Məhkəmə qərarları › İş №2(005)-3346/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3346/2021

02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3346/2021 02.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.10.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********87342 olan Samsung Galaxy A50 markalı telefon üçün 527 (beş yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, 158 (yüz əlli səkkiz) manat dəbbə, 13.10.2019-cu il tarixli müqaviləsinə əsasən, Acer Aspire 3 notebook üçün 844 (səkkiz yüz qırx dörd) manat ödənilməmiş hissə, 253 (iki yüz əlli üç) manat dəbbə, 01.11.2019-cu iltarixli müqaviləsinə əsasən, İMEİ kodu **********3327134 olan X3 S5e markalı tablet üçün 1066 (min altmış altı) manat ödənilməmiş hissə, 319 (üç yüz on doqquz) manat dəbbə, 08.05.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********04151 olan Samsung Galaxy A71 markalı telefon üçün 1261.8 (min iki yüz altmış bir manat səksən qəpik) manat ödənilməmiş hissə, 237.2 (iki yüz otuz yeddi manat iyirmi qəpik) manat dəbbə, ümumilikdə 4666 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “ABC TELECOM" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarımasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh. “ABC TELECOM" MMC ilə 21.10.2019-ciı 01.11.2019-cu il və 08.05.2020-ci il tarixli müqaviləsinə əsasən. İMEİ kodu **********87342 olan Samsung Galaxy A50 markalı telefon. Acer Aspire 3 notebook. İMEİ kodu **********3327134 olan X3 S5e markalı tablet, İMEİ kodu **********04151 olan Samsung Galaxy A71 markalı telefon almış və nəticədə 4666 (dörd min altı yüz altmış altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 21.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 792 (yeddi yüz doxsun iki) manat (18 ay x 44 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********87342 olan Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə, 685 (altı yüz səksən beş) manat olmaqla ondan, 527 (beş yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, 158 (yüz əlli səkkiz) manat dəhhə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 13.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti H70 (min yüz yetmiş) manat (18 ay'x 65 manat + 0 manat ilkin ödəniş) olan Acer Aspire 3 notebook üçün ümumilikdə. 1097 (min doxsan yeddi) manat olmaqla ondan, 844 (səkkiz yüz qırx dörd) manat ödənilməmiş hissə, 253 (iki yüz əlli iiç) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 01.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1476 (min dörd yüz yetmiş altı) manat (18 ay x 82 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********3327134 olan X3 S5e markalı tablet üçün ümumilikdə, 1385 (min üç yüz səksən beş) manat olmaqla ondan. 1066 (min altmış altı) manat ödənilməmiş hissə, 319 (üç yüz on doqquz) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 08.05.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti /505.8 (min üç yiiz beş manat səksən qəpik) manat (18 ay x 72.1 manat f 8 manat ilkin ödəniş) olan İMEİ kodu **********04151 olan Samsung Galaxy A71 markalı telefon üçün ümumilikdə, 1499 (min dörd yüz doxsan doqquz) manat olmaqla ondan, 1261.8 (min iki yüz altmış bir manat səksən qəpik) manat ödənilməmiş hissə, 237.2 (iki yüz otuz yeddi manat iyirmi qəpik) manat dəbbə; Cavabdehin cəmi ödədiyi məbləğ 1045 manat təşkil edir. Məhkəmə baxışı iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi iddianı müdafiə edərək onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 20268329 nömrəli 08.05.2020-ci il tarixli müqavilədən məlum olur ki, bir tərəfdən "xxxx" MMC bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Alıcı” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Müştəri”yə aşağıda göstərilən şərtlərlə verir, “Müştəri” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: İMEİ kodu **********04151 olan Samsung Galaxy A71 İş materiallarında olan 01021311 nömrəli, 01.11.2019-cu il tarixli müqavilədən məlum olur ki, bir tərəfdən "xxxx" MMC bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Müştəri” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Müştəri”yə aşağıda göstərilən şərtlərlə verir, “Müştəri” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: İMEİ kodu **********3327134 olan X3 S5e markalı tablet İş materiallarında olan 00977962 nömrəli, 13.10.2019-cu il tarixli müqavilədən məlum olur ki, bir tərəfdən "xxxx" MMC bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Müştəri” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Müştəri”yə aşağıda göstərilən şərtlərlə verir, “Müştəri” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: Acer Aspire 3 notebook İş materiallarında olan 00995938 nömrəli, 21.10.2019-cu il tarixli müqavilədən görünür ki, bir tərəfdən "xxxx" MMC bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Müştəri” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Müştəri”yə aşağıda göstərilən şərtlərlə verir, “Müştəri” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: Samsung Galaxy A50 DS İş materiallarında olan 08.05.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 20268329 nömrəli Müqaviləyə əsasən İMEİ kodu **********04151 olan Samsung Galaxy A71 mobil telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 01.11.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh 01021311 nömrəli Müqaviləyə əsasən İMEİ kodu **********3327134 olan X3 S5e markalı tablet təhvil almışdır. İş materiallarında olan 13.10.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh 00977962 nömrəli müqaviləyə əsasən Acer Aspire 3 notebooku tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 21.10.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh 00995938 nömrəli müqaviləyə əsasən Samsung Galaxy A50 DS mobil telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 08.05.2020-ci il tarixli ödəniş cədvəlinə əlavədən görünür ki, bu ödəniş cədvəli 08.05.2020-ci il tarxili, 20268329 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsidir və Cavabdeh həmin müqavilə üzrə ödəməli olduğu toplam məbləğ 1305,8 manat təşkil edir. İş materiallarında olan 01.11.2019-cu il tarixli ödəniş cədvəlinə əlavədən görünür ki, bu ödəniş cədvəli 01.11.2019-cu il tarixli, 01021311 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsidir və Cavabdeh həmin müqavilə üzrə ödəməli olduğu toplam məbləğ 1476 manat təşkil edir. İş materiallarında olan 13.10.2019-cu il tarixli ödəniş cədvəlinə əlavədən görünür ki, bu ödəniş cədvəli 13.10.2019-cu il tarixli, 00977962 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsidir və Cavabdeh həmin müqavilə üzrə ödəməli olduğu toplam məbləğ 1170 manat təşkil edir. İş materiallarında olan 21.10.2019-cu il tarixli ödəniş cədvəlinə əlavədən görünür ki, bu ödəniş cədvəli 21.10.2019-cu il tarixli, 00995938 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsidir və Cavabdeh həmin müqavilə üzrə ödəməli olduğu toplam məbləğ 792 manat təşkil edir. İş materiallarında olan 07.12.2020-cı il tarixli xəbərdarlıq məktubundan görünür ki, 13.10.2019-cu il tarixli, 01.11.2019-cu il tarixli, 08.05.2020-ci il tarixli, müqavilələr üzrə yaranmış borc məbləğinin qısa müddətində Cavabdeh tərəfindən ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan Maliyyə arayışından görünür ki, Cavabdeh 21.10.2019-cu il tarixli müqavilə üzrə 527 manat ödənilməmiş əsas və 158 manat cərimə, 13.10.2019-cu il tarixli müqavilə üzrə 844 manat ödənilməmiş əsas və 253 manat cərimə, 01.11.2019-cu il tarixli müqavilə üzrə 1066 manat ödənilməmiş əsas və 319 manat cərimə, 08.05.2020-ci il tarixli müqavilə üzrə 1261,8 manat ödənilməmiş əsas və 237,2 manat cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 08.05.2020-ci il tarixli, 01.11.2019-cu il tarixli, 13.10.2019-cu il tarixli və 21.10.2019-cu il tarixli müqavilələrin şərtləri cavabdeh tərəfindən pozulmuş, müqavilələrin şərtlərinə uyğun olaraq ödənişlər edilməmiş, cavabdehin sözügedən müqavilələr üzrə hazırda əsas borcu müvafiq olaraq 1261,8 manat, 1066 manat, 844 manat və 527 manat təşkil edir, tərəflər arasında bağlanmış müqavilələrin şərtləri cavabdeh tərəfindən pozulmuş, müqavilə şərtlərinə uyğun olaraq ödənişlər edilməmiş, cavabdehin sözügedən müqavilələr üzrə hazırda cəmi əsas borcu 3698,8 manat təşkil edir. Təhvil-təslim aktına əsasən, cavabdeh Samsung Galaxy A71 markalı telefonu, X3 S5e markalı tableti, Acer Aspire 3 notebooku, Samsung Galaxy A50 DS markalı telefonu təhvil almışdır. Cəmiyyət tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, nəticədə müqavilələrin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin 08.05.2020-ci il tarixli müqavilə üzrə 1261,8 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 237,2 manat cərimə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 120 manata, cavabdehin 01.11.2019-cu il tarixli müqavilə üzrə 1066 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 319 manat cərimə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 100 manata, cavabdehin 13.10.2019cu il tarixli müqavilə üzrə 844 əsas borca görə iddiaçı tərəfindən hesablanmış 253 manat cərimə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 80 manata, cavabdehin 21.10.2019-cu il tarixli müqavilə üzrə 527 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 158 manat cərimə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 50 manata endirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh "xxxx" MMC-nin xeyrinə 21.10.2019-cu il tarixli müqavilə üzrə 527 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu, 13.10.2019-cu il tarixli müqavilə üzrə 844 manat ödənilməmiş hissə, 80 manat dəbbə pulu, 01.11.2019-cu il tarixli müqavilə üzrə 1066 manat ödənilməmiş hissə, 100 manat dəbbə pulu və 08.05.2020-ci il tarixli müqavilə üzrə 1261,8 manat ödənilməmiş hissə, 120 manat dəbbə pulu, cəmi 3698,8 manat ödənilməmiş hissə, 350 manat dəbbə pulu ümumilikdə 4048,8 manat və 30 (otuz) manat dövlət rüsumu tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə 21.10.2019-cu il tarixli müqavilə üzrə 527 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu, 13.10.2019-cu il tarixli müqavilə üzrə 844 manat ödənilməmiş hissə, 80 manat dəbbə pulu, 01.11.2019-cu il tarixli müqavilə üzrə 1066 manat ödənilməmiş hissə, 100 manat dəbbə pulu və 08.05.2020-ci il tarixli müqavilə üzrə 1261,8 manat ödənilməmiş hissə, 120 manat dəbbə pulu, cəmi 3698,8 manat ödənilməmiş hissə, 350 manat dəbbə pulu, ümumilikdə 4048,8 manat və 30 (otuz) manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar