Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3219/2024 22.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, İddiaçı Cavabdeh qarşı order və qeydiyyatın ləğv edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı order və qeydiyyatın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh iddia tələbi təmin edilməyərək, məhkəməyə təqdim etdiyi saxta orderin ləğv edilməsi və həmin order əsasında mənzilə qeydiyyatın ləğv edilməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun qardaşı X4 1990-cı ildə Azərelektromaş EİB-nin 17 saylı sexində yardımçı fəhlə kimi işə götürülmüş və sözügedən mənzilə pasport qeydiyyatına alınaraq yaşaması üçün onun istifadəsinə verilmişdir. 1993cü ildə Zəngilan rayonu erməni silahlı birləşmələri tərəfindən blokadaya alınaraq işğal olunduqdan sonra sığınacaq yerləri olmadığından digər ailə üzvləri ilə birlikdə qardaşı X3 yaşadığı sözügedən mənzilə sığınmışlar. Atası və anası rəhmətə getmişdir və hazırda ailələri 4 nəfərdən ibarətdir iddiaçı, arvadı və iki azyaşlı uşaq. Mübahisə predmeti olmasa da sadəcə nəzərə çatdırırki, bizə bu günə qədər məcburi köçkün olaraq heç bir yerdə məskunlaşmaq üçün yer verilməmişdir. Övladı Məhəmməd hal-hazırda ağır yataq xəstəsi olmaqla yanaşı danışa və fikrini izah edə bilmir. Kömək olmadan özünü idarə edə bilmir. Onun xəstəliyi ilə bağlı müvafiq tibbi sənədləri məhkəməyə təqdim edib. Bildirdiyi kimi onlar sığınacaq üçün qardaşı X1 mənzilinə sığındığı ərəfələrdə qardaşı X2 olaraq vətənin müdafiəsi uğrunda döyüşlərdə iştirak edirdi və 17 iyun 1993-cü ildə ağır döyüşlərdən birində şəhid olmuşdur. Əzizbəyov rayon hərbi komissarlığına təqdim edilməsi üçün verilən 21 aprel 1993-cü il tarixli, 244 saylı arayış da sözügedən mənzilə qardaşı X3 daimi Pasport qeydiyyatına alınmasını təsdiq edir. Eləcə də "AZƏRELEKTROMAŞ" EİB-i tərəfindən verilmiş 27.04.94 tarixli, 176 saylı arayışla da təsdiq olunur ki, qardaşı X4 10 sentyabr 1990-cı ildən 17 iyun 1993-cü ilə qədər Qarabağda şəhid olan günə qədər müəssisənin işçisi olmuş və şəhid olması ilə əlaqədar işdən azad edilmişdir. Sözügedən sənədləri də ərizəyə əlavə edirəm. Hörmətli Məhkəmə, İlkin İddia ərizəsinin mahiyyəti məhkəməyə aydın olduğu üçün ilkin iddia ərizəsində yazılanları burda təkrarlamayaraq qısaca olaraq iddia ərizəsindəki tələbə, tələbin obyektinə, tələb irəli sürmək üçün şəxsin subyektiv hüququnun olub-olmamasına, eləcə də tələbin əsasını təşkil edən orderin saxta olduğunu, ümumiyyətlə tələbin qanunsuz və əsassız olduğunu aşağıdakılarla əsaslandırmaq istəyir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra cavabdeh) iddia tələbində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən 105 saylı mənzil mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin əmlaka mülkiyyət hüququnu təsdiq edən "hüquqi sənəd" kimi isə iddia ərizəsinə əlavə etdiyi xx.xx.1993-cü il tarixli, 76 saylı orderi əsas götürmüşdür. Tələbinin hüquqi əsası kimi isə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 60-cı, 33-cü, 43-cü, və AR Mülki Məcəlləsinin 158.1, 158.1.2, 158.4-cü maddələrinə istinad etmişdir. Hörmətli Məhkəmə, Cavabdeh məhkəməyə saxta yolla tərtib olunmuş Orderlə müraciət edərək guya sözügedən mənzilin mülkiyyət hüququ ilə ona məxsusluğunu iddia edir. Aşağıdakıları nəzərinizə çatdırmaqla təqdim olunan orderin saxta olduğunu, Cavabdeh vaxtilə guya Azərelektromaş EİB-nin 15-ci sexində fəhlə işləməsinin yalan olduğunu, qanunsuz yollarla sənədlər əldə edərək 20 avqust 2022ci ildən sözügedən mənzildə qeydiyyatda olmasının yalan olduğunu sübuta yetirəcək. Təqdim olunan Orderin heç bir seriya nömrəsi yoxdur. Hansı ki bütün orderlərdə seriya nömrəsi olmalıdır. Qanunla həmkarlar təşkilatının qərarından sonra rayon icra hakimiyyətində mənzil komissiyasında baxıldıqdan sonra sərəncam qəbul edilib sonra order verilirdi(3 nüsxədə).Order veriləndə orderi alanin da orderi verənin də adı, soyadı, ata adı və imzası olmalıdır. Təqdim olunan orderdə isə orderin aşağı hissəsində orderi alanın adı, soyadı, ata adı və imzası yoxdur. Orderi verənin isə imzası göstərilir adı, soyadı ata adı göstərilmir. Cavabdeh mövcud tələbi irəli sürməyə subyektiv hüququ, mülkiyyət hüququ olmadığından iddiası təmin edilməməli və mənzilə dair təqdim etdiyi saxta olduğundan ləğv edilməlidir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi aydın şəkildə tərtib edilməmişdir. İddiaçı iddia ərizəsinin xahiş edirəm hissəsində ilkin iddiaçının iddia tələbinin təmin edilməməsinin və təqdim edilən orderin və qeydiyyatın ləğv edilməsini xahiş etmişdir. Buradan görünür ki, iddiaçı iddia ərizəsi ilə deyil, qarşılıqlı iddia ərizəsi ilə müraciət etmək istəmişdir. Halbuki “AZEMİS elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, hazırda məhkəmənin icraatında iddiaçının tərəf olduğu hər hansı bir mülki iş yoxdur. Halbuki Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə uyğun olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi zamanı Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 114, 152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı order və qeydiyyatın ləğv edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsan aradan qaldırıldıqdan sonra ərazi aidiyyati üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-3219/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3219/2024
22.07.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver