Məhkəmə qərarları › İş №2(005)-3322/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3322/2024

03.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3322/2024 03.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, Ərizəçi nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X21 1 Saylı Bakı Ərazi İdarəsi, Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6, X10, X4, X20, X14, X15, X16 cəlb edilməklə) “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X21 1 Saylı Bakı Ərazi İdarəsi, Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı (üçüncü şəxs qismində X6, X10, X4, X20, X14, X15, X16 cəlb edilməklə) “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin mərhum X3 miras əmlakı kimi onun birinci növbədə olan vərəsəsi Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, həmin ev üzərində mülkiyyət hüquqlarının tanınmasına dair müvafiq reyestrdən çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, bildirir ki, X7 xx.xx.2016-cı ildə vəfat etmiş və bu barədə xx.xx.2016-cı il tarixli ölüm haqqında şəhadətnamə verilmişdir. Bildirir ki, X3 vəfatından sonra onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi əmlak miras əmlak kimi onun birinci növbədə olan vərəsəsi- qızı Ərizəçi Aslan qızı qəbul etmişdir. Ərizəçi mirası faktiki olaraq qəbul etsə də, mülki qanunvericiliyin tələbinə uyğun olaraq mirasın notariusa ərizə verərək qəbul edilməsi üçün müəyyən edilmiş 6 aylıq müddəti sağlamlığı ilə bağlı olaraq müəyyən edilən vaxtı ötürmüşdür. Lakin sonradan ərizəçi Bakı şəhəri 9 saylı Notariat ofisinə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müraciət etmişdir. Notariat ofisinin xx.xx.2024-cü il tarixli 976 saylı məktubu ilə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət hüququnun olduğu bildirilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi X11 ərizə ilə eyni məzmunlu ifadə verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxslərə və 3-cü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxslər nümayəndənin iştirakını məhkəmə iclasında təmin etməmiş, lakin Bakı şəhəri 9 saylı Notariat ofisinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş: AZ-İ seriyalı, 827310 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2016-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 1126 nömrə ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1965-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X1, anası X8r. Texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, N.Nərimanov r-nu, Ə.Əliyev küç, 45 ünvanında yerləşən fərdi əmlak X3 mülkiyyətinə verilmişdir. Bakı şəhəri 9 saylı Notariat ofisi tərəfindən ərizəçinin müraciətinə xx.xx.2024-cü il tarixli 976 saylı məktubundan görünür ki, vərəsəlik şəhadətnaməsinin verilməsindən müddət keçdiyi üçün imtina edilmiş və ərzəçinin məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə üçüncü şəxs X4 tərəfindən ünvanlanmış ərizədən görünür ki, ünvan 4əşən fərdi yaşayış evinin Ərizəçi tərəfindən qəbul edilməsinə etirazı yoxdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə üçüncü şəxs X10 tərəfindən ünvanlanmış ərizədən görünür ki, ünvan 4əşən fərdi yaşayış evinin Ərizəçi tərəfindən qəbul edilməsinə etirazı yoxdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə üçüncü şəxs X16 tərəfindən ünvanlanmış ərizədən görünür ki, ünvan 4əşən fərdi yaşayış evinin Ərizəçi tərəfindən qəbul edilməsinə etirazı yoxdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə üçüncü şəxs X9 tərəfindən ünvanlanmış ərizədən görünür ki, ünvan 4əşən fərdi yaşayış evinin Ərizəçi tərəfindən qəbul edilməsinə etirazı yoxdur. Məhkəmənin qənaətinə görə, iddia tələblərinə düzgün hüquqi qiymət verilməsi, ilk növbədə vərəsələr tərəfindən mirasın qəbul edilib-edilmədiyi məsələsinin aydınlaşdırılmasından asılıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ərizəçinin X1 xx.xx.2016-cı il tarixdə vəfat etmiş, ondan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmışdır. Miras qoyanın ərizəçidən başqa digər vərəsələri də vardır. Miras qoyanın digər vərəsələrinin miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsinə etirazı yoxdur. Hazırda ərizəçi miras əmlakı faktiki qəbul etməklə sahiblik etməsinə əsaslanaraq mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsə sayılırlar. Həmin Məcəllənin 1243.2 və 1246-cı maddələrinə uyğun olaraq, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. "Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Həmçinin həmin Qərarda göstərilmişdir ki, mülki prosessual qanunvericiliyin xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalarına nəzər yetirdikdə, hüquqi əhəmiyyəti olan faktların belə qaydada təsdiq edilməsi üçün bir neçə şərtin zəruri olduğu qənaətinə gəlmək olar. Bu şərtlərə aşağıdakılar aiddir: həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması;hüquqi əhəmiyyəti olan faktın başqa qaydada müəyyən edilməsinin qeyri-mümkün olması;hüquq haqqında mübahisənin olmaması və s. Həmin şərtlərdən hər hansı birinin olmaması işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-307.2, 307.2.9 və 308-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 10 və 10.1 -ci bəndlərində göstərilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat” ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 99-cu bəndinin 5-ci hissəsinə görə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin X1ndan miras qalmış əmlak ərizəçi tərəfindən faktik olaraq qəbul edilmişdir. Belə ki, ərizəçi miras əmlakın faktiki qəbulu ilə bağlı konkret hərəkətlər etmiş, kommunal xərcləri ödəmiş, atası ilə birlikdə onun evində yaşamış, atası öldükdən sonra da orada yaşamış və mirasın qəbulunu nümayış etdirən digər hərəkətlər etmişdir. Ərizəçi rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar ifadə etməklə, miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı notariat ofisinə müraciət edilsə də, mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddət ötürüldüyündən imtina olunmuşdur. Məhkəmə, ərizənin “mülkiyyət hüquqlarının tanınmasına dair müvafiq reyestrdən çıxarışın verilməsi” hissəsində tələbə baxılması məhkəmənin səlahiyyətində olmadığından, həmin hissədə ərizəni əsassız hesab edərək, təmin edilməməsi qənaətinə gəlir. Belə ki, mülkiyyət hüququnun tanınması və çıxarışın verilməsi məsələsi müvafiq dövlət orqanının səlahiyyətlərinə daxildir. Mülki Prosessual Məcəllənin 77.1, 106.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X2 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 233, 360-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. xx.xx.2016-cı il tarixdə vəfat etmiş X1ndan miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi miras əmlak olaraq Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar