Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3343/2020 05.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi İlkin iddia üzrə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “istifadə hüququ olmayan hesab edilməsi” tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “əmlak” tələbinə dair mülki iş üzrə iddia ərizələrinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun olmayan hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, M. Arif küçəsi 27, 183 «a» saylı fərdi yaşayış evinə istifadə hüququnun olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən mənə verilmiş xx.xx.2003-cü il tarixli seriya MH 022538 saylı Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri. Nərimanov rayonu, M.Arif küçəsi 27, 183 «a» saylı fərdi yaşayış evi mənim şəxsi mülkiyyətimdədir. X2 xx xxxxxx 2013-eıı il tarixdə iş üzrə Cavabdeh ilə rəsmi hüquqi nikaha girərək ailə qurmuş, onların birgə nikahından xx xxxxxx 2014-cü il tarixdə X9 və xx xxxx 2015-ci il tarixdə X10*acffnüa uşaqları doğulmuşdur. Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005>-436/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsinə əsasən X2 ilə Cavabdeh arasında yuxarıda qeyd etdiyim nikah pozulmuş və uşaqlar atası X3 yanında saxlanılmışdır. Cavabdeh həyat yoldaşını və bizi aldadaraq əxlaqsız həyat tərzi keçirmiş, qonşuluqda yaşayan şəxslə arasında münasibət olmuşdur. Cavabdeh mənə və ailəyə məxsus olan qızıl-zinət əşyalarını oğurlay.b qeyri-rəsmi münasibət yaşadığı şəxsə vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli l(005)-70/2020 nömrəli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh xx xxxxxxx 2019 -cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək tutulduğu müddət, cəmi 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulması və ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyimi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Cavabdeh barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Cavabdeh üzərinə gün ərzində yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək olan müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddətinin Cavabdeh cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, Cavabdeh təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Nərimanov rayon İcra vo Probasiya Şöbəsinə həvalə edilmiş, mülki iddia qismən təmin edilmiş və vurulmuş maddi zərərə görə 5.750 (beş min yeddi yüz əlli) manat- pulun təqsirləndirilən şəxs (mülki cavabdeh) - Cavabdeh tutularaq zərər çəkmiş şəxslər.(mülki iddiaçılar) - X1, Əliyeva Bənövşə Süleyman qızının, X3 və X4 xeyrinə ödənilməsi hökm edilmişdir. Cavabdeh evimdə cinayət törətdiyi vaxtdan, yəni xx.xx.2019-cu il tarixdən ünvan 2, 183 «a» saylı fərdi yaşayış evimdə yaşamır. Cavabdeh fərdi yaşayış evimdən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, habelə bu hüququn əmələ gəlməsi, həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair mənimlə onun arasında notariat qaydasında təsdiq olunmuş yazılı razılaşma da mövcud deyil. Cavabdeh sadəcə olaraq mənim fərdi yaşayış evimdə formal qeydiyyatda qalmışdır. Bu isə mənim qeyd etdiyim ünvandakı mənzilimdən mülkiyyət hüquqlarımı tam həyata keçirməyimə maneə olur. Cavabdeh İddiaçıqarşı “əmlak” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cehiz əşyalarının cavabdeh İddiaçı alınıb ona verilməsi və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, bildirir ki, İddiaçı ona qarşı fərdi yaşayış evindən istifadə hüququ olmayan şəxs hesab edilməsi barədə iddiası üzrə 2(005)- 3343/2020 saylı mülki iş məhkəmənin icraatındadır. O, X6 ilə xx xxxxxx 2013-cü il tarixdə nikaha girərək ailə qurmuşdur. Nikahlarından iki övladı xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X7 doğulmuşlar. Xarakterləri uyğun gəlmədiyindən nikahları məhkəmə qaydasında pozulmuşdur. Nikaha girdikdən sonra Cavabdeh İddiaçı yaşadığı ünvan 1 ünvanda yerləşən evə köçmüş, orada yaşamışdır. Buna qədər nişan və toyda iddiaçıya qızıl-zinət əşyaları və pal-paltarlar hədiyyə edildi, cehiz əşyaları cavabdehin evinə yerləşdirildi. Ailə həyatı qurduqdan bir müddət sonra cavabdeh daim İddiaçı qarşı laqeyd, biganə yanaşmış, kobud davranmış, döymüş, təhqir etmişdir. Bu hallar son dövrə kimi davam etmişdir. Sonda İddiaçı körpə övladı ilə birgə valideyinlərinin evinə sığınmağa məcbur olmuşdu. Bir neçə dəfə İddiaçı döyülmüş, təhqir olunmuşdu. Nikahının pozulmasına baxmayaraq cavabdeh onu sözügedən evə buraxmır, nikaha girərkən özü ilə bərabər apardığı cehiz əşyalarını istifadə edir, yararsız hala salır, onları İddiaçı vermir. Cavabdehdə aşağıdakı çeşiddə, sayda və dəyərdə cehiz əşyalarım qalıbdır: 1.Taxt döşəyi, 2.Tək döşək (2ədəd), 3.Yorğan (2ədəd), 4.Tük yastıq (2ədəd), 5.Slikon yastıq (6ədəd), 6.Slikon yorğan, 7.Slikon yorğan (2ədəd), 8.Taxt pakrıvalı (örtük, 9.Yun ədyal taxt üçün, 10.Ədyal yay üçün, 11.Yataq otağı pərdəsi (2ədəd), 12.Yataq dəsti, 13.Yataq dəsti (2ədəd), 14.Yataq dəsti (2 ədəd), 15.Yataq dəsti (2ədəd), 16.Yataq dəsti (2ədəd), 17.Dəsmal (5ədəd), 18.Dəsmal (5ədəd), 19.Dəsmal (6ədəd), 20.Dəsmal (5ədəd), 21.Dəsmal dəsti (7ədəd), 22.Çay dəsmalı (10cüt), 23.Çay dəsmalı (10cüt), 24.Xalça- 1 ədəd, 25.Xalça 1 ədəd, 26.Xalça 2ədəd, 27.Uşaq kravatı, 28.Çamadan, 29.Çilçıraq, 30.Çilçıraq, 31.Süfrə 1ədəd, 32.Süfrə 2 ədəd, 33.Süfrə 2 ədəd, 34.süfrə, 35. Ətçəkən maşın, 36.Şirəçəkən maşın, 37.Blender, 38.Blender-60 manat, 39.Ütü, 40. Ütü, 41.Paltarütülüyən, 42.Qazan dəsti (Vest firma), 43.Mantı qazanı (Vest firması), 44.Qaşıq dəsti çamadan, 45.Bıçaq dəst çamadan, 46.Bakal dəsti, 47.Bakal gümüşü - 6ədəd, 48.Bakal xurustal - 6ədəd, 49.meyvə qabı rəngli -2 ədəd, 50.Konfet qabı - 2ədəd, 51.Boşqab dəst - 2 dəst 6 ədədli, 52.Boşqab dəst 3-lü, 53.Boşqab tək orta- 24 ədəd, 54.Boşqab 6 ədəd dərin qara güllü, 55.Boşqab 6 ədəd dərin sarı xətli, 56.Boşqab tort üçün 6 ədəd, 57.Tort qabı 4 komplekt, 58.Balaca kasa 6 ədəd, 59.Salat qabı 6 ədəd, 60.Çərəz qabı 6ədəd, 61.Çərəz qabı böyük, 62.Çərəz qabı balaca 2ədəd, 63.Şirniyyat qabı 2 ədəd, 64.Konfet qabı şəkilli balaca, 65.Meyvə qabı tək xurustal, 66.Meyvə qabı tək bəzəkli, 67.Konfet qabı qırmızı, 68.Konfet qabı göy qabaqlı 2ədəd, 69.Mürəbbə qabı uzun 2 ədəd, 70.Konfet qabı, 2 ədəd, 71.Mürəbbə qabı dəst 6 ədəd, 72.Limon qabı 6 ədəd, 73.Xurustal stəkan - 6ədəd, 74.Xurustal stəkan sadə 6 ədəd, 75.Nəlbəki 12 ədəd böyük, 76.Nəlbəki 6 ədəd göy, 77.Nəlbəki armudu 6 ədəd, 78.Aş üçün bulud-2 ədəd, 79.Balıq qabı, 80.Şüşə qab soba üçün, 81.Çay dəsti-6 ədəd, 82.Çay dəsti -6 ədəd, 83.Çay dəsti,
84. çay dəsti dəmir ayaqlı, 85.Çaydan, 86.Dəm çayniki göy, 88.Dəm çayniki güllü, 89. Dəst kampot ücün, 90.Bakal qara güllü 6 ədəd, 91.Aş ücün qaşıq 2 ədəd, 92.Geramika cərəz qabı dəsti, 93.Geramika kuxna naboru, 94.Geramika duz qabı dəsti, 95.Qaşıq naboru kuxna ücün, 96.Padnos dəst, 97.Aş süzən böyük, 98.Plasmas qab böyük 3 ədəd, 99.Plasmas qab orta 2 ədəd, 100.Plasmas qab balaca 4 ədəd, 101.Plasmas vanna böyük,
102. Plasmas vanna balaca, 103.Uşaq ücün vanna, 104.Dəmir vanna iri, 105.Vedrə dənir 2ədəd, 106.Vedrə plasmas 2 ədəd, 107.Xörək qaşıqı 6 ədəd, 108.Cəngək 6 ədəd, 109. Çay qaşığı 6 ədəd, 110.Divar saatı, 111.Mikser, 112.Bıçaq meyvə ücün 6 ədəd, 113.Qalın stəkan 6 ədəd, 114.Duz qabı 6ədəd, 115.Çörək qabı 1 ədəd, çörək qabı dəst, 117.Qazan dəsti ağ güllü, 118.Tefal Caynik, 119.Göyərt doğrayan taxta, 120.Divan örtüyü dəst, 121.Qonaq otağı üçün pərdə, 122.Uşaq beşiyi ücün döşək, 123.Uşaq beşiyi ücün yorğan, 124.Uşaq pasteli dəsti 3 ədəd, 125.Xurustal güldan böyük, 126.Güldan xurustal 2 ədəd balaca, 127.Xurustal dolça dəsti, 128.Saç ücün hava feni, 129.Saç ütü feni, Yataq otağı mebeli: 1.Taxt 1 ədəd, 2.Tumbuçka-2 ədəd, 3.Şfaner – 1 ədəd, 4.Termo-1 ədəd, 5.Termo masası- 1 ədəd, Qonaq otağı mebeli: 1.Künc mebeli – 1 ədəd. 2.Kamot- 1 ədəd., 3.Televizor altı-1 ədəd. 4.Yemək stolu- 1 ədəd., 5.Stul-6 ədəd - cəmi qiyməti, 6.Divankreslo 4 yastığı ilə birgə, 7.Jurnalnıy stol, 8.Nofrost soyuducu, 9.LG 82 sm ölçüdə led televizor, 10.Uşaq şfaneri, 11.Yemək ücün həyət stolu stulları ilə birgə, 12.Kompüter stolu fırlanan. Hesab edir ki, bütün bu əşyalar valideynləri tərəfindən ona hədiyyə olunduğundan cavabdehdən alınıb ona qaytarılmalıdır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbini müdafiə edərək, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən qarşılıqlı iddianın təmin edilməsi, ilkin iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, onların izahat və etirazlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, ilkin iddia aşağıda göstərilənlər əsasən təmin olunmalı, qarşılıqlı iddia isə qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan FM seriyalı, 022538 nömrəli xx.xx.2003-cü il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M. Arif küçəsi 27, 183a saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 38/582 №-li 38 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı 2002-ci ildən, X6 2002-ci ildən, Cavabdeh 2014-cü ildən, X9 2014-cü ildən və X7 2015-ci ildən Bakı şəhəri, Nərimanov rayonu, M. Arif küçəsi 27, 183a saylı fərdi yaşayış evində qeydiyyatdadır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-436/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X6 ilə Cavabdeh arasında xx xxxxxx 2013-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsində 133 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulması qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu səbəblə məhkəmə, iddianın hüquqi əsaslarının, yəni iddiada istinad olunan qanunvericilik normalarının dispozisiya şərtlərinin mövcudluğunun olub-olmadığına hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi xx xxxx 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2001-ci ilin sentyabrın 01-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu xx xxxxxxxx 2007-ci il tarixli qərarında, MM-in 228.2-ci maddəsi ilə bağlı olaraq, mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında olan münasibətlərə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Məhkəmə hesab edir ki, “cavabdehin istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbi ilə bağlı mübahisənin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları çıxış edir. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Konstitusiya Məhkəməsi xx xxx 2008-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, MMin 228.5-ci maddəsinində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası konstitusiyahüquqi mənasına görə həmin Məcəllənin 228.2-ci maddəsinin tələbləri baxımından tətbiq edilməklə mülkiyyətçinin razılığı yazılı şəkildə bağlanan notariat qaydasında təsdiqlənən razılaşmada ifadə edilməlidir. MM-in 228.5-ci maddəsində əks olunmuş «həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır» müddəası Konstitusiyaya uyğun hesab edilməli və yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsinin MM-in 228.2-ci maddəsinə uyğun olaraq tərəflərin yazılı bağladıqları razılaşma ilə təyin edilməlidir (razılaşmada həmin hüquqa xitam verilməsinin nikahla əlaqələndirilməsi istisna olunmur). MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, M. Arif küçəsi 27, 183a saylı fərdi yaşayış evinin mülkiyyətçisinin (əvvəlki və hazırkı) keçmiş ailə üzvləri kateqoriyasına da aid edilə bilməz. Belə ki, MM-in 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin müddəanın mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqlarından asılıdır. Bu mənada, nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi mülkiyyətçi ilə birgə yaşamayan onun ailə üzvləri MM-in 228.5-ci maddəsinin dairəsinə düşmür. Məhkəmə araşdırması zamanı Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, M. Arif küçəsi 27, 183a saylı fərdi yaşayış evində istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən hər hansı bir sübut mövcud olmamışdır. Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Cavabdeh X5 pasport qeydiyyatına alınması öz-özlüyündə, cavabdehin həmin mənzildən istifadə hüququnu yaratmır. İş materiallarından və işin müəyyən edilmiş hallarından da göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, M. Arif küçəsi 27, 183a saylı fərdi yaşayış evi ilkin olaraq xx.xx.2003-cü il tarixdən İddiaçı mülkiyyətindədir. Cavabdeh 2014-cü il tarixdən həmin evə qeydiyyata alınmışdır. Cavabdeh iddiaçının gəlini olmaqla, iddiaçının oğlu ilə xx.xx.2013cü ildə nikaha daxil olmuş, nikah bağlandıqdan sonra mübahisələndirilən mənzilə qeydiyyata düşmüşdür. Onların nikahı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-436/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdehin mübahisəli mənzilə istifadə hüququ barədə mənzilin mülkiyyətçisi arasında notariat qaydasında yazılı razılaşma mövcud deyildir. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Lakin Cavabdeh istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Göründüyü kimi, iddiaçının gəlini Cavabdeh qanunvericiliyin tələblərinə əsasən iddiaçının ailə üzvü olmamışdır və sözügedən mübahisəli mənzildən istifadə hüququ əldə etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən, İddiaçı keçmiş gəlini Cavabdeh onun ailə üzvü və ya digər qohumu hesab edilmir və sözügedən mübahisəli mənzildən istifadə hüququ əldə etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qeyd olunmalıdır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnpot İsveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Beləliklə İddiaçı mülkiyyətçisi olduğu mənzilinə cavabdeh gəlini Cavabdehistifadə hüquqları yaranmamışdır. Belə olduğu təqdirdə isə Cavabdeh İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, M. Arif küçəsi 27, 183a saylı fərdi yaşayış evinə istifadə hüququnun olmaması müəyyən edilməlidir. Mülki məcəllənin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Belə ki, həmin maddəyə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafıq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Odur ki, şəxsin yaşayış sahəsində istifadə hüququnun olmadığının müəyyən edilməsi həmin maddənin göstərişinin mənasına uyğundur, şəxsin qeydiyyatdan çıxarılmasına əsas verir. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin tərəflərə və müvafıq dövlət orqanına izah edilməsidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, M. Arif küçəsi 27, 183a saylı fərdi yaşayış evinə istifadə hüququnun olmaması müəyyən edilməli, çıxarılmış qətnamə Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, M. Arif küçəsi 27, 183a saylı fərdi yaşayış evindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməlidir. Qarşılıqlı iddia ərizəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinin ümumi məzmununa görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə isə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə qeyd edir ki, baxılan iş üzrə iddia tələbinin cehiz əşyalarının təmin olunması üçün iddiaçının tələb etdiyi əşyaların mövcudluğu, nikaha daxil olanadək ona mənsubluğu və hədiyyə edildiyi, həmçinin tələb olunan cehiz əşyalarının cavabdehlərin qanunsuz sahibliyində olduğu sübuta yetirilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, hazırda iddia tələbində qeyd olunan cehiz əşyalarının mövcudluğu, onların iddiaçıya mənsubluğu və hədiyyə edilməsi məhkəmədə mübahisələndirilmir, əsas mübahisə cehiz əşyalarının cavabdehin yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, M. Arif küçəsi 27, 183a saylı fərdi yaşayış evində qalması ilə bağlıdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3343/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadına əsasən iddianı təmin etmək tədbiri qismində, işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Bakı şəhəri, Nərimanov rayonu, M. Arif küçəsi 27, 183a saylı fərdi yaşayış evində olan əşyaların siyahıya alınaraq, üzərinə həbs qoyulmuşdur. Məhkəmə mübahisələndirilən əşyaların qaytarılması hissəsində iddia tələbini qismən əsaslı hesab edir və xx.xx.2020-ci il tarixdə tərtib edilmiş aktda adları çəkilən əşyaların - 1.Taxt döşəyi, 2.Tək döşək (2ədəd), 3.Yorğan (2ədəd), 4.Tük yastıq (2ədəd), 5.Slikon yastıq (3 ədəd), 6.Slikon yorğan, 7.Slikon yorğan (2ədəd), 8.Taxt pakrıvalı (örtük, 9.Yun ədyal taxt üçün, 10.Ədyal yay üçün, 11.Yataq otağı pərdəsi (2ədəd), 12.Yataq dəsti, 13.Yataq dəsti (2ədəd), 14.Yataq dəsti (2 ədəd), 15.Yataq dəsti (2ədəd), 16.Yataq dəsti (2 ədəd), 17.Dəsmal (5ədəd), 18.Dəsmal (5 ədəd), 19.Dəsmal (6 ədəd), 20.Dəsmal (5 ədəd), 21.Dəsmal dəsti (7ədəd), 22.Çay dəsmalı (10cüt), 23.Çay dəsmalı (10cüt), 24.Xalça- 1 ədəd, 25.Xalça 1 ədəd, 26.Xalça 2ədəd, 27.Uşaq kravatı, 28.Çamadan, 29.Çilçıraq, 30.Çilçıraq, 31.Süfrə 1ədəd, 32.Süfrə 2 ədəd, 33.Süfrə 2 ədəd, 34.süfrə, 35. Ətçəkən maşın, 36.Şirəçəkən maşın, 37.Blender, 38.Blender, 39. Ütü, 40.Paltarütülüyən, 41.Qazan dəsti (Vest firma), 42.Mantı qazanı (Vest firması), 43.Qaşıq dəsti çamadan, 44. Bıçaq dəst çamadan, 45.Bakal dəsti, 46.Bakal gümüşü - 6ədəd, 47.Bakal xurustal - 6ədəd, 48.meyvə qabı rəngli -2 ədəd, 49.Konfet qabı - 2ədəd, 50.Boşqab dəst - 2 dəst 6 ədədli, 51.Boşqab dəst 3-lü, 52.Boşqab tək orta- 24 ədəd, 53.Boşqab 6 ədəd dərin qara güllü, 54.Boşqab 6 ədəd dərin sarı xətli, 55.Boşqab tort üçün 6 ədəd, 56.Tort qabı 4 komplekt, 57.Balaca kasa 6 ədəd, 58.Salat qabı 6 ədəd, 59.Çərəz qabı 6 ədəd, 60.Çərəz qabı böyük, 61.Çərəz qabı balaca 2ədəd, 62.Şirniyyat qabı 2 ədəd, 63.Konfet qabı şəkilli balaca, 64.Meyvə qabı tək bəzəkli, 65.Konfet qabı qırmızı, 66.Konfet qabı göy qapaqlı 2 ədəd, 67.Mürəbbə qabı uzun 2 ədəd, 68.Konfet qabı, 2 ədəd, 69.Mürəbbə qabı dəst 6 ədəd, 70.Limon qabı 6 ədəd, 71.Xurustal stəkan - 6ədəd, 72.Xurustal stəkan sadə 6 ədəd, 73.Nəlbəki 12 ədəd böyük, 74.Nəlbəki 6 ədəd göy, 75.Nəlbəki armudu 6 ədəd, 76.Aş üçün bulud-2 ədəd, 77.Balıq qabı, 78.Şüşə qab soba üçün, 79.Çay dəsti-6 ədəd, 80.Çay dəsti - 6 ədəd, 81.Çay dəsti, 82. çay dəsti dəmir ayaqlı, 83.Çaydan, 84.Dəm çayniki göy, 85.Dəm çayniki güllü, 86. Dəst kampot üçün, 87.Bakal qara güllü 6 ədəd, 88.Aş üçün qaşıq 2 ədəd, 89.Geramika çərəz qabı dəsti, 90.Geramika kuxna naboru, 91.Geramika duz qabı dəsti, 92.Qaşıq naboru kuxna üçün, 93.Padnos dəst, 94.Aş süzən böyük, 95.Plasmas qab böyük 3 ədəd, 96.Plasmas qab orta 2 ədəd, 97.Plasmas qab balaca 4 ədəd, 98.Plasmas vanna böyük, 99. Plasmas vanna balaca, 100. Dəmir vanna iri, 101. Vedrə dəmir 2 ədəd, 102.Xörək qaşığı 6 ədəd, 103.Çəngəl 6 ədəd, 104. Çay qaşığı 6 ədəd, 105.Divar saatı, 106.Mikser, 107.Qalın stəkan 6 ədəd, 108.Duz qabı 6 ədəd, 109.Çörək qabı 1 ədəd, 110.Qazan dəsti ağ güllü, 111.Tefal çaynik, 112.Göyərti doğrayan taxta, 113.Divan örtüyü dəst, 114.Qonaq otağı üçün pərdə, 115.Uşaq beşiyi üçün yorğan, 116.Uşaq pasteli dəsti 3 ədəd, 117. Xurustal güldan böyük, 118.Güldan xurustal 2 ədəd balaca, 119.Xurustal dolça dəsti, 120.Saç üçün hava feni, 121.Saç ütü feni, Yataq otağı mebeli: 1.Taxt 1 ədəd, 2.Tumbuçka-2 ədəd, 3.Şfaner – 1 ədəd, 4.Termo -1 ədəd, 5.Termo masası -1 ədəd, Qonaq otağı mebeli: 1.Künc mebeli –1 ədəd. 2.Kamot-1 ədəd, 4.Yemək stolu- 1 ədəd, 5.Stul, 6 ədəd. 6.Divan-kreslo 4 yastığı ilə birgə, 8.Nofrost soyuducu, 9. LG 82 sm ölçüdə led televizor, 10.Uşaq şfaneri, 11.Yemək üçün həyət stolu stulları ilə birgə, 12. Fırlanan kompüter stolu əmlaklar cavabdeh İddiaçı qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılmalı olduğu qənaətinə gəlir. Qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, iddiaçının tələbi qismən əsaslıdır, o, cehiz əşyalarının qaytarılmasını tələb etmək hüququna malikdir. Həmin əşyaların ailə münasibətlərinin pozulmasından sonra cavabdeh İddiaçı yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, M. Arif küçəsi 27, 183a saylı fərdi yaşayış evində qalması qanunsuzdur və həmin əşyalar iddiaçıya qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı Cavabdeh ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İlkin iddia tələbi təmin edilsin. Cavabdeh ünvan 2 ünvanında yerləşən 183a saylı fərdi yaşayış evinə istifadə hüququ olmayan hesab edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İddiaçı Cavabdeh məxsus 1.Taxt döşəyi, 2.Tək döşək (2ədəd), 3.Yorğan (2ədəd), 4.Tük yastıq (2ədəd), 5.Slikon yastıq (3 ədəd), 6.Slikon yorğan, 7.Slikon yorğan (2ədəd), 8.Taxt pakrıvalı (örtük, 9.Yun ədyal taxt üçün, 10.Ədyal yay üçün, 11.Yataq otağı pərdəsi (2ədəd), 12.Yataq dəsti, 13.Yataq dəsti (2ədəd), 14.Yataq dəsti (2 ədəd), 15.Yataq dəsti (2ədəd), 16.Yataq dəsti (2 ədəd), 17.Dəsmal (5ədəd), 18.Dəsmal (5 ədəd), 19.Dəsmal (6 ədəd), 20.Dəsmal (5 ədəd), 21.Dəsmal dəsti (7ədəd), 22.Çay dəsmalı (10cüt), 23.Çay dəsmalı (10cüt), 24.Xalça- 1 ədəd, 25.Xalça 1 ədəd, 26.Xalça 2ədəd, 27.Uşaq kravatı, 28.Çamadan, 29.Çilçıraq, 30.Çilçıraq, 31.Süfrə 1ədəd, 32.Süfrə 2 ədəd, 33.Süfrə 2 ədəd, 34.süfrə, 35. Ətçəkən maşın, 36.Şirəçəkən maşın, 37.Blender, 38.Blender, 39. Ütü, 40.Paltarütülüyən, 41.Qazan dəsti (Vest firma), 42.Mantı qazanı (Vest firması), 43.Qaşıq dəsti çamadan, 44. Bıçaq dəst çamadan, 45.Bakal dəsti, 46.Bakal gümüşü - 6ədəd, 47.Bakal xurustal - 6ədəd, 48.meyvə qabı rəngli -2 ədəd, 49.Konfet qabı - 2ədəd, 50.Boşqab dəst - 2 dəst 6 ədədli, 51.Boşqab dəst 3-lü, 52.Boşqab tək orta- 24 ədəd, 53.Boşqab 6 ədəd dərin qara güllü, 54.Boşqab 6 ədəd dərin sarı xətli, 55.Boşqab tort üçün 6 ədəd, 56.Tort qabı 4 komplekt, 57.Balaca kasa 6 ədəd, 58.Salat qabı 6 ədəd, 59.Çərəz qabı 6 ədəd, 60.Çərəz qabı böyük, 61.Çərəz qabı balaca 2ədəd, 62.Şirniyyat qabı 2 ədəd, 63.Konfet qabı şəkilli balaca, 64.Meyvə qabı tək bəzəkli, 65.Konfet qabı qırmızı, 66.Konfet qabı göy qapaqlı 2 ədəd, 67.Mürəbbə qabı uzun 2 ədəd, 68.Konfet qabı, 2 ədəd, 69.Mürəbbə qabı dəst 6 ədəd, 70.Limon qabı 6 ədəd, 71.Xurustal stəkan - 6ədəd, 72.Xurustal stəkan sadə 6 ədəd, 73.Nəlbəki 12 ədəd böyük, 74.Nəlbəki 6 ədəd göy, 75.Nəlbəki armudu 6 ədəd, 76.Aş üçün bulud-2 ədəd, 77.Balıq qabı, 78.Şüşə qab soba üçün, 79.Çay dəsti-6 ədəd, 80.Çay dəsti -6 ədəd, 81.Çay dəsti, 82. çay dəsti dəmir ayaqlı, 83.Çaydan, 84.Dəm çayniki göy, 85.Dəm çayniki güllü, 86. Dəst kampot üçün, 87.Bakal qara güllü 6 ədəd, 88.Aş üçün qaşıq 2 ədəd, 89.Geramika çərəz qabı dəsti, 90.Geramika kuxna naboru, 91.Geramika duz qabı dəsti, 92.Qaşıq naboru kuxna üçün, 93.Padnos dəst, 94.Aş süzən böyük, 95.Plasmas qab böyük 3 ədəd, 96.Plasmas qab orta 2 ədəd, 97.Plasmas qab balaca 4 ədəd, 98.Plasmas vanna böyük, 99. Plasmas vanna balaca, 100. Dəmir vanna iri, 101. Vedrə dəmir 2 ədəd, 102.Xörək qaşığı 6 ədəd, 103.Çəngəl 6 ədəd, 104. Çay qaşığı 6 ədəd, 105.Divar saatı, 106.Mikser, 107.Qalın stəkan 6 ədəd, 108.Duz qabı 6 ədəd, 109.Çörək qabı 1 ədəd, 110.Qazan dəsti ağ güllü, 111.Tefal çaynik, 112.Göyərti doğrayan taxta, 113.Divan örtüyü dəst, 114.Qonaq otağı üçün pərdə, 115.Uşaq beşiyi üçün yorğan, 116.Uşaq pasteli dəsti 3 ədəd, 117. Xurustal güldan böyük, 118.Güldan xurustal 2 ədəd balaca, 119.Xurustal dolça dəsti, 120.Saç üçün hava feni, 121.Saç ütü feni, Yataq otağı mebeli: 1.Taxt 1 ədəd, 2.Tumbuçka-2 ədəd, 3.Şfaner – 1 ədəd, 4.Termo -1 ədəd, 5.Termo masası -1 ədəd, Qonaq otağı mebeli: 1.Künc mebeli –1 ədəd. 2.Kamot-1 ədəd, 4.Yemək stolu- 1 ədəd, 5.Stul, 6 ədəd. 6.Divankreslo 4 yastığı ilə birgə, 8.Nofrost soyuducu, 9. LG 82 sm ölçüdə led televizor, 10.Uşaq şfaneri, 11.Yemək üçün həyət stolu stulları ilə birgə, 12. Fırlanan kompüter stolu alınaraq və 30 manat dövlət rüsumu Cavabdeh verilsin. Qarşılıqlı iddia qalan hissədə təmin olunmasın. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Solmaz Ədilova