Məhkəmə qərarları › İş №2(005)-3098/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3098/2023

23.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3098/2023 23.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Süleymanova Aysel Qurban qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Ərizəçi (AZE0*******) doğum faktının müəyyən edilməsi və doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Maraqlı şəxs üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi (AZE0*******) xx.xx.1961-ci il tarixində Yardımlı rayonunda doğulmuşdur. Hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Ərizəçi doğum haqqında şəhadətnaməsi yoxdur. Bu səbəbdən, doğum haqqında şəhadətnamənin alınması üçün Yardımlı rayon Qeydiyyat Şöbəsinə müraciət edilmişdir. 27 yanvar 2023-cü il tarixində cavab olaraq bildirilmişdir ki, Yardımlı Rayon Qeydiyyat şöbəsinin arxivində saxlanılan ilkin və doğum bərpa akt qeydləri, eləcə də “Vətəndaşlıq vəziyyəti aktları” X1 sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar edilməmişdir. Doğum haqqında şəhadətnamə doğum haqqında akt qeydi əsasında verildiyindən ərizəni təmin etmək mümkün olmamışdır. Həmçinin, Bakı şəhəri Maraqlı şəxsnə müraciət edilmiş, cavab olaraq bildirilmişdir ki, Ərizəçi doğum haqqında məlumatının müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” X1 Sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin doğum haqqında akt qeydi aşkar edilməmişdir. Doğumu təsdiq edən tibbi sənədin alınması üçün 03 may 2023-cü il tarixində Yardımlı Rayon Mərkəzi Xəstəxanasına sorğu ünvanlanmış, Ərizəçi Yardımlı Rayon Mərkəzi Xəstəxanasında doğulub-doğulmaması barədə məlumatın, doğulmuşdursa doğum faktını təsdiq edən sənədlərin təsdiq edilmiş surətlərinin, hansı qeydiyyat işlərinin aparılması barədə məlumatın və aparılmış qeydiyyatla bağlı arayışın təsdiq edilmiş surətinin rəsmi qaydada təqdim edilməsi xahiş edilmişdir. Lakin Yardımlı Rayon Mərkəzi Xəstəxanası tərəfindən sorğuya cavab verilməmişdir. Həmçinin AR Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə də sorğu ünvanlanmış, xx.xx.2023-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Ərizəçi Bakı şəhəri Nərimanov rayonu, Orucəliyev köçəsi 16/6 ünvanında xx.xx.2006-cı il tarixində pasport qeydiyyatına alınmışdır. Şəxsiyyət vəsiqəsinin yeriməsinə əsas olan sənədlərin saxlama müddəti bitdiyindən məhv edildiyi üçün AR. Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən göndərilməsi mümkün olmamışdır. xx.xx.2023-cü il tarixində isə Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin alınması üçün sorğu ünvanlanmışdır. xx.xx.2023-cü il tarixli cavab məktubu ilə AR Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən bildirilmişdir ki, Ərizəçi xx.xx.2011-ci il tarixində Nərimanov Rayon Polis İdarəsi tərəfindən verilmiş AZE-0885İ924 nömrəli şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün deyildir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəsinə uyğun izahat verərək, doğumun qeyd edilmə faktının müəyyən edilməsinin ona zəruri sənədlərin rəsmiləşdirilməsi məqsədilə lazım olduğunu bildirmiş və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə aşağıda qeyd olunanlara əsasən təmin edlməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında təqdim edilmiş: - AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə Yardımlı rayonunda doğulmuşdur; - Yardımlı Rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 05/Q-01-15 saylı məktubdan görünür ki, doğum haqqında akt qeydi aşkar edilməmişdir. Doğum haqqında şəhadətnamə doğum haqqında akt qeydi əsasında verildiyindən ərizəni təmin etmək mümkün olmamışdır; - Yardımlı Rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş arayışdan görünür ki, xx xxxx 1961-ci ildə Yardımlı rayonu Honuba kəndində anadan olmuş Cangirova (Caniyeva) Fərəndə Əmican qızının doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə Yardımlı rayon qeydiyyat şöbəsinin arxivində saxlanılan 1958-ci il tarixdən 1964-cü il tarixədək ilkin doğum, 1961-ci il tarixdən 1979-cu il tarixədək bərpa doğum akt qeydləri üzrə yoxlama aparılmış, həmçinin “Vətəndaşlıq vəziyyəti aktları” X1 sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır; - Yardımlı Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2023-cü il tarixli, 10-326 saylı məktubunun surətindən görünür ki, xx.xx.1961-ci il təvəllüdlü Ərizəçi doğumu barədə heç bir sənəd yoxdur. Hazıra kimi hər hansı bir xəstəliklə bağlı da müraciət etməmişdir; - Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi xx.xx.2011-ci il tarixdə Nərimanov Rayon Polis İdarəsi tərəfindən verilmiş AZE-0******* nömrəli şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır; - Bakı Şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 296 nömrəli məktubundan görünür ki, X1 Sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır; - X2 (ərizəçinin qardaşı) doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.1968-ci il tarixdə Yardımlı rayonunun Honuba kəndində anadan olmuşdur. X3, azərbaycanlı, anası X9,azərbaycanlıdır; - Azərbaycan Respublikası Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin məhkəməyə göndərdiyi fərdi uçot kartoçkasının kserosurətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci ildə Yardımlı rayonunda doğulmuş, atası X7, anası X6r; - Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, o, ərizəçinin anasıdır. Onun ümumilikdə 5 övladı vardır, tək qız övladı olan Ərizəçi Yardımlı rayonunun Honuba kəndində dünyaya gəlmişdir. Doğum haqqında şəhadətnamə alıb-almadıqlarını xatırlamır; - Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, ərizəçi onun bacısıdır, milliyyəti azərbaycanlıdır. Bacısı Yardımlı rayonunda doğulmuşdur, ailədə 5 uşaq olmuşlar. Bacısının ad gününü təxminən Novruz bayramında qeyd edərdilər. Digər uşaqların doğum haqqında şəhadətnamələri var. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ərizəçi xx.xx.1961ci il tarixdə Yardımlı rayonunda anadan olmuşdur, X3, azərbaycanlı, anası X9, azərbaycanlıdır. Ərizəçi doğum haqqında şəhadətnaməni itirmişdir. Maraqlı şəxsə ərizə ilə müraciət edərək, doğum haqqında akt qeydinin bərpa edilməsini xahiş etmiş, lakin Yardımlı Rayon Qeydiyyat şöbəsi imtina edərək, məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1, 307.2.3, 308 və 311ci maddələrinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada əldə edə bilmədiyindən, həmçinin onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi həmin faktın müəyyən edilməsindən asılı olduğundan Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən ərizəçinin məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpa edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 16-cı bəndinə görə, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. 13-cü bəndə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir (18-ci bənd). Həmin Müddəaların 14-cü bəndinə əsasən itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Qeyd edilən normaların tələblərindən göründüyü kimi, ərizəçi müvafiq ərizə ilə seçdiyi yer üzrə qeydiyyat orqanına müraciət etməli və müvafiq qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər (sənədlərin əsli) olduğu təqdirdə vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası qeydiyyat şöbəsi tərəfindən həyata keçirilməli, sənədlərin əsli olmadığı təqdirdə isə doğumun qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmənin qənaətinə görə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara və şahid ifadələrinə əsasən baxılan mülki iş üzrə hüquq haqqında mübahisə olmadığından və sənədlərin əsli olmaması səbəbindən qeydin bərpasının qeydiyyat şöbələri tərəfindən həyata keçirilməsi mümkün olmadığından, yəni hüquq müəyyənedici sənədi başqa formada əldə edə bilmədiyindən ərizəçinin xahişi təmin edilməlidir. Məhkəmə, təqdim edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1961-ci il tarixdə, Azərbaycan Respublikası, Yardımlı rayonunda doğulmasının qeyd edilmə faktı müəyyən edilməlidir. Doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Cangirova”, adı “Fərəndə”, ata adı “Əmican”, doğum tarixi “xx.xx.1961-ci il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “Azərbaycan Respublikası, Yardımlı rayonu”, ata qrafasında “X7, milliyyəti azərbaycanlı”, ana qrafasında “X9, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1961-ci il tarixdə, Azərbaycan Respublikası, Yardımlı rayonunda doğulmasının qeyd edilmə faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Cangirova”, adı “Fərəndə”, ata adı “Əmican”, doğum tarixi “xx.xx.1961-ci il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “Azərbaycan Respublikası, Yardımlı rayonu”, ata qrafasında “X7, milliyyəti azərbaycanlı”, ana qrafasında “X9, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar