Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3342/2020 15.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon Səfərbərlik və Hərbi xidmətə çağırış idarəsinə qarşı “veteran vəsiqəsinin ona qaytarılması öhdəliyinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon Səfərbərlik və Hərbi xidmətə çağırış idarəsinin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidməti Nərimanov Rayon Səfərbərlik və Hərbi xidmətə çağırış idarəsinə qarşı “veteran vəsiqəsinin ona qaytarılması öhdəliyinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon Səfərbərlik və Hərbi xidmətə çağırış idarəsinin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon Səfərbərlik və Hərbi xidmətə çağırış idarəsində olan veteran vəsiqəsinin ona qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, məhkəmə ekspertinin 238 saylı aktına əsasən onun 51113 №-li veteran vəsiqəsi xx.xx.2007-ci il tarixdənAzərbaycan Respublikasının Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon Səfərbərlik və Hərbi xidmətə çağırış idarəsindədir. Veteran vəsiqəsinin ona qaytarılması ilə əlaqədar Nərimanov Rayon Səfərbərlik və Hərbi xidmətə çağırış idarəsinə dəfələrlə müraciət etməsinə baxmayaraq vəsiqə ona geri qaytarılmamışdır. İş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki,Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia ərizəsinin məzmunundan və əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı “veteran vəsiqəsinin ona qaytarılması öhdəliyinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon Səfərbərlik və Hərbi xidmətə çağırış idarəsinin üzərinə qoyulması”nı xahiş edir. Beləliklə, məhkəmə müvafiq iddia tələbinə qeyd olunan prosessual qanunvericilik normalarının tətbiqi nəticəsində belə qənaətə gəlir ki, hazırki iddia tələbi inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulması və ya inzibati orqanın hərəkətsizliyindən müdafiə ilə əlaqədar olduğundan və qeyd olunan kateqoriyaya dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan göstərilən tələbə ümumi məhkəmədə baxılması mümkün deyildir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 04 nömrəli Qərarının 15.4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilən səbəbdən hesab edirəm ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinə qarşı “veteran vəsiqəsinin ona qaytarılması öhdəliyinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon Səfərbərlik və Hərbi xidmətə çağırış idarəsinin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon Səfərbərlik və Hərbi xidmətə çağırış idarəsinə qarşı “veteran vəsiqəsinin ona qaytarılması öhdəliyinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon Səfərbərlik və Hərbi xidmətə çağırış idarəsinin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3342/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3342/2020
15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver