Məhkəmə qərarları › İş №2(005)-3290/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3290/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3290/2021 13.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı X2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilə bəndlərinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “pul və maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə mənzilin müqavilədə göstərilən ümumi sahəsi ilə faktiki ümumi sahəsi arasındakı fərqdən yaranan 10533.80 AZN (on min beş yüz otuz üç manat 80 qəpik) məbləğin, həmçinin, bu məbləği öhdəliyimin bitməsindən bugünədək keçən 4 il ərzində 5% orta illik bank əmanətinə cəlb etməklə əldə edə biləcəyim 2106.76 AZN (iki min bir yüz altı manat 76 qəpik) məbləğin və ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun, ümumilikdə 12670.56 AZN (on iki min altı yüz yetmiş manat 56 qəpik) cavabdeh "xxxx" ASC-dən tutularaq ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı cavabdeh "xxxx" ASC-nin (VÖEN **********) sələfi olmuş "X4" MMC (VÖEX **********) ilə 08.06.2007-ci il tarixində 3619 saylı alqısatqı müqaviləsini bağlamış və bu müqaviləyə əsasən cavabdeh ona Bakı-Sumqavıt yolu 7-ci kmdə yerləşən "Abşeron Gənclər Şəhərciyi"nin 36-cı blokunda ümumi sahəsi 69.5 kv metr olan 2 otaqdan ibarət 31 saylı (təhvil veriləndə isə 38 saylı) mənzili satmışdır. Alqı-satqı müqaviləsində mənzilin 1 kv.metr üçün qiyməti 180 (yüz səksən) ay müddətinə hesablanmaqla, 1075 AZN (bir min yetmiş beş manat) göstərilmişdir və ümumi qiymət 74712.50 AZN (yetmiş dörd min yeddi yüz on iki manat 50 qəpik) təşkil etmişdir. Bu məbləğin 63660.81 AZN (altmış üç min altı yüz altmış manat 81 qəpik) hissəsini 08.06.2007-ci il tarixindən 14.03.2017-ci il tarixinədək olan müddətdə banka ödəyərək öhdəliyimi yerinə yetirmiş və borcumun qalmaması haqqında müvafiq maliyyə arayışı da almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra AR ƏMDK DƏDRX) təqdim etdiyi 17.02.2021-ci il tarixli texniki pasportda və 23.02.2021-ci il tarixli ********** nömrəli çıxarışda sözügedən mənzilin ümumi sahəsi 58 kv.metr olaraq göstərilmişdir. Yaşayış binalarında mənzillərin ümumi sahəsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsində təsbit olunmuşdur. Bu məcəllənin 59.3-cü maddəsində yazılmışdır: "Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Belə aydın olur ki, "X4" MMC-nin hesabladığı və yuxarıda qeyd olunmuş müvafiq sənədlərində göstərdiyi 69.50 kv.metr ümumi sahə ilə AR ƏMDK DƏDRX-nin hesabladığı və yuxarıda qeyd olunmuş müvafiq sənədlərində göstərdiyi 58 kv.metr ümumi sahə arasındakı 11.50 kv.metr sahə fərqi AR Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsində göstərildiyi kimi, ümumi sahəyə daxil edilməyən bayır və ara divarlarının sahəsidir. Buradan həm də belə nəticə çıxır ki, mən, yuxarıda qeyd olunmuş 63660.81 AZN (altmış üç min altı yüz altmış manat 81 qəpik) məbləği ödəməklə, elə müqavilədə göstərilmiş 69.50 kv.metr ümumi sahəni deyil, əslində 58 kv.metr ümumi sahəni əldə etmişəm. Yəni, başqa sözlə desək, 11.50 kv. metr yaxud məbləğlə 63660.81 AZN / 69.50 kv.metr 11.50 kv.metr = 10533.80 AZN (on min beş yüz otuz üç manat 80 qəpik), məbləğində aldadılmışdır. Bu barədə iradımı 27.04.2021-ci il tarixində cavabdehə yazmış olduğum məktubda qeyd etmiş və mübahisənin könüllü həllinin tərəfdarı olmuşam. Lakin, cavabdeh tərəf bugünədək heç bir cavab təqdim etməmişdir və dolayısı ilə mübahisənin könüllü həllinin tərəfdarı olmadığını göstərmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin təqdim etdiyi etiraz ərizəsində bildirmişdir ki, iddianı aşağıdakı səbəblərə görə tamamilə əsassız və qanunsuz hesab edirlər.İddiaçı Cavabdehdən 08.06.2007-ci il tarixli, 3619 saylı alqı-satqı müqavilə əsasında Abşeron rayonu, Bakı-Sumqayıt yolu 7-ci km-də yerləşən “Abşeron Gənclər Şəhərciyi”ndə blok 36, ümumi sahəsi 69,5 kv.m. olan 2 otaqdan ibarət 31 saylı (indiki 38 saylı) mənzili almışdır. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh tərəfindən mənzil iddiaçıya təhvil verilərkən iddiaçı təhvil-təslim aktında binanın və mənzilin inşa olunmasına dair heç bir pretenziyasının olmadığını təsdiq etmişdir. İddiaçı mənzili təmir etmiş, ötən bu müddət ərzində orada yaşamış və mənzilin sahəsi ilə bağlı Cavabdehə qarşı heç vaxt hər hansı pretenziyası olmamışdır. Qeyd olunan bina layihə əsasında inşa edilmiş, Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən 2013-cü ildə təsdiq olıunmuşdur. Mənzillərin sahəsi mövcud ölçmə qaydaları əsasında hesablanaraq 31 saylı (indiki 38 saylı) mənzilin sahəsi 69,5 kv.m. müəyyən edilmişdir. Bina layihəyə uyğun tikilmiş, müvafiq dövlət qrumları tərəfindən qəbul edilmiş və istismarına icazə verilmişdir. Cavabdeh mənzili satarkən bir qayda olaraq mənzillərin sahəsini alqı-satqı müqavilələrində layihədə qeyd olunan sahələrə uyğun göstərir. Hazırda qeyd olunan binadakı mənzillərə reyestrdən çıxarışlar verilir və Daşınmaz əmlakın Dövlət Reyestr Xidməti mənzillərin sahəsini ölçərkən Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları əsasında müəyyən edir. Həmin qaydalara əsasən mənzillərin ümumi sahəsi hesablanarkən balkon və tcrrasların sahələri -0,3; şüşəbənd və lociyalar-0,5; eyvanlar(verandalar)-1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. İddiaçı iddia tələbində aldığı mənzillərin sahəsinin.Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin maddələrinə uyğun olmadığını əsas gətirir. Bununla bağlı qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2012-ci il tarixli 392-1VQ nömrəli fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının Qanunun 6-cı bəndinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək qüvvədə olan ərazi planlaşdırılması sənədləri həmin sənədlərdə müəyyən edilmiş müddətdə qüvvəsini saxlayır. Qeyd olunan Qanunun 7-ci bəndinə əsasən Məcəllə qüvvəyə minənədək hazırlanmış və ya hazırlanmaqda olan, lakin təsdiq edilməmiş ərazi planlaşdırılması sənədlərinə Məcəllənin müddəaları şamil olunmur. Həmin Qanunun 9-cu bəndinə əsasən Məcəllə qüvvəyə minənədək verilmiş tikinti icazələri Məcəllənin qüvvəyə mindiyi gündən 3 il müddətinə qüvvədədir. Mənzilin sahəsinin ölçülməsi müxtəlif dövrlərdə fərqli olduğuna və qanunvericiliyin dəyişməsi ilə ölçmə qaydaları dəyişdiyinə görə alqı satqı müqavilərində mənzillərin göstərilən ölçüləri hazırda verilən dövlət reyestrindən çıxarışlarda qeyd olunan mənzillərin sahələrinin ölçüləri ilə uyğun gəlmir. Həmçinin iddia müddətinin tətbiqinə dair əriə verərək, bildirmişdir ki, iddaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdehdən 08.06.2007-ci il tarixli, 3619 saylı alqı-satqı müqavilə əsasında Abşeron rayonu, Bakı-Sumqayıt yolu 7-ci km-də yerləşən “Abşeron Gənclər Şəhərciyi”ndə blok 36, ümumi sahəsi 69,5 kv.m. olan 2 otaqdan ibarət 31 saylı (indiki 38 saylı) mənzili almışdır. Nəzərinə çatdırırıq ki, Cavabdeh tərəfindən mənzil İddiaçıya təhvil verilərkən İddiaçı təhvil- təslim aktında binanın və mənzilin inşa olunmasına dair heç bir pretenziyasının olmadığını təsdiq etmişdir. İddiaçı mənzili təmir etmiş, ötən bu müddət ərzində orada yaşamış və mənzilin sahəsi ilə bağlı Cavabdehə qarşı heç vaxt hər hansı pretenziyası olmamışdır. Mənzilin alınmsından 14 il keçmiş, uzun müddətdən sonra iddiaçının əsassız iddialarla məhkəməyə müraciət etməsi tam qanunsuzdur. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında araşdırılmış: - "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 08.06.2007-ci il tarixli, 3619 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən satıcı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Abşeron rayonu, Bakı-Sumqayıt yolu 7-ci km-də inşa ediləcək 1 saylı binanın, 36 blok, 8-ci mərtəbəsində 2 otaqlı ümumi sahəsi 69,50 kv.m olan 31 saylı mənzili İddiaçı satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri (qiyməti) tərəflərin razılığı ilə 74712,5 manat məbləğində müəyyən olunur və alıcı mənzilin qiymətini hər ay hərkv.metri üçün 1075 manat məbləğində ödəniş etməklə 180 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüqüqların Dövlət qetdiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “ünvan 1 ünvanda yerləşən mənzil sahəsi 58 kv. metr olmaqla İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə müvafiq reyestr kitabının ********** nömrəsi nömrəsi ilə 23.02.2021-ci il tarixdə qeydiyyat aparılmışdır; İddiaçı 27 aprel 2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət edərək, müvafiq müqavilədən irəli gələn mübahisənin qarşılıqlı razılaşma yolu ilə həll edilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 sentyabr 2021-ci il tarixli 10/3599 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04" dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən, Bakı-Sumqayıt yolu 7-ci km-də yerləşən “Abşeron Gənclər Şəhərciyi”nin 36-cı blokunda yerləşən 31 saylı (təhvil veriləndə isə 38 saylı) mənzilin ümumi sahəsinin 57,9 m2 təşkil etdiyi müəyyən olunur. Bakı-Sumqayıt yolu 7-ci km-də yerləşən “Abşeron Gənclər Şəhərciyi”nin 36-cı blokunda yerləşən 31 saylı (təhvil veriləndə isə 38 saylı) mənzilin faktiki ümumi sahəsinin (balkona azalma əmsalı tətbiq olunmadıqda) 61,5m2 təşkil etdiyi müəyyən olunur. Rəyin təhqiqat hissəsində göstərilənləri nəzərə alaraq aparılmış hesablamalarla müəyyən olunmuşdur ki, Bakı-Sumqayıt yolu 7-ci km-də yerləşən “Abşeron Gənclər Şəhərciyi”nin 36-cı blokunda olan 2 otaqdan ibarət 31 saylı (təhvil veriləndə isə 38 saylı) mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə sahəsi hesablandıqda həmin mənzilin sahəsinin 64.9 m2 təşkil etdiyi müəyyən olunur. Mübahisəli mənzilin yerləşdiyi binanın işçi layihəsinin təqdim olunması barədə vəsatət təmin olunmadığından Bakı-Sumqayıt yolu 7-ci km-də yerləşən “Abşeron Gənclər Şəhərciyi"nin 36-cı blokunun mənzillərinin işçi layihəsinə uyğun olub-olmaması barədə tədqiqat aparılmamışdır. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, mülki işin mübahisəsiz hallarından görünür ki, İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 08.06.2007-ci il tarixli, 3619-№-li mənzilin alqı-satqı müqaviləsi ilə bağlanmışdır. Müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti Bakı-Sumqayıt yolu 7-ci km-də yerləşən “Abşeron Gənclər Şəhərciyi”nin 36-cı blokunda yerləşən 31 saylı ümumi sahəsi 69,5kv.metr göstərilən mənzili İddiaçı satmış, mənzil həmin tarixdən İddiaçı təhvil verilmişdir. Müqavilənin şərtlərinə görə onun tərəfindən müqavilədə göstərilən Abşeron rayonu, Bakı-Sumqayıt yolu 7-ci km-də yerləşən “Abşeron Gənclər Şəhərciyi”nin 36-cı blokunda yerləşən 31 saylı mənzilin hər kvadrat metri üçün 1075 manat olmaqla, 74712,50 AZN pul cavabdehə tam ödənilmişdir. İddiaçı 27 aprel 2021-ci il tarixli ərizə ilə"xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət edərək, müvafiq müqavilədən irəli gələn mübahisənin qarşılıqlı razılaşma yolu ilə həll edilməsini xahiş etmiş, lakin bir nəticə əldə edilməmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 sentyabr 2021-ci il tarixli 10/3599 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı-Sumqayıt yolu 7-ci km-də yerləşən “Abşeron Gənclər Şəhərciyi”nin 36-cı blokunda yerləşən 31 saylı mənzilin ümumi sahəsi 64,9 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 568.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur; 577.1-ci maddəsinə əsasən, alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər; 578.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1.-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafıə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59.1-ci bəndində əsasən Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 59.2-ci bəndində əsasən Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3-cü bəndində əsasən Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-ında göstərilir: - Balkon -fasadın divar səthindən çıxan və məhəccərlə hüdudlanmış meydança;

3. Yaşayış binasının və onun yerləşgələrinin sahələrinin, tikinti sahəsinin və tikinti həcminin hesablanması. 3.2 Yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. 1.3. Açıq yerləşgələrin (balkon, lociyö, terras, öytan) sahələri onların daxili konturu boyu (binanın divarı ilə məhəccər arasında) məbəceərio.yerləşdiyi sahə nəzərə alınmadan Qeyd edilənləri nəzərə alıb, məhkəmə hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı varasında bağlanmış 08.06.2007-ci il tarixli, 3619-№-li mənzilin alqı-satqı müqaviləsi cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulduğundan iddia qismən əsaslıdır. Belə ki, fərdi müəyyən əşyaların müqavilənin predmetində nəzərdə tutulmuş əşya olmasının 2 göstəricisi kəmiyyət və keyfiyyət göstəricisi olur. Müqavilə predmeti ev (mənzil) olduqda, onun kəmiyyət göstəricisi kimi ölçü vahidi olan “kvadrat metr” çıxış edir. Nəzərə alsaq ki, satılan obyektin hər kvadrat metrinin dəyəri kifayət dərəcədə pul edir, o zaman alıcıya xeyli ziyan dəymiş olur. Bu baxımdan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 437.1-ci maddəsinin şərtinin pozulması əsasından çıxış edilsə, iddiaçı hazırki iddianı verməkdə haqlıdır. Çünki alqı-satqı müqaviləsi bağlanarkən cavabdeh öz üzərinə alıcıya müqavilə üzrə şərtləşdirilmiş ölçüdə (miqdarda) olan əşyanı verməyi, alıcı isə həmin əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müvafiq müqavilədən də göründüyü kimi, cavabdeh iddiaçıya müqavilə üzrə şərtləşdirilmiş qaydada 69,5 kv.metr sahədən ibarət mənzili satmalı olduğu təqdirdə, qeyd edilən mənzilin sahəsi məhkəmə araşdırması zamanı təyin edilmiş məhkəmə tikinti ekspertizasının aparılmasının nəticəsi olaraq əldə edilmiş müvafiq rəylə müəyyən edilmişdir ki, 64,9 kv.metr sahədən ibarət olan mənzili satmışdır. Bu da alıcının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmasını göstərir. Alıcı mənzilin müqavilədəki dəyərinin onun sahəsinə uyğun olaraq (69,5 kv.metr sahə üçün) müəyyənləşdirildiyini düşünərək, sözügedən mənzilin 74712,50 manat məbləğində dəyərləndirilməsini özü üçün münasib dəyər hesab etmiş və həmin şərtlərlə müqaviləni imzalamağa razılıq vermişdir. Hazırda iddiaçı şəxs məhkəmədən ona dəymiş zərərin ödənilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçıya dəyən zərər mənzilin müqavilədə göstərilən sahəsi, yəni 69,5 kv.metr sahədən ekspert rəyi ilə müəyyən edilmiş real sahəsi 65,9 kv.metr sahə çıxılmaqla, əskik qalan 4,6 kv.m-1kv.m üçün nəzərdə tutulmuş dəyəri ilə hasili hesablanmaqla müəyyən edilməlidir. (1075 x 4,6=4945 manat) Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; Məhkəmə iddia tələbini 2106,76 manat məbləğində faiz borcunun tutulması hissəsində iddiaçı tərəfindən sübuta yetirilmədiyini nəzərə alaraq həmin hissədə iddianın təmin edilməməsi qənaətinə gəlir. Bundan başqa məhkəmə cavabdehin iddianın müddəti tətbiq etməklə, iddiadan imtina barədə qərar çıxarılması barədə ərizəsinə münasibət bildirərək aşağıdakəları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir; 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə iddia müddətinin tətbiqinə dair ərizə ilə razılaşmır. Belə ki, cavabdeh daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il olduğunu qeyd edərək iddia müddətinin ötürüldüyünü bildirmişdir. Lakin məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddiası maddi zərərin ödənilməsi ilə bağlı olduğundan iddia müddəti tətbiq edilə bilməz. Bundan başqa iddiaçıya müqavilə üzrə hüquqlarının pozulması mənzilə çıxarış əldə edərkən, yəni 23.02.2021-ci il tarixdə məlum olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilən 30 (otuz) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin olunsun. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 4.945 (dörd min doqquz yüz qırx beş) manat məbləğində maddi ziyan, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin olunmasın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar