Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3337/2024 12.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondu X4 Sosial Ödənişlərin X3 Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Sosial Ödənişlərin X3 Filialı maraqlı şəxs qismində cəlb etdiyi “iş stajı faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu maraqlı şəxs qismində cəlb olunmaqla “iş stajı faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi 1969cu il tarixindən 1976-cu il tarixinə kimi Ağdam Şəhər Düymə zavodunda fəhlə kimi işləməyi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, bildirir ki, o, Ərizəçi xx.xx.1952-ci il tarixində Ağdam şəhərində anadan olmuşdur. Ərizəçi 2015-ci ildə yaşa görə əmək pensiyasına çıxmışdır. Ərizəçi bildirmişdir ki, həmin vaxt 1969-cu ildən 1972-ci ilədək Ağdam Şəhər Düymə zavodunda fəhlə işlədiyi müddət pensiya hesablanarkən nəzərə alınmayıbdır. Bununla bağlı DSMF-yə müraciət etmişdir. DSMF-nin 05 iyul 2024-cü il tarixli məktubu ilə 1969-cu ildən 1972-ci ilədək olan müddət pensiya stajına daxil edilməsi üçün müvafiq sənədlərin DOST MMC-yə təqdim edilməsini töfsiyə edilmişdir. Eyni zamanda staj faktının təsdiq olunması üçün Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinə müraciət etməyi töfsiyə edilmişdir. Eyni zamanda bildirir ki, onun 1969-ci ildən 1972-ci ilədək Ağdam Şəhər Düymə zavodunda fəhlə işləməyi faktını o dövrdə onunla birlikdə işləyən şahidlər təsdiq edə bilər. Həmin ərizəyə əlavə edilmiş Dövlət X1 24 iyul 2024- cü il tarixli 24 nömrəli arxiv arayışından göründüyü kimi,1969-1972-ci illərdə Ağdam Şəhər Düymə zavodunun arxiv sənədləri işğal zonasında qalmışdır. Ona görə də ərizəçi hesab edir ki, 1969-1972-ci illərində Ağdam Şəhər Düymə zavodunda fəhlə işləməyi faktı məhkəmə qaydasında təsdiq edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizə ilə eyniməzmunlu izahat verərək, onun 1969- 1972ci illərdə Ağdam Şəhər Düymə zavodunda əmək fəaliyyətini həyata keçirdiyi barədə faktın müəyyən edilməsini xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi Nümayəndə ərizənin təmin edilməsinə etiraz edərək, bununla bağlı yazılı etiraz təqdim etdi və etirazın dəlillərini müdafiə edib bildirdi ki, ərizəçinin 1969-1972-ci illərdə Ağdam Şəhər Düymə zavodunda işləməsi faktının təsdiq edilməsi qanunvericiliyin tələblərinə əsasən yalnız onunla eyni illərdə işləmiş və əmək kitabçası olan iki və daha çox şahidin iştirakı ilə mümkündür. Məhkəmə tərəflərin izahatını və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2021-ci il tarixli, 24 nömrəli Azərbaycan Respublikası Dövlət X1 arayışından görünür ki, Ağdam rayon Düymə zavodunun 1969-1972- ci illərin arxiv sənədləri Ağdam rayonu erməni işğalçıları tərəfindən işğal olunması səbəbindən işğal altında qalaraq məhv olunmuşdur. Ona görə də, Ərizəçi işləməsi barədə hec bir məlumat vermək mümkün olmadı. - İddiaçıya məxsus AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1952-ci ildə anadan olmuşdur. - Nərimanov Rayon İcra Hakimiyyəti 55 saylı MKİS tərəfindən verilən arayışdan görünür ki, Ərizəçi Ə.Qayıbov 24 ünvanında qeydiyyatsız yaşayır. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X3 Filialının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı DOST Mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinin xx.xx.2015-ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən sizə həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. « Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir Həmin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Pensiya işinizdə olan sənədlərin surətlərinə və Qaradağ rayon Məhkəməsinin xx.xx.2015ci il tarixli Qətnaməsinə əsasən əmək fəaliyyəti dövrünüz, o cümlədən xx.xx.1972-ci il tarixindən xx.xx.1974-cü il tarixinədək hərbi xidmətdə olduğunuz müddətdə nəzərə alınmaqla 01.01,2006-cı il tarixinədək 32 il 2 ay 6 gün sığorta stajınız əsasında əmək pensiyanız yenidən hesablanaraq xx.xx.2021-ci il tarixindən (xx.xx.2024-cü il tarixli müraciətinizdən 3 il əvvələ) 272,17 manat müəyyən edilmişdir. Sözügedən Qanunun 29.1 -ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən əmək iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2022-ci il tarixindən 281,43 manata çatdırılmışdır. Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Sözügedən maddənin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 298,09 manata, eyni zamanda Qanunun 29.1 -ci maddəsinin tələblərinə uyğun olaraq indeksləşdirilərək 341,91 manata, xx.xx.2024-cü il tarixindən 380,20 manata çatdırılmışdır. Bildiririk ki, ötən dövr üzrə (xx.xx.2021-ci il tarixindən) hesablanmış fərq məbləği 2024-cü ilin iyun ayında pensiyanın üzərinə əlavə edilməklə ödənilmişdir. xx.xx.2024-cü il tarixli müraciəti zamanı iddiaçının ərizəsində qeyd etdiyi 1969-1972-ci illəri əhatə edən əmək fəaliyyəti dövrləri haqqında arayışı (işə daxilolma və işdən çıxma əmrləri, tarixləri (gün, ay, il) göstərilməklə) DOST Mərkəzlərinə təqdim etməklə təkrar müraciəti əsasında əmək pensiyası yenidən hesablanmasına qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 -ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, iş materiallarını araşdırıb hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin olunmamalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 23-cü maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 1992-ci ilin yanvarın 1dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların 3.4-cü bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahid ifadələrinə əsasən müəyyən edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi 1969-cu il tarixindən 1972-ci il tarixinə kimi Ağdam Şəhər Düymə zavodunda fəhlə kimi işləməsi faktını təsdiq edə biləcək hər hansı mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa ərizəçi tərəfindən qeyd edilən faktı təsdiq edən heç kəs şahid qismində məhkəmyə dəvət olunmamışdır. Bu səbəbdən məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən qeyd edilən 1969-cu ildən 1972-ci ilədək Ağdam Şəhər Düymə zavodunda fəhlə işləməsi faktı möhtəbər sübutlarla təsdiq edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 13.4-cü bəndinə əsasən “əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir”. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Sosial Ödənişlərin X3 Filialı maraqlı şəxs qismində cəlb olunmaqla “iş stajı faktının müəyyən edilməsi” haqqında ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Sosial Ödənişlərin X3 Filialı maraqlı şəxs qismində cəlb olunmaqla “iş stajı faktının müəyyən edilməsi” haqqında ərizə təmin edilməsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3337/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3337/2024
12.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver