Məhkəmə qərarları › İş №e-2(5-162)-109/2026

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-162)-109/2026

04.03.2026 · Mülki iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Tərtər rayonu İş № e-2(5-162)-109/2026 04.03.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSI Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi ilə, İddiaçı “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İsmayıllı Məhəmməd Mürşüd oğluna qarşı “borcun qaytarılması barədə” kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə Tərtər Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İsmayıllı Məhəmməd Mürşüd oğlundan əsas borca görə 614,79 manat, penya borcuna görə 412,09 manat, ümumilikdə 1026,88 manat borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh İsmayıllı Məhəmməd Mürşüd oğlu arasında X1ndə yerləşən (X1-1) Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu 8, bina 24, giriş 2, mərtəbə 6, ** saylı mənzil üzrə 015/01/MMİDA20 nömrəli, ## ###### 2020-ci il tarixli “Güzəştli mənzilin alqısatqı və ipoteka müqaviləsi” bağlanmışdır. ## ###### 2020-ci il tarixində mənzilin təhvil təslim edilməsi və binaların idarə edilməsi barədə imzalanmış aktın 4-cü hissəsisnin qeydində M.İsmayıllının “Çoxmənzilli binaların idarə edilməsi haqqında” müqavilənin və “Yaşayış qaydalarına dair” Təlimatın mətni ilə tanış olduğu və şərtlərini qəbul etdiyi qeyd olunmuşdur. Tərəflər arasında imzalanmış ## ###### 2020-ci il tarixli çoxmənzilli binaların idarə edilməsi haqqında” müqavilənin 2.1-ci bəndinə əsasən idarəedici təşkilat (iddiaçı) razılaşdırılmış müddət ərzində haqqı ödənilməklə, çoxmənzilli yaşayış binasının ümumi əmlakının lazımi saxlanılması, təmiri üzrə xidmətlər göstərir və işlər yerinə yetirir, həmin binanın sahə mülkiyyətçisinə və binanın sahələrindən istifadə edən şəxslərə kommunal və digər xidmətlər göstərir, çoxmənilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirir. Mülkiyyətçi (cavabdeh) isə bunun müqabilində 4.1.3cü yarımbəndə uyğun olaraq müqavilənin predmetində qeyd olunanların həyata keçirilməsi üçün müəyyən olunmuş məbləğdə idarəedici təşkilatın xidmətlərinin əvəzini ödəməlidir. Həmçinin, cavabdeh-alıcı İsmayıllı Məhəmməd Mürşüd oğlu ilə bağlanmış “Güzəştli mənzilin alqı-satqısı və ipoteka müqaviləsi”nin 2.4.9-cu maddəsində də lazım olan ödənişlərin (əmlak vergisi, kommunal və digər məcburi ödənişləri) vaxtında ödənilməsi, habelə mülkiyyət hüquqlarından yaranan digər öhdəliklərin lazımi qaydada icra edilməsi mənzilin mülkiyyətçisinindən bir kimi göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətndaşalrın güzəştlə əldə edilməsi” Qaydasının 9.2-ci yarımbəndinə və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq göstərilən (binanın idarə edilməsi, ümumi əmlakın saxlanılması, cari və əsaslı təmir üzrə) xidmətlərinə görə ödənilməli olan haqqın məbləği yaşayış sahəsinin hər kvadratmetr sahəsi üçün 0,3 manat müəyyən olunmuşdur. Cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, xarici dairəvi yolu8, bina 24, girş 2, mərtəbə 6, ** saylı mənzilin ümumi sahəsi 54,97 kvadratmetr təşkil etdiyindən onun tərəfindən hər ay 16,49 manat ödəniş olunmalıdır. Buna baxmayaraq, müqavilə bağlandığı vaxtdan bu günədək müqavilə üzrə üzərinə götürdüyü öhdəliklə əlaqədar cavabdeh tərəfindən hər ay ödənilməli olan ödənişlər lazımi həyat keçirilməmiş və nəticədə müqavilənin 4.1.3-cü yarımbəndi və 5.1-ci bəndinə əsasən ##.##.2026-cı il tarixə “yuxarıda istehlak məqsədləri üçün ##.##.2023-cü il tarixində ##.##.2026-cı il tarixə “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinə 614,79 manat xidmət haqqı üzrə borc, 1118 gün üçün penya üzrə borc 412,09 manat, ümumilikdə isə 1206,88 manat borcu yaranmışdır. Cavabdehə preteenziya məktubu göndərilərək borcun 10 gün müddətində ödənilməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi ##.##.2026-cı il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materialından görünür ki, cavabdehə məhkəmə bildirişi göndərilsə də, o, 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazlarının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə olan “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İsmayıllı Məhəmməd Mürşüd oğlu arasında imzalanmış ##.##.2020-ci il tarilxi 015/01/MİDA20 №-li Güzəştli Mənzilin alqısatqısı və ipotekası müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 54,97 kv. m, yaşayış sahəsi 30,22 kv. metrdən ibarət iki otaqlı mənzil İsmayıllı Məhəmməd Mürşüd oğlunun mülkiyyətinə verir. İşdə olan ## ###### 2020-ci il tarilxi aktın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 54,97 kv. m, yaşayış sahəsi 30,22 kv. metrdən ibarət iki otaqlı mənzil İsmayıllı Məhəmməd Mürşüd oğluna təhvil verilmişdir. İşdə olan ## ###### 2020-ci il tarixli çoxmənzilli binaların idarə edilməsi haqqında” **/** №-li müqavilədən görünür ki, “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh İsmayıllı Məhəmməd Mürşüd oğlu arasında idarəedici təşkilat (iddiaçı) razılaşdırılmış müddət ərzində haqqı ödənilməklə, çoxmənzilli yaşayış binasının ümumi əmlakının lazımi saxlanılması, təmiri üzrə xidmətlər göstərilməsi və işlər yerinə yetirilməsi həmin binanın sahə mülkiyyətçisinə və binanın sahələrindən istifadə edən şəxslərə kommunal və digər xidmətlər göstərilməsi barədə müqavilə imzalamışlar. İşdə olan ##.##.2025-ci il tarixli xəbədarlıqdan görünür ki, borcun könüllü şəkildə ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi bildirilmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 139.1-ci maddəsinə görə kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Həmin Məcəllənin 140.1-ci maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Həmin Məcəllənin 141.1-ci maddəsinə görə çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına və yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, cavabdeh İsmayıllı Məhəmməd Mürşüd oğlunun əsas borca görə 614,79 manat, penya borcuna görə 412,09 manat, cəmi 1026,88 manat pul tutularaq “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284-5.3, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İsmayıllı Məhəmməd Mürşüd oğlundan əsas borca görə 614,79 manat, penya borcuna görə 412,09 manat, cəmi 1026,88 manat pul tutularaq “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: TAHİR QUBADOV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar