Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3275/2020 21.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Sadıkova Ofelianın iştirakı ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 onun tam mülkiyyətindədir, bu barədə xx.xx.2008-ci il tarixli ******* saylı Çıxarış verilmişdir. xx.xx.2020-ci il tarixdə ASAN xidmət vasitəsi ilə mənzilində qeydiyatda olan şəxslər barədə arayış alarkən ona məlum olmuşdur ki, mənzilində onunla heç bir hüquqi bağlılığı olmayan şəxs Cavabdeh qeydiyyatdadır. Cavabdehin mübahisəli mənzildən istifadə hüququ həqiqətən də mövcud deyil, o, mübahisəli mənzildə yaşamır, mülkiyyətçinin ailə üzvü və istifadə hüququ olan şəxs deyil. Qeyd edilənlərə əsasən Cavabdeh ünvan 1-a istifadə hüquqlarının olmadığının müəyyən edilməsi və qəbul edilmiş qətnamənin cavabdehin mübahisəli ünvandan qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi Sadıkova Ofelia məhkəmə iclasında iddia tələbini qəbul etmədi və rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən notarial qaydada təsdiqlənmiş MH seriyalı ******* №–li çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsində istifadədə olan 0.12628 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 5-ci mərtəbəsində, 13.8 kv.m ümumi, 13.8 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 30 nömrəli sıxlaşdırılmış mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 725 nömrəli reyestr kitabının 67976 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatındadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən notarial qaydada təsdiqlənmiş MA seriyalı ******* №–li çıxarışdan müəyyən olunur ki, ünvan 1 xüsusi mülkiyyət kimi xx.xx.2008-ci il tarixdə İddiaçı adına 1 otaq y/s 13,8 kv.m, Cavabdeh xx.xx.2012-ci il tarixdə 1 otaq y/s 15,5 kv.m qeydiyyatdan keçmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 907766 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X8 ilə X5 arasında nikah Nərimanov rayon qeydiyyat şöbəsində xx.xx.2014-cü il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 69 nömrə ilə qeyd edilmişdir; nikah bağlandıqdan sonra ərə Qasımov, arvada Qasımova soyadı verilmişdir. İş materiallarında olan 151 saylı MKSİ-in 16.10.20-ci il tarixli, 211 saylı arayışından görünür ki, ünvan 1-da X5, X4 və X3 qeydiyyatdadırlar. İş materiallarında olan Gürcüstan SRR Marneuli rayonu Kullar kənd xalq deputatları soveti tərəfindən verilmiş Vİİİ-Tİ seriyalı, 343524 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X11 xx.xx.1988-ci il tarixdə Marneuli rayonunun Daştəpə kəndində doğulmuşdur. X2, anası X1r; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 647.2-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestirində qeydiyyat anından keçir. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Mülki Məcəllənin 146.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsindən göründüyü kimi, yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh mübahisəli mənzilin yaşayış sahəsi 15,5 kv.m olan 1 otağına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən notarial qaydada təsdiqlənmiş MA seriyalı ******* №–li çıxarışla xx.xx.2012-ci il tarixdə mülkiyyət hüququ qeydə alınmışdır. Məhkəmə hesab edir ki, cavabdehin ünvan 1-a mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından və adına çıxarış verildiyindən həmin mənzilin çıxarışda göstərilən hissəsinə mülkiyyət hüquqları tanınmışdır və o, mülkiyyətçidir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə iddia tələbininin təmin edilməsini mümküm hesab etmir və onun rədd edilməsi qənaətinə gəlir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-3275/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3275/2020
21.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver