Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3287/2020 16.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızı, İddiaçı ASC-nin cavabdeh Vəlicanova (Həşimova) Rəfiqə Misirxan qızına qarşı borcun tutulması tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdeh Vəlicanova (Həşimova) Rəfiqə Misirxan qızına qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh - X5 ilə “İddiaçı" ASC arasında bağlanmış müqaviləyə (müqavilə № **********030) əsasən cavabdehə iddiaçı tərəfindən su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidməti göstərilmişdir. Cavabdeh X5 əhali qrupu abonentinə aid olmaqla otən illər ərzində su təchizatı və kanalizasiya xidmətlərinə görə ayda 7.50 manat məbləğ ödəməli olduğu halda bunu etməmiş və nəticədə Cx xxxx 2020ci il tarixinə abonentin 277.00 (iki yüz yetmiş yeddi manat, altmış qəpik) manat borcu qalmışdır. Ötən illər ərzində "İddiaçı” ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay borc məbləğinə dair bildiriş, eyni zamanda sonuncu dəfə xx.xx.2020-ci il tarixində yazılı xəbərdarlıq göndərilmişdir. Lakin abonent R.Vəlicanova su və kanalizasiya xidmətlərindən mütəmadi olaraq istifadə etsə də ötən illər ərzində göstərilən xidmətlərə görə çox az ödəniş etmişdir. “Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə və X6 2.1.9.2 yarımbəndinə əsasən istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə gorə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində odəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutlmuş müvafiq tədbirləri görməlidir. X1 adına verilmiş Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyəti, Nərimanov rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 20/607 saylı xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri Ağa Nemətulla küç.,ev 47, m. 3 ünvanında 3 nəfər pasport qeydiyyatındadr. Azərbaycan Respublikası Tarif Şurasının İddiaçı ASC-nin sudan istifadə və tullantı suların axıdılması xidmətləri üzrə istehlaksı qrupların və təsnifatının təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 4 nömrəli Qərarın 4 bəndinə əsasən gorə sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5 m3 nəzərdə tutulmuşdur. 1 kub.m x 0.50 qəp. X 5 kub.m. =2.50 manat 2.50 man. X 3 nəfər = 7.50 manat, ayda cəmi: 7.50 manat.Qeyd edilənləri nəzərə alaraq, cavabdeh X2 təchizatı və kanalizasiya xidmətlərinə görə 277,60 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumu üzrə xərclərin, cəmi 297.60 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddiatəmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Vəlicanova (Həşimova) Rəfiqə Misirxan qızının abonent kartından görünür ki, 2015- 2019-cu il tarixlər üzrə 277,60 manat məbləğində borcu yaranmışdır. xx.xx.2020-ci il tarixli İddiaçı ASC-nin xəbərdarlıq məktubundan görünür ki, Vəlicanova (Həşimova) Rəfiqə Misirxan qızına 7 iş günü ərzində borcunun ödənilməsi üçün xəbərdarlıq edilmişdir. Göründüyü kimi, tərəflər arasında müqavilədən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, cavabdehin İddiaçı ASC-nə sudan istifadəyə görə 277,60 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1.-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu, gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticəsi üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.2.-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətisizlik) üçün məsuliyyət daşıyır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə və X6 2.1.0.2 yarımbəndinə əsasən istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Vəlicanova (Həşimova) Rəfiqə Misirxan qızından İddiaçı ASCnin xeyrinə 277,60 manat məbləğində əsas borc və 20 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Vəlicanova (Həşimova) Rəfiqə Misirxan qızından İddiaçı ASC-nin xeyrinə 277,60 (iki yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-3287/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3287/2020
16.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver