Məhkəmə qərarları › İş №2(005)-3130/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3130/2020

05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3130/2020 05.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “icarə müqavilələri tələbi”nə dair mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “icarə müqavilələri tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən İddiaçı xeyrinə 20000 (iyirmi min) manat məbləğində icarə haqqının, və ödənilmış 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "Cavabdeh” Açıq Səhmdar Cəmiyyəti ilə iddiaçı arasıda iddiaçıya məxsus olan, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi-111 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin "Cavabdeh" ASC-yə icarəyə verilməsi barədə xx xxxxxxxx 2018-ci il tarixli "İcarə Müqaviləsi” bağlanmışdır və həmin müqavilə Bakı şəhəri 9 saylı Notariat kontorunda rəsmiləşdirilmişdir. Sözügedən "İcarə müqaviləsinin 2.1-ci bəndinə əsasən “İcarəyə verən” bu müqavilə ilə icarəyə verilmiş əmlakı xx xxxxxxxx 2018-ci il tarixindən xx xxxxxxxx 2020-ci il tarixədək 2 (iki) il müddətinə icarəyə vermişdir. “Cavabdeh" ASC müqavilə şərtlərini pozaraq əvvəlcədən heç bir xəbərdarlıq etmədən xx xxxxxx 2020-ci il tarixində iddiaçını dəvət edərək və icarədə olan əmlakı təhvil üçün hazır etdiklərini bildirdilər. Onlara müqavilənin şərtləri haqqında müqavilənin 2 (iki) il müddətinə bağlanması və müqavilənin ləğvi üçün 2 (iki) ay əvvəldən iddiaçını yazılı şəkildə xəbərdar etməli olduqlarını bildirsədə onlar iddiaçını fakt qarşısında qoydular və tez tələsik təhvil-təslim aktı bağladılar. Növbəti aylarda isə məlum pandemiya səbəbindən ölkədə elan olunmuş karantin rejimi ilə əlaqədar iddiaçının ailəsinin yeganə gəlir mənbəyi olan həmin obyekti icarəyə vermək mümkün olmamışdır. Belə ki, pandemiya şəraitində iqtisadiyyat durğunluq yaşamışdır, uzun müddət biznes, sahibkarlıq və iqtisadiyyatın digər sahələri zərər görmüşdür. Onun nəticəsidir ki, uzun müddət keçməsinə baxmayaraq həmin qeyri- yaşayış sahəsini icarəyə vermək mümkün olmamışdır. Müqavilənin vaxtından əvvəl pozulmasına görə müqavilədə nəzərdə tutulmuş 20000 (iyirmi min) manat kompensasiyanın verilməsi ilə əlaqədar iddiaçı tərəfindən Cavabdeh ASC-yə xx xxxxxx 2020-ci il tarixində pretenziya məktubu göndərilməsinə baxmayaraq bank müqavilədə nəzərdə tutulanlara əhəmiyyət verməmiş məktuba cavab yazmamışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, xx.xx.2018-ci il tarixli icarə müqaviləsi Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmışdır. Həmin icarə müqaviləsində İddiaçı əvəzinə xx.xx.2009-cu il tarixli etibarnamə əsasında X3 imzalamışdır. xx.xx.2020-ci il tarixində Cavabdeh ASC ilə İddiaçı (etibarnamə əsasında-X3) icarə obyektinin təhvil-təslim aktı imzalanmışdır. Həmin aktda xx.xx.2020-ci il tarixinə Cavabdeh ASC-nin İddiaçı borcun olmaması göstərilmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan ASAN 4 tərəfindən verilmiş, xx.xx.2019-cu il tarixli, seriya AA № ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə Gürcüstanın, Dmanisi rayonunda anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Cavabdeh ASC-i ilə İddiaçı arasında bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli, 3M-1108 nömrəli qeyri-yaşayış sahəsinin icarə müqaviləsindən görünür ki, icarəyə verən ona məxsus olan Nəsimi rayonu, Nizami küçəsi 111 ünvanda yerləşən 334,00 kv/m ümumi sahəsi olan qeyri-yaşayış sahəsini cavabdehin/icarəçinin istifadəsinə verməyi, icarəçi isə Müqavilə ilə nəzərdə tutulmuş icarə haqqını müəyyən edilmiş vaxtda və qaydada İcarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. Aylıq icarə haqqı tərəflərin qarşılıqlı razılaşmasına əsasən vergilər də daxil olmaqla hər ay 9303.00 manat müəyyən edilmişdir. Müqavilənin 6.2.3-cü bəndinə görə “icarəçi” bu müqaviləni iki ay əvvəlcədən yazılı xəbərdarlıq etməklə, “icarəyə verən” dən asılı olmayaraq müqaviləni bir tərəfli qaydada pozması, müqavilənin 6.2.4-cü bəndinə görə “icraəçi” müqavilənin öhdəliklərini yerinə yetirmədiyi təqdirdə və aylıq icarə haqqını ardıcıl olaraq 3(üç) ay vaxtında ödəmədikdə “icarəyə verən” “icarəçini”nin razılığı olmadan müqaviləni vaxtından əvvəl pozub, “icarəçi”dən 20.000 manat məbləğində kompensasiya tələb edə bilməsi barədə tərəflər razılaşmışlar. İş materiallarında olan Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 3M-220 nömrəli qeyri-yaşayış sahəsinin icarə müqaviləsinə əlavədən görünür ki, müqavilənin 4.3-cü bəndinin məzmunu göstərilmiş mətn ilə dəyişdirilərək müqavilə ilə hesablaşmalar xx.xx.2019cu il tarixdən aparılır kimi yazılmışıdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli pretenziya müqaviləsinin surətindən görünür ki, tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə, cavabdehdən 20.000 (iyirmi min) manat məbləğində borcun 3 (üç) gün ərizində ödənilməsi tələb olunmuşur. Əks təqdirdə iddiaçı öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə müraciət edəcəklərini qeyd etmişlər. İş materiallarında olan Cavabdeh ASC-i tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli icarə obyektinin təhvil-təslim aktından görünür ki, cavabdeh tərəf icarə obyektində əmlakın salamatlığına, aylıq icarə haqqlarının tam ödənilməsi və xx.xx.2020-ci il tarixə borcun olmaması, giriş qapısının açarının, kommunal xərclər üzrə borcun olmaması öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, xx.xx.2020-ci il tarixdə iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat 40 ( otuz manat qırx) qəpik məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı "Cavabdeh” Açıq Səhmdar Cəmiyyəti ilə iddiaçı arasıda iddiaçıya məxsus olan, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi-111 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin "Cavabdeh" ASC-yə icarəyə verilməsi barədə xx xxxxxxxx 2018-ci il tarixli "İcarə Müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin 4.1-ci bıəndinə görə icarə haqqı hər ay üçün vergilər də daxil olmaqla 9303 manat müəyyən edilmişdir. Müqavilənin 6.2.3-cü bəndinə görə “icarəçi” bu müqaviləni iki ay əvvəlcədən yazılı xəbərdarlıq etməklə, “icarəyə verən” dən asılı olmayaraq müqaviləni bir tərəfli qaydada pozması, müqavilənin 6.2.4-cü bəndinə görə “icraəçi” müqavilənin öhdəliklərini yerinə yetirmədiyi təqdirdə və aylıq icarə haqqını ardıcıl olaraq 3(üç) ay vaxtında ödəmədikdə “icarəyə verən” “icarəçini”nin razılığı olmadan müqaviləni vaxtından əvvəl pozub, “icarəçi”dən 20.000 manat məbləğində kompensasiya tələb edə bilməsi barədə tərəflər razılaşmışlar. Həmin müqavilə Bakı şəhəri 9 saylı Notariat kontorunda rəsmiləşdirilmişdir. Sözügedən "İcarə müqaviləsinin 2.1-ci bəndinə əsasən “İcarəyə verən” bu müqavilə ilə icarəyə verilmiş əmlakı xx xxxxxxxx 2018-ci il tarixindən xx xxxxxxxx 2020-ci il tarixədək 2 (iki) il müddətinə icarəyə vermişdir. “Cavabdeh" ASC müqavilə şərtlərini pozaraq əvvəlcədən heç bir xəbərdarlıq etmədən xx xxxxxx 2020-ci il tarixində iddiaçını dəvət edərək və icarədə olan əmlakı təhvil üçün hazır etdiklərini bildirmiş və icarədara qaytarmışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə görə İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.2-ci maddəsinə əsasən İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Göründüyü kimi xx xxxxxxxx 2018-ci il tarixli, icarə müqaviləsinin 6.2.3-cü bəndinin və 6.2.4-cü bəndlərinin tələbləri cavabdeh tərəfindən pozulmuşdur. Həmin müqavilənin bəndlərinə görə “icarəçi” bu müqaviləni iki ay əvvəlcədən yazılı xəbərdarlıq etməklə, “icarəyə verən”dən asılı olmayaraq müqaviləni bir tərəfli qaydada pozması, habelə “icarəçi” müqavilənin öhdəliklərini yerinə yetirmədiyi təqdirdə və aylıq icarə haqqını ardıcıl olaraq 3 (üç) ay vaxtında ödəmədikdə “icarəyə verən” “icarəçini”nin razılığı olmadan müqaviləni vaxtından əvvəl pozub, “icarəçi”dən 20.000 manat məbləğində kompensasiya tələb edə bilməsi barədə razılaşmışlar. Məhkəmə iclasında cavabdeh bankın nümayəndəsi iddiaçını əvvəlcədən yazılı xəbərdar etməsilə bağlı sübut təqdim edə bilməmişdir. Bundan başqa cavabdeh tərəfin məhkəmə iclasında təqdim etdiyi xx xxxxxx 2020-ci il tarixli təhvil təslim aktından göründüyü kimi əmlakın salamatlığına, aylıq icarə haqqlarının tam ödənilməsi və xx.xx.2020-ci il tarixə borcun olmaması, giriş qapısının açarının, kommunal xərclər üzrə borcun olmaması barədə təhvil-təslim aktı tərtib etsələr də, həmin təhvil-təslim aktında icarədarın yazılı xəbərdar edilməsilə bağlı hər hansı bənd nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, müqavilə şərtləri cavabdeh tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh ASC-dən İddiaçı xeyrinə 20000 (iyirmi min manat) məbləğində icarə haqqı borcu, 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ASC-dən 20000 (iyirmi min) manat məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müdətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar