Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3101/2021 02.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh X1 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.08.2019-cu il tarixli müqaviləsinə əsasən. JBL səsucaldıcı üçün 104 (yüz dörd) manat ödənilməmiş hissə, 15 (on beş) manat dəbbə, 27.04.2019-cu il tarixli müqaviləsinə əsasən. Samsung Paltaryuyan üçün 437 (dörd yüz otu veddi) manat ödənilməmiş hissə, 129 (yüz iyirmi doqquz) manat dəbbə; 25.07.2019-cu il tarixli müqaviləsinə əsasən. İ M Kİ kodu **********33968 olan Samsung galaxy A10 markalı telefon üçün 247 (iki yüz qırx yeddi) manat ödənilməmiş hissə, 74 (yetmiş dörd) manat dəbbə; 01.01.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN Soyuducu, SAMSUNG Tozsoran, aksesuar üçün 494 (dörd yüz doxsan dörd) manat ödənilməmiş hissə, 143 (yüz qırx üç) manat dəbbə; 15.08.2019-cu il tarixli müqaviləsinə əsasən. HOFFMANN kondisioner üçün 518 (beş yüz on səkkiz) manat ödənilməmiş hissə, 126 (yüz iyirmi altı) manat dəbbə; Ümumilikdə 2287 manat borc. 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh «xxxx« MMC ilə 01.08.2019-cu il, 27.04.2019-cu il, 25.07.2019-cu il, 01.01.2019-cu il və 15.08.2019-cu il tarixli müqaviləsinə əsasən JBL səsucaldıcı, Samsung Paltaryuyan, İMEİ kodu **********33968 olan Samsung galaxy A10 markalı telefon, HOFFMANN Soyuducu, SAMSUNG Tozsoran, aksesuar, HOFFMANN kondisioner almış və nəticədə 2287 (iki min iki yüz səksən yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 01.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 408 (dörd yüz səkkiz) manat (24 ay x 17 manat 0 manat ilkin ödəniş) olan JBL səsucaldıcı üçün ümumilikdə, 119 (yüz on doqquz) manat olmaqla ondan, 104 (yüz dörd) manat ödənilməmiş hissə, 15 (on beş) manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 27.04.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 864 (səkkiz yüz altmış dörd) manat (24 ay x 36 manat + 0 manat ilkin ödəniş) olan Samsung Paltary uyan üçün ümumilikdə 566 (beş yüz altmış altı) manat olmaqla ondan 437 (dörd yüz otu yeddi) manat ödənilməmiş hissə, 129 (yüz iyirmi doqquz) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 25.07.2019cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 390 (üç yüz doxsan) manat (20 ay x 19 manat + 10 manat ilkin ödəniş) olan İMEİ kodu **********33968 olan Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə, 321 (üç yüz iyirmi bir) manat olmaqla ondan. 247 (iki yüz qırx yeddi) manat ödənilməmiş hissə, 74 (yetmiş dörd) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini po/muş və nəticədə 01.01.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1272 (min iki yüz yetmiş iki) manat (24 ay x 53 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN Soyuducu, SAMSUNG Tozsoran, aksesuar üçün ümumilikdə, 637 (altı yüz otuz yeddi) manat olmaqla ondan, 494 (dörd yüz doxsan dörd) manat ödənilməmiş hissə, 143 (yüz qırx üç) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 15.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 725 (yeddi yüz iyirmi beş) manat (24 ay x 30 manat + 5 manat ilkin ödəniş) olan HOFFMANN kondisioner üçün ümumilikdə 644 (altı yüz qırx dörd) manat olmaqla ondan, 518 (beş yüz on səkkiz) manat Ödənilməmiş hissə, 126 (yüz iyirmi altı) manat dəbbə. Cavabdehin cəmi ödədiyi məbləğ 1859 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən. Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa. Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. Məhkəmə baxışı iclasında iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 00818960 nömrəli 01.08.2019-cu il tarixli müqavilədən məlum olur ki, bir tərəfdən “xxxx” MMC bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Alıcı” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Müştəri”yə aşağıda göstərilən şərtlərlə verir, “Müştəri” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: JBL Flip 4 Squad markalı səsucaldan. İş materiallarında olan 00632869 nömrəli, 27.04.2019-cu il tarixli müqavilədən məlum olur ki, bir tərəfdən “xxxx” MMC bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Müştəri” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Müştəri”yə aşağıda göstərilən şərtlərlə verir, “Müştəri” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: Samsung markalı paltaryuyan. İş materiallarında olan 00805205 nömrəli, 25.07.2019-cu il tarixli müqavilədən məlum olur ki, bir tərəfdən “xxxx” MMC bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Müştəri” adlandırılacaq X3 bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Müştəri”yə aşağıda göstərilən şərtlərlə verir, “Müştəri” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: Samsung Galaxy A10 markalı telefon. İş materiallarında olan 00450347 nömrəli, 01.01.2019-cu il tarixli müqavilədən görünür ki, bir tərəfdən “xxxx” MMC bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Müştəri” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Müştəri”yə aşağıda göstərilən şərtlərlə verir, “Müştəri” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: Hoffman markalı soyuducu və Samsung markalı tozsoran. İş materiallarında olan 00848532 nömrəli, 15.08.2019-cu il tarixli müqavilədən görünür ki, bir tərəfdən “xxxx” MMC bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Müştəri” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Müştəri”yə aşağıda göstərilən şərtlərlə verir, “Müştəri” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: Hoffman markalı kondisioner. İş materiallarında olan 01.08.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh 00818960 nömrəli Müqaviləyə əsasən JBL Flip 4 Squad markalı səsucaldanı tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 27.04.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh 00632869 nömrəli Müqaviləyə əsasən Samsung markalı paltaryuyanı tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 25.07.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh 00805205 nömrəli müqaviləyə əsasən Samsung Galaxy A10 markalı telefon tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 01.01.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh 00450347 nömrəli müqaviləyə əsasən Hoffman markalı soyuducu və Samsung markalı tozsoranı tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 15.08.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh 00848532 nömrəli müqaviləyə əsasən Hoffman markalı soyuducu və Samsung markalı tozsoranı tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan, 16.05.2021-ci il tarixli Maliyyə və Ödəniş cədvəlindən görünür ki, Cavabdeh 01.08.2019-cu il tarixli müqavilə üzrə borc məbləğini 24 ay müddətinə aylıq 17 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 01.08.2021-ci il tarixli müqavilə əsasında 1 ədəd JBL Flip 4 Squad markalı səsgücləndirici almışdır. Hal-hazırda həmin müqavilə üzrə cavabdehin cəmiyyətə olan borcu ümumilikdə 119 manat olmaqla, ondan 104 manat ödənilməmiş hissə, 15 manat cərimə pulu təşkil edir. Cavabdeh 27.04.2019-cu il tarixli müqavilə üzrə borc məbləğini 24 ay müddətinə aylıq 36 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 27.04.2019-cu il tarixli müqavilə əsasında Samsung markalı paltaryuyan almışdır. Hal-hazırda həmin müqavilə üzrə cavabdehin cəmiyyətə olan borcu ümumilikdə 566 manat olmaqla, ondan 437 manat ödənilməmiş hissə, 129 manat cərimə pulu təşkil edir. Cavabdeh 25.07.2019-cu il tarixli müqavilə üzrə borc məbləğini 20 ay müddətinə aylıq 19 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 25.07.2019-cu il tarixli müqavilə əsasında 1 ədəd Samsung Galaxy A10 markalı telefon almışdır. Halhazırda həmin müqavilə üzrə cavabdehin cəmiyyətə olan borcu ümumilikdə 321 manat olmaqla, ondan 247 manat ödənilməmiş hissə, 74 manat cərimə pulu təşkil edir. Cavabdeh 01.01.2019-cu il tarixli müqavilə üzrə borc məbləğini 24 ay müddətinə aylıq 53 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 01.01.2019-cu il tarixli müqavilə əsasında Hoffman markalı soyuducu və Samsung markalı tozsoran almışdır. Hal-hazırda həmin müqavilə üzrə cavabdehin cəmiyyətə olan borcu ümumilikdə 637 manat olmaqla, ondan 494 manat ödənilməmiş hissə, 143 manat cərimə pulu təşkil edir. Cavabdeh 15.08.2019-cu il tarixli müqavilə üzrə borc məbləğini 24 ay müddətinə aylıq 30 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 15.08.2019-cu il tarixli müqavilə əsasında Hoffmann markalı kondisioner almışdır. Hal-hazırda həmin müqavilə üzrə cavabdehin cəmiyyətə olan borcu ümumilikdə 644 manat olmaqla, ondan 518 manat ödənilməmiş hissə, 126 manat cərimə pulu təşkil edir. İş materiallarında olan 01.08.2019-cu il tarixli ödəniş cədvəlinə əlavədən görünür ki, bu ödəniş cədvəli 01.08.2019-cu il tarixli, 00818960 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsidir və Cavabdeh həmin müqavilə üzrə ödəməli olduğu toplam məbləğ 408 manat təşkil edir. İş materiallarında olan 27.04.2019-cu il tarixli ödəniş cədvəlinə əlavədən görünür ki, bu ödəniş cədvəli 27.04.2019-cu il tarixli, 00632869 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsidir və Cavabdeh həmin müqavilə üzrə ödəməli olduğu toplam məbləğ 864 manat təşkil edir. İş materiallarında olan 25.07.2019-cu il tarixli ödəniş cədvəlinə əlavədən görünür ki, bu ödəniş cədvəli 25.07.2019-cu il tarixli, 00805205 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsidir və Cavabdeh həmin müqavilə üzrə ödəməli olduğu toplam məbləğ 390 manat təşkil edir. İş materiallarında olan 01.01.2019-cu il tarixli ödəniş cədvəlinə əlavədən görünür ki, bu ödəniş cədvəli 01.01.2019-cu il tarixli, 00450347 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsidir və Cavabdeh həmin müqavilə üzrə ödəməli olduğu toplam məbləğ 1272 manat təşkil edir. İş materiallarında olan 15.08.2019-cu il tarixli ödəniş cədvəlinə əlavədən görünür ki, bu ödəniş cədvəli 15.08.2019-cu il tarixli, 00848532 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsidir və Cavabdeh həmin müqavilə üzrə ödəməli olduğu toplam məbləğ 725 manat təşkil edir. İş materiallarında olan 11.08.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, 27.04.2019-cu il tarixli, 15.08.2019-cu il tarixli, 01.08.2019-cu il tarixli, 25.07.2019-cu il il tarixli və 01.01.2019-cu il tarixli müqavilələr üzrə yaranmış borc məbləğinin qısa müddətində Cavabdeh tərəfindən ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 01.08.2019-cu il tarixli, 27.04.2019-cu il tarixli, 25.07.2019-cu il tarixli, 01.01.2019-cu il və 15.08.2019-cu il tarixli müqavilələrin şərtləri cavabdeh tərəfindən pozulmuş, müqavilə şərtlərinə uyğun olaraq ödənişlər edilməmiş, cavabdehin sözügedən müqavilələr üzrə müvafiq olaraq əsas borcu 104 manat, 437 manat, 247 manat, 494 manat və 518 manat, cəmi 1800 manat təşkil edir. Təhvil-təslim aktına əsasən, cavabdeh JBL Flip 4 Squad markalı səsucaldıcını, Samsung markalı paltaryuytanı, Samsung Galaxy A10 markalı telefonu, Hoffmann markalı soyuducunu, Samsung markalı tozsoranı və Hoffman markalı kondisioneri təhvil almışdır. Cəmiyyət tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, nəticədə müqavilələrin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin 27.04.2019-cu il tarixli, 25.07.2019-cu il tarixli, 01.01.2019-cu il tarixli və 15.08.2019-cu il tarixli müqavilə üzrə müvafiq olaraq 437 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 129 manat cərimə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 40 manata, 247 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 74 manat cərimə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 24 manata endirilməli, 494 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 143 manat cərimə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 40 manata, 518 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 126 manat cərimə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 50 manata endirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh “xxxx” MMC-nin xeyrinə 01.08.2019-cu il tarixli, 27.04.2019-cu il tarixli, 25.07.2019-cu il tarixli, 01.01.2019-cu il və 15.08.2019-cu il tarixli müqavilələr üzrə 1800 manat ödənilməmiş hissə, 169 manat dəbbə pulu və 30 (otuz) manat dövlət rüsumu tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” MMC-nin xeyrinə 01.08.2019-cu il tarixli, 27.04.2019-cu il tarixli, 25.07.2019-cu il tarixli, 01.01.2019-cu il və 15.08.2019-cu il tarixli müqavilələr üzrə 1800 manat ödənilməmiş hissə, 169 manat dəbbə pulu və 30 (otuz) manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3101/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3101/2021
02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver