Məhkəmə qərarları › İş №2(005)-3373/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3373/2020

23.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3373/2020 23.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İlk iddia üzrə iddiaçı - qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdeh - qarşılıqlı iddia üzrə iddiaçı X1 və onun vəkili X2 iştirakları ilə, İlk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair” ilkin, ilk iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “yaşayış sahəsinə köçürülmə tələbinə dair” qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İlk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair” ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qeydiyyatda olan xx xxxxxxx 2003-cü il təvəllüdlü X11 və xx xxxxxxxx 2007-ci il təvəllüdlü X8 ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları barədə, ilk iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “yaşayış sahəsinə köçürülmə tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia ərizəsinin rədd olunması, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, onun övladları xx xxxxxxx 2003-cü il təvəllüdlü X15 və xx xxxxxxxx 2007-ci il təvəllüdlü X13 ilə birlikdə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh ilə xx xxxxxx 2004-cü il tarixdə Nərimanov rayon qeydiyyat şöbəsində bağlanmış nikah xx xxxxxxxx 2015-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Birgə nikahlarından xx xxxxxxx 2003-cü il təvəllüdlü X15 və xx xxxxxxxx 2007-ci il təvəllüdlü X13 adlı iki uşaqları doğulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4857/2015 saylı qətnaməsinə əsasən uşaqlar analarının himayəsinə verilmiş və o vaxtdan bu günə qədər analarının yanında yaşayırlar. X4 və X13 İddiaçı qeydiyyatda olduğu ünvan 1 ünvanında qeydiyyatdadırlar. Uşaqlar anaları ilə birlikdə yaşadıqları üçün onların onunla eyni ünvanda qeydiyyatda olmalarını düzgün hesab etmir. Bundan əlavə bu vəziyyət bir mülkiyyətçi kimi onun qeydiyyatda olduğu mənzildən istifadə hüquqlarına məhdudiyyətlər yaradır (mənzili satmaq və sair) və onun bir mülkiyyətçi olaraq hüquqlarını pozur. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ilə nikaha daxil olduqdan sonra onun və valideynlərinin yaşadığı Xutor deyilən qəsəbədə yaşamış, həmin qəsəbə söküldükdən sonra X23 küçəsi, 1969-cu məhəllə, ev 16 ünvanda yerləşən fərdi evdə yaşamışlar. Azərbaycan Respublikasının Prezidentinin göstərişinə əsasən iddiaçı idmançı olduğu üçün Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 597 saylı xx xxxxxx 2017-ci il tarixli sərəncamının 21-ci bəndi ilə iddiaçıya Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 3166-cı məhəllədə yerləşən 6 saylı binanın 1-ci girişinin 3-cü mərtəbəsində yerləşən 2 otaqlı mənzil verilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2017-ci il tarixli 607 saylı sərəncamına əsasən iddiaçının ailə vəziyyəti nəzərə alınmaqla ona bu gün mübahisələndirilən ev verilmişdir. Mübahisəli yaşayış sahəsi onlara verildikdən sonra onlar tərəfindən təmir edilmiş, təmirdən sonra evin bütün məişət əşyaları tərəflərindən alınmış və 2020-ci ilin iyun ayına qədər o və uşaqları mübahisələndirilən mənzildə yaşamışlar. Onların bir çox əşyaları hal-hazırda həmin mənzildə yerləşir. Onların 2020-ci ilin iyun ayına qədər həmin mənzildə yaşamalarını və ondan istifadə etmələrini şahidlər və övladlarının müəllimələri təsdiq edə bilər. 2020-ci ilin iyun ayında İddiaçı onları həmin mənzildən zorla çıxardaraq özünün mülkiyyətində olan ünvan 2 a, mənzil 13 ünvanında yerləşən yaşayış sahəsinə yerləşdirmişdir. Həmin mənzildə iki xəstə uşaqla yaşamaq çox çətinlik yaradır. Həmin mənzil xx xxxxxx 2019-cu il tarixdə A.M.Cümə küçəsindəki evləri söküldükdən sonra alınmışdır. Həmin ev alınarkən İddiaçı ona demişdi ki, evi Cavabdeh adına rəsmiləşdirmişdir. Yaxın vaxtlarda ona məlum olmuşdur ki, İddiaçı onun savadsız olmağından istifadə edərək bu evi də öz adına rəsmiləşdirmişdir. Göründüyü kimi İddiaçı qarşısına qoyduğu məqsəd onu və iki xəstə uşağını mənzilsiz qoymaqdır. Hər iki uşağı xəstədirlər. Ona görə də onlar məktəbdə deyil, evdə təhsil alırlar. Bu gün onların 5-ci mərtəbədə, lifti olmayan bir mənzildə yaşamaları çətinlik yaradır. Onların mübahisəli evdə yaşaması, təhsil alması, müalicə olunması onların mənafeləri nöqteyi nəzərindən daha məqsədə müvafiqdir. Məhkəmə iclasında iştirak etmiş ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsini müdafiə edərək izahatın ilkin iddia ərizəsinin təmin, qarşılıqlı iddia ərizəsinin isə rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş ilk iddia üzrə cavabdeh - qarşılıqlı iddia üzrə iddiaçı X5 və onun vəkili X9 qarşılıqlı iddia ərizəsini müdafiə edərək izahatlarında ilkin iddia ərizəsinin rədd edilməsi, qarşılıqlı iddia ərizəsinin isə təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, ilk iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş Arayışdan görünür ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1982-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X15 xx xxxxxxx 2003-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx xxxxxxxx 2007-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Nərimanov rayonu VVADQ şöbəsi tərəfindən xx xxxxxx 2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı 454877 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx xxxxxxx 2003-cü il tarixdə Bakı şəhərində doğulmuş və bu barədə xx xxxxxx 2004-cü il tarixdə 342 nömrəli akt qeydi aparılmışdır. Atası İddiaçı, anası isə X6r. İş materiallarında olan Nərimanov rayonu qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxxx 2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 162183 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx xxxxxxxx 2007-ci il tarixdə Bakı şəhərində doğulmuş və bu barədə xx xxxxxx 2007-ci il tarixdə 2274 nömrəli akt qeydi aparılmışdır. Atası İddiaçı, anası isə X3r. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, 1950-ci məhəllə, ev 34, mənzil 4 (yeni qaydalarla: AZ1033, Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, 34, M2, m4) xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 3 xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, 34, M2, m4 ünvanında qeydiyyatdadır. Həmin ünvanda ondan başqa X15 (xx.xx.2003), X10 (xx.xx.1952) və X13 (xx.xx.2007) qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4857/2015 saylı xx xxxxxxxx 2015-ci il tarixli Qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Qurbanova (Əzizova) Nüranə Əmirxan qızı arasında xx xxxxxx 2004-cü il tarixdə Nərimanov rayon Qeydiyyat şöbəsində qeydə alınmış və 128 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx xxxxxxxx 2007-ci il tarixdə anadan olmuş X13 ilə xx xxxxxxx 2003-cü il tarixdə anadan olmuş X11 cavabdeh Qurbanova (Əzizova) Nüranə Əmirxan qızının yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan “xxxx” MTK üzvlərinin xx xxxxxx 2017-ci il tarixdə keçirilmiş ümumi iclasının 3 nömrəli protokolundan Çıxarışın surətindən görünür ki, İddiaçı kooperativə üzv qəbul olunmaqla MTK-nin ünvan 5 ünvanda kooperativin yaşayış binasının 1-ci girişdə, 2-ci mərtəbədə 3 otaqlı, ümumi sahəsi 132,8 kv.m., yaşayış sahəsi 76,4 kv.m. olan 4 saylı mənzilin payçısı olması təsdiq edilmişdir. Çıxarışın surətindən görünür ki, İddiaçı özü (ailə tərkibi 1 nəfər qeydi ilə) payçı olmuşdur. İş materiallarında olan “xxxx” MTK tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş 25 nömrəli Maliyyə Arayışından görünür ki, İddiaçı “xxxx” MTK-nin Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, ev 34 yaşayış binasının 2-ci mərtəbəsində 1-ci girişdə 3 otaqlı 4 saylı mənzilin sahibidir və mənzilin pay haqqı Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə tam ödənibdi. Kooperativə heç bir borcu yoxdur. İş materiallarında olan Bakı şəhəri X12rdaşları adına 36 nömrəli tam orta məktəb tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş 40 nömrəli Arayışdan görünür ki, X13 xx xxxxxxxx 2018-ci il tarixdə Nərimanov rayonu, Novruzov qardaşları adına 36 nömrəli tam orta məktəbin 5-ci sinfində evdə təhsilə cəlb olunmuş və təhsil almışdır. xx xxxxxxxx 2019cu ildən 219 nömrəli tam orta məktəbə köçürülmüşdür. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh ilə xx xxxxxx 2004-cü il tarixdə Nərimanov rayon qeydiyyat şöbəsində bağlanmış nikah Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli, 2(005)-4857/2015 saylı qətnaməsinə əsasən məhkəmə qaydasında pozulmuşdur. Birgə nikahlarından xx xxxxxxx 2003-cü il təvəllüdlü X15 və xx xxxxxxxx 2007-ci il təvəllüdlü X13 adlı iki uşaqları doğulmuşdur. ünvan 1 tərəflər arasında nikah pozulduqdan sonra “xxxx” MTK üzvlərinin ümumi iclasının qərarına əsasən xx xxxxxx 2017-ci ildə ailə tərkibi kimi tək özü olmaqla ona verilməsi qərara alınmışdır. Bununla belə tərəflər arasında nikah pozulsa da tərəflər bir müddət həmin mənzildə yaşamış, daha sonra X5 Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 95 A, 13 saylı mənzilə köçmüş və orada yaşamışlar. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli, 2(005)-4857/2015 saylı qətnaməsinə əsasən X11 və X8 ananın yanında qalması müəyyən edilsə də onlar, İddiaçı məxsus ünvan 1 ünvanında qeydiyyatdadırlar. Məhkəmə hər iki iddia tələblərinə dair gəldiyi nəticəni əlaqəli şəkildə aşağıdakılarla əsaslandırır. İşin hallarından göründüyü kimi ünvan 1 tərəflər arasında nikah pozulduqdan sonra “xxxx” MTK üzvlərinin ümumi iclasının qərarına əsasən xx xxxxxx 2017-ci ildə ailə tərkibi kimi tək özü olmaqla ona verilməsi qərara alınmışdır. Mənzil birgə nikah dövründə əldə edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx xxxxxxx 2013-cü il tarixli Qərarına əsasən Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Tərəflər arasında olan hüquq münasibətləri mübahisəli mənzilə münasibətdə onların nikahının pozulması nəzərə alınaraq xx xxxxxxx 2009-cu ildən sonrakı dövrdə yarandığından məhkəmə hesab edir ki, bu mübahisəyə xx xxxxxxx 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməklə mübahisə həll edilməlidir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı X5 mübahiəsli mənzil əldə edildiyi zaman İddiaçı ailə üzvü olmamaqla, yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü kimi aralarında başqa razılaşma da mövcud deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Nuranə Qurbanovanın keçmiş ailə üzvü kimi həmin yaşayış sahəsindən istifadə hüququ mövcud deyildir. Bu səbəbdən Nuranə Qurbanovanın mübahisəli mənzilə köçürülmə tələbinə dair iddiası əsaslı hesab edilə bilməz. Qarşılıqlı iddia ürzə uşaqların mənzilə köçürülməsinə münasibətdə isə məhkəmə gəldiyi nəticəni belə əsaslanıdırır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2 və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Sözügedən Plenum Qərarında o da qeyd olunur ki, ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Sadalanan qanunvericliyin əsaslarından aydın olur ki, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq hüququ yoxdursa, onda həmin şəxsin yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də saxlanmır. İşin hallarından göründüyü kimi tərəflərin birgə nikahlarından olan uşaqları X15 və X13 ünvan 6 M2, 4 saylı mənzil alınmamışdan əvvəl (xx xxxxxxx 2003-cü il və xx xxxxxxxx 2007-ci il) anadan olmuş və bu mənzildə əvvəldən yaşamamışlar. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli, 2(005)-4857/2015 saylı qətnaməsinə əsasən X11 və X8 ananın yanında qalması müəyyən edilmişdir. Həmin qətnamə ilə tərəflər arasında nikah pozulduqdan və uşaqlarına anasının yanında saxlanması müəyyən edildikdən sonra ilkin iddia üzrə İddiaçı ünvan 1 ünvanında olan mənzil tək ailə üzvü kimi özünün olduğu nəzərə alınmaqla verilmişdir. Bununla belə qarşı tərəf həmin mənzildə qısa müddətdə yaşamış, bu əsasla da uşaqları pasport qeydiyyatına alınmışdır. Faktiki olaraq X5 Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 95 A, 13 saylı mənzilə köçmüş və uşaqları ilə orada yaşamaqdadır. Digər tərəfdən uşaqların ananın yanında saxlanması ilə bağlı məhkəmə qətnaməsinin mövcudluğu da ünvan 1 ünvanına qarşılıqlı iddia tələbinin əsaslılğını istisna edir. Məhkəmənin qənaətinə görə mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır. Buna görə də mövcud olmayan hüququn məhkəmə qaydasında itirilməsi ilə bağlı ilkin iddiaçının tələbi də əsaslı hesab edilə bilməz. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Odur ki, cavabdehlərin pasport qeydiyyatına alınması öz-özlüyündə, cavabdehlərin həmin mənzildən istifadə hüququnu yaratması kimi hüquqi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarınıntəmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Bundan başqa, “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 1- ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında x xxxxx 1996-cı il Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq vətəndaşların qeydiyyatı ilə müvafiq İcra Hakimiyyəti orqanları, yəni, rayon polis idarələrinin Qeydiyyat və Şəxsiyyət vəsiqələri bölmələri məşğul olurlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” x xxxxx 1996-cı il Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən qeydiyyatdan çıxarılır. Məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin mübahisəli mənzilə hər hansı hüququ müəyyən edilmədiyindən iddia rədd edilməli, cavabdehin bu mənzilə istifadə hüququ olmadığından həmin ünvanda qeydiyyatdan çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia üzrə ödənilmiş dövlət rüsumu ilə bağlı tələb olmadığından iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair” ilkin iddia ərizəsi rədd edilsin. Bu qətnamə xx xxxxxxx 2003-cü il təvəllüdlü X11 və xx xxxxxxxx 2007-ci il təvəllüdlü X8 Bakı şəhəri, Nərimanov rayonu, Nizam Hacıyev küçəsi, 1950-ci məhəllə, ev 34, mıənzil 4 (Yeni qaydalarla: ünvan 6 M2, 4 saylı) ünvanda yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “yaşayış sahəsinə köçürülmə tələbinə dair” qarşılıqlı iddia ərizəsi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar