Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3242/2021 07.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Bakı şəhəri N.Nərimanov adına 45 nömrəli tam orta məktəbin nümayəndəsi X4, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri N.Nərimanov adına 45 nömrəli tam orta məktəbinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa olunma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri N.Nərimanov adına 45 nömrəli tam orta məktəbinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa olunma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi barədə Bakı şəhəri, N.Nərimanov adma 45 nömrəli tam orta məktəbin 16 mart 2021-ci il tarixli 25 nömrəli əmrinin ləğv edilməsi və onun həmin vəzifəyə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı, 1993-cü il Bakı şəhəri, N.Nərimanov adma 45 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliməsi olmuşdur. Bakı şəhəri, N.Nərimanov adına 45 nömrəli tam orta məktəbin ( direktor X10 ) 16 mart 2021-ci il tarixli 25 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin *ç* bəndinə əsasən ləğv edilmişdir. Əmrdən çıxarış iddiaçıya 04 may 2021-ci il tarixdə məktəbin binasında təqdim edilmişdir. Cavabdeh tərəfindən iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad olunmağı qanunsuz və əsassız hesab edir. İddiaçının Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan əmək hüquqları kobud şəkildə pozulmuşdur. Əmrdə göstərilir ki, özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə məktəbin ibtidai sinif müəllimi X3 ilə bağlanmış əmək müqaviləsi 16.03.2021-ci il tarixdən Azərbaycan Respublikasının Omək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilsin. Bildirirəm ki, 04,09.2020-ci il tarixində iddiaçını, məktəbin həmkarlar təşkilatının iclasına dəvət ediblər və orada ona bildiriblər ki, ya idiaçı, 6 saat dərs yükü ilə razılaşmalı, ya da başqa məktəbə dəyişdirilməlidir. Bunun Təhsil Nazirliyindən tərəfindən göndərilən əmr olduğunu bildiriblər. İddiaçıya öz istəyi ilə məktəbdən getməyi barədə ərizəni imzalamasını tələb ediblər. İddiaçı nə 6 saat dərs yükünə, nə də məktəbdən getməyə razılıq verməmişdir. 10.09.2020-ci il tarixdən məktəbin direktoruna və həmkarlar təşkilatına dəfələrlə müraciət edərək 04.09.2020-ci il tarixli Həmkarlar təşkilatının iclasının protokolunu və işdən azad olunması barədə əmrin təsdiq olunmuş surətini istəmişdir. Həmin vaxt müxtəlif instansiyalara, Təhsil Nazirliyinə, Bakı şəhəri üzrə Təhsil İdarəsinə, həmin idarənin Həmkarlar Təşkilatına, məktəbin direktoruna 45 №li tom orta məktəbin direktorunun 15.10.2020-ci il tarixli 43 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, guya həmkarlar təşkilatının qərarına əsasən ( 04.09.2020- ci il tarixli 1 nömrəli protokol) iddiaçının ixtisar olmaması və 6 saat yığma dərs yükü ilə təmin olunması məqsədəmüvafıq hesab edilmişdir. Lakin, həmin protokolun təsdiq olunmuş surəti iddiaçıya təqdim edilməmişdir. Həmin müddət ərzində iddiaçı məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Nazilə Əliyeva tərəfindən şərəf və ləyaqətinin alçaldılması və ona hədə-qorxu gəlməsi barədə Təhsil Nazirliyinə və Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciətlər etmişdir. İddiaçının şikayət ərizələrinə Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən səthi cavablar verilmişdir. Həmin cavablarda ibtidai siniflərdə şagirdlərin sayının 20 nəfər müəyyən edilməsini göstərsələr də, nə üçün halhazırda ibtidai siniflərdə şagirdlərin sayının 30-40 nəfər olması barədə heç bir fakt araşdırılmamışdır. Həmin cavab məktublarında göstərilir ki, İddiaçının adı sinif yığılması məqsədilə elektron qeydiyyat sisteminə daxil edilmişdir. Hər sinifdə şagirdlərin sayı 20 nəfər müəyyən edildiyi halda elektron sistemdə 30-40 nəfər necə toplana bilər. Bakı şəhəri üzrə Təhsil İdarəsinin yalnız 31 mart 2021-ci il tarixli məktubu ilə anama bildirilmişdir ki, Nazilə Əliyevanın təhsil verənlərin adına yaraşmayan hərəkətlərə yol verməklə müəllimlərin etik davranış Qaydalarının tələblərini pozduğu müəyyən edilmişdir və ona Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən yazılı xəbərdarlıq edilmişdir. Bildirirəm ki, həmin maddəyə əsasən, xəbərdarlıq intizam tənbehi sayılmır. Beləliklə, iddiaçıya qarşı edilən bütün haqsızlıqlara baxmayaraq, Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsi məktəbin rəhbərliy ini və xüsusilədə Nazilə Əliyevanı hər vasitə ilə himayə etməkdə davam edirlər. İddiaçının normal dərs yükü ilə (18 saat) təmin edilməyi barədə müraciətləri isə cavabsız qalmışdır. Bu barədə iddiaçı dəfələrlə məktəbin rəhbərliyinə müraciət etmişdir. Həmin dərs yükü iddiaçıya verilmədiyindən və bunun əsil səbəbi ona izah edilmədiyindən hesab edirik ki, onun işdən çıxarılmağı barədə əmr qanunsuzdur. Bildirirəm ki, 2019-2020-ci tədris ilinə qədər iddiaçının dərs yükü 24 saat olmuşdur və onun dərs dediyi uşaqların valideynləri tərəfindən onun hansısa müəllimə yaraşmayan hərəkətə yol verməyi barədə hər hansı bir şikayət olmamışdır. Onun şikayətlərinin nəticəsiz qalmasını gördükdən sonra iddiaçı Nazilə Əliyevanın onu təhqir etməsi, şərəf və ləyaqətini alçaltması barədə səs yazısını mətbuat orqanına vermiş və onlarda həmin səs yazısını sosial şəbəkəkərdə səsləndirmişlərdir. Yalnız bundan sonra 30 aprel 2021-ci il tarixli 42 saylı məktubla 45 saylı tam orta məktəbin direktorunun imzası ilə ona ünvanlanan məktubda bildirilir ki, iddiaçı ilə olan əmək müqaviləsinə 16.03.2021 -ci il tarixdən xitam verilmişdir. Həmin məktubu və əmrdən çıxarışı iddiaçı 04 may 2021-ci il tarixdə məktəbdə müvafiq qəbzə imza edərək götürmüşdür. Bildirirəm ki, iddiaçının hərəkətlərində əmək vəzifələrinin kobud şəkildə pozulması halları yoxdur. Cavabdehin iddiaçını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ ç " bəndi ilə tutduğu vəzifədən azad etməsi əsassızdır. Cavabdeh Bakı şəhəri, N.Nərimanov adına 45 nömrəli tam orta məktəbi iddiaçının tutduğu vəzifədən azad olunması barədə olan 16 mart 2021-ci il tarixli 25 nömrəli əmrdən çıxarışı ona 2021-ci ilin may ayının 4-də təqdim etmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 ayrı-ayrılıqda iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbini müdafiə edib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh Bakı şəhəri N.Nərimanov adına 45 nömrəli tam orta məktəbin nümayəndəsi X10, onun nümayəndəsi və vəkili Vəkil2 ayrı-ayrılıqda izahat verərək iddia tələbinin əsassız olduğunu, bu səbəbdən də iddia tələbinin təmin edilməməsini xahiş etdilər. Eyni zamanda cavabdeh Bakı şəhəri N.Nərimanov adına 45 nömrəli tam orta məktəbin nümayəndəsi və vəkili Vəkil2 iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirdi ki, iddiaçı Ş.Abdullayevə və cavabdeh 45 №-li orta məktəb arasında 28.08.1993-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. 45 №-li tam orta məktəbdə sinif komplektinin olmaması səbəbindən İddiaçı son iki tədris ilində ibtidai siniflərdə yığma dərs saatları aparmışdır. 2019/2020-ci tədris ilində olduğu kimi, 2020/2021-ci tədris ili üçün şagirdlərin birinci sinfə qəbulunun elektron qeydiyyat vpasitəsi ilə həyata keçirilməsi zamanı İddiaçı adı sinif yığılması məqsədi ilə elektron qeydiyyat sisteminə daxil edilmişdir. Lakin buna baxmayaraq yenə də iddiaçının adına nəzərdə tutulmuş sinif komplektləşdirilməmişdir. Bu səbəbdən İddiaçı müvafiq sinif üzrə dərs saatlarının verilməsi mümkün olmamışdır. Ona görə də İddiaçı ibtidai sinif müəllimi kimi 2020/2021-ci dərs ili üzrə 45 №-li tam orta məktəbin direktorunun “dərs bölgüsü barədə” 14.09.2020-ci il tarixli 70 №-li əmrinə əsasən ibtidai siniflərdə yığma saatlar hesabına saat dərs yükü ilə təmin olunmuşdur. Bununla bağlı məktəbdə keçirilmiş müəllim kollektivinin iclasında İddiaçı da məlumat verilmişdir. Lakin 2020/2021-ci tədris ili başlandıqdan sonra İddiaçı “Virtual məktəb” platformasından dərsləri tədris etməmişdir. Məktəb rəhbərliyi tərəfindən İddiaçı həm yazılı formada göndərilmiş məktublar, həm də telefon vasitəsi ilə məktəbə dəvət edilmiş, lakin iddiaçı bütün bunlara etinasız yanaşmış, davamiyyətsizliyinə son qoymamışdır. 2020-ci ilin oktyabr ayının 1-dən etibarən ümumtəhsil müəssisələrində həftədə 3 dəfə əyani formada dərslərin tədrisi təşkil olunmuşdur. İddiaçı ayrılmış dərs yükünün 2 saatı “3d” sinifində texnologiya fənni olduğuna görə, bu dərsin əyani formada tədrisi nəzərdə tutulmuşdur. Lakin İddiaçı oktyabr ayının 01-dən cədvələ uyğun əyani formada tədrisi nəzərdə tutulan dərslərdə iştirak etməmişdir. Bu barədə iddiaçıya məktəb rəhbərliyi tərəfindən 15.10.2020ci il tarixdə yazılı xəbərdarlıq göndərilmişdir.Lakin buna baxmayaraq İddiaçı 2020/2021-ci tədris ilinin əvvəlindən (2020-ci ilin sentyabr ayından) işdən çıxarıldığı günədək (16.03.2021-ci il) nə əyani, nə də distant formada dərslərini tədris etməmişdir. İddiaçı özünün vəzifə funksiyalarını yerinə yetirməmiş, işə çıxmamışdır. Bunun əvəzinə İddiaçı çoxsaylı şikayət ərizələri ilə müxtəlif dövlət orqanlarına müraciət etmiş, həmin şikayətlər aidiyyəti üzrə baxılması üçün Bakı Şəhər Təhsil İdarəsinə göndərilmişdir. Həmin şikayətlər əsasında Bakı Şəhər Təhsil İdarəsində araşdırma aparılmışdır. Araşdırma zamanı İddiaçı şikayətlərində göstərilən xüsusatlar öz təsdiqini tapmamış, 45 №-li tam orta məktəbin rəhbərliyi tərəfindən iddiaçı ibtidai siniflərdə yığma saatlar hesabına saat dərs yükü ilə təmin olunmsında hər hansı qanun pozuntusuna yol verilmədiyi təsdiq olunmuşdur. Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, tədris ili başlayandan İddiaçı heç bir üzürlü səbəb olmadan dərslərə gəlməmişdir. İşə gəlməməsinə aydınlıq gətirilməsi məqsədi ilə Bakı Şəhər Təhsil İdarəsinin İnsan resursları sektorunun əməkdaşı tərəfindən 06.10.2020-ci il tarixdə telefon vasitəsi ilə (***)******* nömrə ilə İddiaçı ilə əlaqə saxlanılmışdır. Həmin danışıq zamanı İddiaçı işə çıxmayacağını və bir daha onu narahat etməməyi əməkdaşa bildirmişdir. İddiaçı şikayətləri əsasında aparlımış araşdırmanın nəticələri barədə İddiaçı yazılı formada 16.11.2020-ci il, 24.11.2020-ci il, 15.12.2020-ci il, 25.02.2021-ci il, 08.04.2021-ci il, 22.04.2021-ci il tarixli məktublarla cavab verilmişdir.Sözügedən məktublar İddiaçı həm iddia ərizəsində, həm şikayət ərizələrində və zərflərində, həm də MİS-nin arayışında göstərilən müvəqqəti qeydiyyat ünvanına göndərilmişdir. 01.02.2021-ci il tarixdən etibarən ibtidai siniflərdə əyani tədris bərpa olunduğuna görə, məktəbin digər müəllimləri kimi, İddiaçı da məktəbdə dərslərini əyani formada tədris etməli idi. Bu haqda ona İddiaçı 29.01.2021 -ci il tarixdə teleqram göndərilmiş, 30.01.2021 -ci il tarixdə isə telefon vasitəsi ilə məlumat verilmişdir.Bundan başqa, 2021 -ci ilin yanvar ayının 30-u, 31 -i, fevral ayının 01 -i və 02-i tarixlərində iddiaçı Ş.Abdullyevaya eyni məzmunlu SMS xəbərdarlıq göndərilmiş, digər günlərin dərs cədvəlləri haqqında məlumat əldə etmək üçün və hər hansı dəyişikliklər barədə sinif rəhbəriləri ilə ən qısa zamanda əlaqə saxlanılması tövsiyyə edilmişdir.Həmçinin göstərilən məzmunda 07 №-li 27.01.2021-ci il tarixli, 09 №-li 29.01.2021-ci il tarixli, 10 №-li 01.02.2021-ci il tarixli, 12 №-li 02.02.2021-ci il tarixli, 13 №-li 03.02.2021-ci il tarixli məktub və teleqramlar iddiaçının Bakı şəhərində müvəqqəti məskunlaşdığı – ünvan 1 ünvan üzrə göndərilmişdir. Lakin bütün göndərişləri Ş.Abdullyayeva qəbul etməkdən imtina etmişdir. Bu səbəbdən Nərimanov Rayon Polis İdarəsinə, İddiaçı yaşadığı ərazi üzrə 20 saylı Mənzil Kommunal İstismar Sahəsinə və 52 saylı Poçt Şöbəsinə müraciət olunaraq həmin məktubların İddiaçı çatdırılmasına köməklik edilməsi xahL, olunmuşdur. Adları qeyd olunan təşkilatlar iddiaçı Ş.Abdullayevə ilə telefon əlaqəsi yaratmış və poçt göndərişlərinin qəbul edilməsi ondan xahiş olunmuşdur. Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin 45 №-li tam orta məktəbə ünvanladığı 11.02.2021-ci il tarixli, ***-**** №-li cavab məktubunda qeyd olunur ki, “Sizin 01.02.2021- ci il tarixli Nərimanov RPİ-nin 17-ci PŞ-yə vermiş olduğunuz məktubla əlaqədar olaraq əməkdaşlarımız N.Nərimanov adına 45 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi X3 ilə telefon əlaqəsi yaratmış, göndərmiş olduğunuz məktub barədə məlumat verilmiş, araşdırma ilə əlaqədar izahat verməsi üçün əməkdaşlarının onun ünvanına gedə biləcəkləri və ya Şöbəyə gələ biləcəyi təklif olunmuşdur. Lakin Ş.Abdullayevə onun hüquqlarının pozulduğu üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət etdiyini, Ağdam rayonundan məcburi köçkün olduğu üçün qohumlarının evlərində müxtəlif ünvanlarda yaşadığını və faktiki yaşayış ünvanını təqdim etmədiyini, səhhəti ilə əlaqədar izahat verməyəcəyini bildirmişdir. 20 saylı Mənzil Kommunal İstismar Sahəsinin 45 №-li tam orta məktəbə ünvanladığı 01.03.2021-ci il tarixli 20/114 №-li cavab məktubunda göstərilir ki, “...məlum olmuşdur ki, vət.İddiaçı F.Yusifov küçəsi, 43 saylı 15-ci mənzilində Ağdam r- n məcburi köçkün kimi qeydiyyatdadır, lakin həmin ünvanda yaşamır. Buna baxmayaraq telefon vasitəsi ilə (tel055567-565-72)əlaqə yaradılmış və ona 45 saylı məktəb tərəfindər ünvanlanmış məktubun məzmunu nəzərinə çatdırılaraq, götürülməsi xahiş olunmuşdur. Ancaq Şərafət xanım hal-hazırda hüzürləri düşdüyünü və onun işindən aidiyyəti qurumların xəbəri olduğunu və araşdırmaların apardığı bildirmişdir. Xahiş etmişdir ki, məktub geri qaytarılsın. Ehtiyac olduğu təqdirdə məktəbdən məktiubu özü götürəcəyini bildirmişdir” 52 saylı Poçt Şöbəsinin İddiaçı ünvanlanmışpoçt göndərişlərinin ünvan sahibinə çatdırılması məqsədi ilə 52 saylı Poçt Şöbəsin İddiaçı ilə telefon əlaqəsi yaratmışdır. İddiaçı bildirmişdir ki, o məcburi köçkündür və bu səbəbdən onun adına gələn məktublar onun qeydiyyatda olduğu Ağdam rayonu Qiyaslı kəndinə göndərilməlidir.Məktəb rəhbərliyi tərəfindən İddiaçı bu istəyi də yerinə yetirilmiş, rəsmi məktubla Ağdam rayonu Qiyaslı kənd İcra Nümayəndəliyinə və Ağdam Rayon İcra Hakimiyyətinə müraciət olunmuşdur. Həmin məktuba Ağdam Rayon İcra Hakimiyyəti 28.04.2021-ci il il tarixdə cavab olaraq bildirilmişdir ki, “...Məcburi köçkün kimi Şərafət Abdullayevə müvəqqəti olaraq Bakı şəhəri, F.Yusifov43, mənzil 15-də məskunlaşmışdır. Onun daimi qeydiyyatda olduğu Qiyaslı kəndi işğaldan azad olunsa da hal-hazırda həmin kənddə yaşayış tam bərpa olunmamışdır. Bu səbəbdən də Sizin nəzərinizə çatdırırıq ki, İddiaçı ünvanına göndərilən rəsmi müraciətlər və məktublar onun şal-hazırda müvəqqəti qeydiyyatda olduğu Bakı şəhəri, F.Yusifov 43, mənzil 15-ə göndərilməlidir. Məlumat üçün bildiririk ki, X2 ilə (***-***-**-**) telefon əlaqəsi saxlanılmış və məlum olmuşdur ki, hal-hazırda da həmin ünvanda yaşayır.ünvan 5021ci il tarixli 19 №-li məktubunda isə aşağıdakılar qeyd edilmişdir: “...Ağdam rayonu Qiyaslı kənd sakini X3 ilə (055)557-45-72 nömrəli telefon vasitəsilə əlaqə saxlanıldı və nümayəndəliyə onun barəsində N.Nərimanov adına 45 №-li tam orta məktəbin direktoru Nəcibə Axundova tərəfindən ünvanlanmış məktubu ilə tanış etdik. Əlaqə zamanı X3 bizə bildirdi ki, 04.09.2020-ci il tarixdə iştirak etdiyi məktəbin protokoldan çıxarışını istəyir. Həmin protokoldan çıxarışın nüsxəsini Təhsil Nazirliyinə, Bakı şəhər üzrə Təhsil İdarəsinə və Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri cənab Rövşən Rzayevə göndərməyinizi bildirdi. Tələbi 6 saat dərs yükünün az olmasıdır” Göründüyü kimi, əmək qanunvericiliyinin tələblərini pozması və bu pozutularaq son qoyulması ilə bağlı 45 №-li tam orta məktəbin rəhbərliyi tərəfindən İddiaçı göndərilmiş məktublar barədə sonuncu məlumatlı olmuş, lakin müxtəlif bəhanələr gətirərək, məktub və teleqramları qəbul etməmişdir. Bunlardan başqa, məktəb rəhbərliyi İddiaçı müvəqqəti qeydiyyatda olduğu ünvana getmiş və iddiaçının anası Qətibə Abdullayevə və bacısı Natavan ilə görüşmüş, yaranmış vəziyyətlə bağlı onlarla ətraflı söhbət aparılmışdır. İddiaçı ailə üzvlərindən xahiş olunmuşdur ki, əmək funksiyalarını yerinə yetirmədiyi halda, barəsində əmək qanunvericiliyinin tələblərinə uyğun tədbirlər görüləcəyi barədə iddiaçıya məlumat versinlər. Həmin vaxt iddiaçının anası X1 telefon əlaqəsi saxlamış, məktəb rəhbərliyinin onlara gəldiyini, hazırda onunla görüşmək üçün evdə gözlədikləini demişdir. Lakin Ş.Abdullayevə görüşməkdən imtina etmişdir. İddiaçı anası və bacısı onun başqa ünvanda yaşadığını bildirsələr də, bu ünvanı məktəb rəhbərliyinə verməmişlər. Halbuki, Ş.Abdullyevanın məktəbə ünvanladığı teleqram və ərizələrdə özünün yaşayış ünvanı kimi məhz Bakı şəhəri, F.Yusifov küçəsi, ev 43, mənzil 15-i qeyd etmişdir.İddiaçı bu hərəkətlərinin müzakirəsi üçün 03.03.2021-ci il tarixdə Məktəbin Həmkarlar Təşkilatının iclası keçirilmişdir. Həmin iclasda Təşkilatın üzvləri İddiaçı ilə görüşməyə bir daha cəhd etmək üçün vaxt istəmiş, Həmkarlar Təşkilatının qərarı ilə bu təklif qəbul edilmişdir. X6 üzvlərinin bu cəhdləri də baş tutmamış, İddiaçı görüşməkdən, işə çıxmamamasının səbəblərinə aydınlıq gətirməkdən imtina etmişdir. İddiaçı 2020/2021-ci dərs ili üzrə əmək funksiyalarını yerinə yetirmədiynə görə, ona ayrılmış dərs saatlarını məktəbin digər müəllimləri tədris etmək məcburiyyətində qalmışlar. Bunnula bağlı məktəb müəllimləri tərəfindən müvafiq aktlar tərtib edilmişdir.İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi ilə bağlı onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq alınması üçün 45 №-li Həmkarlar İttifaqı Komitəsinə müraciət olunmuşdur. Həmkarlar İttifaqı Komitəsinə 06.03.2021-ci il tarixli iclasında əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə Ş.Abdulyaevanın işdən çıxarılmasına razılıq verilməsi qərara alınmışdır. İddiaçı əmək xfunksiyalarını yerinə yetirməməsini, uzun müddət heç bir üzürlü səbəb olmadan işə çıxmamasını, habelə Həmkarlar İttifaqı Komitəsinin razılığınınəzərə alaraq 16.03.2021-ci il tarixli 25 №-li əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra, ona aid əmək kitabçasının təhvil alınması barədə İddiaçı dəfələrlə yazılı məlumat verilsə də, sonuncu bu müraciətlərə cavab verməmiş, əmək kitabçasını təhvil almaqdan yayınmışdır. Göründüyü kimi, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin tələblərinə əməl olunmuşdur. 45 №-li tam orta məktəb üzrə verilmiş 16.03.2021 -ci il tarixli 25 №-li əmr qanuni və əsaslıdır. Əmr verilərkən əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. Həmin əmrin ləğv edilməsi üçün hər hansı əsas yoxdur. Bununla bağlı İddiaçı dəlilləri əsassızdır. Bunlardan başqa, hesab edir ki, İddiaçı iddia ərizəsi, həm də iddia müddətinin ötürülməsi əsası ilə də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin üçüncü hissəsinə görə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.Cavabdeh İddiaçı tərəfindən “Facebook”, “İnstaqram” sosial şəbəkələrdə, habelə “Youtube” kanalında “Tv.press.az”, “Yenilik.az”, “XəbərBiz.az”, “Set.az.TV” saytlarında 08.04.2021, 12.04.2021 və 15.04.2021-ci il tarixlərdə 45 №-li tam orta məktəbin direktor müavini X11 aid səs yazısı yayılmışdır. Həmin videogörüntülərdən də açıq-aşkar görünür və eşidilir ki, özünü 45 №-li orta məktəbin müəllimi kimi təqdim edən İddiaçı işdən qanunsuz çıxarılması barədə izləyicilərə məlumat verir. Göründüyü kimi, artıq 08.04.2021ci il tarixdə İddiaçı, onun işdən çıxarılma barədə verilmiş 16.03.2021 -ci il tarixli 25 №~li əmrin mövcudluğu barədə məlumatlı olmuş və o, həmin vaxt bu əmri qanunsuz və əsassız hesab etmişdir. Beləliklə də müəyyən edilir ki, İddiaçı, işdən çıxarılmasını və bununla da hüquqlarının pozulduğunu artıq 08.04.2021-ci il tarixdən bilirdi. Belə olan halda, Əmək Məcəlləsində nəzərdə tutulmuş iddia müddətinin axımı iddiaçıya münasibətdə (ən geci) 08.04.2021-ci il tarixdə başlamış və 08.05.2021-ci il tarixdə bitmişdir. Lakin iddiaçı 04.06.2021-ci il tarixdə, yəni iddia müddəti başa çatdıqdan 1 ay 26 gün sonra hazırki iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı tərəfindən iddia müddətinin üzürlü səbəbdən ötürülməsi isə iddia ərizəsinin rədd edilməsi üçün əsasdır.Yuxarıda göstərilənlərə əsaslaraq hesab edir ki, İddiaçı 45 №-li tam orta məktəbə qarşı irəli sürdüyü tələblərin təmin edilməsi üçün əsaslar mövcud deyil. Ona görə də həmin iddia rədd edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirimiş X13 ifadəsində göstərmişdir ki, o, həmkarlar ittifaqının sədri vəzifəsində işləyir. Belə ki, direktoru Şərafət müəllimənin dərslərə girməməsi ilə bağlı ona müraciət etdi. O öz vəzifəsini icra edərək həmkarlar ittifaqının üzvlərinə iclasın keçirilməsi ilə bağlı məlumat verdi və bununla bağlı iclas təyin edildi. Şərafət müəllimə həmin iclasa gecikərək onları gözlətmişdir. Həmin iclasda direktor Şərafət müəllimənin 2 ildir sinif yığa bilməməsi səbəbindən işdən azad edilməsini təklif etdi. Onlar isə bu təklif ilə razılaşmayaraq Şərafət müəllimə üçün 6 saat dərs yükünün müəyyən edilməsi barədə qərar qəbul etdilər. O, Şərafət müəllimə ilə bağlı çoxlu sayda iclaslar keçirib. O, hər zaman məsələnin həll edilməsinə çalışıb. Hətta o, direktoru ilə birlikdə iddiaçının yaşadığı evi axtarmış. İddiaçı onlara nə istədiyi barədə məlumat vermirdi. O, Şərafət müəllimə ilə işə gəlməməsi ilə bağlı danışdıqda iddiaçı, özünün yox vəkilinin danışacağını bildirmişdir. Şərafət müəlliməyə zəruri hesab etmədikləri üçün işdən azad edilməsi barədə çıxarışı təqdim etməmişlər. Belə ki, Şərafət müəllimə iclasda iştirak etmişdir və bu barədə məlumatı var idi. Onlar çıxarışın təqdim edilməsinə hər hansı zərurət görməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, o, 45 nömrəli tam orta məktəbdə müəllimə vəzifəsində işləyir. Qeyd etmək istəyir ki, o, Şərafət müəlliməyə dəfələrlə dərslərə gəlməsini bildirib. Lakin o özünü kollektivdən gizlətmişdir. Onlar hətta Şərafət müəllimənin ev adresini müəyyənləşdirərək, onun mənzilinə getmişlər. Lakin onun anası onlara orada yaşamadığını bildirmişdir. Onlar dəfələrlə Şərafət müəllimə ilə əlaqə saxlamağa çalışıblar. Həmkarlar ittifaqı tərəfindən keçririlmiş iclaslarda o,da iştirak etmişdir. Şərafət müəllimə 6 saat dərs yükü ilə təmin edilmişdir. 45 nömrəli tam orta məktəbdə siniflərdə minimum 20 nəfər şagird olur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, 45 nömrəli tam orta məktəbdə müəllimə vəzifəsində işləyir. Son dövrlər Şərafət müəllimə dərslərə gəlmədiyi üçün bununla bağlı iclas təyin edilmişdi. Onların bunla bağlı bir neçə iclası olmuşdur. Şərafət müəllimə sinif yığa bilmədiyi üçün onun da iştirak etdiyi iclasda 6 saat dərs yükü müəyyən edilmişdir. O, özü də Şərafət müəllimə ilə dəfələrlə əlaqə yaratmağa çalışmışdır. Lakin bu mümkün olmamışdır. 45 nömrəli tam orta məktəbdə siniflərdə minimum 20 nəfər şagird olur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, 45 nömrəli tam orta məktəbin direktoru onu pandemiya dövründə işdən azad etmişdir. Həmin direktor məktəbə təyin edildikdən sonra əsassız olaraq işdən azad edilmələrə başlanılmışdır. O 08 fevral 2020-ci il tarixində işdən azad edilib. Şərafət müəllimə ilə bağlı keçirilən iclaslarda iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, 45 nömrəli tam orta məktəbin direktoru məni analıq məzuniyyətindən qayıtdıqdan sonra işdən azad etmişdir. Bu tamamilə əsassız idi. Onu 2020-ci ilin fevral ayında işdən azad ediblər. O, direktorun Şərafət müəllimənin sinifinə uşağını qeyd etdirməyə gələn valideynə onun sinif yığmadığını bildirməsinin şahidi olub. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadəsini dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə iş üzrə tərəflərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri, N.Nərimanov adına 45 nömrəli tam orta məktəbin (direktor X10 ) 16 mart 2021-ci il tarixli 25 nömrəli əmrindən görünür ki, özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə məktəbin ibtidai sinif müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi 16.03.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin 45 №li tam orta məktəbin 15.10.2020-ci il tarixli İddiaçı ünvanlanmış məktubunda qeyd olunur : “Hörmətli Şərafət xanım,Sizin son məktubunuza (daxil olma 30.04.2021-ci il) cavab olaraq yazıb bildiririk ki, 2020/2021-ci dərs ilinin əvvəlindən Siz məktəbə gəlməmiş və Sizə ayrılmış 6 saat dərs yükünü tədris etməmisiniz, dərslərinizi buraxmağınız haqqında məktəbə heç bir formada izahat və açıqlama verməmisiniz. Bununla da Əmək qanunvericiliyini kobud şəkildə pozmuşunuz. Məktəb rəhbərliyi tərəfindən Əmək qanunvericiliyin tələblərinə uyğun bütün tədbirlər həyata keçirilsə də heç bir əməlinəticə əldə olunmamışdır. Qeyd olunanlar nəzərə alınaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Sizinlə bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Bu haqda Sizə müvəqqəti yaşayış ünvanınıza (Faiq Yusifov 43 m 15) 17.03.2021-ci il tarixində məktub, 13.04.2021-ci il tarixində teleqram göndərildiyinə baxmayaraq qəbul edilməkdən imtina edilmişdir. Onu da qeyd etmək istəyir ki, N.Nərimanov adına 45 nömrəli tam orta məktəbin rəhbərliyinə faktiki yaşayış ünvanınızı verməkdən imtina etdiyinizə görə uzun müddətdir məktəb tərəfindən Sizin müvəqqəti yaşayış ünvanınıza (Faiq Yusifov 43 m 15) məktublar və teleqramlar göndərildiyinə baxmayaraq qəbul edilməkdən imtina edilmişdir.Xahiş edirik məktəbə yaxınlaşaraq müvafiq qeydlər aparılmış əmək kitabçanızı təhvil alasınız“ Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin 15.10.2020-ci il tarixli İddiaçı ünvanlanmış məktubunda qeyd olunur : “İbtidai sinif müəllimi vəzifəsində işlədiyiniz Bakı şəhəri 45 nömrəli tam orta məktəbdə tədris etdiyiniz dərs saatlarının az olması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikası Təhsil Nazirliyinə daxıl olmuş ərizə və teleqramınıza aidiyyəti uzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsində baxılmışdır Məlum olduğu kimi. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 'Umumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında 03 06.2010-cu il tarixli. 103 nömrəli qərarına əsasən ümumi təhsil müəssisələrində siniflər şagirdlərin sayı 20 nəfər olmaqla müəyyən edilir. Qaldırdığınız məsələ ilə əlaqədar Bakı şəhəri 45 nömrəli tam orta məktəbin rəhbərliyi ilə mövcud vəziyyət təhlil edilmişdir Müəyyən edilmişdir ki. 2020/2021ci tədris ili üçün şagirdlərin birinci sinifə qəbulunun elektron qeydiyyat vasitəsilə həyata keçirilməsi zamanı Sizin adınız sinif yığılması məqsədilə həmin elektron qeydiyyat sisteminə daxil edilmişdir, Sizin üçün nəzərdə tutulmuş sinif komplektləşmədiyi səbəbindən həmin sinif üzrə dərs saatlarının verilməsi mümkün olmamışdır Bu səbəbdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri, habelə Bakı şəhəri 45 nömrəli tam orta məktəbin dövlət büdcəsindən maliyyələşməsi nəzərə alınaraq Sizin tutduğunuz müəllim ştatının ixtisarı nəzərdə tutulmuşdur Şagirdlərin birinci sinfə qəbulunun elektron qeydiyyatı zamanı şagirdin təhsil alacağı sinfin və müəllimin seçilməsi valideyn tərəfindən həyata keçirilir Bu səbəbdən valideynlərin razılığı olmadan şagirdin bır sinifdən digərinə dəyişdirilməsi mumkun deyildir. Əlavə olaraq bildiririk ki Bakı şəhəri 45 nömrəli tam orta məktəbdə sinif komplektınin olmaması səbəbindən ştatınızın ixtisara düşəcəyi ehtimalı barədə məktəb rəhbərliyi tərəfindən Sizə əvvəlcədən məlumat verilmiş və iş yerinizin digər ümumtəhsil müəssisələrindən birinə dəyişdirilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin yerdəyişməsi müsabiqəsində iştirak etməsi tövsiyə edilmişdir. Qeyd olunanlarla əlaqədar məktəb rəhbərliyinə Sizin tutduğunuz ştatın ixtisara düşməməsi üçünyığma saatlara təmin olunması barədə müvafiq tədbirlərin görülməsi tapşırılmışdır Məktəb rəhbərliyi tərəfindən verilən rəsmi məlumatda ibtidai sinifdə yığma saatlarla təmin olunduğunuza baxmayaraq tədris ilı başlayandan dərsə gəlmədiyiniz bildirilmişdir.İşə gəlməməyinizə aydınlıq gətirmək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin insan resursları sektorunun əməkdaşı tərəfindən 06 10 2020-cı il tarixdə ***-***-**-** nomrəl ev telefonunuza zəng olunmuşdur.Danışıq zamanı işə gəlməyəcəyinizi və bir daha Sizi narahat etməməyi bildirmisiniz” Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin 14.11.2020-ci il tarixli İddiaçı ünvanlanmış məktubunda qeyd olunur: . Bakı şəhəri 45 nömrəli tam orta məktəbdə sinif komplektinın olmaması səbəbindən Sız artıq son iki tədris ilidir ki, ibtidai siniflərdə yığma dərs saatları aparırsınız Əvvəlki tədris illərində olduğu kimi, 2020/2021-ci tədris ili üçün şagirdlərin birinci sinifə qəbulunun elektron qeydiyyat vasitəsilə həyata keçirilməsi zamanı Sizin adınız sinif yığılması məqsədilə elektron qeydiyyat sisteminə daxil edilmişdir Lakin buna baxmayaraq yenə də Sizin adınıza nəzərdə tutulmuş sinif komplektləşmədiyi səbəbindən müvafiq sinif üzrə dərs saatlarının verilməsi mümkün olmamışdır. Bu səbəbdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri, habelə Bakı şəhəri 45 nömrəli tam orta məktəbin dövlət büdcəsindən maliyyələşməsi nəzərə alınaraq. Sizin tutduğunuz müəllim ştatının ixtisara düşəcəyi ehtimalı barədə məktəb rəhbərliyi tərəfindən əvvəlcədən Sizə xəbərdarlıq edilmiş, lakin ailə vəziyyətiniz nəzərə alınaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən cari tədris ilinin əvvəlində ştatınızın ixtisara düşməməsi üçun yenidən Sızın yığma dərs saatları ilə təmin olunmanız barədə məktəb rəhbərliyinə müvafiq tədbirlərin görülməsi tapşırılmışdır. Bu barədə məsələ sonradan məktəbin həmkarlar komitəsinin iclasında da müzakirə olunmuş və məktəbin həmkarlar komitəsinin qərarına əsasən Sizin ixtisar olunmamağınız və 6 saat dərs yukü ilə təmin olunmağınız məqsədəmüvafıq hesab edilmişdir. Məktəb rəhbərliyi tərəfindən carı tədris ilində ibtidai sinifdə yığma dərs saatları ilə təmin olunmanıza baxmayaraq heç bir əsaslı dəlil gətirmədən tədris ilı başlayandan Siz dərsə gəlmirsiniz. Dəfələrlə məktəbin rəhbərliyi tərə*indən işə çıxmağınız barədə Sizə məktub, teleqram ünvanlanmış, telefon vasitəsilə zəng vurulmuş, bunlara baxmayaraq heç bir üzrlü səbəb olmadan bu günədək işə gəlməmisiniz. Əmək qanunvericiliyinin tələblərinə əsasən üzrsüz səbəbdən işə gəlməməyinizlə bağlı qanunvericiliyə uyğun barənizdə müvafiq tədbirlərin görüləcəyi nəzərinizə çatdırılır.” Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin 22.04.2021-ci il tarixli İddiaçı ünvanlanmış məktubunda qeyd olunur: Bakı şəhəri 45 nömrəli tam orta məktəbin rəhbərliyi tərəfindən işdən çıxmağa məcbur edilməyinizə, əmək hüquqlarınızın müdafiəsinə kömək göstərilməsinə və məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Nazilə Əliyeva tərəfindən şərəf və ləyaqətinizin alçaldılması və hədə-qorxu gəlməsinə dair səs yazısına aydınlıq gətirilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatından Azərbaycan Respublikasının Təhsil Nazirliyinə daxil olmuş və baxılması üçün Bakı Şəhəri üzrə Təhsil idarəsinə ünvanlanmış ərizənizə aidiyyəti üzrə baxılmışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramlar (kurikulumlarının təsdiq edilməsi haqqında 03.06.2010-cu il tarixli, 103 nömrəli qərarına əsasən ümumi təhsil müəssisələrində siniflər şagirdlərin sayı 20 nəfər olmaqla müəyyən edilir.Bakı şəhəri 45 nömrəli tam orta məktəbdə sinif komplektinin olmaması səbəbindən siz artıq son iki tədris ilidir ki ibtidai siniflərdə yığma dərs saatları aparırdınız. Əvvəlki tədris illərində olduğu kimi, 2020/2021-ci tədris ili üçün şagirdlərin birinci sinfə qəbulunun elektron qeydiyyat vasitəsilə həyata keçirilməsi zamanı sizin adınız sinif yığılması məqsədilə elektron qeydiyyat sisteminə daxil edilmişdir. Lakin buna baxmayaraq yenə sizin adınıza nəzərdə tutulmuş sinif komplektləşmədiyi səbəbindən sizə həmin sinif üzrə dərs saatlarının verilməsi mümkün olmamışdır. Bu səbəbdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri, habelə Bakı şəhəri 45 nömrəli tam orta məktəbin dövlət büdcəsindən maliyyələşməsi nəzərə alınaraq, sizin tutduğunuz müəllim ştatının ixtisara düşəcəyi ehtimalı barədə məktəb rəhbərliyi tərəfindən əvvəlcədən məlumat verilmiş, bu barədə sonradan məktəbin həmkarlar komitəsinin iclasında da sizə xəbərdarlıq edilmiş, eyni zamanda iş yerinizin digər ümumtəhsil müəssisələrindən birinə dəyişdirilməsi məcsədilə Təhsil Nazirliyi tərəfindən hər tədris ilinin sonunda keçirilən müəllimlərin yerdəyişməsi müsabiqəsində iştirak etməyiniz tövsiyə olunmuşdur.Qeyd olunanlarla əlaqədar ailə vəziyyətiniz nəzərə alınaraq. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən cari tədris ilinin əvvəlində ştatınızın ixtisara düşməməsi üçün sizin yenidən yığma saatlarla təmin olunmanız barədə məktəb rəhbərliyinə müvafiq tədbirlərin görülməsi tapşırılmışdır. Bu barədə məsələ sonradan məktəbin həmkarlar komitəsinin iclasında da müzakirə olunmuş və məktəbin həmkarlar komitəsinin qərarına əsasən sizin ştatınızın ixtisar olunmaması və 6 saat dərs yükü ilə təmin olunmanız məqsədəmüvafiq hesab edilmişdir. Məktəb rəhbərliyi tərəfindən cari tədris ilində siz ibtidai sinifdə yığma dərs saatları ilə təmin olunmuşdunuz. İbtidai sinifdə yığma dərs saatları ilə təmin olunmanıza baxmayaraq, heç bir əsaslı dəlil gətirmədən tədris ili başlayandan siz dərsə gəlməmisiniz.İşə gəlməməyinizə aydınlıq gətirmək məqsədilə Bakı Şəhəri üzrə Təhsil idarəsinin insan resursları sektorunun əməkdaşı tərəfindən 06.10.2020-ci il tarixdə sizin ***-***-**-** nömrəli ev telefonunuza zəng olunmuşdur. Danışıq zamanı siz işə gəlməyəcəyinizi və bir daha narahat edilməməyinizi tələb etmisiniz. Sonradan dəfələrlə məktəbin rəhbərliyi tərəfindən işə çıxmağınız barədə sizin ünvanınıza məktub, teleqram ünvanlanmış, telefon vasitəsilə zəng vurulmuş, lakin bunlara baxmayaraq heç bir üzrlü səbəb olmadan işə gəlməmisinizƏmək qanunvericiliyinin tələblərinə əsasən, üzrsuz səbəbdən işə gəlməməyinizlə bağlı qanunvericiliyə uyğun barənizdə müvafiq tədbirlərin görüləcəyi nəzərinizə çatdırılmışdır. Lakin siz qeyd olunanlardan heç bir nəticə çıxarmamış və yekunda sizinlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin V bəndinə əsasən Bakı şəhəri 45 nömrəli tam orta məktəbin 16 03.2021 -ci il tarixli. 25 nömrəli əmri ilə xitam verilmilşdir. Əlavə olaraq bildiririk ki. ərizənizdə qeyd olunmuş məqamların aydınlaşdırılması məqsədilə Bakı şəhəri 45 nömrəli tam orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Nazilə Əliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinə dəvət olunaraq müvafiq qaydada izahatı alınmışdır. Nazilə Əliyeva izahatında həmin səs yazısında dediklərini etiraf edərək, sizin onu çox əsəbləşdirdiyiniz, haqsız böhtanlar atdığınız, illərdir alçaltdığınız və narahat etdiyiniz üçün o ifadələri işlətmə həddinə çatdığını qeyd etmişdir. Beləliklə, araşdırma nəticəsində Nazilə Əliyevanın təhsilverənlərin adına yaraşmayan hərəkətlərə yol verməklə “Müəllimlərin etik davranış Qaydalarının tələblərini pozduğu müəyyən edilmişdir. Nəticədə 45 nömrəli tam orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı X5 etik davranış Qaydalarının tələblərini pozduğu üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən yazılı xəbərdarlıq edilmiş və bu barədə ananız Qətibə Rüstəmbəyovaya 31.03.2021 -ci il tarixli. R-326/02/18 nömrəli məktubla məlumat verilmişdir.” Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin 45№-li tam orta məktəbinin İddiaçı 17 mart 2021-ci il tarixli ünvanlandığı 33 saylı məktubdan görünür ki, İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən onunla bağlanılmış əmək müqaviləsinin ləğv edilməsi bildirilmiş, məktəbə yaxınlaşaraq əmək kitabçasının təhvil alınması xahiş edilmişdir. 21.09.2020-ci il tarixli,16.10.2020-ci il tarixli,01.02.2021-ci il tarixli, 09.02.2021-ci il tarixli, 10.02.2021-ci il tarixli, 16.02.2021-ci il tarixli , 16.02.2021-ci il tarixli, 17.02.2021-ci il tarixli, 01.03.2021-ci il tarixli, 02.03.2021-ci il tarixli, 03.03.2021-ci il tarixli aktlardan görünür ki, İddiaçı 2020/2021-ci dərs ili üzrə əmək funksiyalarını yerinə yetirmədiynə görə, ona ayrılmış dərs saatlarını məktəbin digər müəllimləri tədris etmək məcburiyyətində qalmışlar. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin N.Nərimanov adına 45 №-li tam orta məktəbinin İddiaçı ünvanlanmış məktubların məzmunundan görünür ki, ən qısa vaxtda məktəbə gələrək dərsi hansı səbəblərdən buraxdığını əsaslandırmasın, üzrlü səbəbdən dərsləri buraxdığı halda məktəbə müvafiq sənədləri təqdim etməyi tələb olunmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin 45 №li tam orta məktəbin Həmkərlar təşkilatının 6 №-li protokolundan çıxarışdan görünür ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 45 №li tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə dair razılıq verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilən işin mübahisəsiz hallarına əsasən, iddiaçı İddiaçı, Bakı şəhəri, N.Nərimanov adma 45 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliməsi olmuşdur. Bakı şəhəri, N.Nərimanov adına 45 nömrəli tam orta məktəbin ( direktor X10 ) 16 mart 2021-ci il tarixli 25 nömrəli əmrindən görünür ki, özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə məktəbin ibtidai sinif müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi 16.03.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. İddiaçı həmin əmrin qanunsuz olduğunu bildirir. Əmrin qanunsuzluğunu iddia ərizəsində sadaladığı xüsusatlarla əsaslandırmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 68-ci maddəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. 69-cu maddəsinin 1-ci bəndinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69-cu maddəsinin 1-ci bəndinə əsasən, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-cü maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsi əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətləndirən halları dəqiq şəkildə müəyyən edir.a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Məhkəmə qeyd edir ki, ilkin olaraq hazırki mübahisə üzrə İddiaçı işdən çıxarılmasına əsas olan Bakı şəhəri, N.Nərimanov adına 45 nömrəli tam orta məktəbin 16 mart 2021-ci il tarixli 25 nömrəli əmrinin qanuniliyi yoxlanılmalıdır. Məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, iddiaçı ilə əmək müqaviləsinə (özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) xitam verilərkən, Əmək Qanunvericiliyinin tələblərinə riayət edilmişdir. Belə ki, məhkəmə araşdırması ilə sübuta yetir ki, İddiaçı Bakı şəhəri, N.Nərimanov adma 45 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliməsi olmuşdur. İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini, əmək funksiyalarını yerinə yetirmədiynə görə, yəni 2020/2021-ci dərs ili üzrə məktəbə gəlməyib, Bakı şəhəri, N.Nərimanov adına 45 nömrəli tam orta məktəbin direktoru X4 16 mart 2021-ci il tarixli 25 nömrəli əmri ilə əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Yuxarıda göstərildiyi kimi, iddiaçı ilə əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci, 83-cü və 84-cü maddələrinin tələbləri pozulmamışdır. Əmək Məcəlləsinin 80-ci maddəsində özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən aşağıdakı şərtlər nəzərdə tutulmuşdur. Belə ki, AR ƏM-nin 80.1-ci maddəsinə görə, Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80.2-ci maddəsinə görə, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən “özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi” əsas şərtdir. Məhz sadalanan halların mövcudluğu iş materiallarından aydın görünür, bu səbəbdən də işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsi ilə nəticələnmiş və tərəflər arasındakı əmək müqaviləsinə həmin Məcəllənin tələblərinə əməl olunması şərtilə xitam verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə yuxarıda qeyd olunan pozuntuların onun əməllərində mövcud olması arqumenti ilə xitam verilməsi əsaslı hesab edilməlidir, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması işin faktiki halları ilə sübut olunur. İşçinin əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi formal və ümumi mülahizələrdən ibarət olmamış, cavabdeh tərəfindən dəvət edilmiş şahidlərin ifadələri ilə də iddiaçının hərəkətlərindəki pozuntunun varlığı təsdiqlənmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, mübahisələnirilən əmr əmək qanunvericiliyinin tələblərinə əsasən lazımi qaydada əsaslandırılmış, işçinin “özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə” əsası ilə əmək müqaviləsinə xitam verilərkən həmin hərəkətlərin konkret nədən ibarət olması əsaslandırılmış, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi halının nədə ifadə olunması, yazılı əmək müqaviləsində əks olunmuş hansı öhdəliyin yerinə yetirilməməsi əks olunmışdır. Məhkəmə eyni zamanda iddiaçının istinad etdiyi “həmkarlar ittifaqının qərarının ona verilməməsini, dərs yükünün azaldılması səbəbindən işə çıxmadığını və s.” kimi iddia tələbinin dəlillərinə münasibətdə qeyd edir ki, 04 sentyabr 2020-ci il tarixli Həmkarlar Təşkilatının qərarının iddiaçıya təqdim edilməməsi hazırda mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Bununla belə, iddiaçıya ünvanlanmış çoxsaylı məktublarda həmin qərarla bağlı lazımi məlumatlar iddiaçıya bildirilmiş, bundan əlavə iddiaçı Həmkarlar Təşkilatının 04 sentyabr 2020-ci il tarixli iclasında şəxsən iştirak etmiş və iclasda qəbul edilmiş qərardan məlumatlı olmuşdur. Beləliklə məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri N.Nərimanov adına 45 nömrəli tam orta məktəbinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa olunma” tələbinə dair iddiasını əsassız olduğundan təmin edilməməlidir. Mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə dindirilmiş şahidlərin ifadələrinə hüquqi qiymət verərək bildirir ki, iş üzrə şahid ifadələri birbaşa sübut olmamaqla yanaşı cavabdehin iddia etdiyi hallar şahid ifadələri ilə müəyyən edilməmişdir. Bu baxımdan məhkəmə iddiaçı tərəfindən dəvət edilmiş şahidlərin ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, həmin ifadələrlə iş üzrə əhəmiyyət kəsb edəcək hallar sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri N.Nərimanov adına 45 nömrəli tam orta məktəbinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa olunma” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3242/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3242/2021
07.10.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver