Məhkəmə qərarları › İş №2(005)-3083/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3083/2020

28.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3083/2020 28.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum akt qeydinin bərpa edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum akt qeydinin bərpa edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxx 1986-cı il tarixdə, Ermənistanın Amasiya rayonunda anadan olmağı, ata qrafasında X2, milliyyəti azərbaycanlı, ana qrafasında X5 adları yazılmaqla doğum haqqında akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1986-cı il tarixdə Ermənistanın Amasiya rayonunda anadan olmuşdur. Hal-hazırda ünvan 1 ünvanında yaşayır. Doğum haqqında şəhadətnaməsini itirmişdir. Hazırda doğum haqqında şəhadətnamənin əslini itirdiyinə görə Bakı şəhəri Maraqlı şəxsnə doğum haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı müraciət etmişdir. Həmin şöbə tələb olunan sənədləri təqdim etmədiyinə görə müvafiq qanunvericiliyin tələbinə əsasən ona rəsmi şəkildə imtina haqqında məktub ünvanlamış və həmin məktubda bu müraciətinin onlar tərəfindən icra edilməsi mümkün olmadığından məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. O da bu əsasla hüquqlarının bərpa edilməsi məqsədi ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsinə dəqiqləşmə verərək, onun xx xxxx 1986-cı il tarixdə Ermənistanın Amasiya rayonunda anadan olmasına dair doğum akt qeydinin bərpa olunması, ata qrafasında X2, ana qrafasında X5 qeyd olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə dəftərxanası vasitəsilə ərizə təqdim edərək, işlərin çoxluğu ilə əlaqədar mülki işə nümayəndəsinin iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Ərizəçi izahatını və şahid ifadəsini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: xx xxxxxx 1986-cı il tarixdə verilmiş 357610 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1986-cı il tarixdə Ermənistanın Amasiya rayonunda anadan olmuşdur, bu barədə xx xxxxxx 1986-cı il tarixdə 25 nömrə ilə qeyd edilmişdir. Atası X3, anası X4r; Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanladığı xx xxxxxx 2020-ci il tarixli 130 nömrəli məkrubunun məzmunundan görünür ki, Bakı şəhəri Maraqlı şəxs Ərizəçi doğum haqqında akt qeydinin bərpa olunması haqqında ərizəsinə baxaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətədaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13-cü bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Hazırki halda yuxarıda adı çəkilən Müddəaların 14-cü bəndinin tələbinə uyğun olaraq itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığındah məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur; Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bakı şəhəri Nərimanov rayonu üzrə sektorunun verdiyi xx xxxxxx 2020-ci il tarixli 1505 nömrəli arayışından görünür ki, Ərizəçi Xocalı rayonundan məcburi köçkündür və Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu küçəsi, 825/835 ünvanında müvəqqəti məskunlaşmışdır; ASAN 1 tərəfindən xx xxxxxx 2014-cü il tarixdə verilmiş Aze seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1986-cı il tarixdə Ermənistanın Amasiya rayonunda anadan olmuş Ərizəçi Xocalı şəhərində qeydiyyatdadır; xx xxxxxx 2020-ci il tarixli 46353 nömrəli qəbzdən görünür ki, Ərizəçi müvafiq ərizə ilə məhkəməyə müraciət etmək üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, Ərizəçi onun bacısı oğludur, o, xx xxxx 1986-cı il tarixdə Ermənistanın Amasiya rayonunda anadan olmuşdur. Atası X3, anası X4r. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi xx xxxx 1986-cı il tarixdə Ermənistanın Amasiya rayonunda anadan olması faktı sübuta yetirilir. Ərizəçi bu faktı təsdiq edən sübutları başqa qaydada əldə edə bilmədiyindən, onun doğum haqqında şəhadətnaməsinin bərpa edilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2-ci və 307.2.3-cü maddələrinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutub məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxx 1986-cı il tarixdə Ermənistanın Amasiya rayonundaanadan olması haqqında doğum akt qeydi bərpa edilsin. Doğum akt qeydində ərizəçinin valideynləri qrafasında atası-“ X7 oglu”, anası-“X5” kimi göstərilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar