Məhkəmə qərarları › İş №2(005)-3155/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3155/2020

07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3155/2020 07.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "Daşınar və Daşınmaz Əmlakların Satışı X6" MMC-yə qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəməiclasındabaxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə “xxxx” MMC-yə qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC-dən 4462 manat 50 qəpik məbləğin, habelə qanunsuz özündə saxladığı üçün 1050 manat məbləğin, cəmi 5512 manat 50 qəpik və iddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğin alınaraq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(005)-289/2017 saylı qətnaməsi ilə iddiaçının cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC-yə, “xxxx” ASC-yə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı “hərracın yekunları barədə protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia təmin edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya və kasassiya şikayətləri təmin edilməmiş və Nərimanov rayon Məhkəməsinin sözügedən qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmış və qətnamə qanuni qüvvəsini almışdır. İddianın qaldırılmasına səbəb Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(004)-2739/2014 saylı qətnaməsi əsasında keçrilən hərrac zamanı qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, iddiaçı “xxxx” ASC-nin cavabdeh kimi iddiaçıya (yəni İddiaçı), X1 və X2 qarşı xx xxxx 2006-cı il tarixli kredit müqaviləsi üzrə 22549,42 ABŞ dolları əsas borcun, 8278,97 ABŞ dolları məbləğində faiz borcunun, 1000 ABŞ dolları dəbbə pulunun Azərbaycan manatı ilə iddiaçıdan tutulması tutumanın ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, ev 13, 75 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və əldə edilən pul vəsaiti hesabına onun “xxxx” ASC-yə olan borcunun ödənilməsi, ödənildikdən sonra artıq qalan pul vəsaitinin ona verilməsi və cavabdehlərin həmin mənzildən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçı “xxxx” ASC-nin iddiasını təmin etmişdir. Bu məhkəmə qərarına əsasən mülkiyyətdə olan mənzil hərraca çıxarılmış, lakin satılmadığı üçün ipoteka saxlayan “xxxx” ASC-yə təklif olunmuş və 89250,0 manata banka satılmışdır. Təklifi qəbul edərkən bank “Daşınar və Daşınmaz Əmlakların satışı X6” MMC-yə hərrac xərci kimi 4462 manat 50 qəpik məbləği ( banka təklif olunan 89250,0 manatın 5% faizi) hərrac xərci ödəyərək onun hesabına köçürülmüşdür. Bundan sonra “xxxx” ASC iddiaçının mənzilinə mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyesterindən çıxarış almışdır. Sonradan yuxarıda qeyd edildiyi kimi, Nərimanov rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(005)-289/2017 saylı qətnaməsi ilə hərracın yekunları barədə protokolun və alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi qət edilmişdir. Qətnamə üzrə borcun 46.333 manat təşkil edirdi, mənzil banka 89250,0 manata təklif olunduğu və alındığı üçün, bank 42.916 manat fərq ödəmişdir. Hərracın yekunları barədə protokol və alqı-satqı müqaviləsi etibarsız hesab edildiyi və çıxarışın ləğv edildiyi üçün “Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC tərəfindən Banka ödənilmiş 42.916 manat fərq geri qaytarılmamış, həmin məbləğdən 4462 manat pul az qaytarılmışdır. Bank da (“xxxx” ASC-nin hüquqi varisi “xxxx” QSC X7 Təşkilatı) 4462 manatı iddiaçıya borc kimi hesab edir və silmir. Hərrac təşkilatı ona 4462 manat qaytararasa iddiaçıda həmin pulu onun borcundan silər. Halbuki iddiaçının banka qətnamə üzrə 46.333 manat borcu var, 46.333+4462=50795 manat borcu yoxdur. Hərrac təşkilatı deyir ki, qətnamədə hərrac xərci olan 4462 manatın qaytarılması olmadığı üçün iddiaçı da qaytarmır və iddiaçı hesab edir ki, xx xxxx 2017-ci il tarixdə cavabdeh pulu qaytarmalı idi. Lakin bu günə qədər qaytarmayıb və 3 il 5 ayın (42 ay üçün) faizini də qaytarmalıdır. Mərkəzi bankın rəsmi internet səhifəsində xx xxxxxx 2020-ci il tarixə olan vəziyyətə görə uçot faiz dərəcəsi 6,75% təşkil edir. Bu da 42 ay üçün 1050 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun çıxış edərək iddianın təmin olunması məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada cavabdeh xəbərdar edilsə də məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bununla bağlı məhkəməyə müvafiq qaydada məlumat verməmişdir. Belə olan halda məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmənin xx.xx.2020-ci il tarixli 2(005)-3155/2020 nömrəli sorğusuna cavab olaraq, Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə “xxxx” MMC tərəfindən keçirilmiş hərraca dair bütün sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(005)-289/2017 nömrəli qətnaməsindən görünür ki, “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə X3 Məsuliyyətli Cəmiyyətinin “Hərracın yekunları barədə” 42/03 nömrəli, xx xxx 2016-cı il tarixli protokolu etibarsız hesab edilməsi, “Daşınar və Daşınmaz Əmlakların satışı X6” MMC ilə “xxxx” ASC arasında bağlanmış “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx xxx 2016-cı il tarixli müqavilə etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, 13 saylı evin, 75 saylı mənzilinə dair “xxxx” ASC-nin adına verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Bakı Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. İş materiallarında olan xx xxxx 2016-cı il tarixli hərracla bağlı bildirişin surətindən görünür ki, hərracda iştirak etmək üçün bank tərəfindən 7000 manat məbləğində beh köçürülmüşdür. İş materaillarında olan xx xxxxx 2016-cı il tarixli hərracla bağlı bildirişin surətindən görünür ki, hərracda iştirak üçün bank tərəfindən 5950 manat məbləğində beh köçürülmüşdür. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2559/2015 saylı icra vərəqəsinin surətində İddiaçı “xxxx” ASC-nin xeyrinə cəmi 30.838,39 ABŞ dolları məbləğində borcun tutulması, tutmanın İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsi, 13 saylı evin, 75 saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə edilmiş pul vəsaiti hesabına İddiaçı Banka olan borcunun ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin “Daşınar və Daşınmaz əmlakların Satışı X6” MMC-yə ünvanlanmış 17/72-408/15 nömrəli, xx.xx.2016-cı il tarixli məktubunun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2559 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə icra sənədi üzrə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsi, 13 saylı evin, 75 saylı mənzilinin açıq hərrac vasitəsi ilə satışının təşkil edilməsi xahiş edilmişdir. Hərrac keçirilərkən bank tərəfindən 5950 manat məbləğində beh xxxxnə köçürülmüşdür. Daha sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(005)-289/2017 nömrəli qətnaməsindən görünür ki, “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə X3 Məsuliyyətli Cəmiyyətinin “Hərracın yekunları barədə” 42/03 nömrəli, xx xxx 2016-cı il tarixli protokolu etibarsız hesab edilməsi, “Daşınar və Daşınmaz Əmlakların satışı X6” MMC ilə “xxxx” ASC arasında bağlanmış “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx xxx 2016-cı il tarixli müqavilə etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, 13 saylı evin, 75 saylı mənzilinə dair “xxxx” ASC-nin adına verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Bakı Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Hərrac keçrilərkən “xxxx” ASC tərəfindən xxxxnə hərracın keçirilməsilə bağlı ödənilmiş məbləği iddiaçı öz xeyrinə tələb edir. Azərbaycan Respublkası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu məcəllədə onun etibrasızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamsını digər tərəfə qaytramağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməldir. Həmin Məcəllənin 386.3-cü maddəsinə əsasən danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. Həmin Məcəllənin 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Həmin Məcəllənin 415.4-cü maddəsinə əsasən hərracın iştirakçıları hərracın keçrilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmaldır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. Həmin Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirlidiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar və bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibrasızlığına səbəb olur. Həmin Məcəllənin 1093-cü maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Sadalanan qanunvericilik normalarından göründüyü kimi hərracın iştirakçıları hərracın keçrilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmaldır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. Bu səbəbdən də behlə bağlı razılaşma yalnız behi ödəyən və qəbul edən şəxslə aralarında olan razılaşmanı nəzərdə tutur. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Köçürlən pul vəsaiti ilə bağlı geri tələb etmə hüququ da məhz bu səbəbdən banka məxsusdur. Göründüyü kimi İddiaçı behi ödəmədiyi və beh bank tərəfindən ödəınildiyi halda həmin pulu tələb etməıyə də subyektiv hüququ mövcud olmadığı halda pul tələb etməkdədir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC-yə qarşı “pul tələbinə” dair iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar