Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3371/2020 08.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Mustafayev Sərxan Ziyad oğlunun katibliyi İddiaçı iştirakı ilə, Cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X2 və 4 saylı Respublika Xüsusi İnternat Məktəbinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Cavabdeh2na qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi, 0,5 stavka ilə işə bərpa olunma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçıcavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Cavabdeh2na qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi, 0,5 stavka ilə işə bərpa olunma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş maddi zərər xx.xx.2020-ci il tarixdən məhkəmə prosesi başa çatan tarixə qədər 1,25 stavka əmək haqqı şəklində ödənilməsi, mənəvi zərər iki min manat məbləğində ödənilməsi, məhkəmə qərarı çıxan tarixdən etibarən yarım (0,5) stavka ilə işə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxx 2020-ci il tarixdə direktorun tərbiyə işləri üzrə müavini X3 ona zəng vurub bildirdi ki, Vəfa xanıma Nazirlikdən 65 yaşı tamam olmuş işçilərin işdən çıxarılması barədə yazılı təlimat gəlmişdir. 18 mayda yəni karantin dövründə o, Vəfa xanımdan müqavilə üzrə işləməyi mümkün olmayacağını nəzərə alıb, ondan xx.xx.2020-ci il tarixə kimi işdə qalmağını xahiş etdi. Lakin onun üçün düşünülmüş bir final hazırlanmasından xəbəri yox idi. Karantin olmasına baxmayaraq Vəfa xanım 18 maydan - 31 maya kimi əmək müqaviləsi bağladı. Görəsən bu müqavilə nəyə lazım idi? Axı o onsuzda işdə idi və karantində o məktəbə gəlməməliydi. Sənəddə 18 may 11 may kimi göstərilib. Belə qısa müddətli əmək müqaviləsi bağlamaq Əmək Qanunvericiliyinin hansı maddəsinin tələbindən irəli gəlirdi? Xanım iyun ayında yeni müqavilə bağlanacağını bildirdi. Lakin iyun ayında nə müqavilənin bitdiyi, nə də uzadıldığı bildirildi. Burda AR ƏMnin 73-cü maddəsinin İ hissəsinin tələbi pozulmuşdur. Pozulmasaydı altıncı ayın əmək haqqını alardı. Direktor işçinin ona olan inamından və vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, müavinin köməyi ilə səhv informasiya yaymış, 65 yaşına çatmış işçilərlə əmək müqaviləsi bağlamaq ixtiyarının onun əlindən alındığını bildirmişdir. xx.xx.2020-ci il tarixdə o TN-nin 146 çağrı mərkəzindən öyrəndi ki, istər tam orta, istərsə də internat tipli məktəblərin direktorlarina belə bir nə yazılı, nə də şifahi təlimat verilməmişdir. Əmək müqaviləsi bağlamaq təşəbbüsü onlardan alınmayıb. Onun yerinə bildiyi və rəhbərliyin istədiyi adam işə götürülmüşdür. Baş vermiş məmur özbaşınalığı nəticəsində ona həm mənəvi, həm də maddi zərər dəymişdir. Bütün təşkilatlarda ölkə rəhbərliyinin göstərişinə əsasən 65-lər evdəqal tələbinə əməl edir və maaşlarını alırlar. Direktorun müavini iki paradoksal vəzifəni icra edir. Həmkar təşkilat sədri və tərbiyə işləri üzrə müavin. Bir-birinə zidd olan iki vəzifənin bir şəxsdə cəmləşməsi, direktora psixoloji təsir göstərməsi və direktorun bu psixoloji təsiri dəstək kimi qəbul etməsi məmur özbaşınalığının parlaq sübutu deyildirmi? AR Konstitusiyasının 68 maddəsinin İ hissəsinin tələbi pozulmuşdur. Təhsil Nazirliyinə üç ədəd ərizə ilə müraciət etmişdir. Nazirlər Kabinetinin sədrinə, Əmək Müfəttişliyi Xidmətinin rəisinə, Ombudsmana ərizə ilə müraciət etmiş və kömək istəmişdir. Onlar bu ərizələri TN-ə göndərmiş və məsələnin araşdırılmasını lazım bilmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçıiddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X8 və 4 saylı Respublika Xüsusi İnternat Məktəbinin nümayəndəsi X9 iddia tələbinin əsassız olduğunu bildirdilər və iddianın rədd edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, İddiaçıxx.xx.2020-ci il tarixli, 30 saylı əmrlə tutduğu tərbiyəçi vəzifəsindən təqaüd yaşına çatması ilə əlaqədar işdən azad edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda əsası ilə əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixədək müddətli əmək müqaviləsi ilə 4 saylı Respublika Xüsusi İnternat Məktəbinə tərbiyəçi müəllim vəzifəsinə işə götürülmüşdür. İş materiallarında olan Cavabdeh2 ilə İddiaçıarasında bağlanmış əmək müqaviləsindən görünür ki, xx.xx.2020-ci il tarixdə AR Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış müqaviləyə əsasən 4 nömrəli RXİM tərbiyəçi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətli bağlanmışdır. İş materiallarında olan 4 saylı Respublika Xüsusi İnternat Məktəbinin təşəkkürnamənin surətindən görünür ki, İddiaçıməktəbin şagirdlərinin inkişafı və təlim tərbiyə işində fərqləndiyinə görə ona təşəkkür elan olunmuşdur. Fəxri Diplomun surətindən görünür ki, İddiaçı 65 illik yubileyi münasibətilə təltif olunur. Fevral-mart 2009,13-xx xxxxx 2009 tarixli sertifikatların surətindən görünür ki, İddiaçıkeçirilmiş mövzular üzrə təlimlərdə fəal iştiraka görə təltif olunur. İş materiallarında olan 4 nömrəli RXİM üzrə xx.xx.2020-ci il tarixli, 25 №-li əmrdən çıxarışdan görünür ki, İddiaçı– təqaüd yaşına çatması ilə əlaqədar tutduğu tərbiyəçi vəzifəsindən azad edilmişdir. İş materiallarında olan 4 nömrəli RXİM üzrə xx.xx.2020-ci il tarixli, 30 №-li əmrdən çıxarışdan görünür ki, İddiaçı– AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar müqaviləyə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli aktın surətindən görünür ki, İddiaçı məktəbdə məskunlaşmış uşaqlara laqeydliyini öz işinə, vəzifəsinə qarşı məsuliyyətsizliyini əks etdirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-1.1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. 10-1.2. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. 10-1.3. Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər. 10-1.4. Bu Qanunun 10-1.2-ci və 10-1.3-cü maddələrinə uyğun olaraq müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışma müddəti uzadılmış işçilərin sayı həmin sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz. 10-1.5. Müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən hər bir müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Müəssisənin işçilərinin sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır. 10-1.6. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir. 11-ci maddəsinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; ç) işgüzar keyfiyyətinə, əməyinin nəticələrinə, peşəkarlıq səviyyəsinə uyğun olaraq işçini müvafiq vəzifələrə (peşələrə) irəli çəkmək; d) işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək; e) işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək; ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək; f) əmək kollektivi ilə və ya həmkarlar ittifaqları təşkilatı ilə kollektiv müqavilə bağlamaq və bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək; g) əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək. 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 45.1-ci maddəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45.2-ci maddəsinə əsasən, əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 45.3-ci maddəsinə əsasən, müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 45.4-ci maddəsinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə iddia tələbi üzrə 4 saylı Respublika Xüsusi İnternat Məktəbinə tərbiyəçi vəzifəsinə məhkəmə qərarı çıxan tarixdən etibarən yarım (0,5) stavka ilə işə bərpa edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı 4 saylı Respublika Xüsusi İnternat Məktəbində tərbiyəçi vəzifəsində işləmiş, onunla məktəb arasında əmək müqaviləsi bağlanmış, tərəflərin müqavilə üzrə hüquq və vəzifələri yaranmış, eyni zamanda müqavilə ilə nəzərədə tutulmuş qaydada əmək qanunvericiliyinə uyğun qarşılıqlı öhdəlik münasibətləri yaranmışdır. İddiaçının yaş həddi 65-ə çatdığı üçün Əmək Məcəlləsinin müvafiq müddəalarına əsasən, yəni dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatması əsası ilə 4 saylı Respublika Xüsusi İnternat Məktəbinin xx.xx.2020-ci il tarixli, 25 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin xx.xx.2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixədək müddətli əmək müqaviləsi ilə 4 saylı Respublika Xüsusi İnternat Məktəbinə tərbiyəçi müəllim vəzifəsinə işə götürülmüş, xx.xx.2020-ci il tarixli, 30 №-li əmrlə İddiaçı– AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar müqaviləyə xitam verilmişdir. İddiaçı qeyd olunanlarla razılaşmayaraq, cavabdeh V.Seyidovanın ona yeni bağlanmış müddətli müqavilənin xx.xx.2020-ci il tarixədək deyil xx.xx.2020-ci il tarixədək uzadacağına söz verdiyini bildirir, 65 yaşına çatmasına baxmayaraq onunla bağlanmış əmək müqaviləsinin uzadılması qənaətinə gəlir və onun əmək müqaviləsinə xitam verilməsinin əsassız olduğunu hesab edir. Məhkəmə bununla bağlı qeyd edir ki, iş materiallarına əlavə edilmiş müdətli əmək müqaviləsindən və əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, iddiaçı əmək müqaviləsinin xx.xx.2020-ci il tarixədək uzadılmalı olması barədə tələbə istinad etsə də, İddiaçıla V.Seyidova arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, həmin müqavilənin bitməsi tarixi xx.xx.2020-ci il kimi qeyd olunmuş, tərəflər hər ikisi müqaviləni imzalamışlar. Göründüyü kimi, sadalanan qanunvericilik müddəalarına əsasən təhsil müəssisələrində yaş həddi 65-ə çatmış təhsil işçilərinin həmin müəssisədə çalışma müddətinin uzadılması şərtləri öz əksini tağmışdır. Hazırda isə iddiaçı verdiyi izahatlarından görünür ki, o əmək müqaviləsinin xx.xx.2020-ci il tarixədək uzadılmalı olmasını mübahisələndirir. Digər tərəfdən işəgötürən işçinin əmək qanunvericiliyində sadalanan xüsusiyyətlərin hər birini özündə birləşdirdiyi və həmin işçiyə ehtiyac olacağı təqdirdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci qərarı, AR Təhsli Nazirinin həmin qərarın icrası ilə bağlı əmri və Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla onunla bir il müddətinə əmək müqaviləsi bağlana bilərdi. Həmçinin iddiaçının 4 saylı Respublika Xüsusi İnternat Məktəbində tərbiyəçi vəzifəsində işlədiyi müddətdə məktəbdə və təhsil sahəsində keçirilmiş tədbirlərdə yaxından iştirak etməsi, 4 saylı Respublika Xüsusi İnternat Məktəbi tərəfindən keçirilmiş təlimlərdə iştirak edərək müvafiq Sertifikatlar alması, işlədiyi kollektivdə hörmət və nüfuza malik olması onunla yeni əmək müqaviləsi bağlanması, 4 saylı Respublika Xüsusi İnternat Məktəbinin direktorunun xx.xx.2020-ci il tarixli, 30 saylı əmrinin əsassız olmasına, iddiaçının həmin məktəbdə yarım stavka ilə tərbiyəçi vəzifəsinə bərpa olunması üçün əsas ola bilməz. Qeyd olunanlar isə iddia tələbinin həmin hissədə tam əsassız olmasına dəlalət edir. Bu baxımdan iddiaçı xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə məlumatı olmamasına, bu səbəbdən də tərəflər arasındakı əmək münasibətlərinin avtomatik olaraq uzadılmalı olması tələbinə münasibətdə bildirir ki, nə qədər ki, iddiaçı ilə bağlanmış müqaviləyə daha əvvəl 65 yaşa çatma ilə əlaqədar xitam verilmişdir, məhkəmənin yuxarıda “təhsil müəssisələrində yaş həddi 65-ə çatmış təhsil işçilərinin həmin müəssisədə çalışma müddətinin uzadılması ilə” bağlı gəldiyi nəticəyə əsasən iddiaçının AR ƏM-nin 73.1-ci maddəsinə istinad etməsi üçün əsaslar mövcud deyildir, habelə məhkəmə araşdırması zamanı sübuta yetməmişdir. Məhkəmə iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəs ilə bağlı aşağıdakıları qeyd edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X11 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X11 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və X11 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə qeyd edir ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında çəkilmiş maddi ziyana kompensasiya ödənilməsinin ərizəçinin təqdim etdiyi sübutlar və pozuntu ilə ziyan arasında səbəbli əlaqə əsasında müəyyən etsə də, mənəvi ziyana görə kompensasiya ödənilməsinin ərizəçi tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalması ilə əlaqələndirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə mənəvi narahatlıq yetirilməsinə, “Artiko İtaliyaya qarşı” işdə tənhalıq və kimsəsizlik hisslərinə, “Younq, James və X1rşı” işdə alçaldıcı və təhqiredici hərəkətlərə görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Məhkəmə araşdırması zamanı iddia üzrə İddiaçı ona 2000 manat dəyərində mənəvi zərərin vurulmasını təsdiq edə biləcək hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də iddia tələbi iddiaçıya vurulmuş mənəvi ziyanın tutulması hissəsində də əsassızdır və təmin edilməməlidir. Belə olan təqdirdə İddiaçı cavabdehlərAzərbaycan Respublikası Təhsil Nazirliyinə, Cavabdeh2naqarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi, 0,5 stavka ilə işə bərpa olunma” tələbinə dair iddiası əsassız və qanunsuzdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Cavabdeh2na qarşı“dəymiş maddi və mənəvi zərərin ödənilməsi, 0,5 stavka ilə işə bərpa olunma” tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3371/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3371/2020
08.10.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver