Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3108/2020 06.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçı X9 nümayəndəsi və vəkili Vəkil və cavabdehlər Cavabdeh2, Cavabdeh3 iştirakı ilə, İddiaçı X9 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X12 Yavəroviç cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İrizvan qızının ona məxsus ünvan 1 52 ünvandakı yaşayış sahəsindən məcburi qaydada çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə prosesində iddiaçı X9 nümayəndəsi və vəkili Vəkil yazılı vəsatət verərək mübahisə predmeti eyni olduğundan hazırki mülki işin Nərimanov Rayon Məhkəməsinin hakimi Vüqar Quliyevin icraatında olan 2(005)-2641/2020 saylı mülki işə birləşdirilərək bir icraatda baxılmasını xahiş etdi. Məhkəmə prosesində cavabdehlər X6, X7 hər biri ayrı-ayrılıqda vəsatətin təmin edilməsinə etiraz etmədiklərini bildirdilər. Digər cavabdeh X1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirib və mülki iş materiallarını araşdırıb hesab edir ki, hazırki 2(005)-3108/2020 nömrəli mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-2641/2020 nömrəli mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 169.4-cü maddəsinə əsasən Bu Məcəllənin 169.1- 169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə qeyd edir ki, məhkəmənin icraatında olan hər iki iddiaya dair işlər bir-biri ilə əlaqəlidir və onlara birgə baxılması ədalət mühakiməsinin düzgün həyata keçirilməsinə xidmət edəcəkdir. Belə ki, hər iki iddia tələbində mübahisələndirən mənzil eynidir. Məhkəmə hesab edir ki, iddiaçı X9 cavabdehlər X2, X6, X4 qarşı mənzildən çıxarılma tələbinə dair 2(005)-3108/2020 nömrəli mülki işlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı X3 cavabdehlər X6, X2, “xxxxxxxxx” MMC, X8 qarşı üçüncü şəxs Binəqədi rayon İcra və Probasiya Şöbəsi cəlb edilməklə müqavilənin etibarsız hesab edilməsi və əmlak bölgüsü tələbinə dair 2(005)-2641/2020 nömrəli mülki işlər bir icraatda birləşdirilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Mülki Prosessual Məcəllənin 264.0.7-ci maddəsinə əsasən ayrıca akt şəklində qəbul edilən qərardaddan şikayət verilə bilərsə, şikayət vermə müddəti və qaydası göstərilir. Mülki Prosessual Məcəllənin 395.1.-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Mülki Prosessual Məcəllənin 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Məhkəmə qeyd edir ki, hazırki qərardad məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilsə də, Mülki Prosessual Məcəllədə həmin qərardaddan şikayət verilməsi göstərilməmişdir. Həmçinin, bu qərardad işin sonrakı hərəkətinə mane olmadığından hazırki qərardaddan şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X9 cavabdehlər X2, X6, X4 qarşı mənzildən çıxarılma tələbinə dair 2(005)- 3108/2020 nömrəli mülki işlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı X3 cavabdehlər X6, X2, “xxxxxxxxx” MMC, X8 qarşı üçüncü şəxs Binəqədi rayon İcra və Probasiya Şöbəsi cəlb edilməklə müqavilənin etibarsız hesab edilməsi və əmlak bölgüsü tələbinə dair 2(005)-2641/2020 nömrəli mülki işlər bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-3108/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3108/2020
06.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver