Məhkəmə qərarları › İş №2(3-6)-3047/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-3047/2026

14.07.2026 · Mülki iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Bakı şәhәri İş № 2(3-6)-3047/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: məhkəmələr arasında ərazi aidiyyətinə dair fikir ayrılığı) Bakı Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyası hakimlәr X2 (sәdrlik edәn vә mәruzәçi), X3 vә X1 ibarәt tәrkibdә, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “әldәn çıxmış fayda” tәlәbinә dair mülki iş üzrә mәhkәmәlәr arasında әrazi aidiyyәtinә dair fikir ayrılığı ilә bağlı mәsәlәyә Bakı Apellyasiya Mәhkәmәsinin binasında, yazılı icraat qaydasında baxaraq müәyyәn etdi: Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “әldәn çıxmış fayda” tәlәbinә dair iddia әrizәsi ilә Bakı Şәhәri Xәtai Rayon Mәhkәmәsinә müraciәt edәrәk, Bakı şәhәri, Xәtai rayonu, Ilqar Zülfüqarov küçәsindә yerlәşәn *** saylı qeyri-yaşayış sahәsinin cavabdehin qanunsuz istifadәsindә olduğu 30 ay müddәtinә, hәr ay üzrә 3.000 manat hesablanmaqla, 90.000 manat әldәn çıxmış faydanın, 360 manat ödәnilmiş dövlәt rüsumunun, ümumilikdә 90.360 manatın Cavabdeh tutularaq iddiaçının xeyrinә ödәnilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir.

2. Bakı Şәhәri Xәtai Rayon Mәhkәmәsinin e-*(*-**)-***/**** nömrәli, ##.##.2026cı il tarixli qәrardadı ilә hәmin mülki işin Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin icraatında olan iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “pul” tәlәbinә dair iddia әrizәsi üzrә *(***)- ****/**** nömrәli mülki işlә bir icraatda birlәşdirilmәsi qәrara alınmışdır.

3. Mәhkәmә hesab etmişdir ki, *(***)-****/**** nömrәli mülki iş üzrә iddia tәlәbi ilә әlaqәli olduğundan, hәmçinin, gәlәcәkdә ziddiyyәtli mәhkәmә qәrarlarının qәbul edilmәsinin qarşısının alınması, әdalәt mühakimәsinin düzgün vә sәmәrәli hәyata keçirilmәsi üçün e-*(*-**)-***/**** nömrәli mülki iş hәmin işә birlәşdirilmәlidir.

4. Bakı Şәhәri Nәsimi Rayon Mәhkәmәsi özünün ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrәli qәrardadı ilә birlәşdirilmiş ikinci iş üzrә iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “әldәn çıxmış fayda” tәlәbinә dair iddia әrizәsinin ayrılaraq, ayrıca icraatda baxılması qәrara alınmışdır.

5. Bakı Şәhәri Nәsimi Rayon Mәhkәmәsi özünün ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** nömrәli qәrardadı ilә mülki işin әrazi aidiyyәtinin müәyyәn edilmәsinә dair fikir ayrılığının hәll edilmәsi üçün iş Bakı Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir.

6. Mәhkәmә öz qәrardadını belә әsaslandırmışdır ki, Bakı Şәhәri Nәsimi Rayon Mәhkәmәsinin icraatında olan *(***)-****/**** nömrәli mülki işin materiallarından görünür ki, iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “pul” tәlәbinә dair iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, cavabdehdәn alqı-satqı üçün ödәnilmiş 70.000 manatın, tikinti üçün xәrclәnmiş 270.000 manatın, avadanlıq vә s. üçün xәrclәnmiş 40.000 manatın, ümumilikdә 380.000 manatın vә dövlәt rüsumu üçün ödәnilәn 670 manatın cavabdehdәn alınaraq iddiaçıya verilmәsinә dair qәtnamә qәt edilmәsini xahiş etmişdir. Daha sonra cavabdeh İddiaçı iddiaçı Cavabdeh qarşı “әldәn çıxmış faydanın tutulması” tәlәbinә dair qarşılıqlı iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, Bakı şәhәri, Xәtai rayonu, Ilqar Zülfüqarov küçәsindә yerlәşәn *** saylı qeyri yaşayış sahәsinin qanunsuz istifadәdә olduğu 30 ay müddәtinә, hәr ay üzrә 3.000 manat hesablanmaqla, 90.000 manat әldәn çıxmış faydanın, 360 manat ödәnilmiş dövlәt rüsumunun, ümumilikdә 90.360 manatın Cavabdeh tutularaq İddiaçı xeyrinә ödәnilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etsә dә, mәhkәmәnin ##.##.2026-cı il tarixli qәrardadı ilә cavabdeh İddiaçı tәrәfindәn verilmiş qarşılıqlı iddia әrizәsinin icraata qәbul olunmasından imtina edilmәklә qarşılıqlı iddia әrizәsi vә onun verilmәsi üçün dövlәt büdcәsinә dövlәt rüsumu kimi ödәnilmiş 360 manat mәblәğindә pul cavabdehә geri qaytarılmış, ona hәmin iddia tәlәbi ilә ayrıca iddia icraatı qaydasında mәhkәmәyә müraciәt etmәk hüququnun olması izah edilmişdir. Qәrardad mübahisәlәndirilmәmiş, qanuni qüvvәsini almışdır. *(***)-****/**** nömrəli iş üzrə məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə məhkəmə baxış iclası təyin edilmiş, ##.##.2026-cı və ##.##.2026-cı il tarixlərdə baxış iclasları keçirilmişdir. Bundan sonra Bakı Şəhəri Xətai Rayon Məhkəməsindən ##.##.2026-cı il tarixdə daxil olmuş ##.##.2026-cı il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair *(*-**)-***/**** nömrəli mülki iş həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərardadına əsasən hazırkı mülki işlə bir icraatda birləşdirildiyindən baxılması üçün göndərilmişdir. Sözügedən mülki işin materialları araşdırılan zaman müəyyən edilmişdir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ##.##.2026-cı il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə daxil olmuş, 2(5-94)-786/2026 nömrə ilə qeydə alınmış, ##.##.2026-cı il tarixli qərardad ilə iddia ərizəsinin məhkəmə icraatı mümkün sayılmışdır. ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasının protokolunda iclasın hazırlıq iclası olması qeyd edilmiş, iclasın audiovideoyazısı iş materiallarına əlavə edilməmişdir. Həmin protokolda yazılmışdır ki, iddiaçı İddiaçı vəkili-nümayəndəsi vəkil2 eyni tərəflər arasında Nəsimi Rayon Məhkəməsində icraat olduğunu, hazırkı iddiadan 3 ay əvvəl verildiyini bildirərək, icraatların birləşdirilməsini xahiş etmişdir. Vəkil-nümayəndənin izahatı qərardadda öz əksini tapmamış, qərardad MPMin 169-cu maddəsi ilə əsaslandırılmışdır. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə birləşdirilmiş ikinci iş üzrə iddiaçı İddiaçı birləşdirilmiş ikinci iş üzrə cavabdeh Cavabdeh qarşı “əldən çıxmış fayda” tələbinə dair iddia ərizəsinin ayrılaraq, ayrıca icraatda baxılması qərara alınmışdır. Belə ki, bu ayırmanın əsas məqsədi Xətai Rayon Məhkəməsindən göndərilmiş işin aidiyyətinin mübahisələndirilməsi olmuşdur. Çünki yuxarıdakı bəndlərdə göstərilənlərdən aydın olur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan *(***)-****/**** nömrəli mülki iş üzrə cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilməklə geri qaytarılmasına dair qərardad cavabdeh tərəfindən mübahisələndirilməmiş, qanuni qüvvəsini almışdır. Həmin qərardadın nəticə hissəsində verilmiş izaha uyğun olaraq cavabdehin eyni tələblə ərazi aidiyyəti üzrə Xətai Rayon Məhkəməsinə müraciət etməsi də onun qərardadda qeyd edilənlərlə razı olmasına dəlalət edir. Lakin hazırkı iş üzrə baxış iclası təyin edildikdən (hətta keçirildikdən) sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən hazırlıq mərhələsində olan mülki işin vəkil-nümayəndənin şifahi vəsatəti əsasında (işdə iclasın audio-videoyazısı olmamış və bu məsələ qərardadda da öz əksini tapmamış, yalnız protokolda qeyd edilmişdir) hazırkı işə birləşdirilməsi məhkəmənin qənaətinə görə, prosessual qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnmişdir. Belə ki, hazırlıq mərhələsində olan işin baxış mərhələsində olan işə birləşdirilməsi sonuncu iş üzrə icraatın əsassız uzanmasına və prosessual qənaət prinsipinin pozulmasına əsas verir.

Tətbiq edilən hüquq:

7. Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsi: Maddә 43.1. Əgәr müxtәlif mәhkәmәlәrin icraatında olan işlәr biri-biri ilә әlaqәlidirsә, әdalәt mühakimәsinin düzgün hәyata keçirilmәsi üçün onlara birgә baxılmalı vә qәtnamә çıxarılmalıdır. Bu mәqsәdlә iş (işlәr) bir-biri ilә әlaqәli işlәrdәn birini ilkin olaraq icraata qәbul etmiş mәhkәmәyә göndәrilmәlidir. Maddә 43.2. Bir-biri ilә әlaqәli olan işlәrin bir icraatda birlәşdirilmәsi hәm işdә iştirak edәn şәxslәrin vәsatәti, hәm dә mәhkәmәnin öz tәşәbbüsü ilә hәyata keçirilә bilәr. Maddә 45.1. Mәhkәmә mübahisәnin әrazi aidiyyәti ilә әlaqәdar mәsәlәlәri әrizәnin mәhkәmәnin icraatına qәbul edilmәsi zamanı yoxlamalıdır. Ərazi aidiyyәti ilә bağlı mәsәlәlәrә mәhkәmә tәrәfindәn onun öz tәşәbbüsü vә ya işdә iştirak edәn şәxslәrin әsaslandırılmış vәsatәti ilә baxılır. Maddә 45.4. Bir mәhkәmәdәn digәrinә göndәrilәn iş, onun göndәrildiyi mәhkәmә tәrәfindәn baxılmağa qәbul edilmәlidir. Mәhkәmәlәr arasında әrazi aidiyyәtinә dair mübahisәlәrә yol verilmir. Mәhkәmәlәr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn iş bir mәhkәmәdәn başqasına verilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

8. Işdәn görünür ki, iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı pul tәlәbinә dair mülki iş baxış mәrhәlәsindә olsa da mәhkәmәnin qәrardadı ilә iş üzrә ekspertiza tәyin edilmişdir. Göründüyü kimi, mәhkәmә tәrәfindәn işin baxılmağa hazırlamaq mәrhәlәsinә aid olan prosessual hәrәkәt hәyata keçirilir.

9. Belә olan halda birlәşdirilmiş işin hazırlıq mәrhәlәsindә olması birinci işin icraatının әsassız uzanması ilә nәticәlәnmir.

10. Kollegiya qeyd edir ki, mülki işlәr üzrә tәlәblәr bir-biri ilә әlaqәli olduğundan, mülki-prosessual qanunvericilik әdalәt mühakimәsinin sәmәrәliliyi baxımından işlәrin vahid icraatda birlәşdirilmәsini imperativ tәlәb kimi qarşıya qoyur.

11. Belә ki, işlәrin vahid icraatda birlәşdirilmәsi ziddiyyәtli mәhkәmә qәrarlarının qarşısını alır vә mübahisәnin tam vә hәrtәrәfli araşdırılmasını tәmin edir.

12. Şәrh edilәnlәrә әsasәn mәhkәmә kollegiyası hesab edir ki, hazırki işә prosessual qanunvericiliyә uyğun olaraq Bakı Şәhәri Nәsimi Rayon Mәhkәmәsindә baxılmalıdır.

13. Göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 45 vә 400-cü maddәlәrini rәhbәr tutaraq mәhkәmә kollegiyası

Qərar aldı:

Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “әldәn çıxmış fayda” tәlәbinә dair mülki iş әrazi aidiyyәti üzrә baxılması üçün Bakı Şәhәri Nәsimi Rayon Mәhkәmәsinә göndәrilsin. Qәrardad qәbul edildiyi andan qanuni qüvvәyә minir, ondan kassasiya şikayәti verilә bilmәz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar