Məhkəmə qərarları › İş №2(3-8)-505/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-505/2026

24.04.2026 · Mülki iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-505/2026 24.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı əqdin etibarlı hesab edilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı İddiaçı məhkəmədə iddia qaldıraraq X7 ilə onun arasında JN 0250 KOD ******** saylı Torpağa mülkiyyət Hüququna dair Dövlət aktı ilə X7 və ailə üzvlərinə məxsus Şabran şəhərində yerləşən 2.29 ha torpaq sahəsinin alınmasına dair bağlanmış əqdin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli 2(031)-787/2021 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçı İddiaçı ilə X7 arasında JN 0250 KOD ******** saylı Torpağa mülkiyyət Hüququna dair Dövlət aktı ilə X7 və ailə üzvlərinə məxsus Şabran şəhərində yerləşən 2.29 ha torpaq sahəsinin alınmasına dair bağlanmış əqdin etibarlı hesab edilməsi qət edilmişdir. (hakim Çingiz İsgəndərov) Maraqlı şəxs Şabran Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək Şabran Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Şabran Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinə baxılması üçün mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edib, apellyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apellyasiya qaydasında baxılması hazırda qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Həmin Məcəllənin 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Göründüyü kimi, birinci instansiya məhkəməsi qətnamənin Maraqlı şəxs hüquq və vəzifələrinə toxunması məsələsinə diqqət yetirməmiş və münasibət bildirmədən qətnamədən verilmiş apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərmiş, bununla da prosessual hüquq normalarının tələblərini pozmuşdur. Qeyd olunanlar hazırkı halda şikayətə apellyasiya qaydasında baxılmasını qeyrimümkün edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Şabran Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Buna görə də şikayətə apellyasiya qaydasında baxılması hazırkı halda qeyri-mümkün hesab edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 357,366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şabran Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar