Məhkəmə qərarları › İş №2(005)-316/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-316/2022

01.03.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-316/2022 01.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə və üçüncü şəxs "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə və üçüncü şəxs "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın tam təmin olunmaqla, cavabdeh “X3" MMC-dən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, bina 2, blok 1, ümumi sahəsi faktiki 54.10 kv/m olan, 1 otaqdan ibarət, 17 saylı mənzil üçün, müqavilə əsasında 12.21 kv/m sahəyə görə artıq ödənilən 10,940 (on min doqquz yüz qırx) manat məbləğində pul vəsaitinin alınaraq ona qaytarılması, iddia üçün ödənilən dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla cavabdeh şirkət arasında olan razılaşmaya əsasən cavabdehin layihələrindən biri olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, bina 2, blok 1, ümumi sahəsi 66.31 kv/m olan, 1 otaqdan ibarət, 14 saylı mənzili Texnikabank ASC-nin Kredit-lnvest filialı ilə AK 37 saylı, 01 aprel 2010-cu il tarixli kredit müqaviləsi bağlamaqla İpoteka yolu ilə almışdır. Həmin müqaviləyə əsasən mənzil ipotekaya yüklü edilmiş və bank tərəfindən 22 142.33 manat pul vəsaiti cavabdeh təşkilata ödənilmişdir. Kredit müqaviləsi ilə müəyyən edilmiş 22 142.33 manat pul vəsaitini inən, 141 ay müddətinə bank təşkilatına ödəmişdir. Bundan başqa, cavabdeh tərəfindən 11 dekabr 2010-cu il tarixdə AKT əsasında 66.31 kv/m olan həmin mənzil ona təhvil verilmişdir. Qeyd etmişdir ki, kredit müqaviləsində mənzilin nömrəsi 14 göstəriİsə də, cavabdehin sənədlərində 14/17 kimi göstərilmişdir. 10 noyabr 2020-ci il tarixdə cavabdehin Bakıxanov layihəsi olan Uğur-2 Yaşayış Kompleksindən ona verilən 378 saylı arayışa əsasən onun mənzilə dair kommunal borcu da olmamışdır. Daha sonra mənzilin hüquqi qeydiyyata alınması üçün Daşınmaz Əmlakın dövlət reyestr Xidmətinə müraciət olunmuş və 31 may 2021-ci il tarixdə ona Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestr xidmətindən Çıxarış təqdim olunmuşdur. Həmin çıxarışı alarkan ona məlum oldu ki, çıxarışda mənzilin sahəsi 54.10 kv/m göstərilmişdir. Həmçinin mənzilin texniki pasportunda da eyni ilə 54.10 kv/m göstərilmişdir. Mənzildə ölçmə işləri apanlarkan da məlum olmuşdur ki, cavabdeh tərəfindən mənzilin ümumi sahəsi çox göstərilməklə bank təşkilatına sənədlər təqdim olunmuş və nəticədə ondan 12.21 kv/m sahənin pulu artıq olmaqla banka ödətdirilmişdir. Bu günə qədər etdiyi müraciətlərə isə əhəmiyyət verilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab etmişdir ki, cavabdeh şirkətlə biz 66.31 kv/m olan mənzillə razılaşmışıq, lakin cavabdeh şirkət müqavilə üzrə öhdəliyini icra etməmiş, nəticədə aldadılaraq mənə 54.10 kv/m olan mənzil verilmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən ona bank təşkilatına artıq mənzil kvadratı üçün ödətirilmiş pul vəsaiti geri qaytarılmalıdır. Artıq ödədiyi pul vəsaitini ona görə cavabdeh qaytarmalıdır ki, həmin pulu bank təşkilatı onunla kredit müqaviləsi bağlayarkan cavabdehə tam şəkildə ödəmişdir. Həmin dövrdə mənzilin 1 kv/m-nə görə bank faizi ilə təxminən 896 manat müəyyən edilmişdi. Bank təşkilatına 12.21 kv/m üçün ümumilikdə 10,940 (on min doqquz yüz qırx) manat (896x12.21) pul vəsaiti ödəmişdir. İşin halları ilə və əlavə etdiyi sübutlarla tam təsdiq olunmuşdur ki, cavabdeh 10.940 manat pulu ona geri qaytarmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X4 iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında araşdırılmış: -"xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Kredit İnvest” filialı ilə cavabdeh İddiaçı arasında bağlanmış 01.04.2010-cu il tarixli AK 37 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, müvafiq kredit müqaviləsinə əsasən, bank tərəfindən borclu şəxsə şəxsi istifadə məqsədi ilə 141 (otuz altı) ay müddətinə, illik 12 faiz ödəmək şərti ilə 22142,33 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir; -"xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Kredit İnvest” filialı ilə ipoteka qoyan İddiaçı arasında bağlanmış 01.04.2010-cu il tarixli AK 37 nömrəli ipoteka müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Kredit İnvest” filialı ilə cavabdeh İddiaçı arasında bağlanmış 01.04.2010-cu il tarixli AK 37 nömrəli kredit müqaviləsinin təminatı qismində borclu şəxsə xüsusi mülkiyyət hüququ üzrə məxsus olan və başqa öhdəliyin təminatı üçün əvvəl ipotekaya qoyulmuş Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 66,31 kv.m olan, 1 otaqlı mənzil ipotekaya qoyulmuşdur; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595-ci məhəllə, ev 2, mənzil 17 (Yeni qaydalarla: AZ 1040 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, 8, M3, m.5) İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə 31.05.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir; 11.12.2010-cu il tarixli Aktdan görünür ki, bir tərəf Cavabdeh və Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanda inşa etdiyi mənzili 1320 saylı 06.01.07 il tarixli müqavilənin 3.1.23 maddəsinə uyğun olaraq təhvil verir alıcı İddiaçı isə təhvil alır. -"xxxx" MMC-nin 10.09.2020-ci il tarixli, 378 №-li arayışdan görünür ki, İddiaçı, "xxxx" ASCnin inşa etdiyi ünvan 3 ünvanında yerləşə “UĞUR 2” yaşayış kompleksində bina 2 ,blok 1 , mənzil 17 -in 01 Avqust 2020-ci il tarixinədək şirkətə olan kommunal borcunu tam olaraq ödəmişdir. Arayış "xxxx" ASC-yə təqdim etmək üçün verilir. Arayış 15 iş günü müddətinə qüvvədədir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 yanvar 2022-ci il tarixli 10/6439 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, Məhəllə-2595-də inşa edilmiş yaşayış kompleksinin 2-ci binasının 3-cü mərtəbəsində yerləşən 17 saylı (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi. 8, M3, m.5) mənzilin ümumi sahəsi 54,1 kv.metr olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, Məhəllə- 2595, ev 2, m. 17 (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsi. 8, M3, m.5) ünvanında yerləşən mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 66,31 kv.m olduğu müəyyən edilmişdir. Məhkəmə baxışında işin araşdırılmış hallar ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, bina 2, blok 1, ümumi sahəsi 66.31 kv/m olan, 1 otaqdan ibarət, 14 saylı mənzili Texnikabank ASC-nin Kredit-lnvest filialı ilə AK 37 saylı, 01 aprel 2010-cu il tarixli kredit müqaviləsi bağlamaqla İpoteka yolu ilə almışdır. Qeyd edilən mənzil 11.12.2010-cu il tarixli Akt əsasında Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595-ci məhəllə, ev 2, mənzil 17 (Yeni qaydalarla: AZ 1040 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, 8, M3, m.5) İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə 31.05.2021ci il tarixdə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 yanvar 2022-ci il tarixli 10/6439 nömrəli ekspert rəyi ilə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, Məhəllə-2595-də inşa edilmiş yaşayış kompleksinin 2-ci binasının 3-cü mərtəbəsində yerləşən 17 saylı (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi. 8, M3, m.5) mənzilin ümumi sahəsi 54,1 kv.metr olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, Məhəllə- 2595, ev 2, m. 17 (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsi. 8, M3, m.5) ünvanında yerləşən mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 66,31 kv.m olduğu müəyyən edilmişdir. İddiaçı Cavabdeh MMC-yə və üçüncü şəxs "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın tam təmin olunmaqla, cavabdeh “X3" MMC-dən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, bina 2, blok 1, ümumi sahəsi faktiki 54.10 kv/m olan, 1 otaqdan ibarət, 17 saylı mənzil üçün, müqavilə əsasında 12.21 kv/m sahəyə görə artıq ödənilən 10,940 (on min doqquz yüz qırx) manat məbləğində pul vəsaitinin alınaraq mənə qaytarılması, iddia üçün ödənilən dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 437.1-ci maddəsinə əsasən, əgər müqavilənin predmeti fərdi-müəyyən əşyadırsa, kreditor başqa əşyanı, onun dəyəri daha yüksək olsa da, qəbul etməyə borclu deyildir; 568.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur; 577.1-ci maddəsinə əsasən, alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər; 578.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Qeyd edilənləri nəzərə alıb, məhkəmə hesab edir ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış mənzil müqaviləsi üzrə cavabdeh təşkilat tərəfindən mübahisələndirilən öhdəlik pozulmadığından iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Göründüyü kimi, qeyd edilən müqavilə üzrə müvafiq mənzilin sahəsi ilə məhkəmə araşdırması zamanı təyin edilmiş tikinti-texniki ekspertizasının nəticəsi kimi verilmiş müvafiq ekspert rəyi üst-üstə düşərək, İddiaçı mülkiyyətində olan mənzilin sahəsi qeyd edilən qaydada, yəni 66,31 kv.metr müəyyən edilmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı şəxslərin təqdim etdiyi müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə və üçüncü şəxs "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı şəxs tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddia ərizəsi rədd edildiyindən iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə və üçüncü şəxs "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat İddiaçı tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar