Məhkəmə qərarları › İş №2(005)-3107/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3107/2020

24.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3107/2020 24.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi “qohumluq faktının müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Gədəbəy Rayon Notariat Kontoruna qarşı “qohumluq faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 1992-ci il tarixində ölmüş X2 xx.xx.1981 -ci il tarixində Gədəbəy rayonunda ölmüş Hüseynova Gövhər Nağı qızının doğma oğlu olması faktının; Ərizəçi xx.xx.1981-ci il tarixində Gədəbəy rayonunda ölmüş Hüseynova Gövhər Nağı qızının doğma nəvəsi olması faktının təsdiq edilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Bbildirir ki, X12 onun atasıdır. O, xx xxxx 1992-ci il tarixində ölmüşdür. Lakin atasının doğum haqqında şəhadətnaməsi olmamışdır. O xx.xx.1954-cü il tarixində Gədəbəy rayonunda anadan olmuşdur. Ona məxsus olan doğum haqqında şəhadətnamədə X2 onun atası olması göstərilmişdir. Hal-hazırda atasının doğum haqqında şəhadətnaməsi olmadığından irsi transmissiya qaydasında nənəsinə məxsus olan miras əmlakdan pay hüququnu müəyyən etmək də qeyrimümkündür. Bununla əlaqədar dəfələrlə X10 müraciət etmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, atasının doğum haqqında şəhadətnaməsi olmadığına görə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümkün deyildir. Belə ki, nənəsi Hüseynova Gövhər Nağı qızı atasının anasıdır. O. xx.xx.1981-ci il tarixində Gədəbəy rayonunda ölmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən Gədəbəy rayonu, Qasımağalı kəndində yerləşən fərdi yaşayış evi nənəsinə məxsus olmuşdur. O, öldükdən sonra ona məxsus olan Gədəbəy rayonu, Qasımağalı kəndində yerləşən fərdi yaşayış evi vərəsəlik qaydasında atasına keçmişdir. Atası da həmin evdə yaşamışdır. Atası hələ sağ ikən adından vəsiyyətnamə tərtib edərək, ona məxsus olan əmlaklarını ona vəsiyyət etmişdir. Atası öldükdən sonra nənəsindən atasına miras olaraq qalmış və atası öldükdən sonra da ona vəsiyyətnamə əsasında keçmiş olan miras əmlakda yaşamağa başlamışdır. Gədəbəy Rayon İcra nümayəndəliyindən verilmiş arayışla bu hal təsdiq edilir. Beləliklə, o nənəsi Hüseynova Gövhər Nağı qızının qanun üzrə vərəsəsidir. Lakin atası X2 doğum haqqında şəhadətnaməsi olmadığına görə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq hüququndan məhrum edilmiş. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Gədəbəy Rayon Notariat Kontoruna məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işə maraqlı şəxs Gədəbəy Rayon Notariat Kontorunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahat verərək bildirmişdir ki, Ərizəçi onun qardaşıdır. Şahidlik etmək istədiyi hal ondan ibarətdir ki, həqiqətən də ataları X6r. Həmçinin qeyd edir ki, Hüseynova Gövhər Nağı qızı onların doğma nənəsidir. Qeyd olunan faktların müəyyən edilməsi qardaşı Ərizəçi o səbəbdən lazımdır ki, nənələrindən qalan evin ona məxsus olduğunu qeydiyyata aldıra bilsin. Atasının doğum haqqında şəhadətnaməsinin, nənəsinin nikah haqqında şəhadətnaməsinin olub-olmaması barədə məlumatı yoxdur. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan ASAN 4 tərəfindən verilmiş seriya AZE ******** nömrəli, xx.xx.2017-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1954-cü ildə Gədəbəy rayonu, Şəkərbəy kəndində anadan olmuş Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışa əsasən, Gədəbəy rayonu, Qasımağalı kəndində 0.25 ha ibarət yaşayış məntəqələrinin torpaqları xüsusi mülkiyyət hüququ ilə Hüseynova Gövhər Nağı qızına məxsusdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli arayışın surətindən görünür ki, Hüseynova Gövhər Nağı qızı xx.xx.1981-ci il tarixdə qaraciyər çatışmamazlığından ölmüşdür. Bu barədə akt qeydləri kitabında xx.xx.1981-ci il tarixdə 12№-ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan AZ-İ № 485968 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1992-ci il tarixdə ölmüşdür. Bu barədə akt qeydləri kitabında xx.xx.1992-ci il tarixdə 09 №-ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan X9 xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Sizin, Maraqlı şəxsnə daxil olmuş ərizənizə baxılmışdır. Siz ərizənizdə göstərirsiniz ki, mərhum nənəniz Hüseynova Gövhər Nağı qızına məxsus miras əmlaka dair sizə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edirsiniz. Bildiririk ki, mərhum atanız X2 doğum haqqında şəhadətnaməsi olmadığına görə sizə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümkün deyildir. Sizə izah edərək bildiririk ki, mərhum atanız X2 doğum haqqında şəhadətnaməsi bərpa edildikdən sonra yəni mərhum Hüseynova Gövhər Nağı qızının mərhum X2 anası və sizin nənəniz olması faktı müəyyən edildikdən sonra sizə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək olar. Ona görə də həmin miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün aidiyyəti üzrə məhkəməyə müraciət edəsiniz. İş materiallarında olan X9 xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Maraqlı şəxs bildirir ki, X3 mərhum nənəsi Hüseynova Gövhər Nağı qızından miras qalmış Gədəbəy rayonu, Şəkərbəy kəndində yerləşən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə dair Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün xx xxxxxxxx 2019cu il tarixdə notariat ofisinə ərizə ilə müraciət etmişdir. Onun ərizə ilə birlikdə təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, həqiqətən X4 miras qoyan mərhum nənəsi Hüseynova Gövhər Nağı qızının Qanun üzrə vərəsəsidir. Odur ki, ona Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinə müraciət edərək mərhum nənəsi Hüseynova Gövhər Nağı qızından miras qalmış Gədəbəy rayonu, Şəkərbəy kəndində yerləşən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə dair Reyestrdən çıxarışı aldıqdan sonra ona Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilər. Bununla əlaqədar sizdən xahiş edirik ki, mərhum nənəsi Hüseynova Gövhər Nağı qızından miras qalmış Gədəbəy rayonu, Şəkərbəy kəndində yerləşən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə dair çıxarışı və həmin daşınmaz əmlaka dair müvafiq məlumatları bizə verəsiniz. İş materiallarında olan xx xxxxxxx 1995-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1954-cü ildə anadan olmuş, atası X12, anası X7r. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 136 saylı Gədəbəy rayonu Şəkərbəy İcra Nümayəndəliyinin arayışından görünür ki, Hüseynova Gövhər Nağı qızı Şəkərbəy kəndində yaşamış və xx.xx.1981-ci ildə vəfat etmişdir. Vəfat etdikdən sonra təsərrüfatında aşağıda göstərilən ailə üzvləri qalmışdır. Ərizəçi. İş materiallarında olan xx.xx.1988-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X12 özündən sonra Gədəbəy rayonu, Şəkərbəy kəndində yerləşən adına olan yaşayış evini ev əşyalarını öz öğlu Ərizəçi verilməsini vəsiyyət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət X1 xx.xx.2019-cu il tarixli Arxiv arayışının surətindən görünür ki, Dövlət X11 mühafizə olunan Şəkərbəy kəndi LDS GR-nin kəndinin təsərrüfatbaşına kitabında 1960-1962-ci illərdə Hüseynova Gövhər Nağı qızının adına 108/171 nömrəli təsərrüfat qeyd edilib və aşağıda göstərilən ailə üzvləri var. Hüseynova Gövhər Nağı qızı-a/başçı -1880-il. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, mərhum X2 Gədəbəy rayon Şəkərbəy kənd İƏD-si üzrə nümayəndəlikdə nikah akt qeydi aşkar olunmadı. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində X2 doğum tarixinə dair heç bir məlumat aşkar olunmayıb. İş materiallarında olan Gədəbəy rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, Gədəbəy rayonunun Şəkərbəy kəndində anadan olmuş X8 Gədəbəy rayon Polis şöbəsi tərəfindən şəxsiyyət vəsiqəsi verilməmişdir və onun fərdi uçot kartoçkası müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərini müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli Plenum Qərarının 2.2-ci bəndinə əsasən, əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının kitablarında qeydlərin düzgün olmamasına dair işlərə Azərbaycan Respublikası MPM 37-ci fəslində nəzərdə tutulmuş qaydada xüsusi icraat qaydasında baxa bilər. 2.3-cü bəndinə əsasən, qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, mülki iş materiallarına əlavə edilmiş sənədlərdən xx xxxx 1992-ci il tarixində ölmüş X2 xx.xx.1981-ci il tarixində Gədəbəy rayonunda ölmüş Hüseynova Gövhər Nağı qızının doğma oğlu olması faktının, habelə Ərizəçi xx.xx.1981-ci il tarixində Gədəbəy rayonunda ölmüş Hüseynova Gövhər Nağı qızının doğma nəvəsi olması faktının müəyyən edilməsi üçün mötəbər sübutlar mövcud deyildir. Mülki iş üzrə yalnız ərizəçinin izahatı və şahidin dedikləri mövcuddur. Göründüyü kimi, ərizəçi tərəfindən X12 ilə Hüseynova Gövhər Nağı qızının qohum olmalarına dair mötəbər sübutlar təqdim edilməmiş, bu səbəbdən də Ərizəçi ilə Hüseynova Gövhər Nağı qızı arasındakı qohumluq münasibətləri barədə hüquqi əhəmiyyətli faktı təsdiq etmək mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən, Ərizəçi “qohumluq faktının müəyyən olunması”na dair ərizəsi təmin edilməməli və ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi “qohumluq faktının müəyyən olunması” barədə ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar