Məhkəmə qərarları › İş №2(005)-3355/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3355/2021

02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3355/2021 02.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.10.2019-cu il tarixli müqaviləsinə əsasən, 17.08.2019-cu il tarixli müqaviləsinə əsasən, 2 ədəd oyun pultu üçün 178 (yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, 54 (əlli dörd) manat dəbbə, 18.07.2019-cu il tarixli müqaviləsinə əsasən, oyun pultu üçün 65 (altmış beş) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat dəbbə,17.08.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********37728 Samsung Galaxy A20 markalı telefon üçün 448 (dörd yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 135 (yüz otuz beş) manat dəbbə,18.07.2019-cu il tarixli müqaviləsinə əsasən. SONY Playstation -4, X3 üçün 783 (yeddi yüz səksən üç) manat ödənilməmiş hissə, 239 (iki yüz otuz doqquz) manat dəbbə, 17.08.2019-cu il tarixli müqaviləsinə əsasən. SONY Playstation -4 üçün 800 (səkkiz yüz) manat ödənilməmiş hissə, 240 (iki yüz qırx) manat dəbbə, ümumilikdə 2960 manat borc. 30 manat ödənilmiş dövlət rüsumu cavabdeh Kərimova (Rəhimova) Samirə Soltanqeys qızından alınaraq “ABC TELECOM“ Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarımasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 17.08.2019-cu il, 18.07.2019-cu il, 17.08.2019-cu il, 18.07.2019-cu il və 17.08.2019-cu il tarixli müqaviləsinə əsasən, 3 ədəd oyun pullu, İMEİ kodu **********37728 Samsung Galaxy A20 markalı telefon, 2 ədəd Sony Playstation-4, X3 almış və nəticədə 2960 (iki min doqquz yüz altmış) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 17.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 324 (üç yüz iyirmi dörd) manat (18 ay x 18 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd oyun pultu üçün ümumilikdə, 232 (iki yüz otuz iki) manat olmaqla ondan. 178 (yüz yelmiş səkkiz) manat ödənilməmiş hissə, 54 (əlli dörd) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 18.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 135 (yüz otuz beş) manat (15 ay x 9 manat + 0 manat ilkin ödəniş) (dan oyun pultu üçün ümumilikdə, 83 (səksən üç) manat olmaqla ondan, 65 (altmış beş) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 17.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alüi-satqı qiyməti 540 (beş yüz qırx) manat (18 ay x 30 manat 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********37728 Samsung Galaxy A20 markalı telefon üçün ümumilikdə. 583 (beş yüz səksən üç) manat olmaqla ondan. 448 (dörd yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 135 (yüz otuz beş) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 18.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1119 (min yüz on doqquz) manat (18 ay x 59 manat + 57 manat ilkin ödəniş) olan SONY Playstation -4, X3 üçün ümumilikdə, 1022 (min iyirmi iki) manat olmaqla ondan. 783 (yeddi yüz səksən üç) manat ödənilməmiş hissə, 239 (iki yüz otuz doqquz) manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 17.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1003 (min üç) manat (18 ay x 50 manat - 1003 manat ilkin ödəniş) olan SONY Playstation -4 üçün ümumilikdə, 1040 (min qırx) manat olmaqla ondan, 800 (səkkiz yüz) manat ödənilməmiş hissə, 240 (iki yüz qırx) manat dəbbə; cavabdehin cəmi ödədiyi məbləğ 847 manat təşkil edir. Məhkəmə baxışı iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi iddianı müdafiə edərək onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 00852304 nömrəli 17.08.2019-cu il tarixli müqavilədən məlum olur ki, bir tərəfdən "xxxx" MMC bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Alıcı” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Müştəri”yə aşağıda göstərilən şərtlərlə verir, “Müştəri” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: SONY PLAYSTATİON-4 pult. İş materiallarında olan 17.08.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh 00852304 nömrəli Müqaviləyə əsasən SONY PLAYSTATİON-4 pultu təhvil almışdır. İş materiallarında olan 17.08.2019-cu il tarixli ödəniş cədvəlinə əlavədən görünür ki, bu ödəniş cədvəli 17.08.2019-cu il tarxili, 00852304 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsidir və Cavabdeh həmin müqavilə üzrə ödəməli olduğu toplam məbləğ 324 manat təşkil edir. İş materiallarında olan 00790285 nömrəli, 18.07.2019-cu il tarixli müqavilədən məlum olur ki, bir tərəfdən "xxxx" MMC bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Müştəri” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Müştəri”yə aşağıda göstərilən şərtlərlə verir, “Müştəri” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: PLAYSTATİON-4 pultu İş materiallarında olan 18.07.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh 00790285 nömrəli müqaviləyə əsasən PLAYSTATİON-4 pultu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 18.07.2019-cu il tarixli ödəniş cədvəlinə əlavədən görünür ki, bu ödəniş cədvəli 18.07.2019-cu il tarxili, 00790285 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsidir və Cavabdeh həmin müqavilə üzrə ödəməli olduğu toplam məbləğ 135 manat təşkil edir. İş materiallarında olan 00852325 nömrəli, 17.08.2019-cu il tarixli müqavilədən məlum olur ki, bir tərəfdən "xxxx" MMC bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Müştəri” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Müştəri”yə aşağıda göstərilən şərtlərlə verir, “Müştəri” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: Samsung Galaxy A20 markalı telefon. İş materiallarında olan 17.08.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh 00852325 nömrəli Müqaviləyə əsasən Samsung Galaxy A20 markalı telefon tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 17.08.2019-cu il tarixli ödəniş cədvəlinə əlavədən görünür ki, bu ödəniş cədvəli 17.08.2019-cu il tarxili, 00852325 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsidir və Cavabdeh həmin müqavilə üzrə ödəməli olduğu toplam məbləğ 540 manat təşkil edir. İş materiallarında olan 00790257 nömrəli, 18.07.2019-cu il tarixli müqavilədən görünür ki, bir tərəfdən "xxxx" MMC bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Müştəri” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Müştəri”yə aşağıda göstərilən şərtlərlə verir, “Müştəri” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: PLAYSTATİON-4 SONY pultu. X4 İş materiallarında olan 18.07.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh 00790257 nömrəli Müqaviləyə əsasən PLAYSTATİON-4 SONY pultu. X4 tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 18.07.2019-cu il tarixli ödəniş cədvəlinə əlavədən görünür ki, bu ödəniş cədvəli 18.07.2019-cu il tarixli, 00790257 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsidir və Cavabdeh həmin müqavilə üzrə ödəməli olduğu toplam məbləğ 1119 manat təşkil edir. İş materiallarında olan 00852226 nömrəli, 17.08.2019-cu il tarixli müqavilədən görünür ki, bir tərəfdən "xxxx" MMC bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Müştəri” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Müştəri”yə aşağıda göstərilən şərtlərlə verir, “Müştəri” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: PLAYSTATİON-4 SONY SLİM. İş materiallarında olan 18.07.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh 00852226 nömrəli Müqaviləyə əsasən PLAYSTATİON-4 SONY SLİM tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 18.07.2019-cu il tarixli ödəniş cədvəlinə əlavədən görünür ki, bu ödəniş cədvəli 18.07.2019-cu il tarixli, 00852226 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsidir və Cavabdeh həmin müqavilə üzrə ödəməli olduğu toplam məbləğ 1003 manat təşkil edir. İş materiallarında olan 27.05.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, 18.07.2019-cu il tarixli, 17.08.2019-cu il tarixli müqavilələr üzrə yaranmış borc məbləğinin qısa müddətində Cavabdeh tərəfindən ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan Maliyyə arayışından görünür ki, Cavabdeh 17.08.2019-cu il tarixli müqavilə üzrə 178 manat ödənilməmiş əsas və 54 manat cərimə, 18.07.2019-cu il tarixli müqavilə üzrə 65 manat ödənilməmiş əsas və 18 manat cərimə, 17.08.2019-cu il tarixli müqavilə üzrə 448 manat ödənilməmiş əsas və 135 manat cərimə, 18.07.2019-cu il tarixli müqavilə üzrə 783 manat ödənilməmiş əsas və 239 manat cərimə borcu, 17.08.2019-cu il tarixli müqavilə üzrə 800 manat ödənilməmiş əsas və 240 manat cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 17.08.2019-cu il tarixli, 18.07.2019-cu il tarixli müqavilələrin şərtləri cavabdeh tərəfindən pozulmuş, müqavilələrin şərtlərinə uyğun olaraq ödənişlər edilməmiş, cavabdehin sözügedən müqavilələr üzrə hazırda əsas borcu müvafiq olaraq 800 manat, 178 manat, 448 manat, 65 manat, 783 manat təşkil edir, tərəflər arasında bağlanmış müqavilələrin şərtləri cavabdeh tərəfindən pozulmuş, müqavilə şərtlərinə uyğun olaraq ödənişlər edilməmiş, cavabdehin sözügedən müqavilələr üzrə hazırda cəmi əsas borcu 2274 manat təşkil edir. Təhvil-təslim aktına əsasən, cavabdeh malları təhvil almışdır. Cəmiyyət tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, nəticədə müqavilələrin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin 17.08.2019-cu il tarixli müqavilə üzrə 178 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 54 manat cərimə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 17 manata, habelə 448 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 135 manat cərimə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 40 manata, 800 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 240 manat cərimə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 80 manata, cavabdehin 18.07.2019-cu il tarixli müqavilə üzrə 65 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 18 manat cərimə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 6 manata, 783 əsas borca görə iddiaçı tərəfindən hesablanmış 239 manat cərimə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 78 manata endirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh "xxxx" MMC-nin xeyrinə 17.08.2019-cu il tarixli müqavilə üzrə 178 manat ödənilməmiş hissə, 17 manat dəbbə pulu, 448 manat ödənilməmiş hissə, 40 manat dəbbə pulu, 800 manat ödənilməmiş hissə, 80 manat dəbbə pulu, 18.07.2019-cu il tarixli müqavilə üzrə 65 manat ödənilməmiş hissə, 6 manat dəbbə pulu, 783 manat ödənilməmiş hissə, 78 manat dəbbə pulu, cəmi 2274 manat ödənilməmiş hissə, 221 manat dəbbə pulu ümumilikdə 2495 manat və 30 (otuz) manat dövlət rüsumu tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə 17.08.2019-cu il tarixli müqavilə üzrə 178 manat ödənilməmiş hissə, 17 manat dəbbə pulu, 448 manat ödənilməmiş hissə, 40 manat dəbbə pulu, 800 manat ödənilməmiş hissə, 80 manat dəbbə pulu, 18.07.2019-cu il tarixli müqavilə üzrə 65 manat ödənilməmiş hissə, 6 manat dəbbə pulu, 783 manat ödənilməmiş hissə, 78 manat dəbbə pulu, cəmi 2274 manat ödənilməmiş hissə, 221 manat dəbbə pulu ümumilikdə 2495 manat və 30 (otuz) manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar