Məhkəmə qərarları › İş №2(005)-3286/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3286/2020

16.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3286/2020 16.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X6 qarşı su təchizatı və kanalizasiya xidmətlərinə görə “yaranmış borcun ödənilməsi tələbinə dair” kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyət cavabdeh X6 qarşı su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair” kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X2 təchizatı və kanalizasiya xidmətlərinə görə s pulun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X7 ilə İddiaçı ASC arasında bağlanmış müqaviləyə (müqavilə № 11494705 abonent kodu: **********040) əsasən cavabdehə iddiaçı tərəfindən su buraxılması və kanalizasiya xidməti göstərilmişdir. Cavabdeh əhali qrupu abonentinə daxil olmaqla ötən illər ərzində su təchizatı və kanalizasiya xidmətlərinə görə ayda 10 manat məbləğ ödəməli olduğu halda bunu etməmiş və nəticədə xx xxxx 2019-cu il tarixinə abonentin 743.01 (yeddi yüz qırx üç manat 01 qəpik) manat borcu qalmışdır. Ötən illər ərzində İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay borc məbləğinə dair bildiriş, eyni zamanda sonuncu dəfə xx xxxx 2019-cu il tarixdə yazılı xəbərdarlıq göndərilmişdir. Lakin, abonent X4 və kanalizasiya xidmətlərindən mütəmadi olaraq istifadə etsə də, ötən illər ərzində göstərilən xidmətlərə görə az miqdarda ödəniş etmişdir. X1 adına verilmiş Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyəti, Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin247 saylı xx.xx.2020-ci il tarixli arayışından görünür ki, ünvan 1 mənzil 4 ünvanında 1 nəfər pasport qeydiyyatındadır. Ailə tərkibinin dəyişilməsi haqqında abonent arayış təqdim etmədiyindən bu ünvana görə bızını abonent bazamızda hesabat 4 nəfər üçün hesablanır. Azərbaycan Respublikası Tarif Şurasının İddiaçı ASC-nin sudan istifadə və tullantı suların axıdılması xidmətləri üzrə istehlakçı qrupların və təsnifatının təsdiq edilməsi barədə xx xxxxxx 2007-ci il tarixli 4 nömrəli Qərarının 4-cü bəndinə əsasən sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı 5 m³ (1 m³ x 0,5 manat x 5 m³=2,5 manat; 2,5 manat x 4 nəfər = 10 manat ) nəzərdə tutulmuşdur. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin bildirişi qəbul etsə də iddiaya münasibət bildirilməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X7 ünvan 2 mənzil 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyəti, Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 116 saylı MKİS-nin xx xxxx 2020-ci il tarixdə verdiyi 247 saylı Arayışdan görünür ki, Bakı şəhəri, ünvan 2 mənzil 4 ünvanında 1 nəfər pasport qeydiyyatındadır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixdə İddiaçı ASC tərəfindən X6 ünvanlanmış Xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehə 743,01 (yeddi yüz qırx üç manat 01 qəpik) manat məbləğində borcu olması və borcu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilir. İş materiallarında olan **********040 nömrəli abonent kartının surətindən görünür ki, İsmayıl Məmmədovun su təchizatı və kanalizasiya xidmətləri üzrə 756,44 manat məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, abonent kodu üzrə cavabdehin İddiaçı ASC-ə su təchizatı və kanalizasiya xidmətləri üzrə 743,01 (yeddi yüz qırx üç manat 01 qəpik) manat məbləğində borcu yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X2 təchizatı və kanalizasiya xidmətlərinə görə 743,01 (yeddi yüz qırx üç manat 01 qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 773,01 (yeddi yüz yetmiş üç manat 01 qəpik) manat borctutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar