Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3153/2024 04.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X4, Cavabdeh iştirakları ilə, İlkin iş üzrə İddiaçı QSC-nin Cavabdeh qarşı qeyri-yaşayış sahəsinin boşaldılaraq sökülməsi üçün təhvil verilməsi və sair tələbi, birləşdirilmiş iş üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iş üzrə İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 12 saylı binanın həyətində qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 18 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin (qarajın) Cavabdeh tərəfindən boşaldılaraq iddiaçı “Ailə Park" QSC-yə təhvil verilməsi və həmin qeyri-yaşayış sahəsinin (qarajın) iddiaçı “Ailə Park" QSC tərəfindən sökülməsi, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 12 saylı binanın həyətində qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 18 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin (qarajın) əvəzinə yeni tikilmiş binanın mənfi ikinci mərtəbəsində yerləşən hər biri 18 kv.metrdən ibarət (cəmi 36 kv.metr) olan 2 qeyri-yaşayış sahəsi nin(qarajların) İddiaçı QSC tərəfindən Cavabdeh təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsini 2(005)-3154/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim Mehriban Əfəndzadə) İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair 2(005)-3154/2024 nömrəli mülki işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mübahisəli qeyri-yaşayış sahəsinin boşaldılması, sökülməsi, sökülmüş qeyri-yaşayış sahəsinin yenisi ilə əvəz edilməsi tələbinə dair 2(005)-3153/2024 nömrəli mülki işə birləşdirilməsi qərara alınmışdır. Birləşdirilmiş iş üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 12 saylı binanın həyətində sahəsi 138,93 kv.metrdən ibarət 2 mərtəbəli qeyri-yaşayış sahəsinin (18 kv.metrdən ibarət qeyri-yaşayış sahəsi (qaraj) istisna olmaqla) qanunsuz tikili olduğuna görə əvəzi ödənilmədən Cavabdeh vəsaiti hesabına sökülməsi, iddiaçı “Ailə Park" QSC-yə ayrılmış 2,7520 hektar torpaq sahəsinin (qanunsuz tikilinin söküləcək hissəsində) Cavabdeh tərəfindən boşaldılması və QSC tərəfindən mühafizə rejimi təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçılar Cavabdeh və X3 cavabdeh "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 12 saylı binanın həyətində yerləşən və iddiaçılar Cavabdeh və X2 məxsus olan qeyri-yaşayış binasının ətrafındakı ərazidə çəkilmiş hasarın sökülməsi, əraziyə bütün küçələrdən giriş-çıxış imkanının bərpa edilməsi, ərazinin əvvəlki vəziyyətə gətirilməsi və abadlaşdırılması (yol örtüyünün və bitki örtüyünün bərpa edilməsi və yaşıllaşdırılması) öhdəliyinin cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin üzərinə qoyulması, iddiaçılar Cavabdeh və X2 məxsus olan və Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 12 saylı binanın həyətində yerləşən qeyri-yaşayış binalarından iddiaçıların sərbəst istifadə etməsinə və sahibkarlıq fəaliyyəti göstərməsinə cavabdeh tərəfindən maneələr yaradılmasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qadağan edilməsi, iddiaçı Cavabdeh vurduğu maddi ziyan üçün 22.800 manat, iddiaçı X2 vurduğu maddi ziyan üçün 90.000 manat pul vəsaitinin, habelə ödənilmiş 402,80 manat dövlət rüsumunun məhkəmə xərci kimi cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutulub müvafiq hissədə iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin və birləşdirilmiş iş üzrə İddiaçı QSC-nin nümayəndəsi X6 iddia ərizəsinin məzmununa müvafiq izahat verərək, mülki işlər üzrə icraatın birləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən ilkin və birləşdirilmiş iş üzrə Cavabdeh iddia ərizəsini qəbul etmədiyini bildirərək, mülki işlərin bir icraatda birləşdirilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki mülki iş eyni tərəflər arasında məhkəmənin icraatında olan digər mülki işə birləşdirilməlidir. Belə ki, hazırki mülki işdə ilkin iş üzrə İddiaçı QSC-nin ilkin iş üzrə Cavabdeh qarşı qeyri-yaşayış sahəsinin boşaldılaraq sökülməsi üçün təhvil verilməsi tələbinə və birləşdirilmiş iş üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin birləşdirilmiş iş üzrə Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə baxılır. Hazırda məhkəmənin icraatında iddiaçılar Cavabdeh və X1 cavabdeh İddiaçı QSC-yə qarşı hasarın sökülməsi öhdəliyinin qoyulması, maddi zərərin ödənilməsi və sair tələbinə dair 2(005)-3072/2024 saylı mülki iş vardır. Göründüyü kimi, qeyd edilən işlər üzrə tərəflər və mübahisənin predmeti eynidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə görə, birbiri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi bir çox qərarlarında ədalət mühakiməsinin onun effektivliliyinə və etibarlılığına xələl gətirə bilən gecikmələrə yol vermədən həyata keçirilməsinin vacibliyini qeyd etmişdir [Scordino İtaliyaya qarşı (№ 1) [BP], § 224]. Hətta prossesual təşəbbüsün tərəflərə aid olması prinsipinin tətbiq edildiyi hüquq sistemlərində belə, tərəflərin münasibəti məhkəmələri 6 § 1 Maddənin tələb etdiyi operativ məhkəmə araşdırmasını təmin etmək öhdəliyindən azad etmir [Pafitis və digərləri Yunanıstana qarşı § 93; X7rşı, § 31; Sürmeli Almaniyaya qarşı [BP], § 129]. Konstitusiya Məhkəməsi Plenumunun M.Xocalıyevin şikayəti üzrə 2014-cü il 9 iyul tarixli Qərarına əsasən, prosessual qənaət prinsipi məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəldilmişdir. Məhkəmə mülki işlər üzrə iddiaların əsası və predmeti, irəli sürülmüş iddia tələbləri arasında əlaqə və bağlılığın olduğunu nəzərə alaraq hesab edir ki, mülki işlər bir-biri ilə əlaqəlidir. İşlərin birləşdirilməsi ədalət mühakiməsinin düzgün həyata keçirilməsini, həmçinin prosessual qənaət prinsipi baxımından mübahisələrə daha tez və obyektiv hüquqi qiymət verilməsini təmin edə bilər. Bu baxımdan, mülki işlərə bir icraatda baxılması məqsədəmüvafiqdir və onlar birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməlidir. Mülki Prosessual Məcəllənin 395-ci maddəsinə uyğun olaraq birinci instansiya məhkəməsinin qərardadlarından yalnız Məcəllədə birbaşa göstərilən hallarda, həmçinin qərardad işin sonrakı hərəkətinə mane olduqda şikayət verilə bilər. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Məhkəmə qeyd edir ki, hazırki qərardad məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilsə də, Mülki Prosessual Məcəllədə həmin qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Həmçinin, bu qərardad işin sonrakı hərəkətinə mane olmadığından hazırki qərardaddan şikayət verilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan ilkin iş üzrə İddiaçı QSC-nin Cavabdeh qarşı qeyri-yaşayış sahəsinin boşaldılaraq sökülməsi üçün təhvil verilməsi və sair tələbi, birləşdirilmiş iş üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair 2(005)-3153/2024 saylı mülki iş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçılar Cavabdeh və X1 cavabdeh İddiaçı QSC-yə qarşı maddi zərərin ödənilməsi və sair tələbinə dair 2(005)-3072/2024 saylı mülki işlə bir icraatda birləşdirilməli və hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264 və 395-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan ilkin iş üzrə İddiaçı QSC-nin Cavabdeh qarşı qeyri-yaşayış sahəsinin boşaldılaraq sökülməsi üçün təhvil verilməsi və sair tələbi, birləşdirilmiş iş üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbi barədə 2(005)-3153/2024 saylı mülki iş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçılar Cavabdeh və X1 cavabdeh İddiaçı QSC-yə qarşı maddi zərərin ödənilməsi və sair tələbinə dair 2(005)- 3072/2024 saylı mülki işlə bir icraatda birləşdirilsin və hazırki mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-3153/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3153/2024
04.10.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver