Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-32/2024 22.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı kredit borcunun silinməsi və pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı kredit borcunun silinməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən mənə İddiaçı əsassız hesablanmış 1069 (min altmış doqquz) manat məbləğində borcun ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, 25 sentyabr 2017-ci il tarixində Cavabdeh ASC ilə onun arasında X4 müqaviləsi bağlanmış və o Cavabdeh ASC-dən bolkart adlı kart əldə etmişdir. Həmin kartı o iş məqsədilə istifadə edirdi. Bu səbəbdən də həmin karta müxtəlif vaxtlarda müəyyən məbləğlərdə ödənişlər gəlirdi. Yasamal rayon İcra Və Probasiya İdarəsi borcun ödənilməsi ilə bağlı çağırdıqda icra qeydi ilə bağlı məlumatlı olmuşdur. O 20 may 2021 -ci il tarixində Cavabdeh ASC-ə yaxınlaşaraq hansı əsaslarla borcun yaranmasını soruşduqda Cavabdeh ASC-nin İdarə Heyəti tərəfindən onun ünvanına məktub göndərilmiş və məktubda 29 dekabr 2017-ci il tarixində 25 AZN, 30 dekabr 2017-ci il tarixində 30 AZN və 5 AZN, 31 dekabr 2017-ci il tarixində isə 15 AZN, 10 AZN, 350 AZN, 100 AZN, 100 AZN, 300 AZN, 50 AZN, 100 AZN, 50 AZN məbləğində mədaxil edilmiş vəsaitlər texniki olaraq kart hesabına 2 dəfə mədaxil edilməsi, daha sonra 03 yanvar 2018ci il tarixində hesabına əlavə edilmiş məbləğlər üzrə düzəliş edilməsi və müvafiq düzəliş nəticəsində onun kart hesabı üzrə overdraft yaranması qeyd olunmuşdur. Bakı şəhər 19 saylı notariat kontorunun 8İ-8049 saylı, 25 noyabr 2019-cu il tarixli icra qeydinə əsasən, Bakı şəhər 19 saylı notariat kontorunun notariusu Nizami Quliyev “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən həmin sənədlər üzrə ünvan 1 ünvanında yerləşən Cavabdeh ASC-nin xeyrinə müddət üçün vaxtında ödənilməmiş 1069 manat tutulması, həmçinin borcludan tələbkar Cavabdeh ASC tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 1089 (min səksən doqquz) manat pul tutulması qeyd olunmuşdur. İcra qeydinin surətini 13 iyul 2021 -ci il tarixində Bakı şəhər 19 saylı notariat kontorundan rəsmi olaraq əldə etmişdir. Qanunvericiliyə əsasən notarius icra qeydi barədə ona xəbərdarlıq etməmiş və notarius tərəfindən icra qeydinin surəti göndərilməmişdir. Yalnız onu Yasamal rayon İcra Və Probasiya İdarəsi borcun ödənilməsi ilə bağlı çağırdıqda bu barədə məlumatlı olmuşdur. O 23 iyun 2021 -ci il tarixində Cavabdeh ASC-ə ərizə ilə müraciət edərək Cavabdeh ASC-nin hesabından mənim kart hesabıma mədaxil olunan çıxarışın verilməsini və 31 dekabr 2017-ci il tarixinə olan bank çıxarışının ona təqdim edilməsini xahiş etmişdi. Lakin Cavabdeh ASC mənə həmin tarixə olan bank çıxarışını müxtəlif bəhanələr gətirərək mənə təqdim etməmişdir. Həmçinin Cavabdeh ASC-nin əməkdaşlarından biri ona bunun texniki səhv olduğunu və Cavabdeh ASC-nin səhvi oluğunu bildirmişdir. Qeyd etmək istəyir ki, həmin vaxtlarda onun bank kartına müxtəlif məbləğlərdə ödənişlər daxil olduğundan Cavabdeh ASC tərəfindən onun kart hesabına olan ödənişlərdən xəbərsiz olmuşdur. 31 dekabr 2017-ci il tarixinə olan ödənişlərlə bağlı bank çıxarışını təqdim etmədiyi üçün belə bir ödənişlərin olub- olmaması sual yaradır. Əgər Cavabdeh ASC tərəfindən mənim hesabına ödənişlər olmayıbsa o hansı əsaslarla həmin borcu ödəməlidir. Eyni zamanda Cavabdeh ASC-nin düzgün idarə etməməsi və məsuliyyətsizliyi səbəbindən baş vermiş hadisə nəticəsində yaranmış borcu o nəyə görə ödəməlidir. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X2 etiraz ərizəsi və iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, bildirmişdir ki, iddia tələbi əsassızdır. Mülki işin materiallarında olan ekspert rəyləri ilə də iddiaçının borcunun olmaması müəyyən edilmir. Əvvəlki məhkəmə iclasında iştirak edən ekpert rəyə uyğun izahat verərək, rəyi müdafiə etdiyini, mütəxəssis rəyi olmadığı üçün bu şəkildə rəy verildiyini və yenidən ekspertiza keçirilməli olduğunu bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - xx.xx.2017-ci il tarixli X4 Müqaviləsindən görünür ki, Cavabdeh ASC hesab sahibinə hesab açmağı və kart hesabındakı vəsaiti ilə əməliyyatlar aparılması üçün plastik kart verməyi, açılmış hesaba daxil olan vəsaitlərini qəbul etməyi, hesabdan pul vəsaitlərini köçürməyi və verməyi, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair hesab sahibinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Kartdan istifadə müddəti 36 ay təşkil edir və həmin müddətdə kart bankın mülkiyyəti sayılır. - xx.xx.2020-ci il tarixli icra qeydindən görünür ki, Cavabdeh ASC-nin xeyrinə müddət üçün vaxtında ödənilməmiş 1069 manat tutulmuşdur. Bundan əlavə borcludan tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 1089 manat pul tutulmuşdur. - İddiaçı tərəfindən Cavabdeh ASC-yə ünvanlanan 20 may 2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh ASC tərəfindən iddia olunan məbləğ 1088,96 manat Cavabdeh ASC-nin hesabından onun kart hesabına mədaxil olunan çıxarışın göstərilməsi və onunla bərabər xx.xx.2017-ci il tarixinə olan bank çıxarışını təqdim edilməsini xahiş etmişdir. - Cavabdeh ASC-nin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı bildirilir ki, onunla bank arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, X4 müqaviləsinə əsasən debet kartı rəsmiləşdirilmişdir. Qeyd edilən kart üzrə hesablamalar müvafiq müqavilənin şərtlərinə əsasən bankdaxili qaydalara uyğun olaraq düzgün aparılmışdır. Qeyd edilir ki, xx.xx.2017-ci il tarixində 25 manat, xx.xx.2017-ci il tarixində 30 manat və 5 manat, xx.xx.2017-ci il tarixində 15 manat, 10 manat, 350 manat, 100 manat, 100 manat, 300 manat, 50 manat, 100 manat, 50 manat məbləğində mədaxil edilmiş vəsaitlər texniki olaraq kart hesabına 2 dəfə mədaxil edilmiş, daha sonra xx.xx.2018-ci il tarixində hesabınıza əlavə mədaxil edilmiş məbləğlər üzrə düzəliş edilmişdir. Müvafiq Düzəliş nəticəsində onun kart hesabı üzrə overdraft yaranmışdır. Əlavə olaraq bildirilir ki, müqavilənin 3.8-ci maddəsinə əsasən kart hesabı üzrə əməliyyatlar hesabda mövcud olan pul vəsaiti həcmində aparılır. Həmin vəsait həcmindən artıq istifadə kreditləşmə (texniki overdraft) hesab olunur və o bankın ilk tələbi ilə müvafiq vəsaiti və texniki overdraft üzrə bankın tarifi ilə hesablanmış faizi ödəməlidir. O Cavabdeh ASC qarşısında olan öhdəlikləri vaxtında və lazımınca icra etmədiyi üçün Bank tərəfindən Bakı şəhər 19 saylı Notariat ofisinə müraciət edilmiş və mürcaiət müvafiq notariat ofisi tərəfindən 25 noyabr 2019-cu il tarixli 8İ-8049 nömrəli icra qeydi ilə təmin edilmişdir. - xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, AL31325A60/18 saylı X4 müqaviləsinə əsasən xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərdə yerinə yetirilmiş əməliyyatlar xx.xx.2018-ci il tarixində cari hesabdan çıxarış məlumatlarında qeyd edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6278 nömrəli ekspert rəyindən məlum olur ki, İddiaçı məxsus AZ88JBBK**********AL31325A60 saylı hesabdab çıxarışdan (C.İ.V. 39-57) göründüyü kimi, həmin hesab üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ümumilikdə 13.004,84 manat məbləğində mədaxil və 13.004,84 manat məxaric (Debit) edilmişdir. Yəni, hesabda aparılmış əməliyyatlar üzrə “Credit” və “Debit” hissələri bərabər olduğundan, İddiaçı kart hesabına Cavabdeh ASC tərəfindən mədaxillər edilməsi nəticəsində kart hesabına overdraft yaranması müəyyən edilmir. -xx.xx.2023-cü il tarixli rəydən görünür ki, İddiaçı cari və kart hesabı üzrə Cavabdeh ASC tərəfindən rəsmi təsdiq edilmiş formada təqdim olunmuş bank hesablarından çıxarışa əsasən xx.xx.2017-ci il tarixdə iddiaçının carı hesabına 7 halda vasitəsilə 140 manat, xx.xx.2018-ci il tarixdə 47 halda 6345 manat ATM (bankomat) nağd mədaxillər olmuş halda (BAKİ/CASHİN İBANK/), xx.xx.2017-ci il tarixdə 25 manat, xx.xx.2018-ci il tarixdə isə 11 halda isə 7460 manat ATM vasitəsilə istifadə olunmuşdur. Nəticədə mədaxil olunmuş vəsaitdən 1000 manat çox istifadə edilərək hesabda texniki overdraft yaranmışdır. Bank hesabından təqdim olunmuş çıxarışlara əsasən kart hesabında yaranmış texnika overdraft üzrə hesablanmış faizlərdə nəzərə alınmaqla xx.xx.2018-ci il tarixə borc məbləği 1049,56 manat təşkil edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/9050 nömrəli ekspert rəyindən məlum olur ki, İddiaçı xx.xx.2017ci il tarixli X4 müqaviləsi (Bolkart) üzrə Cavabdeh ASC-də olan xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrü əhatə edən 3801000AL3132A60 saylı cari hesabından çıxarış məlumatlarına əsasən overdraft yaranmamış və pul vəsaitlərinin mədaxil-məxaric əməliyyatları İddiaçı tərəfindən aparılmışdır. İş materiallarında olan 3801000AL3132A60 saylı cari və 2321000AL31325A60 saylı ssuda hesablarından çıxarış məlumatlarına əsasən İddiaçı hesabından vaxtı keçmiş kredit borcuna silinmiş (ödənilmiş) 1049,56 manatın Cavabdeh ASC tərəfindən overdraft olaraq verilməsi müəyyən edilmədi. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6783 nömrəli ekspert rəyindən məlum olur ki, İddiaçı xx.xx.2017ci il tarixli X4 müqaviləsi (Bolkart) üzrə Cavabdeh ASC-də olan xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrü əhatə edən 3801000AL3132A60 saylı cari hesabından çıxarış məlumatlarına və xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövrü əhatə edən 321000AL31325A60 saylı ssuda hesabından çıxarış məlumatlarına əsasən overdraft yaranmaması, pul vəsaitlərinin mədaxil-məxaric əməliyyatlarının aparılması və həmin iş materiallarında olan 3801000AL3132A60 saylı cari və 2321000AL31325A60 saylı ssuda hesablarından çıxarış məlumatlarına əsasən İddiaçı hesabından vaxtı keçmiş kredit borcuna silinmiş (ödənilmiş) 1049,56 manatın Cavabdeh ASC tərəfindən overdraft olaraq verilməsi müəyyən edilmir. Lakin xx.xx.2017-ci il tarixli bank kart hesabı müqaviləsi (Bolkart) şərtləri , Mərkəzi Bankın Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin böyük inspektoru Nizami Yusifov tərəfindən tərtib edilmiş rəy və ona əlavə edilmiş sənədlər əsas götürülməklə İddiaçı kart hesabında yaranmış texniki overdraft üzrə hesablanmış faizlər də nəzərə alınmaqla xx.xx.2018-ci il tarixə yaranmış borc məbləği 1049,56 manat təşkil edir. Məhkəmə baxışı zamanı müəyyən edilmiş işin halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh KB ASC ilə xx.xx.2017-ci il tarixdə X4 Müqaviləsi bağlamışdır. Həmin müqavilə üzrə Cavabdeh ASC hesab sahibinə hesab açmağı və kart hesabındakı vəsaiti ilə əməliyyatlar aparılması üçün plastik kart verməyi, açılmış hesaba daxil olan vəsaitlərini qəbul etməyi, hesabdan pul vəsaitlərini köçürməyi və verməyi, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair hesab sahibinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürmüşdür. Hazırda məhkəməyə müraciət edərək, 1069 manat borc məbləğinin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə görə bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 954.1-ci maddəsinə uyğun olaraq, bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 422.1-ci maddəsinnə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, iddia ərizəsində göstərilən dəlillər ondan ibarətdir ki, iddiaçının banka borcu olmadığı halda, onun xx.xx.2017-ci il tarixli X4 Müqaviləsi üzrə öhdəlikləri bank tərəfindən əsassız olaraqxx.xx.2020-ci il tarixli icra qeydi əsasında Cavabdeh ASC-nin xeyrinə müddət üçün vaxtında ödənilməmiş 1069 manat tutulmuşdur. İddiaçı göstərdiyi dəlilləri Cavabdeh ASC-nin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilən xx.xx.2017-ci il tarixində 25 manat, xx.xx.2017-ci il tarixində 30 manat və 5 manat, xx.xx.2017-ci il tarixində 15 manat, 10 manat, 350 manat, 100 manat, 100 manat, 300 manat, 50 manat, 100 manat, 50 manat məbləğində mədaxil edilmiş vəsaitlər texniki olaraq kart hesabına 2 dəfə mədaxil edilmişdir ifadələrinə istinad edir. Ancaq mülki işin materialları, o cümlədən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6783 nömrəli ekspert rəyi ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2017-ci il tarixli X4 müqaviləsi (Bolkart) üzrə Cavabdeh ASC-də olan xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrü əhatə edən 3801000AL3132A60 saylı cari hesabından çıxarış məlumatlarına və xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövrü əhatə edən 321000AL31325A60 saylı ssuda hesabından çıxarış məlumatlarına əsasən overdraft yaranmaması, pul vəsaitlərinin mədaxil-məxaric əməliyyatlarının aparılması və həmin iş materiallarında olan 3801000AL3132A60 saylı cari və 2321000AL31325A60 saylı ssuda hesablarından çıxarış məlumatlarına əsasən İddiaçı hesabından vaxtı keçmiş kredit borcuna silinmiş (ödənilmiş) 1049,56 manatın Cavabdeh ASC tərəfindən overdraft olaraq verilməsi müəyyən edilmir. Lakin xx.xx.2017-ci il tarixli bank kart hesabı müqaviləsi (Bolkart) şərtləri, Mərkəzi Bankın Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin böyük inspektoru Nizami Yusifov tərəfindən tərtib edilmiş rəy və ona əlavə edilmiş sənədlər əsas götürülməklə İddiaçı kart hesabında yaranmış texniki overdraft üzrə hesablanmış faizlər də nəzərə alınmaqla xx.xx.2018-ci il tarixə yaranmış borc məbləği 1049,56 manat təşkil edir. Göründüyü kimi ekspert rəyləri ilə iddiaçının banka borcu olmaması müəyyən edilmir. Məhkəmə Mərkəzi Bankın mütəxəssisi tərəfindən təqdim edilmiş rəydə İddiaçı kart hesabına mədaxillər edilməsi nəticəsində texniki overdraftın yaranması; sonuncu ekspert rəyinə əsasən isə overdraftın yaranmaması ilə bağlı hala münasibət bildirərək qeyd edir ki, ekspert rəydə əvvəlki məhkəmə-ekspertiza rəylərinə istinad edərək; eyni zamanda Mərkəzi Banka təqdim edilmiş sənədlərlə mülki işin materiallarında olan sənədlərin fərqli (mülki işin materiallarında olan çıxarışın yalnız mədaxillər və ssuda hesabından çıxarış məlumatlarında yalnız məxariclər olmaqla) əsas gətirərək texniki overdraftın yaranmamasını qeyd etmişdir. Eyni zamanda həm mütəxəssisin rəyində, həm də ekspert rəyində iddiaçının xx.xx.2018-ci il tarixə 1049,56 manat borcunun olması təsbit edilmişdir. Mülki işin materiallarında olan əvvəlki – xx.xx.2023-cü il tarixli rəydə də 1049,56 manat məbləğində pulun vaxtı keçmiş kredit məbləğinə silindiyi qeyd edilmişdir. Məhkəmə ekspertiza rəyləri ilə bağlı qeyd edir ki, Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə daha sonra qeyd edir ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPMnin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Məhkəmə hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Tərəflər aralarında bağlanmış müqavilədə də (müqavilənin 3.8-ci bəndi) razılaşdırmışlar ki, hesab üzrə əməliyyatlar hesabda mövcud olan pul vəsaiti həcmində aparılır. Həmin vəsaitin həcmindən artıq məbləğ istifadə edildikdə texniki “overdraft” yaranır və hesab sahibi bankın ilk tələbi ilə müvafiq vəsaiti banka dərhal qaytarmalıdır. Göründüyü kimi, tərəflər bu cür halların baş vermə ehtimalını əvvəlcədən görmüş və məhz belə vəziyyətin yaranacağı təqdirdə həmin münasibətlərin necə tənzimlənəcəyi barədə müqavilə şərtləri ilə üzərinə öhdəlik götürmüşlər. Ona görə də, tələb olunan vəsaitin cavabdehin kart hesabında necə və hansı şəkildə əmələ gəlməsinin mümkün olacağını da tərəflər əvvəlcədən təxmin etmişlər. Həmçinin məhkəmə qeyd edir ki, tərəflər hesab üzrə overdraft yarandıqda və həmin hesabda kifayət qədər pul vəsaiti olduqda, yaranmış borc məbləği bank tərəfindən hesab sahibinin hesabından və hesab sahibinin bankda olan digər hesablarından da akseptsiz qaydada silinə bilməsinə dair razılığa gəlmişlər. Ona görə də, hesab üzrə overdraft yarandığına görə bankın cavabdehin həmin hesabından yaxud bankda olan digər hesabından yaranmış borcun bir hissəsinin akseptsiz qaydada silmək üçün hüququ olmuşdur. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, iddiaçı borcun ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etsə də, mülki işin materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki, mübahisələndirilən məbləğ xx.xx.2019-cu il tarixli notariusun icra qeydi əsasında iddiaçıdan tutulmuşdur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etməmişdir. Beləliklə, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər mülki işin materialları ilə öz təsdiqini tapmır. Buna görə də iddia əsassızdır və rədd edilməlidir. Eyni zamanda qeyd edilməlidir ki, iddia mahiyyəti üzrə rədd edildiyindən prosessual qənaət prinsipi baxımından məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirilməsinə zərurət görmür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, iddiaçının müqaviləyi bağladığı vaxt ümid etdiyi gəlirlərin əldə edə bilmədiyi şəraitin əhəmiyyətli dərəcə dəyişməsi hesab edilə bilməz. Məhkəmə hesab edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan və iddiaçı tərəfindən sübuta yetirilə bilmədiyindən təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı kredit borcunun silinməsi və pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-32/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-32/2024
22.02.2024 · Mülki iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver