Məhkəmə qərarları › İş №2(005)-3104/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3104/2021

15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3104/2021 15.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızı İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25.07.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********35955 olan Samsung Galaxy A40 markalı telefon üçün 257 manat ödənilməmiş hissə, 25 manat cərimə; 07.01.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********89301 olan HUAWEİ Y6 markalı telefon üçün 158.6 manat ödənilməmiş hissə, 15.4 manat cərimə; 18.07.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********27926 olan Samsung Galaxy A30 markalı telefon üçün 304 manat ödənilməmiş hissə, 30 manat cərimə ümumilikdə 790 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 25.07.2019-cu il, 07.01.2020-ci il və 18.07.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********35955 olan Samsung Galaxy A40 markalı telefon, İMEİ kodu **********89301 olan HUAWEİ Y6 markalı telefon, İMEİ kodu **********27926 olan Samsung Galaxy A30 markalı telefon almış və nəticədə 790 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 25.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı 684 manat olan İMEİ kodu **********35955 olan Samsung Galaxy A40 markalı telefon üçün ümumilikdə, 282 manat olmaqla ondan, 257 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 25 manat cərimə miqdarında borc yaranmışdır. 07.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 315.6 manat olan İMEİ kodu **********89301 olan HUAWEİ Y6 markalı telefon üçün ümumilikdə, 174 manat olmaqla ondan, 158.6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 15.4 manat cərimə; 18.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 684 manat olan İMEİ kodu **********27926 olan Samsung Galaxy A30 markalı telefon üçün ümumilikdə, 334 manat olmaqla ondan, 304 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 30 manat cərimə. Cavabdehin cəmi ödədiyi məbləğ 964 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət edilsə də, işin məhkəmədən kənar həlli mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: İş materiallarında olan 25.07.2019-cu il tarixli 00805243 saylı nisyə alqı-satqı müqaviləsinə görə Cavabdeh oğluna İMEİ kodu **********35955 olan Samsung Galaxy A40 markalı telefon satılmışdır. İş materiallarında olan 25.07.2019-cu il tarixli 00805243 saylı nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, aylıq ödəniş məbləği 38 manat müəyyən edilmişdir. İş materiallarında olan olan 25.07.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh müqavilə üzrə qeyd olunan məhsulu tam qüsursuz vəziyyətdə təhvil almışdır. İş materiallarında olan 07.01.2020-ci il tarixli 20019773 saylı nisyə alqı-satqı müqaviləsinə görə Cavabdeh oğluna İMEİ kodu **********89301 olan HUAWEİ Y6 markalı telefon satılmışdır. İş materiallarında olan 07.01.2020-ci il tarixli 20019773 saylı nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, aylıq ödəniş məbləği 26,3 manat müəyyən edilmişdir. İş materiallarında olan olan 07.01.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh müqavilə üzrə qeyd olunan məhsulu tam qüsursuz vəziyyətdə təhvil almışdır. İş materiallarında olan 18.07.2019-cu il tarixli 00789393 saylı nisyə alqı-satqı müqaviləsinə görə Cavabdeh oğluna İMEİ kodu **********27926 olan Samsung Galaxy A30 markalı telefon satılmışdır. İş materiallarında olan 18.07.2019-cu il tarixli 00789393 saylı nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, aylıq ödəniş məbləği 38 manat müəyyən edilmişdir. İş materiallarında olan olan 18.07.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh müqavilə üzrə qeyd olunan məhsulu tam qüsursuz vəziyyətdə təhvil almışdır. İş materiallarında olan 03.02.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdar edilmişdir. İş materiallarında olan 29.06.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 25.07.2019-cu il, 07.01.2020-ci il və 18.07.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********35955 olan Samsung Galaxy A40 markalı telefon, İMEİ kodu **********89301 olan HUAWEİ Y6 markalı telefon, İMEİ kodu **********27926 olan Samsung Galaxy A30 markalı telefon almış və nəticədə 790 manat borc yaranmışdır. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh, "xxxx" MMC ilə 25.07.2019-cu il, 07.01.2020-ci il və 18.07.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********35955 olan Samsung Galaxy A40 markalı telefon, İMEİ kodu **********89301 olan HUAWEİ Y6 markalı telefon, İMEİ kodu **********27926 olan Samsung Galaxy A30 markalı telefon almışdır ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı nisyə alqı-satqı müqavilələri üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 20 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh 25.07.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********35955 olan Samsung Galaxy A40 markalı telefon üçün 257 manat ödənilməmiş hissə, 25 manat cərimə; 07.01.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********89301 olan HUAWEİ Y6 markalı telefon üçün 158.6 manat ödənilməmiş hissə, 15.4 manat cərimə; 18.07.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********27926 olan Samsung Galaxy A30 markalı telefon üçün 304 manat ödənilməmiş hissə, ümumilikdə 790 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı “İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 25.07.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********35955 olan Samsung Galaxy A40 markalı telefon üçün 257 manat ödənilməmiş hissə, 25 manat cərimə; 07.01.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********89301 olan HUAWEİ Y6 markalı telefon üçün 158.6 manat ödənilməmiş hissə, 15.4 manat cərimə; 18.07.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********27926 olan Samsung Galaxy A30 markalı telefon üçün 304 manat ödənilməmiş hissə, 30 manat cərimə, ümumilikdə 790 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı “İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar