Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3353/2020 11.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh «Cavabdeh” MMC-yə qarşı “ödənilməmiş məzuniyyət haqqının, işsizliyə görə əlavə ödənişin və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Cavabdeh” MMCnə qarşı “ödənilməmiş məzuniyyət haqqının, işsizliyə görə əlavə ödənişin və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin mənə qarşı törətdiyi qanunazidd hərəkətlərinə görə ona 450 (dörd yüz əlli) manat məbləğində ödənilməyən məzuniyyət pulu, haqsız yerə işdən çıxarıldığı və 3 aydır işsiz olduğu üçün 1350 (min üç yüz əlli) manat məbləğində işsizlik təzminatı, 200 (iki yüz) manat məbləğində əlavə işlədiyi saatların əvəzi, 5000 (beş min) manat məbləğində əlavə mənəvi təzminat olmaqla, cəmi 7000 ( yeddi min) manat məbləğində ziyanın (zərərin) əvəzinin cavabdeh ‘'Rcsant Group” MMC-dən tutularaq ona ödənilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək Cavabdeh MMC-nin bir qolu olan “Theatrum” oteldə nəzarətçimühafizəçi vəzifəsində çalışmış. İşlədiyi dövrdə əmək haqqı 450 (dörd yüz əlli) manat idi. Maaşını əldən alırdı. Həmin oteldə çalışdığı müddət ərzində daima işinə məsuliyyətlə yanaşaraq, icra etdiyi vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışmış, buna görə də kollektivin hörmətini qazanmış. Cavabdeh MMC-də işə düzələrkən onunla bir müddət sonra əmək müqaviləsi bağlanacağını bildirsələr də onunla əmək müqaviləsi bağlamadılar. Bundan başqa, sözü gedən müəssisədən bütün kollektivə, o cümlədən ona müvafiq iltizama qol çəkdirərək əmək fəaliyyəti ilə məşqul olduğu müddət ərzində hər hansı bir bədbəxt hadisə (pilləkəndən yıxılma, tavanın uçması və s. kimi) baş verərsə, buna görə məsuliyyəti işə götürən olaraq Cavabdeh MMC daşımır. Bununla da o, istehsalatda baş vermiş mümkün bədbəxt hadisədən özünü sığortalamış oldu. Bununla da bütün işçilər kimi onun də əmək hüquqları kobud şəkildə pozulmuşdur. Bildirmək istəyir ki, dəfələrlə otelin mühafizə xidmətinin rəisi və onun köməkçiləri ona qarşı qanunsuz hərəkətlər edərək onu işdən çıxarmağa çalışırdılar, lakin onun bu işə ehtiyacı olduğu üçün edilən qanunsuzluqlara dözürdü. Onu kameralara nəzarət etmək üçün işə qəbul etsələr də, sonralar onu giriş postunda saxlayır, mal qəbuluna göndərirdilər. Bütün bunları onu işdən bezdirmək üçün edirdilər ancaq o, ailəsindəki problemlərə görə işləməyə məcbur idi. Bildirmək istəyir ki, xx.xx.2019-cu il tarixində, saat 12:30 radələrində işlədiyi “Theatrum” oteldə olarkən “Cavabdeh'’ Təhlükəsizlik Xidmətinin rəisi X4, onun köməkçisi X9, otelin mühafizə xidmətinin rəisi X7 və X8 onu qolundan zorla tutaraq bayıra çıxartmış və bu zaman X7 ona xəsarət yetirmişdir. Belə ki, o dəfələrlə şirkətin rəhbərliyinə onunla əmək müqaviləsi bağlanmasını tələb etdiyini desə də buna məhəl qoyulmurdu. Sonuncu dəfə əmək müqaviləsi ilə bağlı müraciət etdiyi zaman Cavabdeh Təhlükəsizlik Xidmətinin rəisi X2 tapşırığı ilə Səid və Rəşid adlı şəxslər onu zorla bayıra çıxartmış bu zaman X7 ona xəsarət yetirmişdir. Bundan sonra hətta onlar baş vermiş hadisə ilə bağlı onu polisə şikayət etdilər. Daha sonra işi araşdıran Səbail RPİ-nin 39-cu PB-nin təhqiqatçısı, polis kapitanı Bəxtiyar Məmmədli tərəfindən qeyd olunan şəxslərin izahatları alınmış və yuxanda adları sadalanan şəxslər onun həmin oteldə nəzarətçi-mühafizəçi vəzifəsində çalışmağını və baş vermiş hadisəni təsdiqləmişdirlər. Həmçinin, bildirmək istəyir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X19 X12-Təcrübi və X17 rayon şöbəsindən xx.xx.2019-cu il tarixli məktubda xx.xx.2019-cu il tarixli № 700 saylı ekspert rəyi ilə xəsarətlər sübuta yetirilmişdir. Bundan sonra X7 barəsində Azərbaycan Respublikası İXM- nin 157-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilmiş və Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(009)-2339/2019 saylı inzibati xəta haqqında materialın geri qaytarılması haqqında qərardadı ilə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər material tam olmadığı üçün Azərbaycan Respublikası DİN-nin Səbail RPİ-nə geri qaytarılmışdır. Bütün bu olanlarla bağlı Azərbaycan Respublikasının Əmək Müfəttişliyinə müraciət etmiş və məsələ bağlı izahat vermiş, lakin qanuni müraciətləri cavabsız qalmışdır. Cavabdeh MMC-də mühafizəçi olaraq çalışdığı müddət ərzində bayram günləri də olmaqla, demək olar ki, hər gün qanuni iş saatından artıq işləmiş, lakin buna görə heç bir əlavə haqq almamış, işlədiyi 6 (altı) ay ərzində o, əmək məzuniyyətinə çıxmamış. İşdən azad olunduqdan sonra isə, son haqq-hesab pulunu ona vermədilər. Bundan başqa qanuni iş saatından əlavə olaraq əmək fəaliyyətinə cəlb edilsə də, buna görə əlavə əmək haqqı hesablanmayıb. Bilir ki, iş saatından əlavə hər saat üçün əmək haqqının miqdarı iki qat hesablanma aparılır. O, sözü gedən dükanda çalışdığı fəaliyyət müddəti ərzində saat əlavə çalışmış. Buna görə də, cavabdeh ona çalışdığı hər əlavə saat üçün əlavə pul ödəməlidir. Bundan başqa, bayram günlərində işçilərə əlavə olaraq işlədiyi hər saat üçün 2 (iki) qat əmək haqqı miqdarı hesablanmalıdır. Buna görə də, cavabdeh ona çalışdığı bayram günlərinə görə hər belə saat üçün əlavə iki qat əmək haqqı ödəməlidir. Cavabdeh MMC-nin qeyri-qanuni hərəkətinin nəticəsində o, maddi və mənəvi zərər çəkmiş. Buna görə də, hesab edir ki, Cavabdeh MMC-nin ona qarşı törətdiyi qanunazidd hərəkətlərinə görə ona 450 (dörd yüz əlli) manat məbləğində ödənilməyən məzuniyyət pulu, haqsız yerə işdən çıxarıldığı və 3 aydır işsiz olduğu üçün 1350 (min üç yüz əlli) manat məbləğində işsizlik təzminatı, 200 (iki yüz) manat məbləğində əlavə işlədiyi saatların əvəzi, 5000 (beş min) manat məbləğində əlavə mənəvi təzminat olmaqla, cəmi 7000 ( yeddi min) manat məbləğində ziyan (zərər) dəymişdir. Buna görə də, hesab edir ki, Cavabdeh MMC-nin ona qarşı törətdiyi qanunazidd hərəkətlərinə görə ona 450 (dörd yüz əlli) manat məbləğində ödənilməyən məzuniyyət pulu, haqsız yerə işdən çıxarıldığı və 3 aydır işsiz olduğu üçün 1350 (min üç yüz əlli) manat məbləğində işsizlik təzminatı, 200 (iki yüz) manat məbləğində əlavə işlədiyi saatların əvəzi, 5000 (beş min) manat məbləğində əlavə mənəvi təzminat olmaqla, cəmi 7000 ( yeddi min) manat məbləğində ziyan (zərər) cavabdehdən tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh «Cavabdeh” MMCnin nümayəndəsi X13 iddia tələbini qəbul etməyərək, məhkəməyə iddia tələbinin rədd edilməsi barədə yazılı etirazını təqdim etdi. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-yə məxsus Theatrum oteldə nəzarətçi-mühafizəçi vəzifəsində çalışan İddiaçı xx.xx.2020-ci ildə iddia ərizəsində maddimənəvi təzminatla bağlı pul tələbi ilə Cavabdeh MMC-yə qarşı çıxış etmişdir. Dediyinə görə, o, xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək müəssisədə əmək müqaviləsi olmadan çalışmışdır və xx.xx.2019-cu ildə işdən ayrılmışdır, işdən ayrılarkən müəssisəni günahlandırmış və 450 AZN məbləğində ödənilməyən məzuniyyət pulu, 1350 AZN məbləğində işsizlik təzminatı, 200 AZN məbləğində əlavə işlədiyi saatların əvəzi və 5000 AZN məbləğində mənəvi təzminat olmaqla cəmi 7000 AZN məbləğində pulu kompensasiya olaraq tələb etmişdir. İlk öncə bildirir ki, İddiaçı müəssisədə işlədiyi müddə ərzində onunla müəyyən səbəblərdən dolayı əmək müqaviləsi bağlanmamış və daha sonra iş yerinin daxili intizam qaydalarını kobud surətdə pozduğu üçün işdən çıxarılmışdır. Lakin, iş yerində əmək müqaviləsi olmadan işlədiyinə görə Cavabdeh tərəfindən Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinə 3000 AZN məbləğində cərimə sanksiyası tətbiq edilmiş və cərimə məbləği tam şəkildə ödənilmişdir. Digər ödənilməyən işdənçıxarma müavinəti tələbinə gəldikdə isə, bildirir ki, Əmək Qanunvericiliyinə və Əmək Məcəlləsinin müvafiq olaraq 77-ci Maddəsinin 3-cü bəndinə əsasən işçinin bu hüququ və müavinət haqqı işəgötürən tərəfindən əmək müqaviləsinə əsasən təyin edilir. İddiaçı müəssisə ilə belə bir müqaviləsi olmadığından o bu müvinətə təmin oluna bilməmişdir. Qeyd edilən məzuniyyət haqqı isə, Əmək Məcəlləsinin 131-ci maddəsinə əsasən, əmək müqaviləsinin bağlandığı andan etibarən 6 ay işlədikdən sonra əmələ gəlir. İşçinin bu tələb üçün, nə yetəri qədər əmək stajı, nə əmək müqaviləsi nə də əmək məzuniyyəti ərizəsi olmuşdur. Bu səbəbdən, tələb əsassız və qəbuledilməzdir. Həmçinin, işçi ilə Əmək müqaviləsi olmadığından onun hər hansı bir işdə rəsmi çalışaraq, əmək haqqı almasına heç bir maneə olmamışdır. Bununla belə, mənəvi təzminatla bağlı tələblə razı olmadıqlarını və əsassız olaraq dəyərləndirilməsini xahiş edirlər. Məhkəmə proses iştirakçılarının izahatlarını, dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)- 2339/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Səbail Rayon Polis İdarəsinə geri qaytarılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixdli cinayət işinin başlanmasının rədd edilməsi barədə Səbail RPİ-nin 39-cu PB-nin təhqiqatçısının qərarına əsasən, Vətəndaş İddiaçı Vilayyət qızının şikayət ərizəsi əsasında toplanmış material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.2, 86.1 və 212.1 -ci maddələrinə əsasən cinayət işinin başlanması rədd edilməsi,X1 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə qərar müvafiq əməkdaşa həvalə edilməsi üçün 39-cu PB-nin rəhbərliyinə təqdim edilməsi qərara alınmışdır. İş materiallarında olan AR ƏƏSMN yanında DƏMX-nin xx xxxxxxx 2020-ci il tarixli məktubuna əsasən, İddiaçı Vilayyət qızı ilə bağlı Cavabdeh MMC tərəfindən “Əmək müqaviləsi bildirişi” altsisteminə bildiriş daxil edilməmişdir. İş materiallarında olan AR ƏƏSMN yanında DƏMX-nin Bakı şəhər idarəsinin xx.xx.2020-ci il tarixli məktuba əsasən, aparılmış araşdırma nəticəsində İddiaçı Vilayyət qızı AR ƏM-də nəzərdə tutulmuş qaydada Cavabdeh MMC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş, aşkar olunmuş inzibati xəta ilə əlaqədar Cavabdeh MMC-nin direktoru barəsində AR İXMnin 192.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında qərar qəbul edilmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı AR ƏM-də nəzərdə tutulmuş qaydada Cavabdeh MMC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. İddiaçı xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək müəssisədə əmək müqaviləsi olmadan çalışmış və xx.xx.2019-cu ildə işdən onu qolundan zorla tutaraq bayıra çıxartmışlar, bu zaman X7 ona xəsarət yetirmişdir. xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Səbail RPİ-nin 39-cu PB-nin təhqiqatçısının qərarına əsasən, vətəndaş İddiaçı Vilayyət qızının şikayət ərizəsi əsasında toplanmış material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.2, 86.1 və 212.1 -ci maddələrinə əsasən cinayət işinin başlanması rədd edilməsi,X1 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə qərar müvafiq əməkdaşa həvalə edilməsi üçün 39-cu PB-nin rəhbərliyinə təqdim edilməsi qərara alınmışdır. AR ƏƏSMN yanında DƏMX-nin xx xxxxxxx 2020-ci il tarixli məktubuna əsasən, İddiaçı Vilayyət qızı ilə bağlı Cavabdeh MMC tərəfindən “Əmək müqaviləsi bildirişi” altsisteminə bildiriş daxil edilməmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək, iddiaçının əmək müqaviləsi olmadan işlədiyini və bu səbəbdən də Cavabdeh MMC-nin direktoru barəsində AR İXM-nin 192.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında qərar qəbul edilərək, 3000 manat məbləğində cərimənin ödənildiyini, lakin işçi ilə Əmək müqaviləsi olmadığından onun hər hansı bir işdə rəsmi çalışaraq, əmək haqqı almasına heç bir maneə olmamışdır. Bu səbəbdən də mənəvi təzminat tələbi əsassızdır. İddiaçı ilə əmək müqaviləsi bağlanmadığından müavinət və məzuniyyət tələbi də əsassız və qəbuledilməzdir. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 38.7-ci maddəsinə görə hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 9-cu maddəsinin “d” bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqlarındandır. 2-ci mаddəsinin 3-cü hissəsinə görə, Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsаsən əmək müqаviləsi üzrə öhdəliklərin icrаsınа hüquqi təminаt yаrаdılmаsı prinsipinə əsаslаnır. 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi- işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 3-cü maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. 2-ci maddəsinin 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 7-ci maddəsinin 1-ci bəndinə əsasən, işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. 7.2-ci maddəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 42.1-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 42.2-ci maddəsinə əsasən, əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 44.1-ci maddəsinə əsasən, əmək müqaviləsi yazılı formada bağlanır. 44.2-ci maddəsinə əsasən, tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. 44.3-ci maddəsinə əsasən, əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. 172.1-ci maddəsinə əsasən, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyinin müddəalarına əsasən, işçi ilə işəgötürən arasında əmək münasibətlərinin yaranması, habelə işçinin hüquqlarının təmin edilməsi, hüquqlarının pozulmasından müdafiə olunması və maddi-sosial təminatı üçün tərəflər arasında lazımi qaydada yazılı əmək müqaviləsi bağlanmalıdır, bu baxımdan işəgötürən tərəfindən bu barədə məlumat elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməli, əmək müqaviləsi bildirişi qeydiyyata alınmalı , bununla bağlı işəgötürənə elektron qaydada məlumat göndərilməlidir. Bununla yanaşı işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətləri maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Göründüyü kimi, cavabdeh «Cavabdeh” MMC ilə İddiaçı arasında əmək müqaviləsi bağlanmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin yuxarıda istinad edilən maddələrinin tələbləri pozulduğundan cavabdeh «Cavabdeh” MMC barəsində inzibati qaydada cərimə tətbiq edilmişdir. İddiaçının izahatlarından, o cümlədən iddia ərizəsindən müəyyən olunur ki, əmək müqaviləsi olmadan işlədiyi müddət ərzində 450 (dörd yüz əlli) manat əmək haqqı almış, həmin əmək haqqı nağd şəkildə ödənmişdir. Qeyd olunanlara əsasən məhkəmə bildirir ki, tərəflər arasında qanunvericiliyin tələblərinə əsasən əmək münasibətləri yaranmadığından iddiaçı ödənilməyən məzuniyyət pulu, haqsız yerə işdən çıxarıldığı və 3 aydır işsiz olduğu üçün 1350 (min üç yüz əlli) manat məbləğində işsizlik təzminatı, 200 (iki yüz) manat məbləğində əlavə işlədiyi saatların əvəzini tələb etməkdə haqlı olmamışdır. Məhkəmə həmçinin Cavabdeh MMC-nin direktoru barəsində müvafiq inzibati tədbirlərin görülməsini nəzərə alaraq, cavabdehin qanunsuz hərəkətlərinə əlavə olaraq hüquqi qiymət verilməsinə zərurət görmür. Məhkəmə iddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeydi-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, "İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X14 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. "İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X14 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum qərarının 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizliklə (mülki, cinayət, inzibati və s. hüquq pozuntularda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və X14 Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissədə təmin olunmamalıdır. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «Cavabdeh” MMC-yə qarşı “ödənilməmiş məzuniyyət haqqının, işsizliyə görə əlavə ödənişin və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3353/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3353/2020
11.11.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver