Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3252/2021 05.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qızına qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qızına qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qızı Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşovc küçəsi, ev 25, mənzil 10 ünvanından yerləşən mənzilə olan yaşayış sahəsinə istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı keçmiş həyat yoldaşı X6 07 fevral 2007-cİ il tarixdə vəfat etdikdən sonra ünvan 2 ünvanında yerləşən mənzildə yaşayan və qeydiyyatda olan beş nəfərin razılığı ilə sözügedən mənzil Nərimanov Rayon İcra Hakimiyyətinin Sərəncamı ilə onun (icarədar kimi) adına rəsmiləşdirilmişdir. Cavabdeh qızı onun nəvəsidir və sözügedən mənzildə bir gün də olsa yaşamayıb. Belə ki, Cavabdeh anası X5 onun oğlu X7 ilə ailə qurmuşdur. Onların nikahı rəsmi qaydada Suraxanı Rayon Məhkəməsinin 10 fevral 2005-ci il tarixli 2-1169/2005 sylı qətnaməsi ilə pozulmuşdur. Bundan sonra keçmiş gəlinim X4 Rayon Məhkəməsinə müraciət edərək ünvan 3 ünvanında yerləşən mənzilə istifadə hüququnun tanınması və mənzilə köçrülməyə dair qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 sentyabr 2006-eı il tarixli, 6k-1838 saylı yekun qərarı ilə X1 istifadə hüququnun tanınması və mənzilə köçrülmə tələbi rədd edilmişdir. X5 ilə X3 nikahı pozulduqdan sonra onların birgə nikahından xx xxxxxx 2000-ci il tarixdə doğulmuş Cavabdeh qızı anasının yanında saxlanmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X8 müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh qızı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 03.06.2021-ci tarixli arayışına əsasən, Cavabdeh qızı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Nərimanov RPİ tərəfindən verilmiş 06.06.2012-ci il tarixli, AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 5 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 36 saylı MKİS tərəfindən verilmiş 6/2790 saylı arayışın surətindən görünür ki, Cavabdeh qızı 01.04.2005-ci ildə ünvan 6 ünvanında yerləşən, 10 saylı mənzilin qeydiyyatından çıxıb. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayonu İcra Hakimiyyətinin Başçısının 268 saylı, 13.07.2012-ci il tarixli sərəncamının surətindən görünür ki, Vət. İddiaçı Rayon İcra Hakimiyyətinə (RİH) ərizə ilə müraciət edərək, B.Dadaşov küçəsindəki, 25 №-li evin, yaşayış sahəsi 28,0 kv.m. olan 2 otaqlı, 10 №-li mənzilinin icarə müqaviləsini ərinin adından öz adına adına dəyişdirilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, mənzilin əvvəlki icarədarı X6 07 fevral 2017-ci il tarixdə vəfat etmişdir (ölüm haqqmda şəhadətnamənin surəti işə əlavə olunur). Hazırda həmin mənzildə vət. İddiaçı ailə tərkibi 5 nəfər olmaqla özü. 5 oğlu, qızı) yaşayır və mənzilin icarə müqaviləsinin onun adına keçirilməsinə yetkinlik yaşma çatmış ailə üzvlərinin rəsmi qaydada razılıqları vardır. Qeyd olunanlara istinad edərək və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq maddəsinə əsaslanaraq qərara alıram: 1) B.Dadaşov küçəsindəki, 25 №-li evin, yaşayış sahəsi 28,0 kv.m olan 2 otaqlı, 10 №-li mənzilinin icarə müqaviləsi, ailə tərkibi 5 nəfər olmaqla (özü, 3 oğlu, qızı) vət. İddiaçı adına dəyişdirilsin və o, həmin mənzilin icarədarı hesab edilsin. 2) Vət. İddiaçı ilə həmin mənzilə icarə müqaviləsinin bağlanılması və onun adına şəxsi maliyyə hesabının açılması 36 №-li MKİS-ə tapşırılsın. 3) Sərəncamın surətlərinin Hüquq şöbəsinə, 36 №-li MKİS-ə və vət. İddiaçı göndərilməsi Ümumi şöbəyə həvalə edilsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 01.09.2006-cı il tarixli, 6k-1838 saylı qərarının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 19 noyabr 2004-cü il tarixli qətnaməsi ilə iddiaçı X1 İddiaçı və qeyrilərinə qarşı Bakı şəhəri, B.Dadaşov küçəsi, 25 saylı evin 10 saylı mənzilinə istifadə hüquqlarının tanınması və mənzilə köçürmə barədə tələbi əsassız hesab olunmaqla rədd edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMKnın 03 fevral 2005-ci il tarixli qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 20 aprel 2005-ci il tarixli qərarı ilə Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə qaytanlmışdır. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nm 12 sentyabr 2005-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin olunmaqla Z.Rzayevanm azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri, 5 Dadaşov küçəsi, 25 saylı evin 10 saylı mənzilinə istifadə hüququ tanınaraq həmin mənzilə köçürülmələri qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nm 11 yanvar 2006-cı il tarixli qərarı ilə Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytanlmışdır. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nın 17 may 2006-cı il tarixli qətnaməsi ilə (sədrlik edən M.Hüseynova, hakimlər S.Babayev, B.Şükürov iş № 1MK-2002/2006) Nərimanov rayon məhkəməsinin 19 noyabr 2004-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 01.09.2006-cı il tarixli, 6k-1838 saylı qərarına əsasən Zərifə Rzayevnanın kassasiya şikayətinin təmin edilməməsi və Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nın 17 may 2006-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu səbəblə məhkəmə, iddianın hüquqi əsaslarının, yəni iddiada istinad olunan qanunvericilik normalarının dispozisiya şərtlərinin mövcudluğunun olub-olmadığına hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2001-ci ilin sentyabrın 01-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında, MM-in 228.2-ci maddəsi ilə bağlı olaraq, mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında olan münasibətlərə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Məhkəmə hesab edir ki, “cavabdehin istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbi ilə bağlı mübahisənin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin müddəaları çıxış edir. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Konstitusiya Məhkəməsi 27 may 2008-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, MMin 228.5-ci maddəsinində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası konstitusiyahüquqi mənasına görə həmin Məcəllənin 228.2-ci maddəsinin tələbləri baxımından tətbiq edilməklə mülkiyyətçinin razılığı yazılı şəkildə bağlanan notariat qaydasında təsdiqlənən razılaşmada ifadə edilməlidir. MM-in 228.5-ci maddəsində əks olunmuş «həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır» müddəası Konstitusiyaya uyğun hesab edilməli və yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsinin MM-in 228.2-ci maddəsinə uyğun olaraq tərəflərin yazılı bağladıqları razılaşma ilə təyin edilməlidir (razılaşmada həmin hüquqa xitam verilməsinin nikahla əlaqələndirilməsi istisna olunmur). MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh qızı Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi, ev 25 ünvanında yerləşən, 10 saylı mənzilin mülkiyyətçisinin keçmiş ailə üzvləri kateqoriyasına aid edilə bilər. Belə ki, MM-in 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin müddəanın mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqlarından asılıdır. Bu mənada, nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi mülkiyyətçi ilə birgə yaşamayan onun ailə üzvləri MM-in 228.5-ci maddəsinin dairəsinə düşmür. İş materiallarından və işin müəyyən edilmiş hallarından da göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi, ev 25 ünvanında yerləşən, 10 saylı mənzil 13.07.2012-ci il tarixdən İddiaçı adına rəsmiləşdirilmişdir.. İddiaçının oğlu Rzayev İlham Mahir oğlu ilə X5 arasında nikah bağlanmış, onların birgə nikahlarından xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh qızı anadan olmuşdur. Cavabdeh qızı 2000-ci il tarixdən həmin evə qeydiyyata alınmışdır. Cavabdeh iddiaçının nəvəsi olmaqla, anadan olduğu gündən mübahisələndirilən mənzilə qeydiyyata düşmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli Plenumunun qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi, Mülki Məcəllənin 228.5-ci maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra da onun (yaşayış sahəsinin mülkiyyətçisinin) keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ nəzərdə tutulmuşdur. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən, İddiaçı nəvəsi Cavabdeh qızı onun keçmiş ailə üzvü hesab edilir və sözügedən mübahisəli mənzildən istifadə hüququ əldə etmişdir. Beləliklə məhkəmə işin hallarına məcmu şəkildə qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır, Cavabdeh qızının ünvan 7 ünvanından yerləşən mənzilə olan yaşayış sahəsinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qeyd olunmalıdır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnpot İsveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh qızının Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi, ev 25 ünvanında yerləşən, 10 saylı mənzilə olan istifadə hüquqları itirilmiş hesab olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3252/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3252/2021
05.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver