Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3239/2020 04.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsivə vəkili-Vəkil Cavabdehlər-Cavabdeh2, Cavabdeh3 və X4 Cavabdeh2 nümayəndəsi-X5 iştirakları ilə, İddiaçı cavabdehlər “xxxxxxxxxxxxxxxxxxx” MMC-yə, Cavabdeh2, Cavabdeh3 və X6 qarşı mənzildən çıxarılma tələbinə dair ilk iddiasına; Qarşılıqlı iddiaçılar Cavabdeh2, Cavabdeh3 və X4 cavabdeh İddiaçı qarşı sökülmüş mənzilin əvəzinə verilmiş yeni mənzilə istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “xxxxxxxxxxxxxxxxxxx” MMC-yə, Cavabdeh2, Cavabdeh3 və X6 qarşı mənzildən çıxarılma tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxxxxxxxxxxxxx” MMC-ci ilə arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən müqavilə öhdəliklərinin icra edilməsi, həmin mənzilin təhvil təslim aktına əsasən boşaldılaraq ona təhvil verilməsi, eləcə də digər cavadehlər Cavabdeh2 Nüsəməddin qızı, X9, Cavabdeh3 və digər ailə üzvlərinin cavabdeh “xxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən mənzildən çıxarılmalarına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ünvan 1 ünvanında, ümumi sahəsi 74 kv metr olan, mənzili var idi. Sonradan məlumat almişdı ki, “xxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən ona məxsus olan həmin mənzil sökülmüşdür. Qeyd olunan mənzilin bərpa edilməsi üçün Nərimanov rayon məhkəməsinə müraciət etmiş və daha sonra öz iddia tələblərini dəyişərək “xxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən inşa edilmiş binada sökülmüş mənzilin əvəzinə 20 % əlavə olunmaqla həmin binada onlara mənzil verilməsini iddia tələblərini dəqiqləşdirmiş, həmin vaxt onlara məlum olmuşdur ki, qeyd olunan cavabdeh “xxxxxxxxxxxxxxxxxxx” MMC ilə hazırki iş üzrə Cavabdeh2 Nüsəməddin qızı arasında müqavilə imzalanmış və həmin müqaviləyə əsasən onun mülkiyyətində olan sökülmüş mənzilin əvəzində hər hansı bir hüququ olmadan Cavabdeh2 Nüsəməddin qızına mənzilin verilməsi qərarı alınmışdır. Cavabdeh2 Nüsəməddin qızı ilə “xxxxxxxxxxxxxxxxxxx” MMC arasında bağlanmlış xx xxxxxx 2018-ci il tarixli müqavilənin etibarsızlığı ilə bağlı iddia tələblərinin həcmini artırmış və bununla bağlı Bakı şəhəri Nərimanov Rayonu Məhkəməsi tərəfindən xx xxxx 2018-ci il tarixli 2(005)-2350 saylı qətnamə qəbul edilmişdir. Qətnaməyə əsasən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı idda üzrə iddiaçı, xxxxxxxxxxxxxxxxxxx” MMC-nə və Cavabdeh2 Nüsəməddin qızına qarşı “müqavilənin etibarsız hesab olunması və yeni müqavilənin bağlanması” tələbinə dair ilkin və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə cavabdeh xxxxxxxxxxxxxxxxxxx” MMC-nin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və Cavabdeh2 Nüsəməddin qızına qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən ücüncü şəxs Nərimanov Rayon İcra Hakimiyyətinin cavabdehlər İddiaçı və xxxxxxxxxxxxxxxxxxx1" MMC-nə qarşı “yaşayış sahəsinin tam təınirli digər yaşayış sahəsi ilə əvəzlənməsi və mənzilə köçürülərək aylıq kirayə haqqının verilməsi” tələbinə dair iddia ərizəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər Cavabdeh2 Nüsəməddin qızı, X9, Cavabdeh3 cavabdehlər “xxxxxxxxxxxxxxxxxxx” MMC-i”, İddiaçı və Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı “faktiki sahiblikdə və istifadədə olan sökülmüş mənzilin əvəzinə yeni tikilən binada vrilən məzilə dair müqavilənin əlavə tikililərə görə bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizələri qismən təmin edilməsinə, “xxxxxxxxxxxxxxxxxxx” MMC-i ilə Cavabdeh2 Nüsəməddin qızı arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin qismən etibarsız hesab edilməsinə, Bakı şəhəri Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 31 saylı, 1 otaqlı, 19,9 kv.m (faktiki istifadədə) 41 kv,m olan məzilin ümumi sahəsinə 20% əlavə edilməklə tam təmirli bir otaqlı, 56,4 kv,m mənzil İddiaçı verilməsi ilə bağlı müqavilə İddiaçı ilə bağlanmasına dair qətnamə qəbul edilmişdir. Qeyd olunan qətnamə uzun müddət icra edilməmişdir. xx xxxx 2020-cil il tarixdə Nərimanov Rayonu Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi icra edilərək onunla cavabdeh “xxxxxxxxxxxxxxxxxxx” MMC-i” arasında müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən “xxxxxxxxxxxxxxxxxxx” MMC-i onun yuxarıda göstərilmiş 1 otaqlı 19,9 kvm, faktiki sahəsi 47 kvm, olan mənzilinin əvəzində ona E girişində 12-ci mərtəbədə ümumi sahəsi 56,4 kv\m olan təmirli mənzili verməyi öhdəsinə götürmüş, o isə öz növbəsində həmin mənzili qəbul etməyi öhdəsinə götürmüşdü. “xxxxxxxxxxxxxxxxxxx” MMC bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş təmirli məzili ona təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin pandemiya dövründə həmin mənzilin ona təhvil verilməsi qeyri-mümkün olmuşdur və bir neçə gün bundan öncə mənzilin təhvil verilməsi ilə bağlı şirkətə müraciət etdikdə məlum olmuşdur ki, şirkət tərəfindən onun mənzilinə qanunsuz olaraq Cavabdeh2 Nüsəməddin qızı və onun ailə üzvləri yerləşdirilmişdir, həmçinin onlar həmin mənzildə yaşamağa davam edirlər. Bu səbəbdən mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq hazirki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qarşılıqlı iddiaçılar Cavabdeh2, Cavabdeh3 və X9 cavabdeh İddiaçı qarşı sökülmüş mənzilin əvəzinə verilmiş yeni mənzilə istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, M.Sənani küçəsi, 31 ünvanda faktiki istifadəsində və sahibliyində olmuş və “Pilot layihə” çərçivəsində Cavabdeh1 MMC tərəfindən sökülərək yerində inşa edilmiş yeni binada həmin sökülən mənzilin əvəzinə verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 118 saylı binanın E giriş, 12-ci mərtəbədə sahəsi 63 kv.metr olan bir otaqlı, 74 saylı mənzilinə istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddiaçılar Cavabdeh2, Cavabdeh3 və X9 qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, Əliyeva X2 rayonu, M.Sənani küçəsi 31 ünvandakı mənzilə gəlin gəlmişdir. Həmin ünvanda iddiaçılar X9 1996-cı ildə, Cavabdeh3 1997-ci ildə anadan olmuşdur. 20 ildən artıq müddətdir ki, cavabdeh İddiaçı həmin ünvanda məxsus olmuş bir neçə mənzildən birində yaşamışlar. İddiaçı təxminən 15 il əvvəl həyətdə olan digər evləri sataraq və yaşadıqları bir otağı nəvələrinə verib rayona köçmüşdür. Həmin vaxtdan bu günədək Şabran rayonu, Xəlfəli kəndində yaşamış və bir dəfə də olsun nəvələrinin yanına gəlməmiş, mənzillə maraqlanmamışdır. Bu müddət ərzində mənzil sahəsi darısqal olduğundan həmin mənzilə bitişik əlavə otaq, mətbəx və sanitar qovşağı inşa edib, dəfələrlə mənzili təmir etmişlər, dam örtüyünü dəyişmişlər, mənzilin bütün kommunal xərclərini ödəmişlər. Yaşadığı mənzilin yerləşdiyi ərazi “pilot layihə” çərçivəsində yeni hündür mərtəbəli yaşayış binası tikilməsi üçün ayrılmış və tikinti aparılması ilə əlaqədar söküntü işləri aparılanda mənzildə faktiki yaşayanlar onlar olmuşlar. “Pilot layihə”-ni həyata keçirən Cavabdeh1 MMC tərəfindən yeni tikinti ilə bağlı söküləcək mənzilin ölçüsü aparılaraq müəyyən edilmişdir ki, istifadəsində olan yaşayış sahəsi faktiki 2 otaqdan, mətbəxdən, dəhlizdən, köməkçi sahədən və sanitar qovşağından ibarət olmaqla ümumilikdə 81 kv.metrdir. Faktiki olaraq yaşadığı mənzilin sökülməsi ilə bağlı “xxxxxxxxxxxxxxxxxxx” MMC hazırki iddiaçılardan ailə başçısı kimi Cavabdeh2 ilə yeni bina tikilənədək müvəqqəti yaşayış üçün mənzil kirayə haqqı verilməsi və sökülmüş mənzilin əvəzinə yeni mənzil verilməsinə dair xx.xx.2018-ci il tarixli Müqavilə bağlamışlar. Müqavilə bağlanılan vaxt Cavabdeh1 MMC sənəddə istifadəsində bir otaqlı mənzilin olmasına istinad edərək faktiki ölçülərlə müəyyən edilmiş sahəyə uyğun mənzil verilməsinin mümkün olmayacağını, onların inşa etdikləri binada bir otaqlı mənzilin 56 kv.metr olduğunu bildirərək və faktiki sahəni 47 kv.metr kimi dəyərləndirərək 20% əlavə edilməklə bizə yeni tikiləcək binada 56,4 kv.metr ölçüdə təmirli mənzil verəcəklərini və yeni mənzil onlara təhvil verilənədək kirayədə yaşamağı üçün hər ay 400 manat kirayə haqqı verəcəkləri barədə yuxarıda qeyd edilən Müqaviləni bağlamış və onlar də yaşadıqları mənzildən çıxıb, kirayə mənzilə köçmüşlər. “Pilot layihəni” həyata keçirən Cavabdeh1 MMC tərəfindən Müqaviləyə uyğun olaraq kirayədə yaşadığı müddətdə bizə hər ay 400 maanat kirayə haqqı ödənilmişdir. Reallıqda onlara veriləcək həmin mənzil inşa edib yaşadığları əlavə tikililərə görə verilmişdir. Bir neçə aydan sonra cavabdeh İddiaçı məhkəmədə Cavabdeh1 MMC-yə və Nərimanov rayon İcra Hakimiyyətinə və digərlərinə qarşı iddia qaldıraraq mülkiyyətçi kimi yeni tikiləcək binada veriləcək mənzilə dair bağlanılmış xx.xx.2018-ci il tarixli Müqavilənin etibarsız hesab edilməsi, müqavilənin onunla bağlanması və yeni tikiləcək binada veriləcək mənzilə köçənədək aylıq kirayə haqqının ona verilməsi barədə qətnamə çıxarmasını tələb etmişdir. Həmin məhkəmə prosesində yuxarıda qeyd etdiklərinə əsaslanaraq tərəfindən müstəqil tələb irəli sürən üçüncü şəxslər qismində hazırki cavabdehə və digər şəxslərə qarşı “istifadədə olan sökülmüş mənzilin əvəzinə yeni tikilən binada verilən mənzilə dair Müqavilənin qüvvədə saxlanılması, həmin mənzilə istifadə hüququnun tanınması və yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış üçün aylıq kirayə haqqının ödənilməsi” tələbinə dair iddia qaldırılmışdır. Qüvvədə olan və hazırki iş üzrə preyudisial xarakter daşıyan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(005)-2350/2019 saylı qətnaməsi ilə İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab olunması və yeni müqavilənin bağlanması” tələbinə dair ilkin və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-nin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Nərimanov Rayon İcra Hakimiyyətinin cavabdehlər İddiaçı və Cavabdeh1 MMC-nə qarşı “yaşayış sahəsinin tam təmirli digər yaşayış sahəsi ilə əvəzlənməsi və mənzilə köçürülərək aylıq kirayə haqqının verilməsi” tələbinə dair iddia ərizəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər Cavabdeh2, X9, Cavabdeh3 cavabdehlər “xxxxxxxxxxxxxxxxxxx” MMC-i, İddiaçı və Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı “faktiki sahiblikdə və istifadədə olan sökülmüş mənzilin əvəzinə yeni tikilən binada verilən mənzilə dair müqavilənin əlavə tikililərə görə bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizələri qismən təmin edilmiş, “Cavabdeh1" MMC-i ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə qismən etibarsız hesab edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 31 saylı, 1 otaqlı, 19,9 kv.m (faktiki istifadədə) 47 kv.m olan mənzilin ümumi sahəsinə 20 % əlavə edilməklə tam təmirli bir otaqlı, 56,4 kv.m mənzil İddiaçı verilməsi ilə bağlı müqavilə İddiaçı ilə bağlanması, Müqavilənin bağlanması ilə bağlı öhdəlik “Cavabdeh1" MMC-nin üzərinə qoyulması, “Cavabdeh1" MMC-i ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə nəzərdə tutulmuş qaydada kirayə haqqı - 400 manat məbləğində pul “Cavabdeh1" MMC-i tərəfindən Cavabdeh2 ödənilməsi qət edilmişdir. Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(005)- 2350/2019 saylı qətnaməsində göstərilir ki, iş materiallarında olan ÖM seriyalı №144059 nömrəli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 31 saylı ev mülkiyyət hüququ üzrə İddiaçı bir otaq olmaqla 19,9 kv.men- pay, Hüseynov Hüseyn Söhrab oğluna bir otaq olmaqla 17,1 kv.metr payda 1229 nömrəli reyestr kitabının 184603 nömrəli vərəqində xx.xx.2002-ci ildə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3 maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin qətnamədə daha sonra göstərilir ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 №-li qərarının icrası ilə əlaqədar, xx.xx.2017-ci il tarixli, 340 №-li Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının Sərəncamına əsasən Nərimanov rayonunun Azadlıq prospekti və M.Sənani küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə 1,08 ha torpaq sahəsi Cavabdeh1 MMC-nin daimi istifadəsinə verilmiş, şirkət rayonun Azadlıq prospekti və M.Sənani küçələrinin kəsişməsində yeni çoxmənzilli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə başlanılması məqsədi ilə Cavabdeh1 MMC-nə ayrılmış torpaq sahəsinə istifadə hüququ əldə etmiş, rayonun Azadlıq prospekti 135 və M.Sənani küçəsi 31, 33, 35, 37, 39, 41 nömrəli yaşayış binalarının sakinlərinin qarşılıqlı razılaşması əsasında, yeni mənzillərlə təmin edilənədək, hər ay kirayə haqqı ödənilməklə başqa mənzillərə köçürülməsi Cavabdeh1 MMC- nə həvalə edilmişdir. Qeyd olunan yaşayış sahələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 №-li Qərarının icrası ilə əlaqədar, Nərimanov RİH başçısının xx.xx.2017ci il tarixli 340 №-li Sərəncamı ilə Cavabdeh1 MMC-nə ayrılmış torpaq sahəsində tikinti işlərinin aparılması ilə əlaqədar həmin şirkət tərəfindən sökülmüşdür. “Pilot layihə” üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmək məqsədilə, Cavabdeh1 MMC-nin direktora X8 və Cavabdeh2 arasında müqavilə bağlanmış, Cavabdeh1 MMC-i ünvan 3 ünvanında yerləşən, “mülkiyyətçinin” söküntüsü nəzərdə tutulmuş, mülkiyyətində olan 1 otaqlı, 47 kv.m mənzilin ümumi sahəsinə 20% əlavə edilməklə tam təmirli bir otaqlı, 56,4 kv.m mənzili “mülkiyyətçinin” mülkiyyətinə verməyi, yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 2 otaqlı mənzil üçün aylıq 400 manat kirayə haqqı verməyi öhdəsinə götürmüşdür. Daha sonra məhkəmə hesab edir ki, İddiaçı ilə “xxxxxxxxxxxxxxxxxxxx” MMC-i arasında müqavilə bağlandıqdan sonra belə, həmin kirayə haqqı Cavabdeh2 ödənilməlidir. Belə ki, Əliyeva X3 Abdulla Cəfər oğlunun oğlu İsmayılov Yusifilə ailə quraraq xx.xx.1995- ci ildə mübahisələndirilən mənzilə gəlin gəlmişdir. İsmayılov Yusiflə birgə nikahdan həmin mənzildə hazırda X9 1996-cı ildə, Cavabdeh3 1997-ci ildə anadan olmuşlar. Onlar uzun müddətdir ki, cavabdeh İddiaçı məxsus olmuş Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 31 saylı mənzildə qeydiyyatda olmaqla orada yaşamışlar. Bu fakt məhkəmə araşdırması zamanı İddiaçı tərəfindən də inkar edilməmişdir. Həmçinin Cavabdeh2, X9 və Cavabdeh3 yaşadıqları mənzil söküldüyündən, onların hazırda yaşamaq üçün başqa yeri yoxdur. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, mübahisələndirilən müqavilə Cavabdeh2 münasibətdə qismən etibarsız hesab edilsə də, onun həmin müqavilə üzrə aldığı 400 manat kirayə haqqı Cavabdeh1 MMC-i tərəfindən “Pilot layihə” icra edilənədək, yəni yeni binanın tikintisi başa çatanadək Cavabdeh2 ödənilməlidir. Eyni zamanda Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 31 saylı mənzilə dair istifadə hüququnun tanınması barədə mülahizəsi ilə bağlı məhkəmə qeyd edir ki, hazırda Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 31 saylı mənzil Cavabdeh1 MMC-i tərəfindən yuxarıda qeyd olunan əsaslara görə sökülmüşdür. Bu isə onların həmin mənzilə hazırda istifadə hüququnun tanınmasını istisna edir, lakin “xxxxxxxxxxxxxxxxxxxx” MMC-i tərəfindən İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 31 saylı mənzilin əvəzində veriləcək yeni tikiliyə Cavabdeh2 istifadə hüququnun olmasını gələcəkdə məhkəmə qaydasında mübahisələndirmək hüququndan məhrum etmir. Qeyd edilməsi zəruridir ki, “Pilot layihə”-ni həyata keçirmiş “xxxxxxxxxxxxxxxxxxxx” MMC söküləcək mənzilin yerləşdiyi sahədə inşa ediləcək yeni binada həmin mənzilin əvəzinə yeni mənzil verilməsi və yeni binada mənzil verilənədək müvəqqəti yaşayış üçün mənzil kirayə haqqı verilməsinə dair mənimlə bağlanılmış və sonradan məhkəmə qətnaməsi əsasında qismən dəyişdirilmiş xx.xx.2018-ci il tarixli Müqavilənin şərtlərinə əməl etmiş, kirayə haqqını ödəmiş və 2020-ci ilin mart ayında bizi Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 118 ünvanda yeni tikilmiş binada E girişində, 12-ci mərtəbədə, 1 otaqlı, faktiki sahəsi 63 kv.m olan (müqavilədə nəzərdə tutulmuş sahə 56,4 kv.metrdir) mənzilə köçürmüşdür və həmin vaxtdan da onlar bu mənzildə yaşayır və bütün kommunal xərclər tərəflərindən ödənilir. Qeyd edilməsi zəruridir ki, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(005)-2350/2019 saylı qətnaməsi ilə və həmçinin həmin iş üzrə iş materiallarında olan ÖM seriyalı №144059 nömrəli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 5 ünvanda yerləşən və mülkiyyət hüququ üzrə İddiaçı aid pay bir otaq olmaqla sahəsi 19,9 kv.metr olmuşdur. Buradan da müəyyən edilir ki, onların həmin ünvanda inşa edib yaşadıqları əlavə sahələr nəzərə alınmasaydı hazırki iş üzrə cavabdeh İddiaçı “Pilot layihə”-ni həyata keçirmiş Cavabdeh1 MMC tərəfindən ən yaxşı halda 25 kv.metr yaşayış sahəsi verilə bilərdi. Ona görə də hazırda əvvəl yaşadıqları ünvanda yaranmış istifadə hüquqlarının davamı olaraq həmin mənzilin əvəzinə verilmiş yeni binadakı mənzilə istifadə hüquqları tanınmalıdır. xx.xx.2020-ci il tarixdə qarşılıqlı iddiaçılar Cavabdeh2, Cavabdeh3 və X9 qarşılıqlı iddiaya dəqiqləşmə verərək qarşılıqlı iddiada göstərilən ünvanın ünvan 6 saylı binanın E giriş, 12-ci mərtəbə sahəsi 63 kv.m olan bir otaqlı, 74 saylı mənzil kimi oxunmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil ilk iddia tələbinin məzmununa uyğun izahat verərək, ilk iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddianı qəbul etməyərək rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddiaçılar Cavabdeh2, Cavabdeh3 və X9 qarşılıqlı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini, ilk iddianı qəbul etməyərək rədd olunmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda bildirdilər ki, mübahisəli ünvan 6 saylı binanın E giriş, 12-ci mərtəbə sahəsi 63 kv.m olan bir otaqlı, 74 saylı mənzil 2020-ci ilin mart ayından onlara təhvil verilmiş və həmin vaxtdan orada yaşayırlar. Məhkəmə iclasının vaxtı və yeri barədə ilk iddia üzrı Cavabdeh1 MMC-yə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 MMC-nin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilk iddia tələbi rədd, qarşılıqlı idda təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: -MARS arayışlarından görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh3 vəxx.xx.1976-ci il təvəllüdlü X9 olmaqla Bakı şəhəri Nərimanov rayonu M.Sənani küç. ev 31-də qeydiyyatdadırlar. - Nərimanov RPİ tərəfindən verilmiş, AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1943-cü il tarixdə Ermənistan, Quqark rayonunda doğulmuş, ünvan 7 ünvanında qeydiyyatdadır. - xx.xx.2018-ci il tarixli 33-31/18 №-li müqavilədən görünür ki, bir tərəfdən "Cavabdeh1" MMC-nin direktoru X7 və digər tərəfdən Cavabdeh2 arasında bağlanmış müqaviləyə əsasən, Cavabdeh1 MMC-i ünvan 3 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə harmoniyasını itirmiş vəziyyətdə olan binalarda mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “mülkiyyətçinin” söküntüsü nəzərdə tutulmuş, mülkiyyətində olan 1 otaqlı, 47 kv.m mənzilin ümumi sahəsinə 20 % əlavə edilməklə tam təmirli bir otaqlı 56,4 kv.m mənzili “mülkiyyətçinin” mülkiyyətinə verməyi, yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 2 otaqlı mənzil üçün aylıq 400 manat kirayə haqqı verməyi öhdəsinə götürür. - xx.xx.2020-ci il tarixli 01-A/2020 №-li müqavilədən görünür ki, bir tərəfdən "Cavabdeh1" MMC-nin direktoru X14 oglu və digər tərəfdən İddiaçı oglu arasında bağlanmış müqaviləyə əsasən, Cavabdeh1 MMC-i ünvan 8 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə harmoniyasını itirmiş vəziyyətdə olan binalarda mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “mülkiyyətçinin” söküntüsü nəzərdə tutulmuş, mülkiyyətində olan 1 otaqlı,19,9 kv.m, faktiki sahəsi 47 kv.m mənzilin əvəzində ona E girişində 12-ci mərtəbədə ümuni sahəsi 56,4 kv.m mənzili “mülkiyyətçinin” mülkiyyətinə verməyi, mülkiyyətçi isə həmin mənzili qəbul etməyi öhdəsinə götürür. - ÖM seriyalı № 144059 nömrəli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 31 saylı ev mülkiyyət hüququ üzrə İddiaçıoviçə bir otaq olmaqla, 19,9 kv.m pay, Hüseynov Hüseyn Söhrab oğluna bir otaq olmaqla, 17.1 kv payda 1229 nömrəli reyestr kitabının 184603 nömrəli vərəqində xx.xx.2002-ci ildə qeydiyyata alınmışdır. - fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 31 saylı mənzil İddiaçı adına xx.xx.2002ci il tarixdə, 546 № ilə qeydiyyat apaılmışdır. İş materilallarında olan Nərimanov rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(005)- 2350/2019 saylı qətnaməsi ilə İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab olunması və yeni müqavilənin bağlanması” tələbinə dair ilkin və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-nin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Nərimanov Rayon İcra Hakimiyyətinin cavabdehlər İddiaçı və Cavabdeh1 MMC-nə qarşı “yaşayış sahəsinin tam təmirli digər yaşayış sahəsi ilə əvəzlənməsi və mənzilə köçürülərək aylıq kirayə haqqının verilməsi” tələbinə dair iddia ərizəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər Cavabdeh2, X9, Cavabdeh3 cavabdehlər “xxxxxxxxxxxxxxxxxxx” MMC-i, İddiaçı və Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı “faktiki sahiblikdə və istifadədə olan sökülmüş mənzilin əvəzinə yeni tikilən binada verilən mənzilə dair müqavilənin əlavə tikililərə görə bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizələri qismən təmin edilmiş, “Cavabdeh1" MMC-i ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə qismən etibarsız hesab edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 31 saylı, 1 otaqlı, 19,9 kv.m (faktiki istifadədə) 47 kv.m olan mənzilin ümumi sahəsinə 20 % əlavə edilməklə tam təmirli bir otaqlı, 56,4 kv.m mənzil İddiaçı verilməsi ilə bağlı müqavilə İddiaçı ilə bağlanması, Müqavilənin bağlanması ilə bağlı öhdəlik “Cavabdeh1" MMC-nin üzərinə qoyulması, “Cavabdeh1" MMC-i ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə nəzərdə tutulmuş qaydada kirayə haqqı - 400 manat məbləğində pul “Cavabdeh1" MMC-i tərəfindən Cavabdeh2 ödənilməsi qət edilmişdir. - Azərişıq, kommunal xidmətlərə dair qaimələrdən görünür ki, Cavabdeh2 ünvan 6 saylı binanın E giriş, 12-ci mərtəbə sahəsi 63 kv.m olan bir otaqlı, 74 saylı mənzilə dair kommunal xidmət haqlarını 2020-ci ilin apreləndən başlayaraq hər ay ödəyir. Məhkəmə iclasında şahid qismində ifadə verən Mustafayeva Nigar Mövlam qızı ifadəsində bildirdi ki, hər iki tərəfi tanıyır, uzun müddət qonşu olmuşlar və hazırda da Cavabdeh2 ilə qonşu olaraq bir binada yaşayır. Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 31 saylı, 1 otaqlı, 19,9 kv.m olan evə 1996-cı ildə gəlin gəlmişdir və həmin evdə onun iki övladı X9 1996-cı ildə, Cavabdeh3 1997-ci ildə anadan olmuşdur. 20 ildən artıq müddətdir ki, cavabdeh İddiaçı həmin ünvanda məxsus olmuş bir neçə mənzildən birində yaşamışlar. İddiaçı təxminən 15 il əvvəl həyətdə olan digər evləri sataraq və yaşadıqları bir otağı nəvələrinə verib rayona köçmüşdür. Həmin vaxtdan bu günədək Şabran rayonu Xəlfəli kəndində yaşamışdır. Cavabdeh2 həmin bir otağın yanında əlavə bir otaq, hamam və sanuzel tikmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X16 oglu ifadəsində bildirdi ki, hər iki tərəfi tanıyır, uzun müddət qonşu olmuşlar. Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 31 saylı, 1 otaqlı, 19,9 kv.m olan evə 1996-cı ildə gəlin gəlmişdir və həmin evdə onun iki övladı X9 1996-cı ildə, Cavabdeh3 1997-ci ildə anadan olmuşdur. 20 ildən artıq müddətdir ki, cavabdeh İddiaçı həmin ünvanda məxsus olmuş bir neçə mənzildən birində yaşamışlar. İddiaçı təxminən 15 il əvvəl həyətdə olan digər evləri sataraq və yaşadıqları bir otağı nəvələrinə verib rayona köçmüşdür. Həmin vaxtdan bu günədək Şabran rayonu Xəlfəli kəndində yaşamışdır. Cavabdeh2 həmin bir otağın yanında əlavə bir otaq, hamam və sanuzel tikmişdir. Beləliklə də məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 31 saylı, 1 otaqlı, 19,9 kv.m olan evə 1996-cı ildə gəlin gəlmişdir və həmin evdə onun iki övladı X9 1996-cı ildə, Cavabdeh3 1997-ci ildə anadan olmuşdur. Sözügedən ev Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 31 saylı ev ÖM seriyalı № 144059 nömrəli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyət hüququ üzrə İddiaçıoviçə bir otaq olmaqla, 19,9 kv.m pay, Hüseynov Hüseyn Söhrab oğluna bir otaq olmaqla, 17.1 kv payda 1229 nömrəli reyestr kitabının 184603 nömrəli vərəqində xx.xx.2002-ci ildə qeydiyyata alınmışdır. İşin materiallarından görünür ki, Əliyeva X3 Abdulla Cəfər oğlunun oğlu X10 ilə ailə quraraq xx.xx.1995-ci ildə həmin ünvandakı mənzilə gəlin gəlmiş, birgə nikahdan həmin mənzildə X9 1996cı ildə, Cavabdeh3 1997-ci ildə anadan olmuşlar. İddiaçı, həm də Cavabdeh2, X9 1996-cı ildə, Cavabdeh3 da ünvan 7 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 №-li qərarının icrası ilə əlaqədar, xx.xx.2017-ci il tarixli, 340 №-li Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən Nərimanov rayonunun Azadlıq prospekti və M.Sənani küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılmasi məqsədilə, 1,08 ha torpaq sahəsi "Cavabdeh1" MMC-nin daimi istifadəsinə verilmiş, şirkət rayonun Azadlıq prospekti və M.Sənani küçələrinin kəsişməsində yeni çoxmənzilli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə başlanılması məqsədi ilə "xxxxxxxxxxxxxxxxxxxx" MMC-nə ayrılmış torpaq sahəsinə istifadə hüququ əldə etmiş, rayonun Azadlıq prospekti 135 və M.Sənani küçəsi 31,33,35,37,39,41 nömrəli yaşayış binalarının sakinlərinin qarşılıqlı razılaşması əsasında, yeni mənzillərlə təmin edilənədək, hər ay kirayə haqqı ödənilməklə başqa mənzillərə köçürülməsi "Cavabdeh1" MMC-nə həvalə edilmişdir. Qeyd olunan yaşayış sahələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 №-li Qərarının icrası ilə əlaqədar, Nərimanov RİH başçısının xx.xx.2017-ci il tarixli 340 №-li Sərəncamı ilə Cavabdeh1 MMC-nə ayrılmış torpaq sahəsində tikinti işlərinin aparılması ilə əlaqədar həmin şirkət tərəfindən sökülmüşdür. Daha sonra “pilot layihə” üzrə şirkət üzərinə götürdüyü öhdəlikləri icra etmək məqsədilə, “Cavabdeh1" MMC-nin direktoru X8 və Cavabdeh2 arasında müqavilə bağlanmış, Cavabdeh1 MMC-i ünvan 3 ünvanında yerləşən, “mülkiyyətçinin” söküntüsü nəzərdə tutulmuş, mülkiyyətində olan 1 otaqlı, 47 kv.m mənzilin ümumi sahəsinə 20 % əlavə edilməklə tam təmirli bir otaqlı, 56,4 kv.m mənzili “mülkiyyətçinin” mülkiyyətinə verməyi, yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 2 otaqlı mənzil üçün aylıq 400 manat kirayə haqqı verməyi öhdəsinə götürmüşdür. Lakin müqavilə bağlandıqdan sonra Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 31 saylı mənzilin mülkiyyət hüququ əsasında İddiaçıov oğluna məxsus olduğu və onun həmin mübahisəli mənzilə dair hüquq müəyyənedici sənədinin mövcud olduğu məlum olmuş, məhkəməyə iddia ilə müraciət edərək cavabdehlər Cavabdeh2 ilə “xxxxxxxxxxxxxxxxxxx” MMC arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 33-31/18 saylı müqavilənin etibarsız hesab edilməsi və İddiaçı mülkiyyətində olmuş ünvan 5 ünvanında sökülmüş mənzilin əvəzi olaraq, həmin mənzilin qanuni sahələrindən 35% əlavə yaşayış sahəsi əlavə edilməklə onun həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində tam təmirli yaşayış sahəsi (mənzil) ilə təmin edilməsi və tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən mənzilə köçürülənədək ona aylıq 600 manat aylıq kirayə haqqının verilməsinin “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin də həmin iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər Cavabdeh2, X9, Cavabdeh3 cavabdehlər “xxxxxxxxxxxxxxxxxxx” MMC-i, İddiaçı və Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı “faktiki sahiblikdə və istifadədə olan sökülmüş mənzilin əvəzinə yeni tikilən binada verilən mənzilə dair müqavilənin əlavə tikililərə görə bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxxxxxxxxxxxxx” MMC ilə Cavabdeh2 arasında bağlanılmış xx xxxxxx 2018-ci il tarixli 33- 31/18 saylı Müqavilənin ünvan 5 ünvanda faktiki sahiblikdə və istifadədə olan sökülmüş tikililərin əvəzinə yeni tikilən binada veriləcək mənzilə dair bağlanılmış Müqavilə hesab edilməsi və həmin müqavilə üzrə yeni yaşayış sahəsi verilənədək ödənilməsi nəzərdə tutulan aylıq kirayə haqqının iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Nərimanov rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(005)- 2350/2019 saylı qətnaməsindən görünür ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab olunması və yeni müqavilənin bağlanması” tələbinə dair ilkin və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-nin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Nərimanov Rayon İcra Hakimiyyətinin cavabdehlər İddiaçı və Cavabdeh1 MMC-nə qarşı “yaşayış sahəsinin tam təmirli digər yaşayış sahəsi ilə əvəzlənməsi və mənzilə köçürülərək aylıq kirayə haqqının verilməsi” tələbinə dair iddia ərizəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər Cavabdeh2, X9, Cavabdeh3 cavabdehlər “xxxxxxxxxxxxxxxxxxx” MMC-i, İddiaçı və Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı “faktiki sahiblikdə və istifadədə olan sökülmüş mənzilin əvəzinə yeni tikilən binada verilən mənzilə dair müqavilənin əlavə tikililərə görə bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizələri qismən təmin edilərək “Cavabdeh1" MMC-i ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə qismən etibarsız hesab edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 31 saylı, 1 otaqlı, 19,9 kv.m (faktiki istifadədə) 47 kv.m olan mənzilin ümumi sahəsinə 20 % əlavə edilməklə tam təmirli bir otaqlı, 56,4 kv.m mənzil İddiaçı verilməsi ilə bağlı müqavilə İddiaçı ilə bağlanması, müqavilənin bağlanması ilə bağlı öhdəlik “Cavabdeh1" MMC-nin üzərinə qoyulması, “Cavabdeh1" MMC-i ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə nəzərdə tutulmuş qaydada kirayə haqqı - 400 manat məbləğində pul “Cavabdeh1" MMC-i tərəfindən Cavabdeh2 ödənilməsi, iddia tələbləri qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 31 saylı mənzil mülkiyyət hüququ əsasında İddiaçıov oğluna məxsus olmasına baxmayaraq, mübahisələndirilən müqavilə xx.xx.2018-ci il tarixdə həmin ünvanda yaşayan Cavabdeh2 ilə bağlanmışdır. Bununla da "Cavabdeh1" MMC-nin direktoru X8 və digər tərəfdən Cavabdeh2 arasında belə bir müqavilə bağlanmaqla mülki qanunvericiliyin yuxarıda sadalanan tələbləri pozulmuşdur. Çünki mənzilin mülkiyyətçisi İddiaçı bağlanmış müqavilədən xəbəri olmamış, bağlanmış müqavilələrdə tərəf kimi çıxış etməmiş və ondan belə bir razılıq alınmamışdır. Buna görə də “xxxxxxxxxxxxxxxxxxxx" MMC-i ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə qismən etibarsız hesab edilməli, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 31 saylı, 1 otaqlı, 47 kv.m olan mənzilin ümumi sahəsinə 20 % əlavə edilməklə tam təmirli bir otaqlı, 56,4 kv.m mənzil İddiaçı verilməsi ilə bağlı müqavilə İddiaçı ilə bağlanmalı, müqavilənin bağlanması ilə bağlı öhdəlik isə “Cavabdeh1" MMC-nin üzərinə qoyulmalıdır. Məhkəmə həmçinin müəyyən etmişdir ki, mübahisələndirilən müqavilə predmet baxımından əsaslı olmaqla, mülki qanunvericilin tələblərinə uyğun olmaqla, “Cavabdeh1" MMC-i Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 №-li qərarının icrası ilə əlaqədar, xx.xx.2017-ci il tarixli, 340 №-li Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən öhdəsinə götürdüyü xx.xx.2017-ci il tarixli müqavilənin şərtləri çərçivəsində tərtib edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 31 saylı mənzil 1 otaqlı, 19,9 kv.m (faktiki istifadəsində 47 kv.m) mənzilin ümumi sahəsinə 20 % əlavə edilməklə tam təmirli bir otaqlı, 56,4 kv.m mənzili “mülkiyyətçinin” mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Mübahisələndirilən müqavilə üzrə mənzilinin ölçülərinə uyğun, yəni 47 kv.m mənzilin ümumi sahəsinə 20 % əlavə edilməklə yeni mənzilin verilməsi təqdim edilən sübutlar əsasında qanuni və ədalətli olduğu müəyyən olunmuşdur. Belə ki, mənzil sökülən zaman mənzili istifadə edən Cavabdeh2 tərəfindən imzalanmış Aktdan da görünür ki, mənzilin sökülən zaman faktiki həcmi 47 kv.m olmuşdur. Beləliklə də, hazırki iş üzrə məhkəmə qeyd edir ki, sökülən mübahisəli mənzilin faktiki olarqa sahəsinin həcminin 47 kv.m olması halı artıq mübahisəsizdir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə həmçinin müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 №-li qərarının icrası ilə əlaqədar, xx.xx.2017-ci il tarixli, 340 №-li Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının sərəncamının icrası ilə əlaqədar Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 31 saylı mənzilin sakinlərinin, yeni mənzillərlə təmin edilənədək, hər ay kirayə haqqı ödənilməklə başqa mənzillərə köçürülməsi "Cavabdeh1" MMC-nə həvalə edilmişdir. Müqavilə üzrə Cavabdeh2 iki otaqlı mənzil üçün hər ay 400 manat kirayə haqqı verilməsi, bu ödənişin rübdə bir dəfə hər rübün birinci ayının 05-də icra edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab etmişdir ki, İddiaçı ilə "Cavabdeh1" MMC-i arasında müqavilə bağlandıqdan sonra belə, həmin kirayə haqqı Cavabdeh2 ödənilməlidir. Belə ki, Əliyeva X3 Abdulla Cəfər oğlunun oğlu İsmayılov Yusif ilə ailə quraraq xx.xx.1995-ci ildə mübahisləndirilən mənzilə gəlin gəlmişdir. İsmayılov Yusiflə birgə nikahdan həmin mənzildə hazırda X9 1996-cı ildə, Cavabdeh3 1997-ci ildə anadan olmuşlar. Onlar uzun müddətdir ki, cavabdeh İddiaçı məxsus olmuş Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 31 saylı mənzildə qeydiyyatda olmaqla orada yaşamışlar. Bu fakt məhkəmə araşdırması zamanı İddiaçı tərəfindən də inkar edilməmişdir. Həmçinin Cavabdeh2, X9 və Cavabdeh3 yaşadıqları mənzil söküldüyündən, onların hazırda yaşamaq üçün başqa yeri yoxdur. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, mübahisələndirilən müqavilə Cavabdeh2 münasibətdə qismən etibarsız hesab edilsə də, onun həmin müqavilə üzrə aldığı 400 manat kirayə haqqı "Cavabdeh1" MMC-i tərəfindən “pilot layihə” icra edilənədək, yəni yeni binanın tikintisi başa çatanadək Cavabdeh2 ödənilməlidir. Həmin iş üzrə Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 31 saylı mənzilə dair istifadə hüququnun tanınması barədə iddiası üzrə Məhkəmə həmçinin bu qənaətə gəlmişdir ki, hazırda Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 31 saylı mənzil "Cavabdeh1" MMC-i tərəfindən yuxarıda qeyd olunan əsaslara görə sökülmüşdür. Bu isə onların həmin mənzilə hazırda istifadə hüququnun tanınmasını istisna edir, lakin "Cavabdeh1" MMC-i tərəfindən İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 31 saylı mənzilin əvəzində veriləcək yeni tikiliyə Cavabdeh2ın istifadə hüququnun olmasını gələcəkdə məhkəmə qaydasında mübahisələndirmək hüququndan məhrum etmir. Bu hüquqi mövqelərə əsaslanaraq məhkəmə qeyd etmişdir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2013-cü il tarixli Qərarı). Beləliklə də, həmin iş üzrə məhkəmə “xxxxxxxxxxxxxxxxxxxx" MMC-i ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə qismən etibarsız hesab edilməli, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 31 saylı, 1 otaqlı, 47 kv.m olan mənzilin ümumi sahəsinə 20 % əlavə edilməklə tam təmirli bir otaqlı, 56,4 kv.m mənzil İddiaçı verilməsi ilə bağlı müqavilə İddiaçı ilə bağlanmalı, müqavilənin bağlanması ilə bağlı öhdəlik isə “Cavabdeh1" MMC-nin üzərinə qoysa da, “Cavabdeh1" MMC-i ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə nəzərdə tutulmuş qaydada kirayə haqqı - 400 manat məbləğində pulun Cavabdeh2 ödənilməsinə davam etdirilməsi qənaətinə gəlmişdir. Hazırki işin araşdırılması zamanı müəyyən edilmişdir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında xx.xx.2018-ci il tarixli Müqavilə qismən dəyişdirilərək müqavilə İddiaçı ilə bağlansa da, “Cavabdeh1" MMC-i tərəfindən Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə nəzərdə tutulmuş qaydada kirayə haqqı - 400 manat məbləğində kirayə haqqı sonuncuya ödənməsi davam etmişdir və 2020-ci ilin mart ayında o uşaqları ilə Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi, 043A saylı binada E girişində, 12-ci mərtəbədə, 1 otaqlı, faktiki sahəsi 63 kv.m olan (müqavilədə nəzərdə tutulmuş sahə 56,4 kv.metrdir) 74 saylı mənzilə köçmüşdür və həmin vaxtdan da onlar mənzildə yaşayaraq bütün kommunal xərclər tərəflərindən ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair xx.xx.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarında göstərilmişdir ki, işə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş hallar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Həmçinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Göründüyü kimi, prosessual qanunvericilik yalnız qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş hər hansı faktların preyudisiallığını mümkün hesab edir. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halları təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Hazırki işə baxan məhkəmə hesab edir ki, 2018-ci ildə qəbul edilmiş məhkəmə aktı ilə faktiki olaraq Cavabdeh2ın istifadə hüququnun olması faktını inkar etməmiş, lakin Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 31 saylı mənzilin "Cavabdeh1" MMC-i tərəfindən söküldüyünə görə onun həmin mənzilə hazırda istifadə hüququnun tanınmasına hüquqi qiymət verilməsini istisna etmişdir. Mövcud olmayan evə hüququn tanınmasını istisna edən məhkəmə "Cavabdeh1" MMC-i tərəfindən İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 31 saylı mənzilin əvəzində veriləcək yeni tikiliyə Cavabdeh2ın istifadə hüququnun olmasını gələcəkdə məhkəmə qaydasında mübahisələndirmək hüququndan məhrum etməməsini də göstərmişdir. Hazırki işə baxan məhkəmə hesab edir ki, 2018-ci ildə qəbul edilmiş məhkəmə aktı bu hissədə preyudisiyal əhəmiyyət kəsb edir və qarşılıqlı iddiaçıların sökülmüş mənzilin əvəzinə verilmiş yeni mənzilə istifadə hüququnun tanınması tələbinə məhz onların həmin ünvanda 1995- 1997-ci illərdən yaşamaları nəzərə alınmaqla orada yaranmış istifadə hüquqlarının davamı olaraq həmin mənzilin əvəzinə verilmiş yeni binadakı mənzilə hüquqi aidiyyatına (istifadə hüquqlarının olub-olmamasına) qiymət verilməlidir. Belə ki, müəyyən edilmişdir ki, qarşılıqlı iddiaçı Cavabdeh2 mübahisəli mənzilə gəlin köçərkən həmin mənzil faktiki olaraq İddiaçı sahibliyində və istifadəsində olsa da, mülkiyyətində olmamışdır. İşin materiallarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 31 saylı mənzil İddiaçı adına fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasporta əsasən xx.xx.2002-ci il tarixdə, 546 № ilə qeydiyyat apaılmış, daha sonra isə həmin ev mülkiyyət hüququ üzrə onun adına bir otaq olmaqla, 19,9 kv.m pay, Hüseynov Hüseyn Söhrab oğluna bir otaq olmaqla, 17.1 kv payda 1229 nömrəli reyestr kitabının 184603 nömrəli vərəqində xx.xx.2002ci ildə qeydiyyata alınmışdır. İşin araşdırılmış hallarından da görünür ki, qarşılıqlı iddiaçıların uzun müddətdir ki, cavabdeh İddiaçı məxsus olmuş Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 31 saylı mənzildə qeydiyyatda olmaqla orada yaşamaları İddiaçı tərəfindən də inkar edilməmişdir.(bu hal qanuni qüvvəsini almış məhkəmə qətnaməsində də öz əksini tapmışdır) Həmçinin, müəyyən edilmişdir ki, İddiaçıoviç uzun müddət, yəni, mübahisəli ev sökülənəcən də orada yaşamamış, bu müddət ərzində qarşılıqlı iddiaçı mənzil sahəsi darısqal olduğundan həmin mənzilə bitişik əlavə otaq, mətbəx və sanitar qovşağı inşa edib, dəfələrlə mənzili təmir etmiş, dam örtüyünü dəyişmiş, mənzilin bütün kommunal xərclərini ödəmişdir. Həmin artırmaların iddiaçı tərəfindən həyata keçirilməsi ilə bağlı onun irəli sürdüyü dəlilləri məhkəmə əsassız sayır. Əgər belə olmasa idi, mənzil sökülməmişdən əvvəl "xxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən ölçü aparılarkən onun bu barədə məlumatı olar və müqavilə də faktiki olaraq sahib kimi onunla bağlanardı. İşin materiallarından görünür ki, mənzil sökülən zaman akt mənzili istifadə edən Cavabdeh2 tərəfindən imzalanmışdır. Həmin aktdan da görünür ki, mənzilin sökülən zaman faktiki həcmi 47 kv.m olmuşdur. İşin materiallarından daha sonra görünür ki, "xxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən mülkiyyətdə 19 kv.m sahə olmasına baxmayaraq faktiki sahə olan 47 kv.m mənzilin ümumi sahəsinə 20 % əlavə edilməklə tam təmirli bir otaqlı 56,4 kv.m mənzil verilməsi (faktiki 63 kv.metr verilmişdir) qərara alınmış və xx.xx.2018-ci il tarixdə təhvil-təslim Cavabdeh2 ilə aparılmışdır. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Əliyeva X3 X1 Yusif Abdulla oğlu ilə ailə quraraq xx.xx.1995-ci ildə həmin ünvandakı mənzilə gəlin gələrək, həmçinin də övladlarının 1996-1997-ci illərdən mənzil sökülənə kimi orada yaşamağını nəzərə alaraq məhkəmə qeyd edir ki, xx.xx.2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirirlər. Göstərilən normanın 3-ci hissəsinə əsasən isə icarədarın ailə üzvləri onun arvadı, (əri), uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümümi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İddiaçının mübahisəli mənzil adına 2002-ci ildə xüsusi mülkiyyət kimi qeydiyyata alınmasını nəzərə alaraq məhkəmə qeyd edir ki, xx.xx.2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsindən göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Beləliklə də, məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçıların 1995-1997-ci illərdən ünvan 5 ünvanına istifadə hüquqları yarandığından onların həmin ünvanda məhz göstərilən tarixlərdən yaşamaları nəzərə alınmaqla orada yaranmış istifadə hüquqlarının davamı olaraq həmin hüququn sökülmüş mənzilin əvəzinə verilmiş yeni binadakı mənzilə də hüquqi aidiyyatı vardır, başqa sözlə, qarşılıqlı iddiaçılar verilmiş yeni binadakı mənzilə istifadə hüquqları olduğundan məhkəmə hesab edir ki, onların bu hüquqları tanınmalıdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqdadır. Bununla yanaşı məhkəmə ilk iddiaçının mübahisəl mənzilə dair müqavilənin onun adına olmasını və onun da həmin mənzil dövlət reyestrindən adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmasa da gözlənilən mülkiyyət hüququnun olmasını nəzərə alaraq hesab edir ki, mənzilin qeydiyyatı dövlət reyestrində mülkiyyət kimi qeydiyyata alındıqdan sonra tərəflər arasında mübahisə iddiaçının tələblərinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələbləri baxımından öz ədalətli həllini tapa bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» xx.xx.2002-ci il taixli qərarı) X17 Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X18rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər “xxxxxxxxxxxxxxxxxxx” MMC-yə, Cavabdeh2, Cavabdeh3 və X6 qarşı mənzildən çıxarılma tələbinə dair ilk iddiası təmin olunmasın. Ödənilmiş dövlət rüsumu ilk iddiaçıya aid edilsin. Qarşılıqlı iddiaçılar Cavabdeh2, Cavabdeh3 və X4 cavabdeh İddiaçı qarşı sökülmüş mənzilin əvəzinə verilmiş yeni mənzilə istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia tələbi təmin olunsun. Cavabdeh2, Cavabdeh3 və X4 ünvan 6 saylı binanın E giriş, 12-ci mərtəbə sahəsi 63 kv.m olan bir otaqlı, 74 saylı mənzilə istifadə hüquqları tanınsın. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3239/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3239/2020
04.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver