Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3124/2024 23.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24 iyul 2018-ci il tarixli beh müqaviləsinə əsasən ona verdiyi 40000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 210 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə mənim aramda 24 iyul 2018ci il tarixdə 3 savlı Bakı “Asan xidmət“' mərkəzində Notariat Kontorunda beh müqaviləsi bağlanmışdır. Beh müqaviləsində cavabdehə məxsus fərdi yaşayış evinin və 0.07 ha torpaq sahəsinin xx.xx.2018-ci il tarixədək mənim mülkiyyətimə verilməsi üçün notariat kontorunda alqı-satqı müqaviləsini rəsmiləşdirməyi və həmin əmlakın 250 (iki yüz əlli min) manata satılmasını şərtləndirsək də, əslində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi ünvanda ümumi olaraq 0.15 ha torpaq sahəsi mövcuddur, həmin torpaq sahəsinin 0.07 ha hissəsi xüsusi mülkiyyətdədir, digər 0.08 ha hissəsi isə qeydiyyatdan keçməyən torpaq sahəsidir. Aralarında olan razılaşmaya görə xx.xx.2018-ci ilədək fərdi yaşayış evinin yerləşdiyi ümumi torpaq sahəsinə və fərdi yaşayış evinə vahid çıxarış əldə olunduqdan sonra alqı-satqı bağlanar. Məhz beh müqaviləsi bağlanan zaman alqı-satqı müqaviləsinin bağlanmasına mane olan hal fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsinin, yəni 0.08 ha hissəsinin xüsusi mülkiyyət hüququ üzrə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməməsi səbəb olmuşdur. Cavabdeh 0.08 ha torpaq sahəsini hüquqi qeydiyyatdan keçirmək üçün 40000 manat vəsaitə ehtiyacının olduğunu bildirmiş, buna görə də mövcud olan sənəd əsasında aramızda beh müqaviləsi bağlanmış və cavabdeh gələcəkdə, yəni xx.xx.2018-ci i tarixədək alqı-satqı müqaviləsini bağlamağı öz öhdəsinə götürmüşdür. Göründüyü kimi onun məqsədi razılaşdırılmış qiymətə evi almaqdan ibarət olmuş və buna görə də cavabdehin alqı-satqı müqaviləsi bağlamaqdan ötrü evinin sənədinin tam hazır etməsini gözləmişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi .şərtləşdiriİmiş müddətədək yerinə yetirməmiş və belə olan halda da məsuliyyət bilavasitə cavabdehin üzərinə düşür. Beh müqaviləsi üzrə verilmiş cavabdehin aldığı 40000 manat vəsait 0.08 ha torpaq sahəsini özəlləşdirmək üçün aldığı beh məbləğidir. Evin alqı-satqısı zamanı evin satış qiyməti və beh barədə razılıq tərəflər arasında müəyyən edilir və bir çox hallarda beh məbləği ***-**** manat civarında olur. Çünki beh məbləği satılan əmlaka mütənasib müəyyənləşdirilir. Aralarında razılaşdırılmış alqısatqının qiyməti 250.000 manat, beh məbləği isə 40.000 manat olmuşdur, eyni zamanda həmin beh müqaviləsi üzrə alqı-satqı müqaviləsi bağlamaq üçün müddət ona deyil, cavabdehə verilmişdir. Əgər alqı-satqı müqaviləsini bağlamaq biləvasitə ondan asılı olmuşdursa, bununla bağlı hər hansı bir öhdəlik götürmüşdürsə, bu zaman həmin hallar beh müqaviləsində nəzərdə tutulmuş olardı. Bütün bunlar isə onu deməyə əsas verir ki, cavabdehin beh müqaviləsi bağlamaqda və 40.000 manat məbləğində beh almaqda niyyəti 0.08 ha torpaq sahəsini özəlləşdirməkdən ibarət olmuşdur. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil ərizə təqdim edərək, bildirmişdir ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 24 iyul 2018- ci il tarixli beh müqaviləsinə əsasən ona 40000 manat məbləğində pul vəsaitinin və dövlət rüsumunun əvəzi qismində 210 mana məbləğində pul vəsaitinin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı bu iddiadan əvvəl Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə 24 iyul 2018-ci il tarixli beh müqaviləsinə əsasən 40000 manat məbləğindən behin ikiqat olaraq 80000 manat və Mərkəzi Bankın illik 5% həcmində milli uçot dərəcəsinə uyğun olaraq dəymiş maddi ziyan qismində 7951 manat məbləğində pulun, cəmi 87951 və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 354 manat pulun Cavabdeh alınıb ona verilməsi tələbi ilə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2895/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli beh müqaviləsi üzrə Cavabdeh 80.000 (səksən min) manat məbləğində pulun və 318,6 manat (üç yüz on səkkiz manat altı qəpik) məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulsun tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfində apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1595/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş və Ali Məhkəmənin 2(102)-2693/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda sadalanan məhkəmə aktlarından görünür ki, iddiaçının hazırkı tələbinə baxılmış, iş üzrə yekun məhkəmə aktı qəbul edilmiş və qüvvəyə minmişdir. Buna görə də hesab edirik ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Normadan göründüyü kimi icraata xitam verilməsi üçün tərəflər, predmet və əsaslar eyni olmalıdır. Tərəflər eynidir - İddiaçı Cavabdeh; Predmet eynidir – əvvəlki iş üzrə tələb: 24 iyul 2018-ci il tarixli beh müqaviləsinə əsasən 40000 manat məbləğindən behin ikiqat olaraq 80000 manat pul vəsaitinin tutulması. Hazırkı iş üzrə tələb: 24 iyul 2018-ci il tarixli beh müqaviləsinə əsasən ona 40000 manat məbləğində pul vəsaitinin tutulması. Əsaslar eynidir – iddiaçının hər iki iddia tələbinin əsası 24 iyul 2018-ci il tarixli beh müqaviləsi və AR MM-in 492.2-ci maddəsidir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesba etmişdir. Məhkəmə mülki işin sənədlərini araşdırıb hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. İş materiallarından olan: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2895/2022 saylı, xx.xx.2022-ci il tarixli iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli beh müqaviləsi üzrə Cavabdeh 80.000 (səksən min) manat məbləğində pul və 318,6 manat (üç yüz on səkkiz manat altı qəpik) məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulması, iİddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1595/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2895/2022 saylı, 06 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2693/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1595/2023 nömrəli iş üzrə 28 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından aydın olur ki, iddiaçının hazırki iddia tələbinə məhkəmədə baxılmış, mahiyyəti üzrə qətnamə qəbul edilmiş və bu qətnamə qanuni qüvvəsini almışdır. Belə ki, iddiaçı 24 iyul 2018-ci il tarixli beh müqaviləsinə əsasən ona verdiyi 40000 manat məbləğində pulun ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi 24 iyul 2018-ci il tarixli beh müqaviləsinə əsasən ona verdiyi 40000 manat məbləğində pulun geri qaytarılması məsələsinə artıq münasibət bildirilmişdir və bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi üzrə mülki icraata xitam verilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 261.0.5, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə 2(005)-3124/2024 saylı mülki işin icraatına xitam verilsin. Ödənilmiş 210 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan 10 gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-3124/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3124/2024
23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver