Məhkəmə qərarları › İş №2(005)-3260/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3260/2020

11.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3260/2020 11.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum haqqında akt qeydinin bərpa edilməsi” barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs kimi qeyd etməklə məhkəməyə müraciət edərək, xx.xx.1984-cü il tarixdə Ermənistan respublikasında anadan olmağı faktı müəyyən edilməklə, doğum akt qeydinin bərpa edilməsi, doğum akt qeydində "soyad” "ad”, "ata” adı qrafasında Ərizəçi, "atası" qrafasında- X10, (milliyyəti azərbaycanlı) "anası” qrafasında- X7 (milliyyəti azərbaycanlı) olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx.xx.1984-cü il tarixdə Ermənistan respublikasında anadan olmuşdur. Atası- X11, (milliyyəti azərbaycanlı) X6 qızı, (milliyyəti azərbaycanlı) Belə ki, o doğum haqqında şəhadətnaməni müəyyən şəraitdə itirmişdir və doğum haqqında şəhadətnamənin yenidən verilməsi üçün Maraqlı şəxsnə müraciət etsə də, doğum haqqında şəhadətnamənin Ermənistan respublikasında verildiyindən və qeydiyyat şöbəsinin sistemində görsənmədiyi üçün, cavab olaraq bildirmişlər ki, bu barədə hüquqi faktın müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməlidir. Ərizəçi məhkəmə iclasında ərizədə qeyd olunan dəlilləri müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdilər. Maraqlı şəxsnə məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə müraciət edərək, işlərinin çox olması ilə əlaqədar məhkəmə iclaslarında iştirak etmək imkanlarının olmadığı üçün işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, şahid X10 məhkəmədə ifadə verərək bildirdi ki, ərizəçi onun ilk nikahdan olan qızıdır. Ümumilikdə 4 uşağı var, ilk nikahdan 2 uşağı var. İlk nikahı X3 ilə olmuşdur və nikah münasibətləri rəsmiləşdirilmişdir. İlk həyat yoldaşı M.Süleymanova 1993-cü il tarixdə vəfat etmişdir. Onaların ailəsi Ermənistan SSR-dən 1988-ci il tarixdə qaçqın kimi Azərbaycan Respublikasına gəlmişdi və həmin ərazidən deportasiya edilərkən ailələrinin bütün zəruri sənədlərini götürmüşdü. Qızı olan Ərizəçi Azərbaycan Respublikasına gəldikdən sonra doğum haqqında şəhadətnaməni itirmişdi, lakin hansı şəraitdə itirdiyini bilmir. Qızı 1984-cü ildə anadan olmuşdu və doğum haqqında şəhadətnaməsi olub. X2 məhkəmədə ifadə verərək bildirdi ki, Ərizəçi bacısı X1 olan övladıdır. Bacısı ailə qurduqdan sonra soyadını dəyişməmişdir. Ərizəçi doğum haqqında şəhadətnaməsini görməsə də, mövcudluğunu təsdiq edə bilir, çünki həmin dövrdə uşaqların doğumu rəsmi qeydiyyata alınırdı. İş materiallarına əlavə edilmiş ЗЖ № 378461 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1960-cı il tarixdə Ermənistan Quqark rayonu, doğulmuş, bu barədə doğum haqqında vətəndaş vəziyyəti aktları qeydiyyatı kitabında xx.xx.1961-ci il tarixində 115 nömrə ilə qeyd aparılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.1983-cü il tarixdə İV-СЛ № 335314 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1983-cü il tarixdə Ermənistan Quqark rayonunda doğulmuş, bu barədə doğum haqqında vətəndaş vəziyyəti aktları qeydiyyatı kitabında xx.xx.1983-cü il tarixində 73 nömrə ilə qeyd aparılmışdır. Ata adı X10, ana adı X7. İş materiallarında olan İV-ЖГ seriyalı 359339 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə xx.xx.1991-ci ildə serebral komadan ölmüş və bu barədə 572 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov RPİ tərəfindən verilmiş AZE seriyalı 08570668 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1960-cı il tarixdə Ermənistan, Quqark rayonunda doğulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020ci il tarixli 110 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarının 16-cı bəndinə uyğun olaraq məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, Ərizəçi xx.xx.1984cü il tarixdə Ermənistan SSR, Quqark rayonunda doğulmuşdur. X5, anası isə X4r. Lakin, bu faktı təsdiq edən sənədi (doğum haqqında şəhadətnaməni) digər qaydada əldə edə bilmir. Bu səbəbdən, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2, 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyəti təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Ailə Məcəlləsinin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Beləliklə, məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməli, Ərizəçi xx.xx.1984-cü il tarixdə Ermənistan, Quqark rayonunda doğumunun qeyd edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli, Doğum haqqında akt qeydi bərpa edilməli, "ata" qrafasında X10, "ana" qrafasında isə X7, “milliyyəti” qrafasında “azərbaycanlı” göstərilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1984-cü il tarixdə Ermənistan, Quqark rayonunda doğumunun qeyd edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Doğum haqqında akt qeydi bərpa edilsin, "ata" qrafasında X10, "ana" qrafasında isə X3, milliyəti qrafasında “azərbaycanlı” göstərilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar