTK-nın sədri Cavabdeh1 tərəfindən imzalanmışdır müəssisənin möhürü ilə təsdiq edilmişdir. Mənzilin dəyəri müqavilə ilə 110000 (yüz. on min manat) müəyyən edilmişdir. İddiaçı tərəfindən 71200 manat vəsait nağd şəkildə və bank köçürmələri vasitəsilə ödənilmişdir. Aralarında əldə olunmuş şifahi razılığa əsasən qalan 38800 manat pulun əvəzinə İddiaçı mülkiyyətində olan Xəzər rayonu. Şağan qəsəbəsində yerləşən torpaq sahəsini vermişdir. 03 oktyabr 2015-ci ildə cavabdeh “Euro Tikinti" MTK tərəfindən İddiaçı mənzilin mülkiyyətçisi olduğuna və orada yaşadığına dair arayış verilmişdir, həmin arayış da cavabdeh "xxxx" MTK-nın sədri Cavabdeh1 tərəfindən imzalanmışdır. Hazırda İddiaçı mənzilə dair DƏDRX-dən mülkiyyət hüququnu təsdiq edən çıxarış almaq niyyətindədir. Çıxarışı almaq üçün mənzilə dair maliyyə arayışı və protokoldan çıxarış tələb edilir. İddiaçı mənzilə dair maliyyə arayışı və protokoldan çıxarış almaq məqsədilə cavabdeh “Euro Tikinti"' MTK-ya müraciət etmişdir. Həmin vaxt məlum olmuşdur ki, Cavabdeh1 ölkəni tərk etmişdir. İddiaçı mülkiyyətində olmuş Xəzər rayonu. Şağan qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinin aqibətini öyrənmək üçün DƏDRX-nə müraciət etmişdir. Məlum olmuşdur ki, həmin torpaq sahəsi hazırda Cavabdeh1 mülkiyyətindədir. Torpaq sahəsinin alqı-satqısına dair müqavilənin surətini əldə etmişdir. xx.xx.2014-cii ildə cavabdeh 9 saylı notariat ofisinin xüsusi notariusu Rəşadət Sadıqov tərəfindən daşınmaz əmlakın alqı-salqısı müqaviləsi təsdiq edilmişdir. Alq-satqı müqaviləsi təsdiq edildikdən sonra Cavabdeh1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı ərazi İdarəsinə müraciət edərək, çıxarış əldə etmişdir. İddiaçı mənzilə dair maliyyə arayışının və protokoldan çıxarış əldə etmək məqsədilə cavabdeh “Euro Tikinti" MTK-na pretenziya məktubları ilə müraciət etmişdir. Lakin məktuba cavab verilməmişdir. Belə olan halda, iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. O hesab edir ki, məhkəmə iddianı tam şəkildə təmin edərək, Nərimanov rayonu, H.Əliyev prospekti. 105, 1951 saylı məhəllədə tikilmiş yaşayış binasının 2-ci giriş 3- cü mərtəbəsində yerləşən 2 otaqlı İ saylı mənzilə dair iclas protokolundan çıxarışının, mənzilin tam dəyərinin ödənilməsinə dair maliyyə arayışının İddiaçı təhvil verilməsi öhdəliyinin cavabdeh "xxxx" MTK-nın və Cavabdeh1 üzərinə qoyulması barədə qətnamə qəbul etməlidir. Daha sonra iddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, Cavabdeh3 MTK-nın cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi. O qeyd etdi ki, Cavabdeh2 MTK baş podratçı, Cavabdeh3 MTK isə sifarişçi olaraq, 15 mart 2012-ci il tarixdə əsaslı tikintiyə dair podrat müqaviləsi bağlamış və həmin müqaviləyə əsasən podratçı ancaq 1283 kv.m Cavabdeh3 MTK-nə yaşayış sahəsindən verir və digər şəxslər və şirkətlər qarşısında öhdəlik daşımır. Bu səbəbdən iddiaçıya müvafiq sənədlərin verməsi öhdəliyi də Cavabdeh3 MTK-nın üzərinə qoyulmalıdır. Digər cavabdehlər “Şəbnur MTK” və Cavabdeh1 məhkəmə iclasının vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə onların iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X2 ifadəsində bildirmişdir ki, o iddiaçının qonşusudur, 2013-cü il tarixdən etibarən ünvan 1 ünvanda faktiki olaraq yaşayır, həmin tarixdən də orada yaşayan İddiaçı tanıyır. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Mülki işin materiallarında olan: - 07 noyabr 2012-ci il tarixli alqı-satqı müqaviləsindən müəyyən olunur ki, "xxxx" MTK-nın sədri Cavabdeh1 tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, 1951 saylı məhəllədə tikdiyi çoxmərtəbəli, iki girişli yaşayış binasından 2-ci giriş, 3-cü mərtəbə, 2 otaqlı, 01 saylı mənzili alıcı İddiaçı mülkiyyətinə verir. İddiaçı müqavilə müəyyən edilmiş mənzilin dəyəri olan 110000 manat pulu "xxxx" MTK-ya ödəyir. - 19 nömrəli öhdəlikdən görünür ki, İddiaçı qalıq borcunun 106000 manat hissəsini alıcı, 6 ay müddətinə ödəməyi öz öhdəsinə götürür. - 07 noyabr 2012-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 4000 manat ödəniş edilmişdir. - xx.xx.2012-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 6000 manat ödəniş edilmişdir. - xx.xx.2012-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 50000 manat ödəniş edilmişdir. - "xxxx" MTK tərəfindən verilən xx.xx.2015-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, 1951 saylı məhəllə 2-ci giriş, 3-cü mərtəbə, 01 saylı mənzilin mülkiyyətçisidir və hazırda həmin mənzildə yaşayır. - Pretenziya məktubundan görünür ki, İddiaçı "xxxx" MTK-ya təklif göndərərək, 5 gün müddətində Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, 1951 saylı məhəllə, 2-ci giriş, 3-cü mərtəbə, 01 saylı mənziliə dair iclas protokolundan çıxarışın və maliyyə arayışının 5 gün müddətində ona təqdim edilməsini xahiş etmiş, əks halda iddia ərizəsi ilə məhkməyə müraciət edəcəyini bildirmişdir. - 08 may 2014-cü il tarixli müqavilədən görünür ki, “Satıcı” İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi ünvanında yerləşən 0,04 ha torpaq sahəsini “Alıcı” Cavabdeh1 mülkiyyətinə vermişdir. Torpaq sahəsinin dəyəri 5300 manat müəyyən edilmişdir. - ******* nömrəli çıxarışdna görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Şağan qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi İddiaçı mülkiyyətindədir. - "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı tərəfindən Nərimanov rayonu. H.Əliyev prospekti, 105. 1951 saylı məhəllədə tikilmiş yaşayış binasında yerləşən ümumi sahəsi 92 kv.m olan mənzilin ümumi dəyəri olan 115000 manat pul ödənilmişdir və onun qalıq borcu yoxdur. - 15 mart 2012-ci il tarixli əsaslı tikintiyə dair Podrat Müqaviləsindən görünür ki, “Sifarişçi” Cavabdeh3 MTK ilə “Baş Podratçı” "xxxx" MTK arasında podrat müqaviləsi bağlanmış, şifarişçi tərəfindən Bakı şəhəri, H.Əliyev prospekti 105, 1951-ci məhəllədə Bakı şəhəri İHB-nın xx.xx.2004-cü il tarixli 05 saylı sərəncamı ilə ayrılmış özünə məxsus 1428 kv.m sahədə bir mərtəbəsi tikilərək başa çatmamış yaşayış binasının tikilməsi üçün podratçının sərəncamına verilməsi və podratçı tərəfindən bütün tikinti-quraşdırma işlərinin layihə sənədlərinə uyğun qüsursuz, Azərbaycan Respublikasında qəbul olunmuş Tikinti Norma və Qaydalara uyğun standartlar əsasında, müəyyən olunmuş müddətdə və öz vəsaiti hesabına yüksək keyfiyyətlə yerinə yetirilməsi müəyyən edilmişdir. “Sifarişçi”nin Bakı şəhəri, H.Əliyev prospekti 105, 1951-ci məhəllə ünvanında yerləşən 1428 kv.m torpaq sahəsini yaşayış binasının tikintisi üçün podratçıya verməsinin əvəzi olaraq, podratçı tərəfindən layihə əsasında inşa ediləcək həmin yaşayış binasından ümumilikdə yaşayış sahəsindən 1283 kv.m yaşayış sahəsinin binanın tikintisi başa çatdıqdan sonra podratçı sifarişçiyə əvəzsiz olaraq verəcəkdir. - 19 mart 2012-ci il tarixli Podrat Müqaviləsinə əlavədən görünür ki, “Baş podratçı” "xxxx" MTK 15 mart 2012-ci il tarixdə tikinti işlərini başlamış və 01 oktyabr 2015-ci il tarixə kimi tikintini tam başa çatdıraraq, binanı hazır vəziyyətdə “Sifarişçi” Cavabdeh3 MTK-ya təhvil verilməsi müəyyən edilmişdir. - AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, H.Əliyev prospekti 105, 1951 saylı məhəllədə tikilmiş yaşayış binasının 01 saylı mənzilin qedyiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı "xxxx" MTK ilə müqavilə bağlamış və müqaviləyə əsasən ödənişlər etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili də iddiaçının həmin mənzildə uzun müddətdir yaşadığını bildirmişdir. Buna baxmayaraq müqaviləyə uyğun olaraq razılaşdırılmış mənzilə dair sənədlər ona təhvil verilməmişdir. "xxxx" MTK ilə Cavabdeh3 MTK arasında 15 mart 2012-ci il tarixdə podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən şifarişçi tərəfindən Bakı şəhəri, H.Əliyev prospekti 105, 1951-ci məhəllədə Bakı şəhəri İHB-nın xx.xx.2004-cü il tarixli 05 saylı sərəncamı ilə ayrılmış özünə məxsus 1428 kv.m sahədə bir mərtəbəsi tikilərək başa çatmamış yaşayış binasının tikilməsi üçün podratçının sərəncamına verilməsi və podratçı tərəfindən bütün tikintiquraşdırma işlərinin layihə sənədlərinə uyğun qüsursuz, Azərbaycan Respublikasında qəbul olunmuş Tikinti Norma və Qaydalara uyğun standartlar əsasında, müəyyən olunmuş müddətdə və öz vəsaiti hesabına yüksək keyfiyyətlə yerinə yetirilməsi müəyyən edilmişdir. 19 mart 2012-ci il tarixli Podrat Müqaviləsinə əlavədən görünür ki, “Baş podratçı” "xxxx" MTK 15 mart 2012-ci il tarixdə tikinti işlərini başlamış və 01 oktyabr 2015-ci il tarixə kimi tikintini tam başa çatdıraraq, binanı hazır vəziyyətdə “Sifarişçi” Cavabdeh3 MTK-ya təhvil verilməsi müəyyən edilmişdir. Belə ki, iddiaçı ilə "xxxx" MTK arasında müqavilə bağlanmış və həmin müqavilə üzrə tərəflər arasında hüquq münasibətləri yaranmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsinə etiraz etdiyini, Cavabdeh2 MTK baş podratçı, Cavabdeh3 MTK isə sifarişçi olaraq, 15 mart 2012-ci il tarixdə əsaslı tikintiyə dair podrat müqaviləsi bağlamış və həmin müqaviləyə əsasən podratçı ancaq 1283 kv.m Cavabdeh3 MTK-nə yaşayış sahəsindən verir və digər şəxslər və şirkətlər qarşısında öhdəlik daşımır. Bu səbəbdən iddiaçıya müvafiq sənədlərin verməsi öhdəliyinin də Cavabdeh3 MTK-nın üzərinə qoyulmalı olduğunu bildirir. Məhkəmə cavabdehin nümayəndə və vəkilinin etirazının dəlillərinə münasibət bildirərək qeyd edir ki, mənzilin alqı-satqı müqaviləsi İddiaçı ilə Cavabdeh2 MTK arasında bağlanmış, iddiaçıya təqdim edilmiş, onun direktoru tərəfindən imzalanmış və möhürü ilə təsdiq edilmişdir. Eyni zamanda iddiaçıya məxsus digər - Nərimanov rayonu, H.Əliyev prospekti, 105, 1951 saylı məhəllədə tikilmiş yaşayış binasında yerləşən ümumi sahəsi 92 kv.m olan mənzil barədə xx.xx.2017-ci il tarixli maliyyə arayışı Cavabdeh2 MTK tərəfindən təqdim edilmişdir. İddiaçı tərəfindən pul vəsaitləri Cavabdeh2 MTK-ya ödənilmiş, maliyyə arayışı Cavabdeh2 MTK tərəfindən təqdim edilmiş, mənzil iddiaçıya təhvil verilmişdir. Belə olan təqdirdə mülki işin materialları ilə təsdiq edilir ki, müqavilə münasibətləri məhz 07 noyabr 2012-ci il tarixli müqavilə əsasında iddiaçı ilə Cavabdeh2 MTK arasında yaranmışdır. Mənzilin iddiaçının sahiblik və istifadəsində olması da işin mübahisəsiz halıdır. Məhkəmə həmçinin onu da nəzərə alır ki, Cavabdeh2 MTK ilə Cavabdeh3 MTK arasında olan müqavilədə Cavabdeh2 MTK-nın şəxslər qarşısında heç bir öhdəlik daşımadığı , öhdəliyinin yalnız binanın tikintisinin aparılması olduğu qeyd edilsə də, mülki işin materialları ilə təsdiq edilir ki, iddiaçı məhz Cavabdeh2 MTK ilə müqavilə münasibətlərində olmuşdur. Cavabdeh2 MTK ilə Cavabdeh3 MTK arasında olan müqavilədə sonuncu sənədləşmə işlərinin aparılması ilə bağlı hər hansı öhdəlik də götürməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin nümayəndəsinin etirazının dəlilləri əsassızdır və subyektin mülahizələrindən ibarətdir. Məhkəmə hesab edir ki, digər Cavabdeh1 da iddiaçı qarşısında şəxsi öhdəlik daşımır, belə ki müqaviləni fiziki şəxs qismində deyil, "xxxx" MTK-nın direktoru olaraq imzalamışdırdır. Bu əsasla idia tələbləri ona münasibətdə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçırirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, belə nəticəyə gəlir ki, Bakı şəhəri, Nərimanov rayonu. H.Əliyev prospekti, 105, 1951 saylı məhəllədə tikilmiş yaşayış binasının 2-ci giriş 3-cü mərtəbəsində yerləşən 2 otaqlı 1 saylı mənzilə dair İddiaçı adına çıxarışın alınması üçün Cavabdeh2 MTK üzvlərinin ümumi yığıncağının qərarının və ya müvafiq protokoldan çıxarışın və pay haqqının (mənzilin dəyərinin) tam ödənilməsinə dair maliyyə arayışının İddiaçı təqdim edilməsi Cavabdeh2 MTK-nın üzərinə öhdəlik olaraq qoyulması hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumundan 50 manatı cavabdeh "xxxx" MTK -dan tutulmalı, qalan hissədə iddiaçıya aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu. H.Əliyev prospekti, 105, 1951 saylı məhəllədə tikilmiş yaşayış binasının 2-ci giriş 3-cü mərtəbəsində yerləşən 2 otaqlı 1 saylı mənzilə dair İddiaçı adına çıxarışın alınması üçün "xxxx" Mənzil-Tikinti Kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və ya müvafiq protokoldan çıxarışın, eyni zamanda mənzilin əldə olunması ilə bağlı İddiaçı MTK-ya hər hansı borcunun olmamasına dair maliyyə arayışının İddiaçı təqdim edilməsi öhdəliyi "xxxx" MTK-nın üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumundan 50 manatı cavabdeh "xxxx" MTK -dan tutulsun, qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban ƏfəndizadəDüzdür. Hakim: Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar