Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3093/2020 23.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı “ABC Telecom” X1 nümayəndəsi X4, Cavabdeh iştirakları ilə, İddiaçı “ABC Telecom” X1 Cavabdeh qarşı “nisyə satış müqaviləsi üzrə hesablanmış ödənilməmiş borcun və hesablanmış cərimə məbləğinin, habelə ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ABC Telecom” X3 Cavabdeh qarşı “nisyə satış müqaviləsi üzrə hesablanmış ödənilməmiş borcun və hesablanmış cərimə məbləğinin, habelə ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********25590 olan Samsung Galaxy S10+ markalı telefon üçün 1.889 (bir min səkkiz yüz səksən doqquz) manat məbləğində ödənilməmiş hissə, 590 (beş yüz doxsan) manat məbləğində dəbbə borcu olmaqla, ümumilikdə 2.479 (iki min dörd yüz yetmiş doqquz) manat məbləğində borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2.509 (iki min beş yüz doqquz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq iddiaçı “ABC Telecom” X1 xeyrinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “ABC Telecom” X3 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh “ABC Telecom” X3 ilə xx xxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********25590 olan Samsung Galaxy S10+ markalı telefon almış və nəticədə 2.479 (iki min dörd yüz yetmiş doqquz) manat məbləğində borc yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx xxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2.347 (iki min üç yüz qırx yeddi)manat (12 ay x 179 (bir yüz yetmiş doqquz) manat + 199 (bir yüz doxsan doqquz) manat ilkin ödəniş) məbləğində olan İMEİ Kodu **********25590 olan Samsung Galaxy S10+ markalı telefon üçün ümumilikdə, 2.479 (iki min dörd yüz yetmiş doqquz) manat məbləğində olmaqla, ondan 1.889 (bir min səkkiz yüz səksən doqquz)manat məbləğində ödənilməmiş hissə, 590 (beş yüz doxsan)manat məbləğində dəbbə borcu müəyyən edilmişdir. Cavabdeh cəmi ödədiyi məbləğ 458 (dörd yüz əlli səkkiz) manat məbləğində təşkil etmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50% qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Məhkəmə iclasında iddiaçı “ABC Telecom” X1 etibarnamə əsasında nümayəndəsi X5 iddia tələbini müdafiə edib müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, ödənilməmiş məbləğlə razı olduğunu, dəbbə borcunu isə qəbul etmədiyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: “ABC Telecom” X3 ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 00823998 nömrəli müqaviləsinin məzmunundan görünür ki, Cavabdeh “ABC Telecom” X3ndənİMEİ Kodu **********25590 olan Samsung Galaxy S10+ markalı telefon almış və nəticədə 2.479 (iki min dörd yüz yetmiş doqquz) manat məbləğində borcu yaranmışdır; “ABC Telecom” X3 ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 00823998 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə-ödəniş cədvəlinin məzmunundan görünür ki, alqı-satqı qiyməti 2.347 (iki min üç yüz qırx yeddi)manat (12 ay x 179 (bir yüz yetmiş doqquz) manat + 199 (bir yüz doxsan doqquz) manat ilkin ödəniş) məbləğində olan İMEİ Kodu **********25590 olan Samsung Galaxy S10+ markalı telefon üçün ödəniş etməyi öz üzərinə götürmüşdür; “ABC Telecom” X1 təqdim etdiyi maliyyə və ödəniş cədvəlinin məzmunundan görünür ki, “ABC Telecom” X3 ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 00823998 nömrəli müqaviləyə əsasən, Cavabdeh iddiaçı “ABC Telecom” X2 ümumilikdə 2.479 (iki min dörd yüz yetmiş doqquz) manat məbləğində olmaqla, ondan 1.889 (bir min səkkiz yüz səksən doqquz)manat məbləğində ödənilməmiş hissə, 590 (beş yüz doxsan)manat məbləğində dəbbə borcu müəyyən edilmişdir. Cavabdeh tərəfindən İddiaçı “ABC Telecom” X2 cəmi 458 (dörd yüz əlli səkkiz) manat məbləğində pul vəsaiti ödəmişdir; “ABC Telecom” X1 Cavabdeh ünvanladığı xx xxxxxx 2020-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 00823998 nömrəli müqaviləyə əsasən hesablanmış ödənilməmiş borc məbləğinin qısa zaman ərzində ödənilməsi, əks təqdirdə müvafiq borcun məcburi qaydada tutulması ilə bağlı aidiyyəti quruma müraciət olunacağı ilə bağlı Cavabdeh xəbərdar edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin xx xxxx 2020ci il tarixli arayışının məzmunundan görünür ki, xx xxxxxx 1987-ci il tarixdə İmişli rayonu, Gövhərli kəndində anadan olmuş Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır; Nərimanov RPİ tərəfindən xx xxxxxxx 2018-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1987-ci il tarixdə İmişli rayonu, Gövhərli kəndində anadan olmuş Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır; xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı “ABC Telecom” X3 tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh “ABC Telecom” X3 ilə xx xxxxxx 2019-cu il tarixli 00823998 nömrəli müqaviləsinə əsasən, İMEİ Kodu **********25590 olan Samsung Galaxy S10+ markalı telefon almış və nəticədə 2.479 (iki min dörd yüz yetmiş doqquz) manat məbləğində borc yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx xxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2.347 (iki min üç yüz qırx yeddi)manat (12 ay x 179 (bir yüz yetmiş doqquz) manat + 199 (bir yüz doxsan doqquz) manat ilkin ödəniş) məbləğində olan İMEİ Kodu **********25590 olan Samsung Galaxy S10+ markalı telefon üçün ümumilikdə, 2.479 (iki min dörd yüz yetmiş doqquz) manat məbləğində olmaqla, ondan 1.889 (bir min səkkiz yüz səksən doqquz)manat məbləğində ödənilməmiş hissə, 590 (beş yüz doxsan)manat məbləğində dəbbə borcu müəyyən edilmişdir. Cavabdeh cəmi ödədiyi məbləğ 458 (dörd yüz əlli səkkiz) manat məbləğində təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir; 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir; 425.1-ci maddəsinə əsasən: “Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir”. Bu iş üzrə isə cavabdehin öhdəliklərinin vaxtında və lazımi şəkildə icra edilmədiyi görünür; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; 446.1-ci maddəsinə əsasən kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddiaçı “ABC Telecom” X3 ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 00823998 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanırsa, müştəri müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50% qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. İddiaçı “ABCTelecom” X1 iddiasının müqavilə üzrə 590 (beş yüz doxsan) manat məbləğində dəbbə pulu tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı, ümumilikdə 50 (əlli) manat məbləğində dəbbə pulu Cavabdeh iddiaçı “ABC Telecom” X1 xeyrinə tutulmalıdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, “ABCTelecom” X1 hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1.889 (bir min səkkiz yüz səksən doqquz) manat məbləğində ödənilməmiş hissə və 50 (əlli) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1.939 (bir min doqquz yüz otuz doqquz)manat məbləğində borc iddiaçı “ABC Telecom” X1 xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı “ABC Telecom” X1 xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1.889 (bir min səkkiz yüz səksən doqquz) manat məbləğində ödənilməmiş hissə və 50 (əlli) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1.939 (bir min doqquz yüz otuz doqquz)manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu “ABC Telecom” X1 xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3093/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3093/2020
23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver