Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3224/2021 02.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil, İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 Cavabdeh5 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair ilk, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı (Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4 və Cavabdeh5, yetkinlik yaşına çatmayanlar 10.12.2007-ci il təvəllüdlü X6 15.02.2010-cu il təvəllüdlü X4, 28.06.2013-cü il təvəllüdlü X3 Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 2, mənzil 5 ünvanda yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 13 yanvar 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 almışdır. Mənzil Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən hüquqi qeydiyyatdan keçirilərək 16 yanvar 2020-ci il tarixdə müvafiq olaraq onun adına çıxarış verilmişdir. Cavabdehlər alqı-satqı müqaviləsinin 13-cü bəndində 11 fevral 2020-ci il tarixədək qeydiyyatdan çıxmaqları barədə öhdəlik götürmüşlər. Lakin bu qədər müddət keçməsinə baxmayaraq cavabdehlər qeydiyyatdan çıxmamışdır, onların formal pasport qeydiyyatı hələ də qalmaqdadır. Mənzil 16 yanvar 2020-ci il tarixdən oun mülkiyyətinə keçmişdir və o, cavabdehlərə dəfələrlə müraciət edərək götürdükləri öhdəliyi yerinə yetirmələrini və qeydiyyatdan çıxmaqlarını tələb etmişdir, lakin cavabdehlər buna əməl etməmişlər. Halbuki cavabdehlərin pasport qeydiyyatında qalması onun xüsusi mülk mənzilinə olan hüquqularının həyata keçirilməsinə maneçilik törədir, mülkiyyət hüquqlarını məhdudlaşdırır. Qeyd olunanlardan da görünür ki, cavabdehlərin bu mənzilə heç bir aidiyyatlarıı yoxdur, formal pasport qeyidiyyatındadırlar, artıq bu ünvana olan hüquqlarını itirmişlər. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 2, 5 saylı mənzilin 16 kv.m. sahədən ibarət bir otağa dair Cavabdeh1 ilə İddiaçı arasında bağlanılmış Alqı- Satqı Müqaviləsi etibarsız hesab edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 2, 5 saylı mənzilin 16 kv.m. sahədən ibarət bir otağa dair Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2020-ci ildə ilkin iddia üzrə Cavabdeh1 həyat yoldaşı X10 pul lazım olduğundan, o, İddiaçı müraciət edərək ondan borc pul istəmişdir, çünki onun faizlə pul verən olduğunu bilmişdir. İddiaçı buna razılıq vermiş, lakin borcun qaytarılacağının təminatı kimi yaşadıqları evin bir otağını 16 kv.m. olan hissəsinin alqı-satqı müqaviləsi ilə onun adına keçirməsini tələb etmiş və borc və faizləri qaytarıldıqdan sonra evi onlara qaytaracağını demişdir. Tərəflər razılaşmış və yaşadıqları evin Cavabdeh1 adına 16 kv.m sahədən ibarət olan bir otağını notariat qaydasında təsdiq edilmiş alqısatqı müqaviləsinə əsasən İddiaçı adına keçirmişdir. Bundan sonra 2020-ci ildə X15 ilə ilkin İddiaçı oğlu, qarşılıqlı iddia üzrə cavabdeh X12 arasında notariat qaydasında təsdiq edilmiş Borc Müqaviləsi bağlanmışdır. Həmin Müqaviləyə əsasən borcun qaytarılması tarixi kimi 2021-ci ilin yanvar ayı göstərilmişdir. Borc illik 50% ilə verilmişdir. 2020-ci ildən 2021-ci ilin yanvar ayına kimi hər ay onlar borc müqaviləsi üzrə X5 adına olan Bank kartına ödənişlər etmiş və 2021-ci ilin yanvar ayına bütün borcu ödəyib qurtarmışlar. X7 pul lazım olduğundan o da İddiaçı borc pul istəmişdir. O razılıq verərək, evi onlara ikinci borc qaytarıldıqdan sonra qaytaracağını bildirmişdir. 19 yanvar 2021-ci il tarixində 11 saylı notariat kontorunda X13 ilə ilkin İddiaçı oğlu, qarşılıqlı iddia üzrə cavabdeh X12 arasında 20250 manat məbləğində Borc Müqaviləsi bağlanılmışdır. Bu dəfə də Borc illik 50% ilə verilmişdir. Borcun qaytarılması tarixi kimi 25 yanvar 2022-ci il göstərilmişdir. Həmin borcdan da X5 adına olan Bank kartına ödənişlər etmişlər. Göstərilənlərə əsasən iiddia əsasız olduğundan rədd edilməli, evin alqı-satqısına dair Müqavilə etibarsız hesab edilməli, onun əsasında verilmiş Çıxarış ləğv olunmalıdır. Yuxarıda qeyd etdiyim kimi, mübahisəli evin İddiaçı adına keçirmələrinin səbəbi Borcun qaytarılmasının təminatı olmuşdur. Bununla da sübut olunur ki, evin Alqı-satqı müqaviləsi yalan və uydurma əqddir və onun mahiyyəti borc müqaviləsinin pərdələnməsi olmuşdur. Halbuki ilkin İddiaçı ümumi sahəsi cəmi 16 kv.m. olan bir otaq satılmışdır. İddia ərizəsinin heç bir yerində məhz bu sahə ilə bağlı tələb yoxdur və ilkin iddiaçı məhkəməni aldatmağa cəhd edərək bütün evin boşaldılması tələbini qoymuşdur ki, bu da əsassız və qeyriqanunidir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil ilk iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək,ilk iddianın təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 qarşılıqlı iddia tələbini müdafiə edərək təmin olunmasını , ilk iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia tələbi təmin, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətinə əsasən ünvan 2 ümumi sahəsi 16 kv.m olan mənzili xüsusi mülkiyyət hüququ kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 16.01.2020-ci il tarixdə qeydiyyata alınmışdır; 13.01.2020-ci il tarixli, AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsinə əsasən X15 (Cavabdeh1 əvəzinə) özünə məxsus kı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 2, mənzil 5 nömrəli ümumi sahəsi 16 kv.m olan mənzilini alıcı X8 (İddiaçı əvəzinə) satmışdır; Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 05.05.2021-ci il tarixli arayışına əsasən Cavabdeh1, X16, X14, Cavabdeh2, X9, X11, Cavabdeh4 və Cavabdeh5 ünvan 2 ünvanda pasport qeydiyyatındadırlar; 01.06.2021-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. 31.08.2021-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı Cavabdeh2 məhkəmədə iddia qaldırmaq üçün 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür; on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır; 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları (bu halda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ünvan 2 ümumi sahəsi 16 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ kimi İddiaçı adına qeydiyyata alınmışdır. 13.01.2020ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X15 (Cavabdeh1 əvəzinə) özünə məxsus ünvan 2 ümumi sahəsi 16 kv.m olan mənzilini alıcı X8 (İddiaçı əvəzinə) satmışdır; Həmin vaxt hazırki mülki iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 bu mənzildə pasport qeydiyyatında olmuşdur. Müqaviləyə əsasən satıcı iddiaçıya (alıcıya) üçüncü şəxslərin hüquqlarından azad mənzili verməyi öhdəsinə götürmüşdür. Hazırda cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 ünvan 2 ümumi sahəsi 16 kv.m olan mənzilində yaşamırlar, lakin pasport qeydiyyatında olmaqda davam edirlər. Onların həmin mənzildə pasport qeydiyyatında olması formal xarakter daşıyır. Cavabdehlər onlara qarşı irəli sürülmüş iddia tələbini qəbul etmirlər. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir, lakin bu məbləği cavabdehlərdən tələb etmir. Məhkəmə hesab edir ki, ilk iddia tələbi əsaslıdır. Belə ki, alqı-satqı müqaviləsinə əsasən keçmiş mülkiyyətçi tərəfindən iddiaçıya üçüncü şəxslərin hüquqlarından azad evin verilməsi öhdəliyi götürüldüyündən və öhdəlik mübahisə doğurmadığından, mənzilin alqı-satqı müqaviləsində istifadə hüququnun itirilməsi ilə bağlı tərəflər arasında hər hansı qeyd-şərt nəzərdə tutulmadığından, Cavabdeh1 mülkiyyətində olan əmlakdan imtina etməklə həmin əmlakı iddiaçının mülkiyyətinə verdiyindən, bundan sonra mülkiyyətçi (iddiaçı) ilə cavabdehlər arasında istifadə hüququnun tanınmasına dair notarial qaydada təsdiqlənmiş razılaşma olmadığından, onların istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 mübahisəli mənzildən istifadə hüquqları itirilməlidir. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbini əsassız hesab edir. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 2, 5 saylı mənzilin 16 kv.m. sahədən ibarət bir otağa dair Cavabdeh1 ilə İddiaçı arasında bağlanılmış alqı-satqı Müqaviləsi etibarsız hesab edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 2, 5 saylı mənzilin 16 kv.m. sahədən ibarət bir otağa dair çıxarışın ləğv edilməsi üçün əsaslar mövcud deyil. Bundan əlavə, mülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş formaya riayət edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göründüyü kimi əqdin etibarlı sayılması üçün yuxarıda göstərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə qeyd edilən müqavilənin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir. Əksinə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzilə dair əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, o cümlədən fəaliyyət qabiliyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Buna görə də qeyd edilən müqavilələrin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, müqavilə qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və müqavilə tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Məhkəmə qarşılıqlı iddiaçıların alqı-satqının borc müqaviləsini pərdələmək məqsədilə bağlanması barədə dəlilini də əsassız hesab edir. Bu hal iş materialları ilə sübut olunmur. Buna görə də qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Odur ki, qarşılıqlı iddia əsassızıdır, rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilk iddia tələbi təmin edilməli, Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4 və Cavabdeh5, yetkinlik yaşına çatmayanlar 10.12.2007-ci il təvəllüdlü X6 15.02.2010-cu il təvəllüdlü X4, 28.06.2013-cü il təvəllüdlü X3 Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 2, mənzil 5 ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüquqları itirilməli, qarşılıqlı iddia ərizəsi rədd olunmalı, ödənilmiş dövlət rüsumları tərəflərə aid edilməlidir. Məhkəmə onu da vurğulayır ki, cavabdehlərlə birlikdə mənzildə yetkinlik yaşına çatmayanlar 10.12.2007-ci il təvəllüdlü X6 15.02.2010-cu il təvəllüdlü X4, 28.06.2013-cü il təvəllüdlü X11 da pasport qeydiyyatındadır. İddianın təmin edilməsi hüquqi nəticə etibarı ilə onların da bu mənzildən istifadə hüququnun itirilməsi ilə nəticələnəcəkdir. Belə ki, bu uşaqlar yetkinlik yaşına çatmadıqlarından hazırki mübahisə üzrə mülki-prosessual fəaliyyət qabiliyyətli deyillər və bu səbəbdən hazırki tələblər onlara qarşı irəli sürülə bilməz. Onların hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri, yəni valideynləri qoruyur. Ona görə cavabdehin mənzildən istifadə hüquqlarına xitam verilməsi, hüquqi nəticə etibarı ilə özündə həmçinin, bu uşaqların da istifadə hüquqlarına xitam verilməsini də ehtiva edir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220-cimaddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia tələbi təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 Cavabdeh5 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4 və Cavabdeh5, yetkinlik yaşına çatmayanlar 10.12.2007-ci il təvəllüdlü X6 15.02.2010-cu il təvəllüdlü X4, 28.06.2013-cü il təvəllüdlü X3 Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 2, mənzil 5 ünvanda yerləşən yaşayış sahəsində istifadə hüquqları itirilsin. (Hazırkı iş üzrə çıxarılmış qətnamə Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4 və Cavabdeh5, yetkinlik yaşına çatmayanlar 10.12.2007-ci il təvəllüdlü X6 15.02.2010-cu il təvəllüdlü X4, 28.06.2013-cü il təvəllüdlü X3 Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 2, mənzil 5 ünvanından pasport qeydiyyatından çıxarılması üçün əsasdır.) iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı (Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd olunsun. Ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3224/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3224/2021
02.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver