Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3288/2022 22.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclasının katibi Qasımov Əli Müşviq oğlunun katibliyi, Ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi cəlb edilməklə "akt qeydinin düzgün olmamasının müəyyən edilməsi” tələbi üzrə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi "akt qeydinin düzgün olmamasının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik aparılmaqla, adının dəyişdirilərək “Pirəli”, soyadının “Pirəliyev” qeyd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, Şərur rayon Havuş kəndində 23 mart 1958-ci ildə anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla yaşayır. Ona doğum haqqında şəhadətnamə verilərkən soyadı və adı düzgün qeyd edilməyərək “Pıralıyev Pıralı” qeyd olunmuşdur. Halbuki, Azərbaycan dilinin orfoepiyasına uyğun olaraq adı və soyadı Ərizəçi kimi səslənməlidir. Həqiqətən də bu nəzərə alınaraq, onun şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportunda ad və sovadı düzgün qaydada “Ərizəçi” kimi qeyd olunmuşdur. Lakin doğum haqqında şəhadətnamədə ad və soyadındakı səhvlik ona müəyyən çətinliklər yaranır. Bununla əlaqədar olaraq Qeydiyyat şöbəsinə müraciət etmişdir. Qeydiyyat Şöbəsi bildirmişdir ki, doğum akt qeydində “Pıralıyev Pıralı” qeyd olunduğu üçün doğum şəhadətnaməsində düzəlişin aparılması mümkün deyildir və yaşadığı yer üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Odur ki, adının və soyadının dəyişdirilərək “Ərizəçi” kimi qeyd olunmasını xahiş edir. Daha sonra ərizəçi iddia ərizəsində dəqiqləşdirmə apararaq, doğum haqqında şəhadətnamədə adının “Prəli” , soyadının “Prəliyev” kimi qeyd edildiyini, adının və soyadının dəyişdirilərək “Ərizəçi” kimi qeyd olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi vəkili və nümayəndəsi Vəkil ərizənin dəlillərinə uyğun şəkildə çıxış etmiş və əlavə olaraq bildirmişdir ki, hazırda yaranmış bir sıra hüquqi məsələlərin həll üçün ərizəçinin doğum haqqında akt qeydinin düzgün yazılması zərurəti yaranmışdır. Göstərilənlərin nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxrı barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə ünvanlanmış məktubda işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin vəkili və nümayəndəsinin izahatını dinləyib, maraqlı şəxsin məsələyə münasibətini nəzərə alıb, ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan, təmin edilməldir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Şərur rayon nikah evinin Ərizəçi ünvanlanmış 30.03.022-ci il tarixli, 05/15-128/76 saylı məktubunun surətindən görünür ki, ərizəçiyə bildirilir ki, doğum haqqında akt qeydində soyadı Prəliyev, adı Prəli və təvəllüdü xx.xx.1958-ci il yazıldığından, düzəliş etmək mümkün deyil və ona məhkəməyə müraciət etməsi tövsiyə edilir. xx.xx.2017-ci il tarixdə ASAN 2 tərəfindən verilmiş AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən Ərizəçi xx.xx.1958-ci il tarixdə Azərbaycan Respublikası Şərur rayonunun Havuş kəndində anadan olmuş və hazırda ünvan 4 ünvanında qeydiyyatdadır; Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçi X2 xx.xx.1958-ci ildə Azərbaycan Respublikasının Naxçıvan vilayətinin Noraşen rayonunun Havuş kəndində doğulmuşdur. Bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında xx.xx.1958-ci il tarixdə 17 № ilə lazımi qeyd edilmişdir. Atası - X3, anası – X1, milliyəti azərbaycanlıdır. Şəhadətnamə 04 iyun 1964-cü il tarixdə verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş AZE seriyalı, C02117947 saylı Azərbaycan Respublikası vətəndaşının pasportunun surətinə əsasən xx.xx.1958-ci il təvəllüdlü vətəndaş Ərizəçi xx.xx.2018-ci il tarixdə verilmişdir; Şərur rayon Nikah evinin xx.xx.2022-ci il tarixli arayışının surətinə əsasən, X2 xx.xx.1958-ci il tarixdə Şərur rayonunun Havuş kəndində doğulmuşdur. Bu barədə xx.xx.1958-ci il tarixdə Şərur rayon Axura kənd İƏD üzrə nümayəndəliyində 17 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il tarixli, 003848 saylı “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” şəhadətnamənin surətindən görünür ki, şəhadətnamə Ərizəçi, Bakı şəhəri Nərimanov rayonu, F.X.Xoyski prospekti 114 ünvanında yerləşən 113,6 kv.m yaşayış sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın aldığını təsdiq etmək üçün verilmişdir Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 90KC909 qeydiyyat nişanlı, Mercedes Benz S400 minik avromobili Ərizəçi məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* saylı çıxarışının surətindən görünür ki, Quba şəhərində 0,35 ha əkin sahəsin xüsusi mülkiyyət hüququ ilə Ərizəçi məxsusdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1- ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1- ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311 -ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın: 13- cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; 14- cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir; 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən: “…Məhkəmə müəyyən edib ki, şəxsin adına və soyadına aid məsələlər şəxsi həyatın toxunulmazlığı hüququnun tətbiq dairəsinə düşür (Mentsen Latviyaya qarşı (qərardad); X5rşı). Məhkəmə qərara alıb ki, şəxsin adı fərdi identiklik və ailə ilə bağlılıq vasitəsi olmaqla onun şəxsi və ailə həyatına aid məsələdir (Burqharts İsveçrəyə qarşı, 24-cü bənd). Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə Şərur rayonunun Havuş kəndində anadan olmuşdur. Aktda adının və soyadının düzgün olmaması iş materiallarında olan sübutlarla müəyyən olmuşdur. Həmçinin Ədliyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli 22-N saylı Kollegiya qərarı ilə təsdiq olunmuş “Azərbaycan adları barədə məlumatın əldə edilməsi” elektron xidmətində əks edilən siyahıdan görünür ki, azərbaycan adlarının siyahısında “Pirəli” adı mövcuddur, (kişi adıdır, mürəkkəb, fars mənşəli pir + ərəb mənşəli, Əli (imam) sözlərindən düzəlib) (istinad mənbəyi: (Azərbaycan dilinin böyük izahlı onomastik lüğəti, İ kitab Antroponimlər, Bakı 2011). Göründüyü kimi ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada almaq üçün cəhdlər göstərmiş, lakin nəticə etibarı ilə ala bilməmişdir. Həmin sənədin alınması ərizəçiyə sənədləşdirilmə üçün yaranmış bir sıra hüquqi məsələlərin həlli üçün lazımdır. Bu səbəbdən Ərizəçi adının “Pirəli”, soyadının “Piəliyev” kimi düzəliş edilməsi məqsədəuyğundur. Ərizəçi məhkəməyə hazırki ərizə ilə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir, lakin həmin məbləği tələb etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1- ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1- ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, doğum haqqında şəhadətnamələrə və nikahın pozulması haqqında şəhadətnaməyə müvafiq düzəlişlər edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi doğum haqqında şəhadətnaməsində adının “Prəli”, soyadını “Prəliyev” kimi yazılan qeydin düzgün olmaması müəyyən olunmaqla uyğunsuzluq aradan qaldırılsın. Doğum haqqında akt qeydlərində düzəliş edilərək Ərizəçi doğum haqqında şəhadətnaməsində adı “Pirəli”, soyadı “Pirəliyev” kimi qeyd olunsun. Qətnamə doğum akt qeydlərinin düzəldilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-3288/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3288/2022
22.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver