Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-322/2022 21.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi ilə, İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X3 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək stajının müəyyən olunması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X3 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək stajının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, işə iddia icraatı qaydasında baxılıb onun yanvar 1978-ci il tarixdən 23 avqust 1993-cü il tarixinə kimi Cəbrayıl rayonu çörək zavodunda elektrik işləməyinə dair iş stajının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının oğlu X1 məhkəməyə ərizə göndərərək, atası Ərizəçi öldüyünü bildirərək, buna müvafiq olaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o üzrlü səbəb təqdim etmədən məkhəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184.4 və 184.5-ci maddələrinə əsasən, məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən belə qənaətə gəlir ki, iddia tələbi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Belə ki, iş materiallarında olan AZ-İİ № 220545 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 13.01.2022-ci il tarixdə ölmüşdür. Məhkəmə qeyd edir ki, iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X3 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək stajının müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, ancaq 13.01.2022-ci il tarixdə vəfat etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hal-hazırkı iddia tələbi üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 261.0.7, 262, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X3 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək stajının müəyyən olunması” tələbinə dair tələbinə dair iddia ərizəsi üzrə iddiaçı Ərizəçi ölməsi faktı təsdiq edildiyindən həmin iddia tələbinə əsasən başlanmış mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-322/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-322/2022
21.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver