Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3122/2021 22.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi vəkili Vəkil1, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilə şərtlərinin dəyişdirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdeh “Poleks" MTK arasında bağlanmış 25.11.2017-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində Cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasından Xətai prospektinə baxan hissədə 11-ci mərtəbədə yerləşən sahəsi 143.8 kv.m ibarət mənzilin İddiaçı təhvil verilməsi, 2021-ci ilin fevral, mart və aprel ayları üzrə ödənilməmiş kirayə haqqının əvəzi olaraq cəmi 1.500 manat məbləğində pulun Cavabdeh MTK tərəfindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı və cavabdeh "xxxx" MMC (hazırda - Cavabdeh MTK) arasında 25 noyabr 2017-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1.1-ci maddəsinə görə, 16.07.2014-cü il tarixli, RX seriyalı, ******* №-li "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış’’a əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, sənəd üzrə 15 kv.m, faktiki isə 92.15 kv.m ibarət yaşayış sahəsim sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, habelə 18 ay müddətində Cavabdeh MMC tərəfindən həmin ərazidə inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasından Xətai prospektinə baxan hissədə onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 1.1.2-ci maddəsinə görə isə, "xxxx" MMC, ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus evin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının 18 ay müddətində tikintisini başa çatdıraraq, inşa etdiyi binadan Xətai prospektinə baxan hissədə 11-ci mərtəbədə yerləşən 143.8 kv.m təmirsiz mənzili İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürür. Müqavilənin 1.1.3-cü maddəsinə görə, Cavabdeh MMC, İddiaçı kompensasiya şəklində 18 ay müddətində aylıq 500 manat məbləğində verəcəyi kirayə haqqını verməməklə, həmin məbləğin hesabına İddiaçı veriləcək mənzilin sahəsini artırmağı öhdəsinə götürür. Cavabdeh MMC tikdiyi binanı 18 ay müddətində başa çatdıra bilmədiyi halda, 18 ay müddət bitəndən mənzil təhvil verilən müddətə qədər aylıa 500 manat məbləğində olan kirayə haqqını İddiaçı ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.1.4-cü maddəsinə görə. İddiaçı ona veriləcək mənzilin sahəsinin artırılması məqsədi ilə “Poleks" MMC-yə bina tikilib başa çatanadək olan 18 ay müddət ərzində aylıq olaraq 555.55 manat pulu hissə-hissə ödəməklə cəmi 10.000 manat məbləğində pulu ödəməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanmış 25.11.2017-ci il tarixli müqavilə öhdəlikləri İddiaçı tərəfindən yerinə yetirilmişdir. İddiaçı ona məxsus olmuş Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində yerləşən 33 №-li evin 37-ci mənzilini Cavabdeh MTK-ya təhvil vermiş, sonuncu isə həmin mənzili sökmüşdür. Cavabdeh MTK həmin ərazidə çoxmənzilli yaşayş kompleksi inşa etsə də, həmin binadan Xətai prospektinə baxan hissədə 11-ci mərtəbədə yerləşən 143.8 kv.m təmirsiz mənzili İddiaçı bu günədək təhvil verilməmişdir. Halbuki, mənzilin təhvil verilməsi müddəti tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə 18 ay, yəni 25.05.2019-cu il tarixədək müəyyən edilmişdir. İddiaçı və cavabdeh MTK arasında müqavilə bağlandığı vaxt (25.11.2017-ci il) zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin qüvvədə olduğu 178.8-ci maddəsinə görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Göründüyü kimi, İddiaçı, 25.11.2017-ci il tarixdən müqavilə şərtlərinə uyğun ona verilməli olan mənzilin mülkiyyətçisi hesab edilir. İddiaçı Cavabdeh MTK qarşısında Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmişdir. Lakin mənzilin təhvil verilməsi ilə bağlı İddiaçı dəfələrlə Cavabdeh MTKya müraciət etsə də, MTK üzərinə götürdüyü müqavilə öhdəliklərim yerinə yetirməmiş, mənzili bu günədək İddiaçı təhvil verməmişdir. Bundan başqa, kirayə pulunun verilməsi barədə müqavilə şərti də cavabdeh MTK tərəfindən pozulmuşdur. Belə ki, cavabdeh MTK, müqavilə şərtlərinə uyğun mənzil iddiaçıya təhvil verilənədək, iddiaçının kirayədə qaldığı müddətdə kirayə haqqı olaraq 500 manat məbləğində pulun ödənilməsini öz üzərinə götürmüşdür. Lakin cavabdeh MTK 2021-ci ilin fevral, mart və aprel ayları üçün iddiaçıya kirayət haqqı ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Daha sonra iddiaçı iddianın dəyişdirilməsi barədə yazılı ərizə təqdim edərək, İddiaçı ilə cavabdeh “Poleks" MTK arasında bağlanmış 25.11.2017-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində Cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasından Xətai prospektinə baxan hissədə 11-ci mərtəbədə yerləşən sahəsi 143.8 kv.m ibarət mənzilin İddiaçı təhvil verilməsi, 2019-cu ilin mart ayının 25-dən 2021-ci ilin iyul ayının 25-dək ödənilməmiş kirayə haqqının əvəzi olaraq cəmi 13.000 manat məbləğində pulun Cavabdeh MTK tərəfindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 25.11.2017-ci il tarixli 176 saylı müqavilənin 1.1.2, 1.1.3, 1.1.4cü maddələrinə aşağıdakı redaksiyada «1.1.2. Tikinti şirkəti Cavabdeh MMC ünvan 1 ünvanda yerləşən «Əmlak mülkiyyətçisi» nə məxsus 92.15 kv.m-dən ibərət yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, yaşayış binasının 18 ay müddətində başa çatdıraraq, inşa etdiyi binalardan 110.58 kv.m təmirli mənzili «Əmlak mülkiyyətçisinin» mülkiyyətinə verməyi öhdəsinə götürür. 1.1.3. Tikinti şirkəti «Əmlak mülkiyyətçisi »nə kompensasiya şəklində 18 ay müddətində aylıq 500 manat məbləğində kirayə haqqı verir. 1.1.4. Tikinti şirkəti tərəfindən müqavilənin 1.1.2-ci maddəsinə əsasən mənzil 18 ay müddətində «Əmlak mülkiyyətçisinə təhvil verilmədiyi halda aylıq kirayə haqqı olan 500 manat məbləğ 25 iyul 2021-ci il tarixinədək ödənilsin» dəyişiklik edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh MMC qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən qeyd olunan müqavilə təhrif olunduğundan və mübahisənin obektif halları nəzərə alınmadığından, tərəfindən qaldırılmış iddia rədd olunmalı və hazırkı qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, Cavabdeh MMC arasında bağlanmış 25.11.2017-ci il tarixli 176 saylı müqavilənin 1.1.2-ci maddəsinə əsasən iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən (sənədlə 15,0 kv.m) faktiki sahəsi 92,15 kv.m-dən ibarət yaşayış sahəsinin sökülməsi və əvəzində, həmin ərazidə inşası nəzərdə tutulan Xətai prospektinə baxan hissədə 11-ci mərtəbədə yerləşən 143,8 kv.m təmirsiz mənzil verilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan 143.8 kv.m mənzilə müqavilənin 1.1.2-ci bəndinə əsasən təmirə ödəniləcək məbləğ mənzilin sahəsinin artirilmasına əlavə olunmuşdur. Eyni zamanda həmin müqavilənin 1.1.3-cü bəndinə əsasən tikinti başa çatmalı olduğu 18 aylıq müddətdə ödənilməli olan 500 AZN ayliq kirayə haqqı əvəzinə mənzilin sahəsinin artırılması nəzərdə tutuylmuş və 18 aydan sonrakı müddət ü.cün Sizə hər ay 500 AZN məbləğdə kirayə haqqının ödənilməsi nəzərdə tutulmuşdur. Bununla yanaşı, həmçinin, müqavilənin 1.1.4-cü bəndində tikintinin başa catmasınadək 18 ay ərzində hər ay 555.55 AZN məbləği olmaqla toplamda 10 000 AZN ödənilməsi öhdəliyi üzərinizə götürülmüşdür. Hesablamalar aşağıdakı qaydada aparılmışdır: 92.15 kv.m + 20%=110,58 kv.m, 110, 58 kv.m x 130 AZN (hər kv.m ücün təmir xərci. Müq. 1.1.2)=14,375 AZN 18 ay x 500 AZN (kirayə haqqı. Müq 1.1.3 )=9 000 AZN 10 000 (tərəfinizdən hər ay ödəməli olan (555 azn) məbləğ Müq 1.1.4 )=10 000 AZN Cəmi: 33. 375 AZN (14,375 + 9 000 + 10 000 ) 33.375 AZN : 1000 AZN ( güzəşli şərtlərlə verilmiş ələvə sahənin hər kv.m sahəyə olan dəyəri) = 33.37 kv.m 110,58 + 33.37 kv.m =143.8 (Müqaviləyə əsasən yuxarıdakı şərtlərlə verilməli olam mənzil) Göründüyü kimi iddiaçının iddia etdiyi 143.8 kv.m mənzilə dair iddiaçı tam mülkiyyət hüququnu əldə etmək üçün 1.1.4 bəndini icra etməli, yəni başqa sözlə desək 143.8 kv.m sahənin əldə edilməsi üçün 10.000 AZN məbləği ödəməli olduğu halda bunu etməmişdir və bununlada müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İlkin iddia üzrə cavabdeh "xxxx" MTK tərəfindən üzərinə düşən öhdəlikləri obyektiv səbəblərdən yerinə yetirə bilməmişdir. Buna səbəb hazırkı müqavilə üzrə tikilməsi və iddiaçıya təhvil verilməsi nəzərdə tutulmuş ərazi üzrə Nərimanov rayon icra Hakimiyyətinin 24 oktyabr 2016-cı il tarixli sərəncamı, hissəvi olaraq, 2 saylı Bakı inzibati - iqtisadi məhkəməsinin 08 avqust 2019-cu il tarixli qərarı ilə ləğv edilməsi olmuşdur. Yəni başqa sözlə decək iddiaçı ücün tikilməsi nəzərdə tutulmiş binanın inşa edilməsi imkanları aradan qaldırılmışdır. Bu baxımdan tərəflər arasında olan 25.11,2017-ci il tarixli müqavilənin 1.1.2-ci bəndinin icrası, MTK-dan aslı olmayan səbəblərdən, qeyri-mümkün olmuş və gələcəkdə icra olunması imkanları məlum məhkəmə qərarı ilə məhdudlaşdırılmışdır. Qeyd olunanlar və mövcud vəziyyət, MTK-nı 25.11,2017-ci il tarixli 176 saylı müqavilənin 1.1.2-ci bəndini şərtlərinini ləğv etmək məcburiyyətində qoymuş və 19.08.2020-ci il tarixdə 25.11.2017-ci il tarixli 176 saylı müqavilənin 1.1.2-ci maddəsinin ləğv olunması barədə iddiaçya bildiriş göndərilmişdir. Həmin bildirişdə 25.11.2017-ci il tarixli 176 saylı müqavilənin 1.1.2-ci maddəsinin ləğv olunması ilə yanaşı 2 bəddən ibarət təklif ğöndərilsədə iddiaçı tərərfindən hər hansı bir münasibət biidirilməmişdir. Bununla yanaşı, MTK tərəfindən növbəti dəfə iddiaçıya 20 sentyabr 2021-ci il tarixli məktub -təklif ilə müraciət olunmuş, lakin iddiaçı tərəfindən təklif qəbul olunmamışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi vəkili Vəkil1 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia ərizəsini müdafiə edərək təmint olunmasını,. İlk iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia təmin və qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən ünvan 1 ünvanda yerləşən mənzil mülkiyyət hüququ kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2168 nömrəli reyestr kitabının 200818 nömrəli vərəqində 16.07.2014-cü il tarixdə qeydiyyata alınmışdır; Satıcı Cavabdeh MMC ilə alıcı İddiaçı arasında bağlanmış 25.11.2017-ci il tarixli 176 saylı müqavilənin surətinə əsasən 16.07.2014-cü il tarixli, RX seriyalı, ******* №-li "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış’’a əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, sənəd üzrə 15 kv.m, faktiki isə 92.15 kv.m ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, habelə 18 ay müddətində Cavabdeh MMC tərəfindən həmin ərazidə inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasından Xətai prospektinə baxan hissədə onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, müqavilənin 1.1.3-cü bəndinə əsasən tikinti başa çatmalı olduğu 18 aylıq müddətdə ödənilməli olan 500 AZN ayliq kirayə haqqı əvəzinə mənzilin sahəsinin artırılması nəzərdə tutulmuş və 18 aydan sonrakı müddət ücün Sizə hər ay 500 AZN məbləğdə kirayə haqqının ödənilməsi nəzərdə tutulmuşdur. Bununla yanaşı, həmçinin, müqavilənin 1.1.4-cü bəndində tikintinin başa catmasınadək 18 ay ərzində hər ay 555.55 AZN məbləği olmaqla toplamda 10 000 AZN ödənilməsi öhdəliyi götürmüşdür; İddiaçı Cavabdeh MMC-yə ünvanlanmış 22.04.2021-ci il tarixli pretenziyanın məzmununda “İddiaçı və Cavabdeh MMC arasında 25 noyabr 2017-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1.1 -ci maddəsinə görə, 16.07.2014-cü il tarixli, RX seriyalı, ******* №-li ''Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, sənəd üzrə 15 kv.m, faktiki isə 92.15 kv.m ibarət yaşayış sahəsini sökülmək üçün “Poleks" MMC-yə təhvil verməyi, habelə 18 ay müddətində Cavabdeh MMC tərəfindən həmin ərazidə inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasından Xətai prospektinə baxan hissədə onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 1.1.2-ci maddəsinə görə isə, “Poleks" MMC. ünvan 4 ünvanında yerləşən İddiaçı məxsus evin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının 18 ay müddətində tikintisini başa çatdıraraq, inşa etdiyi binadan Xətai prospektinə baxan hissədə 11-ci mərtəbədə yerləşən 143.8 kv.m təmirsiz mənzili İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürür. Müqavilənin 1.1.3-cü maddəsinə görə, Cavabdeh MMC, İddiaçı kompensasiya şəklində 18 ay müddətində aylıq 500 manat məbləğində verəcəyi kirayə haqqını verməməklə, həmin məbləğin hesabına İddiaçı veriləcək mənzilin sahəsini artırmağı öhdəsinə götürür. Poleks" MMC tikdiyi binanı 18 ay müddətində başa çatdıra bilmədiyi halda, 18 ay müddət bitəndən mənzil təhvil verilən müddətə qədər aylıq 500 manat məbləğində olan kirayə haqqını İddiaçı ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.1.4-cü maddəsinə görə, İddiaçı ona veriləcək mənzilin sahəsinin artırılması məqsədi ilə “Poleks' MMC-yə bina tikilib başa çatanadək olan 18 ay müddət ərzində aylıq olaraq 555.55 manat pulu hissə-hissə ödəməklə cəmi 10.000 manat məbləğində pulu ödəməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanmış 25.11.2017-ci il tarixli müqavilə öhdəlikləri İddiaçı tərəfindən yerinə yetirilmişdir. İddiaçı ona məxsus olmuş Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində yerləşən 33 №-li evin 37-ci mənzilini “Poleks’ MTK-ya təhvil vermiş, sonuncu isə həmin mənzili sökmüşdür. Cavabdeh MTK həmin ərazidə çoxmənzilli yaşayş kompleksi inşa etsə də, həmin binadan Xətai prospektinə baxan hissədə 11-cı mərtəbədə yerləşən 143.8 kv.m təmirsiz mənzili İddiaçı bu günədək təhvil verilməmişdir. Halbuki, mənzilin təhvil verilməsi müddəti tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə 18 ay, yəni 25.05.2019-cu il tarixədək müəyyən edilmişdir. Mənzilin təhvil verilməsi ilə bağlı İddiaçı dəfələrlə cavabdeh "xxxx" MTK-ya müraciət etsə də, MTK üzərinə götürdüyü müqavilə öhdəliklərini yerinə yetirməmiş, mənzili bu günədək İddiaçı təhvil verməmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, İddiaçı, sifarişçi olaraq həmin müqavilə üzrə cavabdeh “Poleks" MTK qarşısında Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmişdir. Podratçı tərəf - iş üzrə cavabdeh olan Cavabdeh MTK isə qeyd olunan müqavilə üzrə İddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməmişdir, çünki Mülki Məcəllənin 752.1-ci maddəsində podratçıya münasibətdə qeyd olunan tələb ondan ibarətdir ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməlidir. Cavabdeh "Poleks'' MTK mübahisəli yaşayış sahəsini İddiaçı təhvil verməmişdir. İddiaçı ilə cavabdeh “Poleks" MTK arasında bağlanmış 25.11.2017-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində "Poleks’’ MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasından Xətai prospektinə baxan hissədə 11-ci mərtəbədə yerləşən sahəsi 143.8 kv.m ibarət mənzilin İddiaçı 3 gün müddətində təhvil verilməsini xahiş edirik. Əks halda, 25.11.2017-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi barədə iddia ərizəsi ilə "xxxx" MTK-ya qarşı iddia irəli sürüləcəkdir” göstərilmişdir; Azərbaycan Respublikası Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 18.01.2017-ci il tarixli, 37 saylı Tələt Şıxəliyev, Qarabağ və Xətai prospektinin əhatə etdiyi ərazi planlaşdırma sənədlərinin təsdiq edilməsi haqqında sərəncamının surətinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı İl tarixli, 86 nömrəli qərarını rəhbər tutaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli, 6 nömrəli qərarı ilə təsdiqlənmiş «Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alman tələblərə uyğunluğunun müəyyənləşdirilməsi qaydaları»nın 3,2-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət və Şəhərsalma Arxitektura Komitəsinin 20,10.2016-cı il tarixli, 02/05-1523 nömrəli məktubu ilə razılaşdırılmış, Tələt Şıxəliyev 6, Qarabağ 30, 32, 34 və ünvan 5 ünvanlarda yerləşən, qəzalı vəziyyətdə olan bir və iki mərtəbəli yaşayış binalarının sökülərək yerində yeni yaşayış binalarının tikintisi nəzərə alınmaqla Tələt Şıxəliyev, Qarabağ və Xətai prospektinin ərazi planlaşdırma sənədləri təsdiq olunması qərara alınmışdır; Azərbaycan Respublikası Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 24.10.2016-cı il tarixli, 350 saylı Cavabdeh MMC-yə çoxmərtəbəli yaşayış binalarının laiyhələndirilməsinə icazə verilməsi haqqında sərəncamının surətinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 20,10.2016-cı il tarixli, 02/05-1523 №ll rəyini nəzərə alaraq, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq bəndlərinin tələblərini rəhbər tutaraq, Rayonun Tələt Şixəliyev, Qarabağ, Əhmədbəy Ağaoğlu və Xətai prospektinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, rayonun Tələt Şixəliyev, Qarabağ, Əhmədbəy Ağaoğlu və Xətai prospektinin küçələrinin kəsişməsində 2,99 ha torpaq sahəsi Cavabdeh MMC-nin daimi istifadəsinə verilməsi qərara alınmışdır; Məhkəmə ilk iddia tələbi üzrə İddiaçı ilə cavabdeh “Poleks" MTK arasında bağlanmış 25.11.2017-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində Cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasından Xətai prospektinə baxan hissədə 11-ci mərtəbədə yerləşən sahəsi 143.8 kv.m ibarət mənzilin İddiaçı təhvil verilməsi, 2019cu ilin mart ayının 25-dən 2021-ci ilin iyul ayının 25-dək ödənilməmiş kirayə haqqının əvəzi olaraq cəmi 13.000 manat məbləğində pulun Cavabdeh MTK tərəfindən tutularaq İddiaçı ödənilməsi barədə» iddiaçının tələbini əsaslı hesab edir. Belə ki, mübahisəli mənzil cavabdeh tərəfindən iddiaçıya təhvil verilməmiş, bununla da cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı Poleks” MMC ilə 25.11.2017-ci il tarixli 176 müqavilə bağlamış və 16.07.2014-cü il tarixli, RX seriyalı, ******* №-li "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış’’a əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, sənəd üzrə 15 kv.m, faktiki isə 92.15 kv.m ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, habelə 18 ay müddətində Cavabdeh MMC tərəfindən həmin ərazidə inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasından Xətai prospektinə baxan hissədə onun üçün nəzərdə tutulmuş mənzili qəbul etmək öhdəliyi götürmüş, lakin müqavilə öhdəliyi bugünədək icra edilməmişdir. Hazırda müqavilə tərəfləri öhdəliyin cavabdeh tərəfindən pozulduğunu, öhdəliyini yerinə yetirmədiyini bildirir, mənzillərin tənvil verilməsini tələb edir. Göründüyü kimi, cavabdeh podrat müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətsizliyi, müqavilə bağlandıqdan təxmini 2 ildən çox müddət ərzində qeyd olunan ərazidə hər hansı inşaat işləri aparılmaması öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.1-ci maddəsinə əsasən Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən, Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Göründüyü kimi, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi ağlabatan müddətdə və vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, mənzilləri iddiaçıya təhvil verməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh qeyd edilən müqavilələr əsasında iddiaçıdan mənzilin dəyərini almaq hüquqlarına malik olduğu kimi, eyni zamanda həmin müqavilə əsasında qeyd edilən mənzilləri iddiaçıya təhvil verilməsinə dair vəzifələrin daşıyıcısı olmuşlar. Lakin, cavabdeh göstərilən müqavilə əsasında iddiaçıdan mənzilin dəyərini almalarına dair hüquqlarından istifadə etmiş, həmin əmlakı iddiaçıya təhvil verilməli olmalarına dair vəzifələrini isə icra etməyərək, müqavilə öhdəliklərini yerinə yetirməmişlər. Odur ki, cavabdeh mənzili iddiaçıya təhvil vermədiyindən mənzillərin açarlarının ona təhvil verilməsini və maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi təmin edilməlidir. İşin hallarından aydın olur ki, cavabdeh MTK iddiaçı ilə bağlanmış sözügedən müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək 2019-cu ildə təhvil verməli olduğu əmlakı ona verməmişdir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsi baxımından öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 25.10.2010-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “...pay haqqının tam ödənilməsinə qədər kooperativ və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyriyaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır...Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər”. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçının tələbi əsassızdır, təmin oluna bilməz. Belə ki, qarşılıqlı iddiaçı -tərəflər arasında bağlanmış 25.11.2017-ci il tarixli 176 saylı müqavilənin 1.1.2, 1.1.3, 1.1.4-cü maddələrinə aşağıdakı redaksiyada «1.1.2. Tikinti şirkəti Cavabdeh MMC ünvan 1 ünvanda yerləşən «Əmlak mülkiyyətçisi» nə məxsus 92.15 kv.m-dən ibərət yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, yaşayış binasının 18 ay müddətində başa çatdıraraq, inşa etdiyi binalardan 110.58 kv.m təmirli mənzili «Əmlak mülkiyyətçisinin» mülkiyyətinə verməyi öhdəsinə götürür. 1.1.3. Tikinti şirkəti «Əmlak mülkiyyətçisi »nə kompensasiya şəklində 18 ay müddətində aylıq 500 manat məbləğində kirayə haqqı verir. 1.1.4. Tikinti şirkəti tərəfindən müqavilənin 1.1.2-ci maddəsinə əsasən mənzil 18 ay müddətində «Əmlak mülkiyyətçisinə təhvil verilmədiyi halda aylıq kirayə haqqı olan 500 manat məbləğ 25 iyul 2021-ci il tarixinədək ödənilsin» dəyişiklik edilməsi- barədə tələblər irəli sürür. Belə ki, Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən, “müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur”. Məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçının mübahisələndirdikləri müqaviləsidə dəyişiklie edilməsi üçün ümumiyyətlə əsaslar olmamışdır. Tərəflərin qeyd etdiyimüqaviləyə dair hüquqi proseslər barəsində iddiaçıların müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində onlar, tam sərbəst iradələri ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyənləşdirilmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 6 ünvandakı mənzillərə dair mülkiyyət hüququn dövlət tərəfindən qeydiyyata alınması barədə çıxarışın iddiaçıların adına verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş bütün sənədlərin təqdim edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə rədd edilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçılara aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu və 216-220-cim maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia təmin edilsin. İddiaçı ilə cavabdeh “Poleks" MTK arasında bağlanmış 25.11.2017-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində Cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasından Xətai prospektinə baxan hissədə 11-ci mərtəbədə yerləşən sahəsi 143.8 kv.m ibarət mənzil İddiaçı təhvil verilsin. 2019-cu ilin mart ayının 25-dən 2021-ci ilin iyul ayının 25-dək ödənilməmiş kirayə haqqının əvəzi olaraq cəmi 13.000 (on üç min) manat məbləğində pul Cavabdeh MTK tərəfindən tutularaq İddiaçı ödənilsin. İddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilə şərtlərinin dəyişdirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd olunsun. Ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3122/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3122/2021
22.09.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver