Məhkəmə qərarları › İş №2(005)-3164/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3164/2024

04.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3164/2024 04.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsindən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə» dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, övladlarının, keçmiş qaynanası X1 ünvan 1 saylı fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmək hüquqlarının tanınmasını və mənzilə köçürülmələrini, eləcə də məhkəmə xərcləri ilə bağlı ödənilmiş 110 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2004-cü ildə ailə həyatı qurmuş, ünvan 1 ünvanında yerləşən mənzilə gəlin köçərək cavabdehlə birgə orada yaşamış, sahiblik və istifadə etmişdir. Fərdi yaşayış evi qaynatası ilə qaynanasının birgə nikahı dövründə tikilmişdir və onlara məxsusdur. Tərəflərin birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü X11, xx.xx.2008-ci təvəllüdlü X2, xx.xx.2009-cı il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdü X12, xx.xx.2018-ci il təvəllüdlü X13, xx.xx.2022-cü il təvəllüdlü X9 anadan olmuşdur. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 2136/2024 saylı qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulduğundan cavabdeh onun və övladlarının, eləcə də keçmiş qaynanasının mənzildə yaşayış sahəsindən istifadə etmək hüquqlarını məhdudlaşdırmışdır. Onun ikinci yaşayış yeri yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: AZ-İV seriyalı, 699376 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2022-ci il təvəllüdlü X9 doğulmuşdur; AZ-İV seriyalı, 120224 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2018-ci il təvəllüdlü X13 doğulmuşdur; AZ-İİİ seriyalı, 136581 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X12 doğulmuşdur; AZ-İİİ seriyalı, 787112 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X6 doğulmuşdur; AZ-İİ seriyalı, 095538 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X2 doğulmuşdur; AZ-İ seriyalı, 778807 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü X11 doğulmuşdur; İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, tərəflər ilkin mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər; 30 saylı MKİS tərəfindən tərtib olunmuş yaşayış evinin sxemindən görünür ki, H.Mirzəyev küç d3, ev 75a-nın yaşayış sahəsi 48,4 kv.m, ümumi sahəsi 76,3 kv.m təşkil edir; 30 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tariхli arayışdan görünür ki, X21 оğlu H.Mirzəyev küçəsi, ö/t ev 75 nömrəli evdə paspоrt qeydiyyatındadır; 30 saylı MKİS tərəfindən tərtib olunmuş Forma 2 arayışından görünür ki, X10 H.Mirzəyev küçəsindəki 75 saylı evdə yaşayır. Onun özü, yoldaşı X3, oğlu X16, oğlu X24, qızı X14, anası X7, qardaşı X8, qardaşı X4 mənzildə daimi qeydiyyatda olmuşlar; AR ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir; Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər xx.xx.2004-cü ildə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 6 uşaqları dogulmuşdur. Tərəflərin izahatlarına əsasən aralarında narazılıq olduğundan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 2136/2024 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. İddiaçı cavabdehlə və qayınatası ilə 2004-cü ildən 2024-cü ilin may ayınadək mübahisəli yaşıyış evində yaşamasını, ümumi təsərrüfat aparmasını, yaşayış sahəsindən bərabər istifadə etmələrini göstərmişdir. Hazırda ikinci yaşayış evi оlmadığı üçün həmin mənzilə istifadə hüququ tanınmaqla köçürülməli оlmasını iddia edir. Cavabdeh tərəf iddiaçını qaçırdaraq ailə qurmalarını və 3 ay Biləsuvarda yaşamalarını, daha sоnra isə barışıq оlmasını və atasının evi оlan mübahisəli evə köçmələrini, hazırda bоşandıqlarını, iddiaçının uşaqları ilə evdən getmələrini, evin atasının evi оlmaqla özbaşına tikili оlduğu üçün iddianın təmin edilməsinə etiraz etməsini göstərmişdir. İddiaçının köçürülməsi tələb edilən Habil Mirzəyev, ev 75 A saylı fərdi yaşayış evi özbaşına tikili statusuna malikdir. İşin bu halı məhkəməyə təqdim edilmiş - AR ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə təsdiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan tоrpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti nоrmalarını və qaydalarını ciddi surətdə pоzmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəхs оna mülkiyyət hüququ əldə etmir. Оnun tikintiyə dair sərəncam vermək, оnu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq iхtiyarı yохdur. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşıyış evinin tərəflərin nikaha daxil olmasından əvvəl cavabdehin atasının vəsaitləri hesabına onun tərəfindən inşa edilməsi mübahisələndirilmir. İddiaçı 2024-cü ilin may ayından mübahisəli ünvanünda yerləşən evi tərk edərək iddia qaldırdığı vaхtadək həmin evə geri dönməmişdir. Hazırda iddiaçı ilə cavabdeh arasında olan faktiki nikah münasibətlərinə son qoyulmuş və onlar ayrı yaşayırlar. İşin digər mübahisə edilməyən halı оdur ki, tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış və tərəflərin hər hansı birinin tikili üzərində hər hansı hüquqları mövcud deyildir. Məhkəmə hesab edir ki, mübahisəli mənzil dövlət reyestrində qeydiyyatdan keçməyən özbaşına tikili оlduğu üçün iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ оlmamışdır. Belə ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli tikiliyə köçürülməsi, əvvəlki şərtlərlə yaşaması o zaman mümkün ola bilərdi ki, onun daimi yaşayış yeri olmasın, mübahisəli tikilidən daimi yaşayış sahəsi kimi istifadə etmək imkanı əldə etsin, həmin tikili birgə nikah dövründə əldə edilmiş vəsait əsasında tikilsin, getdiyi yaşayış sahəsində daimi əsaslarla yaşamasın, evi müvəqqəti tərk etməsin. Lakin işin araşdırılmış halları ilə göstərilən xüsusatlar təsdiq olunmadığından iddiaçının mübahisəli tikiliyə köçürülməsi mümkünsüzdür. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı könüllü olaraq özünə daimi yaşayış yeri seçərək evi könüllü tərk etmişdir. Məhkəmə bu qənaətə gələrkən iddiaçının evdən çıхdığı vaхtdan hazırki vaхtadək faktiki оlaraq başqa ünvanda yaşamasını və bu yaşamanın müvəqqəti оlmasına, eləcə də evdən çıхmasının könüllü deyil, məcburi оlmasının təsdiqinə dair hər hansı sübut növləri təqdim etməməsini nəzərə almışdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “Cavabdehanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, “mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qanunvericiliyin tələblərinə və işin hallarına əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələblərinin hüquqi əsası olmadığın görə onun cavabdehə qarşı irəli sürdüyü hazırki iddia tələbi təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və mənzilə köçürülmə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada veridiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar