Məhkəmə qərarları › İş №2(005)-3263/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3263/2021

26.07.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3263/2021 26.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4, Ərizəçi nümayəndəsi və vəkili-Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Suraxanı rayon qeydiyyat şöbəsinə qarşı şəxsin ölmüş elan edilməsi faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Suraxanı rayon qeydiyyat şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 14/15 məhəllə, küçə, 39, 13 saylı mənzildə qeydiyyatda olan, 03.11.1950-ci il təvəllüdlü X3 ölmüş elan edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmırdır ki, o, xx xxxxxxxx 1978-ci ildə anadan olmuşdur. X1 təxminən 20 ildir ki, Azərbaycanı tərk edib Rusiya Federasiyasına və yə Ukraniya Respublikasına getmişdir və bir daha qayıtmamışdır. Bu illər ərzində bir dəfə də olsun onlarla əlaqəsi olmamışdır. Dəfələrlə onu axtarıb tapmağa çalışsalar da harda olması və ya sağ olub olmaması barədə məlumat ala bilməmişdir. Axtarışları nəticəsiz qaldığından X8 xəbərsiz itkin düşməsini görüb Nizami rayon Polis idarəsinin 23-cü Polis Bölməsinə bu barədə məlumat vermişdir. Lakin polis şöbəsi tərəfindən 05 mart 2021-ci il tarixdə ona cavab məktubları göndərərək "03.11.1950-ci il təvəllüdlü, vətnədaş X5 barəsində hələlik müsbət nəticə əldə etmək mümkün olmamışdır” yazılmışdır. Həmin cavab məktublarından da göründüyü kimi X10 barəsində heç bir izə rast gəlinməmişdir. Cəbrayılov Fərhadın sağ olması barədə heç bir məlumat yoxdur. X2 2003-ci ildə vəfat etmişdir. X8 xüsusi mülkiyyətində olan əmlakın (Suraxanı rayonu, Hovsan qəsəbəsi, 14/15 məh., küç., 39. mən. 13) idarə olunması və əmlak üzərində sərəncam verilməsi üçün Cəbrayılov Fərhadın tapılması və ya ölmüş elan edilməsi lazımdır. Ərizəçi nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizə verərək ərizənin və ona əlavə olunan sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Beləliklə, məhkəmə, ərizəçinin nümayəndəsi və vəkili-Vəkil ərizənin qaytarılmasına dair müraciətini nəzərə alaraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 260.1, 263-264, 267, 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Suraxanı rayon qeydiyyat şöbəsinə qarşı şəxsin ölmüş elan edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar