Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3186/2020 02.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh X1 qarşı icarə muqaviləsinə əsasən borc tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin cavabdeh X1 qarşı icarə muqaviləsinə əsasən borc tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh icarə müqaviləsinə görə 300.00 (üç yüz) manat, cəriməyə görə 60 (altmış) manat, notariat xərcinə görə 17 (on yeddi) manat, dövlət rüsumuna görə 20 (iyirmi) manat və ümumilikdə 397 (üç yüz doxsan yeddi) manat məbləğində pulun alınıb İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin direktoru Bünyatzadə Emil Aydın oğlu ilə Cavabdeh arasında CHRYSLER C200 markalı ** SE *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 1 (bir) günü 50 (əlli) manat olmaq şərtilə 5 (beş) gün müddətinə icarəyə verilməsinə dair xx.xx.2020-ci il tarixdə nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılaraq yol vərəqəsi və təhvil təslim aktı verilmişdir. Bir müddətndən sonradan cavabdehin müraciət əsasında cavabdehə yeni yol vərəqəsi verilərək avtomobilin icarə müddəti 5 (beş) gün uzadılmışdır. Cavabdeh isə ümumi məbləğdən 200 (iki yüz) manat məbləğində vəsait ödəmişdir. Sonradan məlum oldu ki, cavabdeh avtomobili idarə edən zaman ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə müvafiq cərimələr tətbiq edilmişdir. Avtomobilin icarə haqqına görə 300.00 (üç yüz) manat və avtomobili idarə edən zaman xx.xx.2020-ci il tarixdə 15:46 radələrində AR İXM-nin 328.1 -ci maddəsinə əsasən qırx manat (EQ 3502455) və xx.xx.2020-ci il tarixdə 15:48 radələrində AR-ı İXM-nin 328.2-ci maddəsinə əsasən 50 (əlli) manat (EQ 3502753) məbləğində cərimələndiyinə və ümumilikdə cəriməyə görə 60 (altmış) manat mobloğində borcun tələb edilməsinə dair cavabdehə xx xxxx 2020-ci il tarixdə 26 №-li pretenziya ilə müraciət edib 3 (üç) gün müddətində Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 2/27-də fəaliyyət göstərən İddiaçı MMC -nə gəlib icarəyə götürülən avtomobilin icarə haqqına görə 300.00 (üç yüz) manat və icarəyə götürülən avtomobili idarə edən zaman cərimələndiyinə görə ümumi 60 (altmış) manat məbləğin, ümumilikdə 360 (üç yüz altmış) manat məbləğin ödənilməsi barədə Royal Ekspress sürətli poçt daşıma xidməti vasitəsilə məktubla müraciət etmişdik. Bir neçə dəfə yazılı və şifahi xəbərdarlıq etməyimizə baxmayaraq cavabdeh ödəniş etməmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli avtonəqliyyat vasitəsinin icarə müqaviləsinin 3.2.1 -ci bəndinin tələblərini pozmuşdur. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı MMC-nin direktoru Bünyat-zadə Emil Aydın oğlu ilə Cavabdeh arasında CHRYSLER C200 markalı ** SE *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 1 (bir) günü 50 (əlli) manat olmaq şərtilə 5 (beş) gün müddətinə icarəyə verilməsinə dair xx.xx.2020-ci il tarixdə nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılaraq yol vərəqəsi və təhvil təslim aktı verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş qəbzindən görünür ki, notariat xərcinə görə 17 (on yeddi) manat ödənilmişdir. Beləliklə, müəyyən olundu ki İddiaçı MMC-nin direktoru Bünyat-zadə Emil Aydın oğlu ilə Cavabdeh arasında CHRYSLER C200 markalı ** SE *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 1 (bir) günü 50 (əlli) manat olmaq şərtilə 5 (beş) gün müddətinə icarəyə verilməsinə dair xx.xx.2020-ci il tarixdə nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılaraq yol vərəqəsi və təhvil təslim aktı verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1 -ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir; 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; 700.2-ci maddəsinə əsasən İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər; 700.3-ci maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar; 13.1-ci maddəsinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh icarə müqaviləsinə görə 300.00 (üç yüz) manat, cəriməyə görə 60 (altmış) manat, notariat xərcinə görə 17 (on yeddi) manat, dövlət rüsumuna görə 20 (iyirmi) manat, ümumilikdə 397 (üç yüz doxsan yeddi) manat məbləğində pulun alınıb İddiaçı MMC-nin xeyrinəödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3186/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3186/2020
02.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver