Məhkəmə qərarları › İş №2(005)-3167/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3167/2021

17.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3167/2021 17.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X4, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə “qohumluq faktının müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə “qohum luq faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası Nəbiyeva (Alıyeva) Laləzər Paşa qızı və xalası Kərimova (Alıyeva) Pakizər Paşa qızının bacı olmaları faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqlarının X12 Daşınmaz Əmlakın Dövlət Reyestrindən 04.08.2020-ci il tarixdə verilmiş Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Salavnı yaşayış massivində sahəsi 0,12 ha olan 786 saylı torpaq sahəsi X2 ilə ümumi birgə mülkiyyətlərinə verilmişdir. Xalası X1 vətəndaşı olmuş və yalnız müvəqqəti olaraq onun yuxarıda qeyd etdiyi ünvandakı evinə 04.01.2002-ci il tarixdən 04.01.2003cü il tarixədək qeydiyyata salmışdır. Yuxarıda qeyd etdiyi torpaqla əlaqədar çıxarışa xalası X3, yəni onun Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsi, Daş Karxanası küçəsindəki 255 saylı evində müvəqqəti qeydiyyatda olduğu dövrdə 2 saylı forma tipli arayış əsasında yazılmışdır. 02.07.2009-cu il tarixdə X2 Bakı şəhərində vəfat etmişdir. Xalasının heç bir övladı olmamışdır. Miras qalmış həmin torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, xalası ilə qohumluq əlaqəsini təsdiq edən sənəd olmadığından ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Ermənistan Respublikası, Kalinino rayonunun, İlməzli kəndində anadan olmuş,anası Nəbiyeva (Alıyeva) Laləzər Paşa qızı və xalası Kərimova (Alıyeva) Pakizər Paşa qızının bacı olmalarını, şahidlər də təsdiq edə bilər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 izahat verərək bildirmişdir ki, o, Ərizəçi Ermənistanda qonşusu olub, X8, anası X9r. Bacısı Pakizər olmuşdur, o ailə qurmamış, uşaqları yoxdur. Şahid qismində dindirilmiş X28 ifadə verərək bildirmişdir ki, o,ərizəçinin bibisi oğludur. X21, anası X9r. Laləzarın bacısı Pakizər olmuşdur, onun da uşağı yoxdur. Şahid qismində dindirilmiş X22 ifadə verərək bildirmişdir ki, Ərizəçi ata anasını tanımışdır. X5 bir bacısı olub, o da Laləzardır. Atalarının adı Paşa olub. Anaları Gülgəz olub. X20 adlı bir qardaşları da olub. Şahid qismində dindirilmiş X31 oğlu və X36 oğlu məhkəmə iclasında oxşar məzmunlu ifadə verməklə Laləzar və Pakizərin bacı olmalarını, atalarının Paşa və analarının Gülgəz olmasını bildirmişlər. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 01.06.2020-ci il tarixli Şəxsi vərəqənin surətindən görünür ki, X13 01.01.1927-ci il tarixdə Gürcüstan Respublikasında anadan olmuşdur. İş materiallarında olan 09 sentyabr 2009-cu il tarixli AZ-İ № 369176 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Kərimova Pakizər 9 sentyabr 2009-cu il tarixdə ürəyin dayanması səbəbindən Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan 20 noyabr 2001-ci il tarixli AZ №103778 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 20 noyabr 2001-ci il tarixdə Bakı şəhərindən vəfat etmişdir. İş materiallarında olan İİ-CL seriyalı № 308959 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X21 ilə X16 21 noyabr 1983-cü il tarixdə nikaha daxil olmuşlar. Ərə Nəbiyev, arvada Nəbiyeva soyadı verilmişdir. İş materiallarında olan İV-CL seriyalı №431257 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə Ermənistan, Kalinin rayonunda anadan olmuşdur. X8, anası X9r. İş materiallarında məhkəmənin sorğusuna cavab olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsinin 03 avqust 2021-ci il tarixli 1538-1 saylı məktubundan görünür ki, vətəndaş X13 və X6 doğum haqqında akt qeydləri şöbələrinin arxivində aşkar edilməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, qohumluq faktının müəyyən edilməsi ərizəçinin bəzi hüquqi və sosial problemlərin həll edilməsi, qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınmasında hüquqi əhəmiyyəti olduğundan, lakin Bakı şəhəri Nərimanov rayonu Qeydiyyat şöbəsi şəxslər barəsinə akt qeydinin arxidə mövcud olmaması səbəbindən imtina etməsi nəticəsində ərizəçi qohumluq münasibətlərini təsdiq edən sənədi başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizəçi hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərini müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadəsi, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Nəbiyeva (Alıyeva) X11 (Alıveva) Pakizər Paşa qızının bacısıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, Nəbiyeva (Alıyeva) Laləzər Paşa qızı 01.01.1927-ci il təvəllüdlü X7 bacısı olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Nəbiyeva (Alıyeva) Laləzər Paşa qızı 01.01.1927-ci il təvəllüdlü Kərimova (Alıyeva) Pakizər Paşa qızının bacısı olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar