Məhkəmə qərarları › İş №2(005)-32/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-32/2021

30.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-32/2021 30.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdeh və onun vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı çıxarışın ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı çıxarışın ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ailə üzvləri ilə birlikdə Baki şəhəri, Nərimanov rayonu M.Arif küçəsi 30 №-li evin 6 №-li mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Elektroştamp Təcrübə zavodunun müdiriyyəti və həmkarlar ittifaqı komitəsinin 28.02.1994-cii il tarixli məktubuna əsasən 1988-ci ildə Nərimanov rayon keçmiş partiya komitəsi tərəfindən zavoda verilmiş Nərimanov rayonu M.Arif küçəsi ЗОЛ saylı evin sahəsi 48 kvm olan 6 №-li mənzili 5 nəfər ailə tərkibi ilə ona verilmişdir. Həmin mənzil 1988-ci ildə 1 ofaqı müvəqqəti olaraq zavodun digər işçisi H.Allahverdiyevə verimişdir. Zavod müdriyyətinin ümumi razılığına əsasən H.Allahverdiyev mənzilin bir hissəsini təhvil verdikdən sonra həmin mənzilimə birləşdirilməli və mən ümumi mənzilin sahibi olmalı idi. 1994-cü ildə H.Allahverdiyev yeni mənzillə təmin olundu və ailəsi ilə birlikdə oradan köçüb getdi. H.Allahverdiyevin yaşadığı, əslində 1 mənzil sayılan həmin yaşayış sahəsi H.Allahverdiyev mənzildən çıxıb getdikdən sonra o vaxt Nərimanov Rayon MKTB-nin rəisi işləyən Ənvər Quliyev adlı şəxs öz qohumu Cavabdehm qeyriqanuni olaraq iddiaçının mənzilinin əvvəllər H.Allaherdiyev yaşayan hissəsinə köçürdü. Bakı Elektroştamp Təcrübə zavodunun müdriyyəti və həmkarlar ittifaqı komitəsi birgə 04 dekabr 1996-cı il larıxli məktubla sahə müvəkkilinə müraciət erərək mənzilin boşaldılması və iddiaçının istifadəsinə verilməsini xahiş etsələr də, səlahiyyətindən sui-istifadə edən Ənvər Quliyev adlı şəxs mənzilin boşaldılmasına maneəçilik törətmişdir. Bundan sonra o, dəfələrlə Nərimanov Rayon İcra Hakimiyyətinə şifahi müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Buna səbəb isə vəzifə sahibi olmuş Ənvər Quliyevin uzun müddət əvvəl Nərimanov Rayon MKTB-nin rəisi sonra isə Bakı Şəhəri MKTD-nin rəisi olması olmuşdur. Hazırda onda olan məlumata əsasən Ənvər Quliyev ölkədən qaçıb getmişdir. Ailəsi 5 nəfərdən ibarətdir, özü 3-cü qrup əlildir. Uşaqları yetkinlik yaşına çoxdan çatmışlar, lakin mənzil şəraiti çox pis olduğundan, həmçinin mənzilinin bir hissəsi cavabdeh tərəfindən qanunsuz tutulduğundan övladları ailə qura bilmirlər. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Baki şəhəri, Nərimanov rayonu M.Arif küçəsi 30 a №-li evin , 6 №-li mənzilin cavabdehin adına özəlləşdirilməsinə dair 11.01.2013-cü il tarixli Çıxarışın ləğv edilməsi və M.Arif küçəsi 30 №-li evin, 6 №-li mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh və onun vəkili məhkəmə iclasında iddia tələbini qəbul etmədi və rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin Cavabdeh məhkəməyə etiraz ərizəsii təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, hazırkı mübahisənin predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi, 30 “a" saylı evin yaşayış sahəsi 24 kv.metr olan 2 otaqlı 6 saylı mənzili tam mülkiyyət hüququ əsasında ona məxsusdur və mənzilə dair mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Həmin mənzil ilk dəfə Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 24.12.1996-cı il tarixli sərəncamı ilə xidməti istifadə üçün ona ayrılmışdır. Həmin vaxtdan bu günədək fasiləsiz həmin mənzildə yaşayır. Daha sonra Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 28.06.1999-cu il tarixli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi, 30 “a” saylı evin 6 saylı mənzilinin MKİS-nin xidməti mənzillər siyahısından çıxarılması və həmin mənzildə yaşayan şəxs kimi ona daimi orderin verilməsi qərara alınmışdır. Sonradan həmin mənzil tərəfindən özəlləşdirilmiş, mənzilə dair mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Hazırkı mübahisənin predmeti olan yaşayış sahəsindən istifadə ilə bağlı hüquq münasibətlərinin yarandığı dövrdə, yəni 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Eyni zamanda AR MPM-nin 49-cu maddəsinə görə, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər Orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın dövlət Reyestr Xidmətinin RX№0110439 saylı çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi, ev 30 “a" mənzil 6 Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin Texniki Pasportun surətindən görünür ki, reyestr nömrəsi **********25-05101- 093003 reyestr nömrəli Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi, ev 30 “a" mənzil 6nın hüquq subyekti Cavabdehdır. İş materiallarında olan 03.0.1997-ci il tarixdə verilmiş 028393 №-li seriyalı orderin notarial surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi, ev 30 “a" mənzil 3 İddiaçı adınadır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 oktybar 2020-ci il tarixli №5022 saylı ekspert rəyinin nəticəsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu M.Arif küçəsi 30a №-li evin, 3 №-li mənzil mənzilin ayrı- ayrılıqda giriş çıxış yolunun oluğunu, 3 saylı mənzil mənzil yaşayış və yardımçı tikililərlə təmin oluğunu və eləcə də, Bakı şəhəri,Nərimanov rayonu M.Arif küçəsi 30a №-li evin, 6 saylı mənzillərin giriş çıxışına maneə törətmədiyi müəyyən edilir. İddiaçı və Cavabdeh məxsus olan yaşayış evləri faktiki olaraq ayrı-ayrı olan tikililərin olduğu müəyyən edilmişdir. Məhkəmə baxışında tərəflərin təqdim etdiyi sübutlardan müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın dövlət Reyestr Xidmətinin RX№0110439 saylı çıxarışının surətindən də müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi, ev 30 “a" mənzil 6 Cavabdeh xüsusi mülkiyyətindədir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi «Sporroq və Lonnrotun İsveçrəyə qarşı» məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı çıxarışın ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçı irəli sürdüyü tələbləri əsaslandıra bilmədi. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, çıxarışın ləğv edilməsi və mənzildən çıxarılma barədə iddia tələbləri təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia rədd edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı çıxarışın ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar