Məhkəmə qərarları › İş №2(005)-317/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-317/2024

03.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-317/2024 03.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə Cavabdeh iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “uşağın himayəsi və aliment” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “uşağın himayəsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı uşağın himayəsi və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X4 İddiaçı himayəsinə verilməsi, xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün cavabdehdən 220 manat, ümumi 440 manat sabit pul məbləğində alimentin və 114 manat məbləğində mediasiya xərcinin alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, o 30 iyun 2006-cı il tarixdə Cavabdeh ilə rəsmi hüquqi nikaha girərək, ailə qurmuş xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2011ci il təvəllüdlü X11 adında iki övladları anadan olmuşdur. Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)-69/2021 saylı xx.xx.2021 -ci il tarixli qətnaməsinə əsasən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh iddiası qismən təmin edilmiş, mənimlə onun arasında xx.xx.2006-cı ildə Nərimanov rayon Qeydiyyat Şöbəsində qeydə alınmış və 417 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, xx.xx.2006-cı il təvəllüdlü X10 (atası) Cavabdeh yanında saxlanılmış, qarşılıqlı iddia ərizəsi qismən təmin edilmiş, xx.xx.2011 -ci il təvəllüdlü X11 isə mənim (anası) yanımda saxlanılmış, iddia tələbləri qalan hissədə təmin edilməmişdir. Bildirirəm ki, xx.xx.2006-cı il təvəllüdlü X10 xx.xx.2023-cü il tarixdən mənimlə və kiçik qardaşı xx.xx.2011-ci il təvəllüdlü X11 ilə birlikdə Bakı şəhəri, Daş Karxanası küç.ev 208-də yaşayırlar. xx.xx.2006-cı il təvəllüdlü X10 xx.xx.2023-cü il tarixdən onunla birlikdə yaşadığına görə o, onun himayəsinə verilməli və xx.xx.2006-cı il təvəllüdlü X10, xx.xx.2011-ci il təvəllüdlü X11 yetkinlik yaşma çatanadək onların saxlanması üçün Cavabdeh hər ay uşaqların hər birinə ayrı-ayrılıqda 220 manat, ümumilikdə isə 440 manat sabit pul məbləğində aliment tutulmalıdır. Uşaqlar üçün yaşayış minimumu Azərbaycan Respublikası Qanuna əsasən 2023-cü il üçün 220 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh İddiaçı qarşı uşağın himayəsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əliyeva (Məmmədova) Aysel İsrail qızı ilə birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X5 Cavabdeh himayəsinə verilməsi, barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)-69/2021 saylı xx.xx.2021 -ci il tarixli qətnaməsinə əsasən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh iddiası qismən təmin edilmiş, tərəflərin arasında xx.xx.2006-cı ildə Nərimanov rayon Qeydiyyat Şöbəsində qeydə alınmış və 417 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, xx.xx.2006-cı il təvəllüdlü X10 (atası) Cavabdeh yanında saxlanılmış, qarşılıqlı iddia ərizəsi qismən təmin edilmiş, xx.xx.2011-ci il təvəllüdlü X11 isə onun (anasının) yanında saxlanılmış, iddia tələbləri qalan hissədə təmin edilməmişdir. O vaxtdan hər iki uşaq onun yanında qalır. Onların bütün ehtiyaclarını ödəyir. Uşaqların tərbiyəsi, təhsil alması daima nəzarət altındadır. Onların böyüyüb gələcəkdə layiqli vətəndaş kimi yetişməsi üçün əlindən gələni edir. Bundan başqa uşaqların daima anası ilə ünsiyyətdə olmasına heç bir maneə yoxdur. O daima uşaqları ilə təmasda olur. Hesab edir ki, məhkəmənin uşaqları dəvət edib dindirməsi işin obyektiv və ədalətli qərar çıxarılması üçün daha məqsədəmüvafiq olardı. Çünki uşaqların anası daima onun yanında saxlanılan övladları xx.xx.2011-ci il təvəllüdlü X6 daim incidir, onu döyərək işgəncə verir. O dəfələrlə azyaşlı uşağın bədənində bu işgəncələri görərək onu istifadə etdiyi mobil telefonuna çəkmişdir. İddiaçının iddia tələbi ancaq uşaqlardan öz məqsədi üçün istifadə etməkdir. Hazırda övladlarının yaxşı saxlanılması üçün onun maddi imkanları iddiaçının imkanlarından daha yaxşıdır. xx.xx.2006-cı il təvəllüdlü X10 bu il Türkiyə universitetlərindən birinə qəbul olmuş, onun məsrəflərini o təkbaşına qarşılayır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı ilkin iddia tələbinə uyğun izahat verərək, ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Öz izahatında bildirdi ki, birgə nikahdan olan oğlu – X13 Respulikasında universitetlərdən birinə qəbul olunmasına baxmayaraq, cavabdeh tərəfindən təhsil haqqları ödənmədiyinə görə təhsilini yarımçıq qoyarq geri qayıtmışdır Hətta cavabdeh aviabiletin alınması üçün pul göndərməmiş, oğlu məcbur qalaraq özü işləmiş, pul yığmış və geri qayıtmışdır. Sonradan iddiaçının təkidi ilə Azərbaycanda imtahanlara hazırlaşmış və qəbul olunmuşdur. Hətta Rəşadın Bakıya geri qayıtması barədə ona məlumat verilməmiş, təsadüfən parkda gördükdə hadisələrdən xəbər tutulmuşdur. Cavabdeh birgə nikahdan olmuş kiçik oğlu – Yusifi öyrədir, ona psixoloji təzyiq göstərərək onun xeyrinə izahat verməsinə nail olur. Hər məhkəmə iclasından əvvəl uşağı gəzməyə aparır, pal-paltar, hədiyyələr alır. İddiaçı əvvəllər gecə növbəsində işlədiyi üçün Yusif daha çox vaxtı atası ilə keçirirdi. Hal-hazırda heç bir yerdə işləmir. Uşağın qayğısı, inkişafı ilə özü məşğul olmaq istəyir. Cavabdeh uşaqlarına yaxşı tərbiyə verə bilməz. Uşaqlarının yanında sosial şəbəkələrdə müxtəlif qadınlarla danışır, əxlaqsız ifadələrdən istifadə edir. Cavabdeh şiddətə meyllidir. Birgə nikah dövründə də, ondan sonra da iddiaçıya qarşı dəfələtlə fiziki şiddət tətbiq edib. İndi də böyük oğluna– Rəşadı öyrədir ki, get ananı izlə, gör anan kiminlə görüşür, hara gedir. Belə insana uşaq vermək olmaz . Bundan əlavə həmin cavabdehlə eyni ünvanda yaşayan kriminal yönlü yeniyetmə qohumu Yusifə pis nümunə olur. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsini müdafiə edərək, təmin edilməsini və ilkin iddia tələbinin rədd edilməsini xahiş etmişdir. O qeyd etdi ki, iddiaçının bildirdikləri həqiqətə uyğun deyil. İlkin olaraq məhkəmə böyük oğlun himayəsini ona, kiçik oğlun himayəsini iddiaçıya versə də, uzun müddətdir ki uşaq öz iradəsi, öz xoşu ilə onun yanındadır və getmək istəmir. Uşaqlarının bütün xərclərini o qarşılayır. Rəşadın universitet oxumamasının səbəbi ödənişin aprılmaması deyil, Rəşad özü Türkiyədə qəbul olduğu ixtisasdan, tələbə yoldaşlarınan, kontingentdən narazı olduğu üçün atasına qayıtmaq istədiyini bildirmiş, atası da razılaşmışdır. Hazırda da İdman Akademiyasına qəbul olmuşdur, ödənişi də cavabdeh etmişdir. Kiçik oğlu Yusif isə iddiaçı tərəfindən şiddətə məruz qalır. Belə ki, iddiaçı uşağa təzyiq göstərir ki, o məhkəmədə onun xeyrinə izahat versin Bundan başqa iddiaçı özü də etiraf edər ki, uşaq hər gün məktəbdən çıxıb atasıgilə gəlir. Cavabdeh evdə olmadığı vaxtlarda ona ona bibisi və nənəsi baxır. Əvvəlki məhkəmə iclasında iştirak edən və psixoloqun iştirakı ilə dindirilən X11 bildirmişdir ki, qardaşı ilə münasibətləri normaldır. Gündüzləri atasının, gecələri isə anasının yanında qalır. Anası hər səhər durub işə gedir. O səhər yeməyi yemir, yuxudan durduqdan sonra atasının yanına gedir. Orada bibisi və nənəsi onlara baxır. Yeməklərinə və təmizliklərinə bibisi nəzarət edir. Qardaşı anasının yanına bəzən gəlib-gedir. Anası xx.xx.2024-cü il tarixdə onunla qalmağı üçün təzyiq göstərməklə yanaşı şiddət də göstərirdi. Qardaşı yanlarında olan zaman anası onlara da şiddət göstərirdi. Atası ona və qardaşına şiddət göstərmir. Atasını evində onun və qardaşını ayrıca otağı var və dərslərini orada rahatlıqla edirlər. Atası ilə qalmaq istəyir. Qəyyumluğun iclasında da atası ilə qalmaq istədiyini bildirmiş, lakin rəydə qeyd edilməmişdir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları - Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)-69/2021 saylı xx.xx.2021 -ci il tarixli qətnaməsinə əsasən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh iddiası qismən təmin edilmiş, mənimlə onun arasında xx.xx.2006-cı ildə Nərimanov rayon Qeydiyyat Şöbəsində qeydə alınmış və 417 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, xx.xx.2006-cı il təvəllüdlü X10 (atası) Cavabdeh yanında saxlanılmış, qarşılıqlı iddia ərizəsi qismən təmin edilmiş, xx.xx.2011 -ci il təvəllüdlü X11 isə mənim (anası) yanımda saxlanılmış, iddia tələbləri qalan hissədə təmin edilməmişdir. - Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti “X2 İşləri və Hüquqlarının Müdafiəsi” üzrə Komissiyasının xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Komissiya Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58.1-ci, 58.2-ci, 60.1-ci və 60.2-ci maddələrini, hər iki tərəf haqqında apardığı araşdırmaları nəzərə alaraq, xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X5 anası İddiaçı yanında qalmasını yetkinlik yaşına çatmayanın hüquq və mənafeyinə uyğun hesab etmişdir. - AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 oktyabr 2024-cü il tarixli, 11/488 nömrəli rəyindən görünür ki, İddiaçı və Cavabdeh fərdi psixioloji xüsusiyyətlərində uşaqların emosional-iradi sferasında neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur. xx.xx.2006-cı il təvəllüdlü X10 yetkinlikyaşına çatdığından onunla məhkəmə-psixioloji ekspertizası keçirilməmiş, barəsində ekspert qarşısında qoyulmuş suala cavab verilməmişdir. xx.xx.2011-ci il təvəllüdlü X5 hazırda atası Cavabdeh və İddiaçı eyni dərəcədə bağlılığı müəyyən olunur. Valideynlər arasında ailədaxili qarşılıqlı münasibətlərdə yaşanmış gərginlik X5 emosional-iradi sferasına neqativ təsir göstərmişdir. Boşanmadan sonra uşağın hansı valideynin himayəsinə verilməsinin məqsədəuyğun olmasının müəyyən olunması və həmin halın gələcəkdə uşağın psixi vəziyyətinə necə təsir göstərəcəyinin proqnazlaşdırılması məhkəmə-psixioloji ekspertizasının səlahiyyətlərinə aid deyildir. - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-317/2024 saylı, 03 dekabr 2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı uşağın himayəsi və aliment tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı uşağın himayəsi və aliment tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki iş üzrə İddiaçı iddia tələbinə “xx.xx.2006-cı il təvəllüdlü X4 İddiaçı himayəsinə verilməsi xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment ödənilməsi” hissəsində xitam verilmişdir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X10 (atası) Cavabdeh, xx.xx.2011-ci il təvəllüdlü X11 isə onun (anasının) yanında yanında saxlanılması qət edilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-317/2024 saylı qərardadı ilə iddia tələbinin "xx.xx.2006-cı il təvəllüdlü X4 İddiaçı himayəsinə verilməsi və onun yetkinlik yaşına çatanadək 220 manat məbləğində aliment ödənilməsi" hissəsində icraata, Ə.Rəşad yetkinlik yaşına çatdığı üçün xitam verilmişdir. Beləliklə, məhkəmə xx.xx.2011-ci il təvəllüdlü X5 himayədə saxlanılması məsələsini həll etməlidir. Belə ki, həm iddiaçı və qarşılıqlı iddiaçı Ə.Yusifin onun yanında qalmasını tələb edir. Ə.Ayselin eyni zamanda aliment tələbi vardır. Ə.Rövşənin aliment tələbi yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra-AM) 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. AM-nin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. AM-nin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. AM-nin 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. AM-nin 70.2-ci maddəsinə əsasən uşağın valideynə qaytarılması uşağın mənafeyi ilə ziddiyyət yaradarsa, məhkəmə iddianı rədd edə bilər. BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların qayğı obyektidir. Uşaq Hüquqları Komitəsinin xx.xx.2013-cü il tarixdə dərc olunmuş uşağın maraqlarının üstün tutulması haqqında 14 saylı Ümumi Şərhin 44-cü bəndində göstərilmişdir ki, uşağın üstün maraqlarının qiymətləndirilməsinə uşağın öz fikirlərini azad ifadə etmək hüquqlarına hörmət və uşaqla bağlı bütün məsələlərdə söylənilən fikirlərə verilən qiymət daxil olmalıdır. 12-ci maddənin tələblərinə düzgün riayət edilməmişdirsə, 3cü maddənin 1-ci bəndi düzgün tətbiq edilə bilməz. Uşaq Hüquqları Komitəsinin xx.xx.2009-cu il tarixdə dərc olunmuş uşağın dinlənilmək hüququ ilə bağlı Ümumi Qeydin giriş hissəsində göstərilir ki, bütün uşaqların dinlənilməsi və ciddiyə alınması Konvensiyanın fundamental dəyərlərindən biridir. Həmin Qeydin 19-cu bəndində göstərilmişdir ki, 12-ci maddənin 1-ci bəndi iştirakçı Dövlətlərin uşağın öz fikirlərini ifadə etməsi hüququnu “təmin etmələrini” nəzərdə tutur. “Təmin etməlidir” anlayışı müəyyən olunması üzv Dövlətlərin ixtiyarına buraxılmayan xüsusi gücə malik olan hüquqi termindir “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. ...Nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacıqardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Həmin Qərarda məhkəmələrə izah etmişdir ki, uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədəmüvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Elşolts Almaniyaya qarşı” iş üzrə 13 iyul 2000-ci il tarixli qərarına görə, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yuksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin də uşaqların himayəsi ilə bağlı mövqeyi çoxsayl digər qərarlarda öz əksini tapmışdır: Uşaqlarla bağlı bütün qərarlar qəbul edilərkən ilk növbədə onların üstün maraqlarının nəzərə alınması ideyasının dəstəklənməsi istiqamətində geniş konsensus (o cümlədən beynəlxalq miqyasda) mövcuddur (Noylinger və Şuruk İsveçrəyə qarşı [BP], 135-ci bənd; X Latviyaya qarşı [BP], 96-cı bənd). Uşağın üstün maraqları, xarakterindən və ciddilik dərəcəsindən asılı olaraq, valideynlərin maraqlarından üstün tutulur (Şahin Almaniyaya qarşı [BP], 66-cı bənd). Uşağın ailəsi ilə əlaqələrinin onun üçün münasib hesab edilmədiyi hallar istisna olmaqla, uşağın maraqları onun ailəsi ilə əlaqələrinin qorunub saxlanmasını tələb edir. Buradan belə nəticə çıxır ki, ailə əlaqələri yalnız son dərəcə müstəsna hallarda kəsilə bilər və şəxsi münasibətlərin qorunub saxlanması və məqsədəuyğun hallarda ailə münasibətlərinin "bərpa edilməsi" üçün mümkün olan hər şey edilməlidir (Qnaore Fransaya qarşı, 59-cu bənd). Ailə qanunvericiliyinin və əlaqədar qanunvericilik aktlarının yuxarıda sadalanan normaları baxımından bu cür mübahisələr ilk növbədə uşağın hüquq və mənafelərinə uyğun həll edilməli, azyaşlı uşaq valideynlər arasında yaranmış mübahisə və ədavətin qurbanına çevrilməməlidir. Bu baxımdan uşağın hansı valideynə verilməsi məsələsinə baxılarkən onun hansı valideynlə qalmasının gələcək inkişafına, tərbiyəsinə necə təsir göstərəcəyi, onların uşağa münasibəti, eləcə də uşağın yaşı, valideynlərdən hansının yanında qalmaq arzusu və valideynə şəxsi bağlılığı nəzərə alınmalıdır Nəzərə alınmalıdır ki, uşaqları valideynlərindən ayırmaq, himayəyə və ya övladlığa vermək barədə qərarlar Avropa Məhkəməsinin “İnsan Hüquqları və Əsas azadlıqlarına dair Avropa Konvensiyası”nın 8-ci maddəsində nəzərdə tutulmuş ailə həyatına hörmət hüququ kontekstində araşdırdığı məsələlərdəndir və Məhkəmənin presedent hüququna görə bu məsələlərlə bağlı qərar çıxarılarkən uşağın maraqlarına birinci dərəcəli əhəmiyyət verilməlidir (“Mustafa və X7rşı” iş, “Elşolts Almaniyaya qarşı” iş üzrə qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 8-ci maddəsi dovlət hakimiyyəti orqanlarından uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etmələrini, tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət vermələrini, həmin maraqların onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutmalarını tələb edir. Avropa İnsan Hüquqları Məhkəməsi “Ləman Babayeva Azərbaycana qarşı” iş üzrə 30 yanvar 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, üşaqların ən üstün maraqlarına uyğun olan cəhətlərin nəzərə alınması şübhəsiz ki, belə işlərin hər birində çox vacibdir. Bu baxımdan məhkəmə, uşağın mənafeyini, onun atasına bağlılığını, yaşını, faktiki olaraq atası ilə yaşadığını, bu faktiki vəziyyətin rəsmiləşdirilməməsi səbəbi ilə keçirə biləcəyi mənəvi-psixoloji sarsıntını nəzərə alaraq onun atasının himayəsinə verilməsini məqsədəmüvafiq hesab edir. Nəzərə alınmalıdır ki, xx.xx.2011-ci il təvəllüdlü X5 yüksək maraqlarına, yəni mənəvi, fiziki və psixi tələbatlarının təmin edilməsinə əhəmiyyət verilmədən, bununla da İddiaçı maraqlarının uşağın maraqlarından üstün tutulması yolverilməzdir. BMT Baş Məclisinin 1386 (XİV) nömrəli 20 noyabr 1959-cu il tarixli qətnaməsi ilə qəbul olunmuş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə, azyaşlı uşaq müstəsna hallardan başqa, anasından alına bilməz. Burada müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından tam məhrum olmasına dəlalət edən hallar başa düşülür. Məsələn, ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm, uşaqla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından sui-istifadə etməsi və s. Məhkəmənin qənaətinə görə, Yusifin atasının himayəsinə verilməsi üçün müstəsna hal kimi artıq 13 yaşı olan həmin uşağın fikri və valideynlərinə münasibəti əsas götürülməlidir. Uşağın anasının himayəsində qalmalı olması barədə Qəyyumluq və Himayəçilik Komissiyasının rəyinə münasibətdə məhkəmə qeyd edir ki, uşaqlarla bağlı məsələdə hər hansı orqanın, hətta qəyyumluq və himayəçilik orqanının verdiyi rəy belə məhkəmə üçün məcburi olmamaqla uşağın üstün mənafeyi kontekstində Mülki Prosessual Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydada qiymətləndirilməlidir. Məhkəmə bu qənaətə gələrkən onu da nəzərə alır ki rəy kifayət qədər əsaslandırılmamışdır. Belə ki, rəyin təsviri hissəsində azyaşlının atası ilə daha çox vaxt keçirdiyini bildirdiyi qeyd edilsə də, heç bir əsaslandırılma aparılmadan rəyin nəticə hissəsində uşağın ananın himayəsinə verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmə iddiaçının uşağın təsir altında olduğu barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəyində qeyd edilmişdir ki, "azyaşlı psixi cəhətdən normal inkişaf etmişdir. Onun əqli inkişafı əhatə olunduğu sosial mikromühitə uyğundur... Yusif Əliyevin nitqi aydın olmaqla, öz fikirlərini başqalarına çatdıra bilir... Yusif Əliyevin idark proseslərində normadan kənaraçıxma halları müəyyən olunmur.." Beləliklə, cavabdehin dəlillləri öz təsdiqini tapmır. Məhkəmə onu da qeyd edir ki, Əliyev Yusif həm psixoloqun iştirakı ilə dindirildiyi məhkəmə prosesində, həm ekspert tədqiqatı zamanı dindirilən zaman eyni izahat vermiş və atasının yanında qalmaq istədiyini bildirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia rədd,qarşılıqlı iddia təmin edilməlidir. Bununla yanaşı məhkəmə iddiaçıya izah edir ki, Yusifin atasının himayəsinə verilməsi gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində yeni əsaslarla iddia qaldırılmasını istisna etmir. Belə ki, zaman keçdikcə uşağın valideynlərin hansının yanında yaşaması ilə bağlı vəziyyət dəyişə, habelə iddiaçı uşağı ilə ünsiyyət hüququndan istifadə edərək onun məhəbbətini qazana və uşağının ona olan münasibətinin dəyişməsinə nail ola bilər. Bu cür yeni əsaslar yarandığı halda isə o, həmin əsaslara istinad edərək uşağın onun himayəsinə verilməsi barədə tələblə məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat məbləğində pul İddiaçı tutularaq Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı uşağın himayəsi və aliment tələbinə dair ilkin iddia rədd edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Cavabdeh İddiaçı qarşı uşağın himayəsi tələbinə dair qarşılıqlı iddia təmin edilsin. Birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X1 Rövşən Məcid oğlunun himayəsinə verilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat məbləğində pul İddiaçı tutularaq Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar